Türk dünyasının daş abidələri

 

Möhtəşəm görüntüləri haqqında poetik düşuncələr

 

Bu materialları  dostlarla paylaşdığına görə  İbrahimov

Ağababa müəllimə  milyon-milyon təşəkkürlər...

 

Bu dünyanın ərk dünyası--TÜRK dünyası

 

Daşlardakı naxışa bax,

daşa hopmuş baxışa bax...

 

Daşlardakı naxışa bax,

naxışlarda baxışa bax,

Daş da olsa bu tarixi

gərək bizlər

varaqlayaq varaq-varaq.

Hara baxır təkəbbürlü

akademik dostlarımız...

Gendə qalan bu tarixlər

gendə alıb.

Oğul-uşaq bu tarixdən

xəbərsizdir.

Çəkinməyin,

indi belə tarixlərin

tədqiqatı

izahatı

qorxusuzdur,xətərsizdir.

Siz ey alim dostlaımız,

dərinləşir

gedə-gedə

elmdəki çatlarımız.

Daş yazılar

daşlaşdıqca,

həm daşlaşır tariximiz

Sabah bizə deyəcək

babaları alim olan

milyonlarla varisimiz?

Həm daşlaşır

yaddaşımız,

həm daşlaşır

dünya boyu

dunyalara yol göstərən

dərrakəmiz başımız.

 

Bir sehirli çubuq tapıb

canlandıraq bu daşları,

canlandıraq pas bağlamış ,

mamır basmış

o daşları ,bu daşları.

Canlandıraq daşa dönmüş,

xeyrə,şərə yaramayan

yaddaşları.

 

Dünya görsün türk dünyası--

bu dünyanın

ərk dünyası,

güvənc yeri.

 

Dünya görsün nəyə qadir,

nəyə sahib

TÜRK dünyası.

 

Nazim Nəsrəddinov.

 

Olaylar.- 2016.- 6 dekabr.- S.11.