Türk dünyası Turan ocağına yığıldı

 

Nəhayət ki, Turan ocağını ziyarət etmək bizə də nəsib oldu. Vəfatının dördüncü ildnümü ərəfəsində Türk dünyasının sevdalısı Turan Yazqanın anma proqramlarına dəvət alarkən heç bir tərəddüd etmədən bu dəvəti dəyərləndirmək qərarı verdim. Sevincmaraq hissləri bir-birinə qarışmışdı. Sevinirdim ona görə ki, Turan ocağını ziyarət edəcəm, bu ocaqda günümüzdə də mövcud olan Türk ruhu, türkçülük ənənələrinin canlı şahidinə çevriləcəm.

Maraqlı idi ona görə ki, Turan Yazqandan sonra onun Türk dünyasına, bizlərə qoyub getdiyi əmanət necə qorunur. Turan Yazqan ocağında ONUN ruhu, idealları duyulurmu? Birmənalı olaraq qeyd etmək lazımdır ki, Turan Yazqan ocağında onun idealları günümüzdə də yüksək səviyyədə davam etdirilir. Səfər çərçivəsində baş çəkməyi özümüzə borc bildiyimiz Türk Dünyası Araşdırmalar Vəqfinə daxil olduğun andan bu ruh özünü göstərir, büruzə verir. Vəqfin ərazisinə daxil olar-olmaz özünü sanki Türk dövlət və toplumlarının tam mərkəzində hiss edirsən. Qədim Türk tarixindən tutmuş müasir Türk dünyasına qədər bütün mərhələlər burada göz önündə canlanır. Tam əminliklə demək olur ki, Turan Yazqanın əmanət qoyduğu Türk Dünyası Araşdırmaları Vəqfində onun idealları yaşayır, inkişaf edir, özü üçün yeni-yeni hədəflər müəyyənləşdirir. Bunu şərtləndirən isə bir neçə məqam var.

Birincisi, Turan Yazqan cismən bu dünyadan ayrılandan sonra ONUN müəyyənləşdirdiyi, əmanət etdiyi yol, elə Turan Yazqan ideyalarına sahib, onu mənimsəyən birisi tərəfindən davam etdirildi. Dünyaya göz açan andan günümüzə qədər Türk ruhu, mərdliyi, cəsarəti mühitində böyüyən Turan Yazqanın oğlu Közhan Yazqan bu yolu davam etdirməyi özünə bir borc bildi. Günümüzdə Turan yolu nə qədər daşlı-kəsəkli, problemli, maneəli olsa da, lakin davam edir, məqsədə çatmaq üçün irəliləyir. Elə bu gün Türk Dünyası Araşdırmalar Vəqfi və onun rəhbərliyinin də qarşısında duran yeganə hədəf məhz bu yolu, Turan yolunu hədəfə çatdırmaqdır.

İkinci, amil zamanında Turan Yazqanla birgə bu yola başlamış, onunla bərabər addımlamış ziyalılar, aydınlar, Türk dünyasının tanınmış simalarının bu güneyni sırada yer alması, bu yolu davam etdirməsidir. Orta Asiyadan, Balkanlardan, Azərbaycandan və digər ölkələrdən olan tanınmış simaların bu günTuran yolunda fəaliyyət göstərməsi, Turan Yazqan idealarına sadiq qalmaları ümumi işin xeyrinə xidmət edən məqamlardandır. Elə Turan Yazqanın vəfatının dördüncü ildönümü ilə bağlı İstanbulda təşkil olunan anma törəni zamanı bir daha bunun şahidinə çevrildik. Məlumat üçün qeyd edək ki, həftə sonu İstanbulda Turan Yazqanın vəfatının dördüncü ildönümüTuran Yazqan Türk Dünyası Böyük Ödülünün təqdimat mərasimi keçirilib. İstanbul Böyükşəhir Bələdiyyəsinin Əli Əmiri Mədəniyyət Mərkəzində baş tutan mərasimdə Türk dünyasının müxtəlif blgələrindən olan tanınmış ziyalılar, elm, fikir adamları iştirak ediblər. Qaqauz elinin qurucu prezidenti Stepan Topal, Azərbaycanın sabiq təhsil naziri Firidun Ağasıoğlu Cəlilov, tataristanlı yazar və dövlət adamı Rinat Muhammediyev, Qazaxistandan tanınmış akademik Bolat Mırzaliyev, Macar-Turan Vəqfinin rəhbəri Andra. Zsolt Biro, eləcə də bir neçə tanınmış universitetin rektorları iştirak edib. Əvvəlcə toplantı iştirakçıları bu il noyabr ayının 5-də vaxtsız vəfat edən Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin mərhum müdiri Əli Devrimi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Türkiyənin dövlət himni səsləndirilib. Mərasimi açıq elan edən Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan Turan Yazqanın onlar üçün böyük bir əmanət qoyub getdiyinibu əmanəti qoruyub-saxlamaq üçün sona qədər çalışacaqlarını dilə gətirib. O, bildirib ki, Turan Yazqan hər zaman Türk dünyasının birlik və bərabərliyi üçün çalışar, bütün ömrünü, həyatını bu məqsədə nail olmağa sərf edərdi. Közhan Yazqan deyib ki, bundan sonra da usanmadan, çəkinmədən, yorulmadan bu yol davam etdiriləcək. Necə ki, ötən dörd il ərzində məhz bu istiqamətdə fəaliyyət göstərilib. Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri deyib ki, Turan Yazqanın ruhu hər zaman onlarladır və hər əldə edilən nailiyyət, uğura görə Onun ruhu şad olur, sevinir. Sonra Turan Yazqan sənədli filmi nümayiş etdirilib. Sənədli filmin ardınca isə Türk Dünyası Araşdırmalar Vəqfinin Gənçlik qollarının üzvləri Metehan Kalem ve Aybüke Balatürk tərəfindən Turan Yazqanla bağlı yazılmış şer parçası səsləndirilib.

Anma proqramında çıxış edən sabiq təhsil naziri Firidun Ağasıoğlu Cəlilov Turan Yazqanla bağlı xatirələrini bölüşüb. Firidun Cəlilov Turan Yazqanla yaxın dost olduğunu diqqət çatdırıb və bildirib ki, Turan Yazqan son günlərinə, saatlarına qədər Türk dünyası üçün çalışar, birlik və bərabərlik istərdi. Firidun Cəlilov təhsil naziri olarkən Turan Yazqanın Azərbaycana səfərə gəlməsi və Azərbaycanda bir sıra uğurlu addımlar atması barədə də danışıb. Bildirib ki, Turan Yazqanın uğurla davam etdirdiyi dildə, fikirdə, əməldə birlik ideyalarının Azərbaycanda həyata keçirilməsi üçün birgə əməkdaşlıqları da olub: "Turan hoca iqtisadçı olduğu üçün o Azərbaycandakı İqtisad Universitetində bir fakultə yaradılmasına çalışırdı. Mən bu günolduqca məmnunam ki, Turan Yazqanın həmin ideyasının gerçəkləşməsində mənim də yardımım olub. Eləcə də digər mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşməsində birgə əməkdaşlıqlarımız olub". Firidun Cəlilov qeyd edib ki, Turan Yazqanın Türk dünyasının birlik və bərabərlik ideyaları bu gündavam etdiriliröz hədəfinə çatması istiqamətində işlər görülür.

Tatarıstandan olan yazar Rinat MuhammediyevTuran Yazqanla bağlı xatirələrini toplantı iştirakçılarına çatdırıb. O, Turan Yazqanla birgə fərqli coğrafiyalarda səfərdə olduqlarını, hər dəfə onunla görüşdə, söhbət və müzakirələrdə Turan Yazqandan yeni bir şeylər öyrəndiyini deyib. Sonra doktor Müzəffər Ürəkli 2016-cı ildə "Turan Yazqan Ödülü"nə layıq görülən şəxsin adını açıqlayıb. Bildirib ki, bu il sözügedən mükafata Qaqauz elinin qurucu prezidenti Stefan Topal layiq görülüb. Stefan Topala mükafatı Turan Yazqanın həyat yoldaşı Gülen Yazqan, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan və mükafatın 2015-ci ildəki qalibi, Macar Turan Vəkfinin rəhbəri Andras Biro təqdim edib. Belə bir ödülə layiq grülməsindən qürur hissi keçirdiyini diqqətə çatdıran Stefan Topal 1990-cı illərin əvvəllərinə təsadüf edən Turan Yazqanla tanışlığı, dostluq münasibətləri barədə danışıb. Toplantının sonunda təkcə Azərbaycanda deyil, ümumilikdə Türk Dünyasında sevilən sənətçi Azərinin bir-birindən maraqlı ifaları dinlənilib. Xanım sənətçinin Türk ruhunda səsləndirdiyi ifalar coşku yaradıb. Proqram başa çatdıqdan sonra tataristanlı tanınmış yazar və dövlət adamı Rinat Muhammediyevin qələmə aldığı "Göz Açtırmayan Boran / Turan" romanının imzalanma mərasimi keçirilib. Qeyd edək ki, kitabda Turan Yazqanın həyat və yaradıclığı, onun Türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyəti, bu məqsədlə müxtəlif ölkələrdə keçirilən görüşlər və s. barədə ətraflı bilgilər əksini tapıb.

 

Süleyman İsmayılbəyli

 

Bakı-İstanbul-Bakı

 

Olaylar.- 2016.- 6 dekabr.- S.12.