Maraqlı tədris vəsaiti

 

Bu günlərdə "Ecoprint"nəşriyyatı tərəfindən görkəmli alimlər Şudeyf İmamverdiyev və Əlimardan Baxışovun "Kliniki uroginekologiya" dərs vəsaiti çapdan çixmışdır.Kitabdan uroloqlar,ginekoloqlar,ümumi cərrahiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.

Bu dərs vəsaitndə alimlərin uroginekoloji problemlərin həlli istiqamətində apardıqları coxillik kliniki nəticələr öz əksini tapmışdır.Azərbaycan və xarici ölkə alimlərinin uroginekologiyanın klassik və ən son nailiyyətləri kitabda böyük yer almışdır.Əsərin əsas məramı və məqsədi təcrübi təbabət olmaqla yanaşı, kliniki tədris vəsaitidir.Bu tədris vəsaiti həmçinin nefroloqlar,qadın məsləhətxanlarının terapevtləri üçün  nəzərdə tutmuşdur.

"Kliniki uroginekologiya" kitabının rəyçiləri uroloji mərkəz MMC-nin direktoru,professor,əməkdar həkim K.Abdullayev,Azərbaycan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru,tibb elmləri doktoru professor K.Qurbanovdur.

Ən nəhayət kitabın müəliifləri barədə oxuculara məlumat vermək istərdk.Südeyf İmamverdiyev Azərbaycan MEA- nın müxbir üzvü,tibb elmləri doktoru,professor,əməkdar elm xadimi,Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.9 monoqrafiya,7 metodik vəsait,300-dən artıq elmi məqalənin müəllifidir.Onun rəhbərliyi altında tibb üzrə 4 elmlər doktorlugu və 18 fəlsəfə doktorluğu müdafiə olunmuşdur.Yaradıcı elmi,aktiv pedaqoji və gərgin tibbi fəaliyyətinə görə dəfələrlə orden və medallarla təltif edilmişdir.

Əlimardan Bağışov Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının professoru,tibb elmləri doktorudur.Elmi,tibbi praktik fəaliyyəti operativ uroloğiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir.Bir elmi publisistik kitabın,qadın urologiyasına həsr olunmuş bir iri həcmli monoqrafiyanın,6 elmi-metodik vəsaitin,70- dən artıq elmi məqalənin müəllifidir.Avropa Uroloqlar Assosiasyasının üzvüdür.

Professor Əlimərdan Bağışov ön sözdə yazır:

 -Mən,tibbi fəaliyyətimin hər bir çətin zamanında hörmətli müəllimim akademik Südeyf İmamverdiyevi yanımda görmüşəm.30 illik birgə kliniki təcrübəmizin bəhrəsi olan bu kitabda da adımızın yanaşı olmasından şərəf duyuram adınların saglamlıgına həsr olunmuş bu kitabın ərsəyə gəlməsində çəkdiyim əməyi məni dünyaya gətirən,ömrümün hər anına öz ömrünü baglayan,2000-ci ildə dünyasını dəyişmiş əziz anam Əsəbnisə xanımın ruhuna ərməgan edirəm.

"Kitabın girişi məshur Alim P.Te Lindenin "Qadın urologiyasını öyrənmədən ginekologiyanın problemlərini yaxsı dərk etmək mümkün deyildir"ifadəsi ilə açılır.

Uroginekologiya  nədir?

-Bu ginekoloji patalogiya ilə  yanaşı qadın sidik sistemi xəstəliklərinin yaranma səbəbləri,simptomları,müalicə və praktikasını öyrənən elmdir.Kitabda alimlər bunu daha ətraflı izah edir:"O,həmçinin müxtəlif uraloji xəstəliklər zamanı hamiləliyin gedişi,hamiləlik və doğuşdan sonra qadınların sidik və cinsiyyət orqanlarında baş verən dəyişiklikləri ,mamalıq-ginekoloji əməliyyatlar zamanı sidik orqanlıarının zədələnmələrinin diaqnostikası və müalıcəsi ilə məşgul olan bir elm sahəsidir.Qazanılmış xəstəliklərlə bərabər,cinsiyyət və sidik sisteminin anomaliyaları çox vaxt bir-birini müşaiyət etdiyindən onların cərrahi yolla korreksiyası da paralel aparılır".

Dərs vəsaiti 13 fəsildən ibarətdir.Hər bölümü maraqla oxunan,sadə dildə izahını tapan "Qadınlarda sidik sistemi orqanlarının anatoma-funksional xüsusiyyətləri", "Mamalıq və ginekoloji praktikada uroloji simptomların qiymətləndirilməsi", "Uroloji xəstəliklər və hamiləlik", "Mamalıq və ginekoloji əməliyyatlar zamanı sidik orqanlarının müəyyən olunmayan zədələnmələrinin agirlaşmaları", "Fiziki gərginlik zamanı sidik saxlanmazlıgı (stress inkonntinensiyası)" və s. fəsilləri bu sahədə çalışan ginekoloq-cərrahlar üçün əvəzsiz tədris vəsaitidir.

Akademik Südeyf İmamverdiyev və professor Əlimərdan Bağışovun    "Kliniki uroginekologiya "dərs vəsaiti çoxillik təcrübəyə əsaslanmış, müəlliflər qarşıya qoydugu məqsədə nail olaraq ana dilimizdə samballı əsər tərtib etmişlər.Bu yolda onlara ugurlar diləyirəm.

 

Şövkət Hüseynova

H.B.Zərdabi mükafatı laureatı

 

Olaylar.- 2016.- 3-5 dekabr.- S.13.