Vətənpərvərliyin Heydər
Əliyev nümunəsi
Azərbaycan vətəndaşının
qürur mənbəyinə çevrilib
Azərbaycan
Silahlı Qüvvələrinin müxtəlif bölmələrində
vətənpərvərlik tədbirləri davam
etdirilir. Dövlət Sərhəd Xidmətinin
Akademiyasında müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər
Əliyevin anım mərasimi keçirilib.
Tədbir Ulu Öndərin əziz xatirəsinin
bir dəqiqəlik sükutla
yad edilməsi ilə
başlamışdır.
Tədbirdə
çıxış edən millət vəkili Aydın Mirzəzadə,
akademiyanın rəisi general-mayor Elşən Verdiyev Ulu
Öndər Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti qarşısında misilsiz xidmətlərindən
söz açmış, tarixə öz adını əbədi
həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan
vətəndaşının qürur mənbəyinə
çevrilmiş, Vətəninə hədsiz məhəbbət,
xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi
dəyərlərinə böyük sevgi nümunəsi olan
qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən
danışmışlar. Dahi Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət
quruculuğu dövrü
olduğu qeyd edilən
tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın Sərhəd
Mühafizəsinin inkişafındakı misilsiz
xidmətləri, milli hərbçi
kadrların, xüsusən də sərhədçi zabitlərin
hazırlanmasına göstərdiyi diqqət və
qayğı minnətdarlıq hissi ilə
xatırlanmışdır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla
davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin sərhədçi
kadrların yetişdirilməsinə böyük
qayğı göstərərək imzaladığı tarixi sərəncamla yaradılan Dövlət
Sərhəd Xidməti Akademiyasının
qısa müddət ərzində ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən
birinə çevrildiyi, ölkəmizdə
xüsusi ixtisaslı ali
təhsilli sərhədçi zabitlərin hazırlanması,
hərbi qulluqçuların peşə
hazırlığının təkmilləşdirilməsi,
elmi-tədqiqat işlərinin aparılması sahəsində
yüksək nəticələr əldə etdiyi
iftixar hissi ilə
vurğulanmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silàhlı Qüvvələrinin
Àli Bàş Komàndànı
cənàb İlhàm Əliyevin rəhbərliyi
ilə istər dàõili, istərsə də
õàrici siyàsət sahəsində əldə
edilən uğurların Ulu Öndərin
zəkàsının təcəssümü, əmànət qoyub getdiyi
ideyàlàrının təntənəsi olduğu
minnətdarlıq hissi ilə qeyd edilmişdir. Tədbirin
sonunda Ulu Öndərin
həyatından bəhs edən sənədli film
nümayiş etdirilmişdir.
Yeri gəlmişkən
qeyd edək ki,
Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi
bilik və vərdişlərin, sərhədçi
peşəsinin sirlərinin dərindən öyrədilməsi
ilə yanaşı, kursantların Vətənə hədsiz
məhəbbət, xalqımızın tarixinə, mədəniyyətinə,
milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi xüsusi
diqqət mərkəzində saxlanılır. Ulu
Öndər Heydər Əliyevin dediyi
"Mən arzu ådirəm
ki, hər bir sərhədçi
yüksək mənəviyyatlı bir insan olsun" sözlərinin
tərbiyə prosesinin əsas vəzifəsi
kimi qəbul edildiyi akademiyada mütəmadi olaraq
müxtəlif tədbirlər keçirilir,
ölkəmizin tanınmış ziyalıları ilə
görüşlər təşkil edilir,
kursantlar muzeyləri, müxtəlif mədəniyyət
ocaqlarını ziyarət edir, teatr tamaşalarına, sərgi və konsertlərə
aparılırlar. Belə tədbirlər
kursantların dünyagörüşünün
genişlənməsində, onların estetik
zövqünün formalaş-masında,
azərbaycançılıq ideyalarına sadiq,
mədəniyyət və incəsənətimizə bələd
olan yüksək mənəviyyatlı
zabitlər kimi yetişməsində mühüm rol
oynayır. Xalq şairi Nəriman Həsənzadə
ilə keçirilən görüş gələcəyin
sərhədçi zabitləri tərəfindən maraqla qarşılanmışdır. Şairin anadan
olmasının 85 illiyi münasibəti ilə
keçirilən tədbirdə akademiyanın rəisi general-mayor Elşən Verdiyev,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçiliyi
Akademiyasının prorektoru, tarix elmləri doktoru, professor Musa Quluzadə
çıxış edərək şairin
həyat və yaradıcılığı barədə geniş məlumat vermişlər. Vaxtı ilə
şairin tələbəsi olmuş, hazırda akademiyada
tarix müəllimi işləyən Tahir Bayramov N.Həsənzadənin
pedaqoji fəaliyyəti barədə
danışmış, şairə həsr etdiyi
şeirini söyləmişdir.
Akademiyanın kursantları şairin
şeirlərindən nümunələr səsləndirmişlər.
Görüşdə xalq şairi Nəriman Həsənzadə
çıxış edərək Vətən sərhədlərinin
keşiyində durmağın hər bir
Azərbaycan övladının ən ümdə vəzifəsi
olduğunu bildirmiş,
gənclərə tövsiyələr vermiş,
akademiyanın müəllim və kursant
heyətinə təhsildə və şəxsi həyatda
uğurlar arzulamışdır. Etiraf edilməlidir ki, orduda vətənpərvərlik hissinin artırılması, gənc əsgərlərin
ruh yüksəkliyinin təmi edilməsi daim ölkə prezidenti, Ali Baş Komandan
İlham Əliyevin diqqət mərkəzində
olmmuşdur. Məhz bu
məqsədlə dövlət başçısı mütəmadi
olaraq cəbhənin ön
xəttinə gedir, əsgər və
zabitlərin vəziyyəti ilə şəxsən
tanış olur. Bir müddət öncə
ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində
əməliyyat şəraiti ilə tanışlıq
zamanı İlham Əliyev bildirib ki, bu
ilin aprel ayında Ermənistan
dövlətimizə, xalqımıza qarşı növbəti
silahlı təxribat törətmişdir. Qəhrəman
Azərbaycan Ordusu - xalqımızın əsgər
və zabitləri bu təxribata layiqli cavab vermişdir.
Uğurlu əks-hücum əməliyyatı
keçirərək düşmənə sarsıdıcı
zərbələr vurmuşdur və Azərbaycanın
işğal altında olan
torpaqlarının bir hissəsi azad edilmişdir: "Bu gün biz
Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi
işğal altında idi.
Biz bu işğala
son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının ərazilərində işğal
altında olan 2000 hektardan
çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində
işğalçılardan azad edilmişdir. Minlərlə hektar
torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd
etməliyəm ki, əks-hücum əməliyyatımız
əlverişsiz mövqelərdən
başlamışdır. Biz yüksəklikləri,
təpələri işğalçılardan azad
etmişik və böyük
qəhrəmanlıq göstərmişik. Aprel
döyüşləri hərbi dərsliklərə
salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq,
qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik,
Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz,
zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə
görüş zamanı onlarda
ruh yüksəkliyi gördüm.
Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş
bölgələrinə qayıtmaq. Bu, bir daha onu
göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları
vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən
uğrunda, torpaq uğrunda ölümə getməyə
hazırdırlar. Aprel döyüşləri
bizim şanlı qələbəmizdir. Azərbaycan
Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar,
miflər uydururdu. Guya
onların yenilməz ordusu var.
Aprel döyüşləri göstərdi
ki, hansı ordu yenilməzdir.
Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu
istənilən vəzifəni icra etməyə
qadirdir. İşğal
edilmiş torpaqlarda,
Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur
ki, bu gün
biz onu məhv edə
bilməyək. Bu gün
Azərbaycan Ordusu güclü
ordular sırasındadır. Bunu biz bilirik,
Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü
orduların reytinqlərində Azərbaycan Ordusunun
çox yüksək yeri
vardır. Ordumuzun döyüş
qabiliyyəti yüksək səviyyədədir, günbəgün
artır". Dövlət başçısı bəyan edib ki, ordumuzda
nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir.
Biz son illər ərzində
milyardlarla dollar dəyərində
ən müasir silah-sursat,
hərbi texnika almışıq. O texnikalar
ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha
göstərdi. Aprel
döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər
görülür, vəsait
ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə
və dəqiqliyə
malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır: "Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik
ruhu da yüksəkdir.
Biz öz torpağımızdayıq,
bura Azərbaycandır.
Lələtəpə də
Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi
də Azərbaycandır.
Biz öz torpağımızdayıq.
Heç
bir ölkənin torpağında gözümüz
yoxdur. Ancaq biz öz torpağımızda
ikinci erməni dövlətinin yaranmasına
heç vaxt imkan verməyəcəyik.
Aprel döyüşləri bunu
bir daha sübut etdi. 1994-cü ilin yanvar
ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir,
22 kənd işğalçılardan
azad edilmişdir.
Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir
daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq
siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.
Bu, bizim əzəli
torpağımızdır, tarixi torpağımızdır
və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza
qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü.
Əgər erməni silahlı
qüvvələri aprel
döyüşlərindən düzgün nəticə
çıxarmasalar, gələcəkdə
Lələtəpə əməliyyatı
kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.
Ermənistanın siyasi rəhbərliyi,
nəhayət, dərk
etməlidir ki, işğalçılıq hərəkətləri
onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir.
Bizim güclü potensialımız
və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə
- bax, burada düşmənlə üz-üzə
dayanan oğullarımızla
fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək
və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"
Etiraf edilməlidir ki, dövlət başçısının
mütəmadi olaraq ön xəttə səfər etməsi hərbçilərlə yanaşı,
orduya hazırlaşan
gənclər arasındada
da vətənpərvərlik
hissini artırmış
olur. Çünki,
Azərbaycan gəncliyi
dərk edir ki, onun arxasında
hər zaman güvənə bildiyi dövlət başçısı
var, bu torpaq,
bu Vətən
uğrunda can verməyə
dəyər. Onu da qeyd edək ki, son illər ərzində orduda fərarilik halları tamamilə aradan qaldırılıb. Gənclər nəinki orduda xidmət etməyi özlərinə şərəf
bilirlər, hətta bu yolda şəhid
olmaqdan belə çəkinmirlər. Onu
da qeyd edək
ki, prezident İlham Əliyev Azərbaycan Respublikası
vətəndaşlarının 2017-ci il yanvarın
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Sərəncam imzalayıb.
Artıq
gənclərimiz hərbi
xidmətə yola düşəcəkləri günü
səbirsizliklə gözləyirlər.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 14 dekabr.- S.15.