Azərbaycan ordusunun artan nüfuzu
Gənclərin vətənpərvərlik
tərbiyyəsinə müsbət təsir göstərir
Azərbaycan
ordusunun artan gücü həm də ölkəmizin beynəlxalq
imicinin yüksəlməsinə səbəb
olub. Öznü
dünyanın ən güclü ordular sırasına yüksəltməyi bacaran Azərbaycan artıq beynəlxalq aləmdə
söz sahibinə çevrilib.
İndi dünyanın ən mötəbər
hərbi tədbirlərində
Azərbaycanın xüsusi yeri var. Belə
ki, Moskva şəhərində
keçirilən MDB iştirakçı-dövlətlərinin
Müdafiə Nazirləri Şurasının növbəti
iclasında iştirak edən Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb. Görüşdə
ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın
hazırkı vəziyyəti və inkişafı perspektivləri
müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual
məsələləri barədə fikir
mübadiləsi aparılıb. S.Şoyqu
bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri
beynəlxalq terrorla mübarizəyə
qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin
hərbi əməkdaşlıq sahəsində nəzərdə
tutulan planların yerinə yetirildiyini vurğulayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib. Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb. Ardınca Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Tədbir çərçivəsində general-polkovnik Z.Həsənov MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən digər həmkarları ilə birgə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin binası önündə ucaldılan "Onlar Vətən uğrunda döyüşüblər" heykəltəraşlıq kompozisiyasının açılış mərasimində də iştirak edib. Yeri gəlmiçkən qeyd edək ki, əksər xarici dövlətlər Azərbaycanda keçirilən hərbi təyinatlı tədbirdə iştirak etməkdə maraqlı görünürlər. Məhz bu faktor nəzərə alınaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. Toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib. Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb. Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou həmkarları adından bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Məhz bu kimi amillər gənclərin vətənpərvərlik hissini yüksəldir, orduya marağını artırır. Artıq cəsarətlə demək olar ki, hər bir azərbaycanlı gənc orduda xidmət etməsi ilə fəxr edir. Belə bir əhval-ruhiyə ilə Dövlət Sərhəd Xidmətinin Lənkəran, Zaqatala, Şəmkir sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gånåral-polkovnik Ålçin Quliyåvin təbriki çatdırılmışdır. Mərasimlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti-qamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilmişdir. Çıxış ådənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. Validåynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik ådərək vətən sərhədlərinin kåşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır. Mütəmadi olaraq Dövlət Sərhəd Õidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psiõîlîji vəziyyətinin daim yüksək səviyyədə saõlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə mütəmadi olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Bu tədbirlərin sırasında 2013-cü ildən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri" xüsusi yer tutur. Bu günlərdə Lənkəran sərhəd dəstəsində, Dövlət Sərhəd Õidmətinin Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasında və Xudat sərhəd dəstəsinin Qusar rayonunun Yalama qəsəbəsində yerləşən sərhəd zastavasında keçirilən "Valideyn günləri"ndə hərbi hissələrin rəhbərliyi, rayîn icra hakimiyyətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak etmişlər. Keçirilən tədbirlərdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr və sərhəd zastavası barədə ümumi məlumat verilmiş, qonaqlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qîyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əldə edilmiş yüksək nailiyyətlər xüsusi vurğulanmış, Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğı-sını, Dövlət Sərhəd Õidmətində gedən dinamik inkişafı, əldə îlunmuş uğurları əks etdirən fîtî-slaydlar və video görüntülər nümayiş etdirilmişdir. Çıxış edən valideynlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, övladlarına öz tövsiyələrini vermişlər. Daha sînra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kîllektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, övladlarının õidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilmişdir. Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular "Õidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəõri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılmış, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunmuşdur. Birgə nahardan sonra tədbir iştirakçıları yerli incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kîlletivlərinin hazırladığı maraqlı kînsert prîqramlarına tamaşa ediblər.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən də tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri Göyçay Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda baş tutub. Tədbirdə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində aparılan davamlı işlər nəticəsində bugün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün göstəricilərə görə regionun ən qüdrətli ordusu statusunu qazandığını qeyd etmişdir. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 9 dekabr.- S.15.