Heydər Əliyevin Azərbaycançılıq
ideologiyası bizim üçün bayraqdır
Arif Quliyev:
"Əgər biz həmin bayraq altında hərəkət etsək,
diasporamız da birləşər və bütün işlərimiz də uğurla həyata keçirilər"
"Bununla da azərbaycanlılar
yaşadıqları ölkələrdə bütün
nailiyyətləri əldə edə bilərlər"
Tarixən Azərbaycan
diasporunun ən güclü
olduğu ölkələrdən biri də Ukrayna olub. Ancaq təssüflər
olsun ki, zaman-zaman Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında meydana gələn ziddiyyətlər, fikir ayrılığı bu
ölkədəki diasporumuzu artıq zəiflədib.
Amma bütün bunlara baxmayaraq diasporumuzun yekdil, birgə
olması istiqamətində işlər aparılır. Bəs
görəsən, bu kimi
cəhdlər, təşəbbüslər nə dərəcədə
müsbət nəticə verə bilər?
Bu və
ya digər suallarla Ukrayna Milli Aviasiya Universitetinin professoru,
hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil
işçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif
Quliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi
müsahibədə Arif Quliyev Ukraynada yaşayan azərbaycanlıların
elm sahəsində əldə etdiyi nailiyyətlərdən də
söz açıb.
-Arif
müəllim, təxminən neçə ildir
Ukraynada yaşayırsınız və bu ölkədəki əsas fəaliyyətiniz
nədən ibarətdir?
-1998-ci ildən Ukraynada yaşayıram. Əvvəlcə Ukraynadakı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışam. Təhsil aldığım müddətdə həmin akademiyada aspiranturada oxumuşam və dövlət idarəçilik elmləri namizədi üzrə müdafiə etmişəm. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyində işləmişəm. Elmi fəaliyyətim beynəlxalq hüquq, Konstitusiya məsələlərinə həsr olunub. Doktorluq müdafiəsi üzrə mövzum da Azərbaycanın qarşılaşdığı terrorizm problemi ilə bağlıdır. Bu mövzu ilə bağlı müdafiə işimi götürəndə elmi rəhbərim Azərbaycanın başına gətirilən müsibətlər, terror aktlarını qəbul etmirdi, ona inanmırdı. O zaman yaxın dostlarımın köməyi ilə həmin elmi rəhbərimlə birgə Bakıya gəldik. Burada Şəhidlər Xiyabanını ziyarət etdik, Milli Məclisdə olduq. O zaman vitse-spiker olan Arif Rəhimzadə ilə görüşdük və qanunverici orqanın bu sahədə həyata keçirdiyi tədbirlərdən danışdı. Daha sonra Prezident Administrasiyası, Milli Aviasiya Akademiyasında, MTN-nin Akademiyası və Polis Akademiyasında görüşlər keçirdik. Məlumat üçün qeyd edim ki, həmin şəxs Ukraynanın təhlükəsizlik orqanının generalı idi və ona görə də bu cür görüşlər keçirib bəzi dəqiqləşmələr aparılmasını zəruri sayırdı. Biz Bakıdan Ukraynaya qayıtdıqdan sonra mənə müdafiə işimi götürməkdə, onu hazırlamaqda xeyir-dua verdi. Həmçinin bir vətənpərvər kimi qeyd edilən mövzuya üstünlük verməmi təqdir etdi. Elmi Şuranın iclasında belə həmin şəxs bunları etiraf etdi. Beləliklə, 2012-ci ildə Ukrayna Ali Radasının Qanunçuluq İnstitutunda elmi işimi müdafiə edərək hüquq elmləri doktoru dərəcəsi aldım.
-Adətən erməni
yalanlarını ifşa edən şəxslərə
qarşı erməni diasporunun
basqıları, təhdidləri olur. Siz də Ukraynadakı erməni diasporu tərəfindən hansısa təzyiqlə
üzləşdinizmi?
-Təbii. Mənim yazdığım yazılar, məqalələr ermənilər arasında ciddi təşviş yaradır. Onlar da öz ənənələrinə uyğun olaraq həmin yazıların altına təhqiredici, həmçinin təhdid xarakteri daşıyan rəylər yazırlar. Bir məqamı da qeyd edim ki, hətta səfirlikdə işləyən zaman və sonra da mənim iş yoldaşlarım evə dönərkən ehtiyatlı olmağı tövsiyyə edirdilər. Ermənilərlə bağlı digər bir faktı da qeyd etmək yerinə düşər. Belə ki, doktorluq müdafiə edəndə Elmi Şuranın üzvü olan bir erməni xanım yerindən qalxaraq gəlib məni təbrik etdi. Və bildirdi ki, hadisələrin bu cür davam etməsindən xəbərdar olmayıb. Ancaq onu da qeyd edim ki, Ukraynada hansısa mətbu orqana yazı, məqalə təqdim edərkən xristian təssübkeşliyindən irəli gələrək onun çapına maneçilik törədilməyə çalışılıb. Hətta bildirilib ki, nə qədər istəyirsən hörmət edək, ancaq məqalə olduğu kimi dərc edilməsin. Təbii ki, mən bu cür fikirlərlə heç vaxt razılaşmamışam.
-Bəs sadə
ukraynalıların bizə olan münasibəti
necədir?
-Çox əla. Məlumat üçün qeyd edim ki, Ukraynada 3 nəfər Azərbaycanın milli qəhrəmanı var. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində gedən döyüşlərdə həlak olublar. Mən Ukraynadakı Azərbaycan səfirliyində işləyən zaman həmin şəxslərin müvafiq sənədlərini hazırlayıb Bakıya göndərdim. Nəticə etibarilə həmin şəxslərin ailələri Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin təqaüdünü alırlar. Bundan başqa daha bir nəfər, Alek Babak 1991-ci il, aprel ayının 7-də Qarabağda gedən döyüşlərdə, Qubadlı rayonunda xristianlığın kölgəsində işğalçılıq fəaliyyəti ilə məşğul olan ermənilər tərəfində vəhşicəsinə öldürülüb. Məlum olduğu kimi aprelin 7-si xristianlar üçün ən müqəddəs gün - Pasxa günüdür. Alek Babak ölümündən sonra DİN işçisi kimi SSRİ-nin axırıncı, Böyük Vətən müharibəsindən sonra münaqişələrlə əlaqədar daxili işlər orqanı işçisi kimi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın Ukraynadakı diaspor nümayəndələri Sərxoş İsmayılov və Eldar Tağıyev həmin ailəni himayayə götürüb. Keçən il A.Babakın yaşadığı şəhərə gedərək, onun qəbrini ziyarət etdik. Həmçinin bizim təşəbbüsümüzlə onun oxuduğu məktəbə şəhidin adı verilib. Alek Babak barədə hətta film də çəkilib. Bu yaxınlarda isə Xarkovda Ruslan Poltarakın qəbrini ziyarət edib, onun ailəsi ilə görüşdük.
-Siz
həm də bir diaspor
nümayəndəsi hesab olunursunuz.
Bu gün Ukraynada Azərbaycan diasporunun
vəziyyəti hansı səviyyədədir?
-İlk vaxtlarda diasporamızda bəzi yekdillik vardı. İndi isə
belə demək mümkün deyil. Bu gün Ukraynada
əsasən iki diaspir təşkilatı fəaldır. Onların
hər ikisinə
bildirirəm ki, birləşib yekdil olmalısınız. Əgər yekdil
olmasanız, heç bir ciddi uğur
əldə edilməyəcək.
Onların hər ikisi
mənə böyük
hörmət bəsləyir
və keçirdikləri
tədbirlərə dəvət
edirlər. Hətta mən
Diasporla İş üzrə Dövlət Komitəsində olarkən
komitə rəsmilərinə
bununla bağlı fikirlərimi bildirmişəm.
Qeyd etmişəm ki, Ukraynada diasporamız o zaman güclü olacaq ki, hamı
bir adamı diaspor rəhbəri olaraq tanıyacaq. Yəni kim
özünü diaspor
fəalı hesab edirsə, onların hamısını bir yerə yığıb gizli səsvermə keçirək. Nəticədə səsvermə yolu
ilə seçilən
şəxsi hər kəs diaspor rəhbəri kimi tanısın. Həmçinin Ukrayna dövlətinə məlumat verək ki, bizim diaspor
rəhbəri kimdir.
Çox təəssüf
ki, buna nail ola bilmirik.
Ayrı-ayrılıqda hər ikisi
yaxşı, dəyərli
oğlandı. Ancaq ortaq
fikrə gələ bilmirlər. Dünya Azərbaycanlılarının
IV Qurultayında mənimlə
yanaşı onlara da Prezident tərəfindən
"Tərəqqi" medalı
verildi. O zaman mən hər ikisinə bildirdim ki, bu medal sizin
üçün dövlət
tərəfindən verilmiş
bir avansdır. İndi çalışırlar, özlərini
döğrultsalar yaxşı
olar. Əgər birgə çalışıb
yekdil şəkildə
bu işi görsələr, bu bizim milli maraqlarımıza
xeyirdir. Sapı özümüzdən
olan baltalar olmasa azərbaycanlılar Ukraynada heç bir əziyyət, çətinlik çəkməz.
Çünki Ukraynada azərbaycanlılara
çox böyük hörmət bəsləyirlər.
Mən Prezident yanında Dövlət İdarəçilik Akdemiyasında
təhsil alanda professorlardan biri mənə dedi ki, Azərbaycan geri qalmış bir ölkədir, orada demokratiya yoxdur və s. Cavabında ona bildirdim ki, Azərbaycanda
olmusunuz? Bildirdi ki, yox.
Dərhal ikinci bir sual etdim ki,
o zaman bu informasiya sizdə hardandır? Həmin professoru
məlumatlandırmaq, onda
obyektiv fikir formalaşdırmaq üçün
ona bir məqalə
təqdim etdim. Həmin məqalə Millət Atası - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına
nail olmaq üçün
xalqın ona müraciət etməsi, Heydər Əliyevin həmin müraciəti dəyərləndirərək Bakıya gəlib Azərbaycanı düşmüş
olduğu böhranlı
vəziyyətdən çıxarması
ilə bağlı idi. Mənim təqdim etdiyim
material professorun rəhbərlik
etdiyi "Politika və kultura" jurnalında 2000-ci ildə
dərc edildi. Bir həftə sonra professor yenidən mənimlə görüşdü və
bildirdi ki, həmin məqalə onu milli ruhda
tərbiyə edib.
Bununla da həmin şəxsin
Azərbaycana olan münasibəti dəyişdi.
Məlumat üçün onu da qeyd
edim ki, Ukraynada "Ukrayna Azərbaycanlıları Alimlər
Şurası" adlı
təşkilat təsis
edib, onu qeydiyyatdan keçirmişik.
Həmin təşkilat
barədə fikirlərini
bildirən Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti
Akif Əlizadə dedi ki, belə
bir təşkilatın
yaradılması müsbət
bir addımdır. Həm də bu azərbaycanlıların
yalnız bazar adamı olması fikrini təkzib etmək baxımından da çox dəyərlidir.
-Dünya Azərbaycanlılarının
IV Qurultayında Azərbaycan
Prezidenti İlham Əliyev çıxışı
zamanı diaspor qarşısında bir sıra mühüm vəzifələr qoydu. Ötən müddət ərzində
dövlət başçısının
tapşırıq və
tövsiyyələri əsasında
müsbətə doğru
dəyişikliklər baş
verib?
-Azərbaycan Prezidentinin
bütün fikirləri,
tövsiyyələri bizim
üçün proqram
xarakterli əhəmiyyət
kəsb edir. Amma açıq,
səmimi şəkildə
deyirəm ki, həmin proqram tam gücü ilə icra olunmur. Bəzən bildirirlər ki, diaspor təşkilatları
çox olsa rəqabət də çox olar. Amma, mən başa düşə bilmirəm
ki, milli dəyərlərdə hansı
rəqabət olmalıdır.
Milli dəyər yekdildir.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycançılıq
ideologiyası bizim üçün bayraqdır.
Əgər biz həmin bayraq
altında hərəkət
etsək, irəliyə
getsək, o halda diasporamız da birləşər və bütün işlərimiz
də uğurla həyata keçirilər.
Bununla da azərbaycanlılar yaşadıqları ölkələrdə
bütün nailiyyətləri
əldə edə bilərlər. Ümid edirəm
ki, diaspor təşkilatlarımız nəhayət
bunu dərk edəcək və öz fəalkiyyətlərinə
yenidən nəzər
yetirərək birlik,
bərabərliyə nail olmaq
istiqamətində lazımı
addımlar atacaqlar.
Çünki bu bizim ümumi işimizin xeyrinə olan bir məsələdir.
Həmçinin Qurultaya hazırladığım
məqalədə də
yazmışam və hesab edirəm ki, Heydər Əliyev Fondunun bu proseslərə qoşulması diasporamızı
yekdilləşdirə bilər.
Bir məqama da diqqət çəkim ki, Ukraynanın paytaxtı Kiyevdəki 5 məktəbdə
Azərbaycan dili məktəbləri açmışıq
və mənin həyat yoldaşım Səfayə Naibovanın rəhbərliyi ilə orada Azərbaycan dili və mədəniyyəti
haqqında dərslər
keçilir. Bu öz-özlüyündə Ukraynada
yaşayan azərbaycanlıların
övladlarının öz
dilini, adət-ənənənlərini,
milli dəyərlərimizi
öyrənməsi baxımından
mühüm əhəmiyyət
kəsb edir. Əgər onlar uşaq vaxtından bütün bunları öyrənməsələr,
o halda bir müddət sonra onlar tamamilə Azərbaycanı unudacaqlar.
Bütün bu məsələlər
hesab edirəm ki, bizim diasporamızın
da ümumi işinə müsbət təsir göstərəcək.
Süleyman İsmayılbəyli
Olaylar.- 2016.- 14 dekabr.- S. 4.