Vətəni qibləgah edən şəhidlər
Etiraf edilməlidir ki,
aprel döyüşlərində qəhrəmanlıq
göztərən əsgər va zabitlərin
təbliği gənclərin vətənpərvərlik hissinin yüksəldilməsində əvəzsiz
rol oynayır. Belə qəhrəmanlardan biri də Vuqar və Vüsal əkiz qardaşlarıdır. Aprel döyüşlərində həlak olmuş şəhid Vüsal
Alıyevin anası Şahnaz Alıyeva bildirib ki, 1987-ci ildə əmisi
oğlu İntizam
Alıyevlə ailə həyatı qurduqdan
sonra Rusiyaya gediblər.
O zaman Azərbaycanda vəziyyət pisləşməyə
başalayırdı, iqtisadiyyat çökmüş, iş
yerləri bağlanmışdı. İnsanlar
qurtuluş yolunu Azərbaycanı
tərk edib, getməkdə
görürdülər. Bir parça çörək arzusu
ilə xaricə axışırdılar. Rusiyada
bərqərar olandan sonra,
işləri də pis getmədi. Elə bil ki, Allah
da bu gənc ailənin
köməyinə çatmışdı. Güzəranlarını
qurmuşdular. Hətta qohumlarına da yardım edirdilər.
İntizamın
1 oğlu, 1 qızı dünyaya gəlmişdi: Arzuları
çox idi. 1992-ci ildə ermənilərin Azərbaycana
qarşı torpaq iddiası qızışmışdı. Vətən
müharibəsi bir çox
azərbaycanlını qərib torpaqlarda
qurduqları cah-calaldan əl çəkməyə
vadar etdi. Vətən
təəssübü, Vətən qeyrəti çəkən
oğlanlar qərib torpaqlarda
qazandıqları hər şeyi atıb,
Azərbaycanın harayına gəldilər. Gəldilər ki, Azərbaycana arxa-dayaq olsunlar. Baxmayaraq ki, çoxu vətəndən
küsüb getmişdi.
Amma qeyrət dəmi gələndə, Vətəndən
küsmək olmur. Vətəni unutmaq, atmaq, onu ancaq sərvətlərinə
görə sevmək şərəfsizlərin işidir. Əsl Vətən oğulları Vətənə
dar gündə qayıdır, dar gündə Vətəni qoyub
qaçmır. Azərbaycan nizamsız Qarabağ döyüşlərinə başlyanda, Milli Orudumuz da yenicə
yaranırdı. Bu Ordunun
içərisində könüllülər briqadaları da yarandı. İntizam
Alıyev də həyat yoldaşı Şahnazı, 6
yaşlı qızı Tatyananı və 4 yaşlı oğlu Royalı da götürüb Vətənə qayıtdı.
Özləri ilə gətirdikləri bir əyin-baş
geyimləri oldu. Ailəsini ata evində Tovuzun Qovlar kəndində yerləşdirdi. Özü isə könüllülər
briqadasında vuruşmağa
başladı. Bu gözəl, şux qamətli, gözləri daim Vətən eşqi ilə
yanan pəhləvan cüssəli
oğlanın qəhrəmanlıqları artıq ermənilərin
arasında da yayılmışdı.
Topaqlarımıza yiyələnmək istəyənlərin
arzularını gözündə qoyurdu.
1994-cü ilin iyul
ayına qədər döyüşdü.
Gecəsi-gündüzü olmadı. İyul
ayının 14-də şəhid oldu. Təzə gəlin Şahnazın qara
günləri elə bundan sonra
başladı. Müharibə dövrünün
ağır həyat tərzi, pis güzəran,
yoxsulluqdan ailə himayəsində yaşadığı
qayınanasıgilin də yanında söz-söhbəti
tükənmədi. İki il sonra ailənin
böyükləri, yığışıb belə qərara
gəldi ki, Şahnazı ərə
versinlər. Belə məsləhət etdilər
ki, seçdikləri namizəd ər,
Şahnazın özünə və balalarına sahib çıxacaq. Əlacsızlıqdan Şahnaz da böyüklərin
sözündən çıxmadı, iki
uşaq ilə ata evinə
qayıdası deyildi ki...
Şahnaz İlhama ərə
getməyə razılıq verdi. Və
bəlalı və keşməkeşli günləri də bundan sonra başladı.
Əkiz oğlu dünyaya
gəldi. İlhamla heç
yola gedə bilmədi. Atdığı səhv
addım, qadına baha başa
gəldi. Neylədisə, ürəyi İlhamla barışmadı. Bir
müddət keçmişdi, İlham başqa qadın
yanına getdi. Şahnaz
könlünün ilk
ovu şəhid İntizam
Alıyevin soyadından çıxmamışdı. Hətta
təzə doğulmuş əkiz
oğlanları Vüsal və Vuqarı da onun soyadına
yazdırdı. Uşaqlar da
Alıyev soyadının daşıyıcıları oldular. Tovuzun Qovlar kəndindəki
küçə, bir məktəb şəhid
İltizam Alıyevin adını
daşıyırdı. Tovuz rayonunda şəhid ailəsi kimi
müvəqqəti sığınacaq üçün
verilən evdə yaşamağa
başladı. Deyirdilər ki, şəhid
ailəsi kimi ona daimi ev verəcəklər.
Dörd balasını dolandırmaq üçün, evin həyatyanı
torpaq sahəsində əkin-biçin elədi...
Yaşamaq üçün
minimum şərait yaratdı. Yavaş-yavaş uşaqları da böyüyürdü.
4 il əvvəl isə Şəmkirdən
olan doğmaları oan
məsləhət etdilər ki, Kür qəsəbəsində yeni torpaq sahəsi verilir, köçüb ora getdin. "Məsləhətli
don gen olar" deyiblər. Şahnaz da qohumları ilə məsləhətləşib,
uşaqlarını da başına
yığıb, Kür qəsəbəsində
məskən saldı. Artıq böyük
Royal da boya-başa çatmışdı. Royalın
əli iş tutandan sonra, onu da
atası kimi Rusiyaya,
çörək dalınca işləməyə
göndərdi. Yeni ev
düşərli oldu. Royala
toy edib, gəlin gətirdi.
Royal Rusiyada
çörəkpulu qazanırdı, qardaşı Vuqar isə rayonda işləyib
evə yardım edirdi, o
biri qardaş Vüsal isə həyət-bacada
anasının əkin-biçin işlərinə, kənd təsərrüfatına
kömək edirdi. Qızı Tatyana da ərə getmişdi. Yavaş-yavaş
ağır günləri unutmağa
başlayırdılar. Daha balaları böyüyüb, harayına
çatırdı Şahnazın. Məhəllədə bir cüt qardaş
üçün yeni ev tikməyə başladılar. Bu evin bütün
əziyyətini və çətinliyini çəkən, evin divarını hörüb
qaldıran isə Vüsal oldu.
2014-cü ilin oktyabrın 4-ü əkizlərin
18 yaşı tamam oldu.
Oktyabrın 6-si isə Şahnaz bir cüt balasını əsgər
yola saldı. Mart
ayıının sonu Royal
Rusiyadan anasına yenə pul
göndərdi ki, aprelin
1-i əsgəri xidmətlərini başa
vurub gələn qardaşlarını layiqli qarşılaya bilsin.
Aprelin 1-i səhər o
başdandan gedib
bazarlıq elədi, son dəfə telefon danışığında
oğlanlarından hansı yeməyi istədiklərini soruşanda, Vüsal "Ana sənin paxlavanın yerini
heç nə vermir"
demişdi. Gəlini Sevinc
ilə köməkləşib, günortaya
qədər paxlavanı da hasilə gətirdilər.
Royal 1 saatdan bir zəng edib,
qardaşlarının gəlib -gəlmədiyini soruşurdu. Axşamüstü
Vuqar və Vusal evə
telefon zəngi edib
dedilər ki, gələsi olmadılar, onları
təlimə aparıblar. Ananın əlləri-qolları
qırılıb yanına düşdü,
bişirdikləri qazanlarda dolu
qaldı, qapağı açılmadı. Və sonra bildi ki,
ermənilərlə təmas xəttində döyüş
başlayıb. Bir həftə əvvəldən
Azərbaycan əsgərləri ölkənin müxtəlif
istiqamətlərində yerləşən hərbi hissələrdə
təlimlərə aparılmışdılar. Elşad Cəfərov da
yaxın dostları Vüsal və Vuqar qardaşları ilə eyni
hərbi hissədə idi. Təlimlərə
gedib-gəlmək çox yorucu
idi. Hər təlim onlara
əzab-əziyyət kimi görünürdü.
Təlimin 5-ci günü komandanlıqdan
xəbər gəldi ki, döyüş
istiqaməti var. Əsgərlər
arasında həyəcanlanan da oldu. Lakin sevinənlər, sevincdən bir-birini
qucaqlayıb öpənlər, "Vətən, əsgərlərin
səni xilas etməyə gəlir" deyə
qışqıranlar bir-birinə qarşdı. Vətən və
vətənpərvərlik mahnılarının sədaları
yüksəldi. Əsgərləri sakitləşdirmək mümkün deyildi.
Bölmə komandiri şamaxılı
balası, heykəltəraş Samir Kaçayev dəstəsini başına
yığıb, ürəksiz əsgərlərlə təbliğata
başladı. Vuqar və Vüsal
qardaşları da Samirin
komandirlik etdiyi dəstədə
idilər. Bir neçə saat
ərzində artıq əməlli-başlı əhval-ruhiyyə
yarada bilmişdilər. Komandirlər bilirdi ki, sabah
qarşıda böyük sınaq var. Əsgərlərin müharibə ərəfəsindəki
əhval-ruhiyyəsini Vüsal və Vüqar qardaşları ilə birlikdə hərbi
xidmət keçən Elşad Cəfərov
danışır: "Mən Elşad Cəfərov
Vüqar və Vüsalla
yaxın dost idim. Vüsal şam yeməyində
yaman sevinirdi. Manı oxuyurdu, uca səslə deyirdi ki, gedirik
QƏLƏBƏYƏ, gedirik, Şəhid
olmağa! Səhərisi bizi
sıraya düzüb, döyüş
bölgəsinə Tərtərin Qapanlı kəndi ərazisinə
gətirdilər. Əvəlcə tanklar qabağa keçdi,
minalanmış zonalar təmizləndi. Biz isə tankların izi
ilə qabağa getdik.
Aprelin 1-dən 2-nə keçən gecə
idi. Qızğın döyüş
gedirdi. Erməni tərəfdən bizi silah
yağışını tutmuşdular, minaaxtaranlar çox
çətinlikə irəliləyirdilər. Təbii ki, artıq ətrafımızda yaralanan əsgərlər və şəhid olanlar var idi.
Axıra 10-15 nəfər qalmışdıq. Yanımda bir nəfər əsgərin
yaralandığını gördüm. Məndən
kömək istəyirdi, dönüb əlimi
ona uzadanda, məni də
vurdular.Yanımdakı əsgər isə şəhid oldu. Qolumdan
yaralanmışdım. Erməni tərəfin
atdığı atəş məni tutdu.
Gözümü yumub
kəlmeyi-şəhadətimi söylədim, elə bildim ki, ölmüşəm.
Bir neçə dəqiqədən sonra gözümü
açdım ki, nəfəsim gəlir.
Artıq arxadan geri
çəkilmək əmri gəlmişdi, lakin
ermənilərin atəşinə görə tərpənə
bilmirdik. Bu zaman komandirlərimizdən biri
kapitan Nizami Qəhrəmanov
erməni tərəfə top atəşi
atdırdı, tozanaq qopdu
yanımızda olan yaralı və sağlam əsgərlər mövqeyumizə
çəkildik. Biz xeyli
ərazini azad etmişdik.
Zabitlərimiz bizi çox
böyük məhəbbətlə
qarşıladılar, qucaqlayıb bağırlarına
basırdılar, sevincdən ağlayırdılar. Yaralı əsgərlərin
yaralarından öpürdülər. Xəstəxanada yatanda tabor komandirinin
müavini Samiddin Zamanov yanımıza gəlmişdi. Əyilib
yaralı qolumdan öpdü".
Vuqarla Vüsal əkiz
qardaş idilər. Əkizlərin birinin digərini tərk edib
getməsi, ayrılığı və ya
əbədi ayrılığı digəri üçün
çox çətin və dözülməz
olur. Vüqar indi əkiz tay
qardaşı Vüsal haqqında
danışır: "Biz hamımız sevinirdik ki, müharibəyə,
döyüşməyə gedirik. Bir il yarım yeyib-içib yatmışdıq. Bu borcu qaytarmaq
vaxtı gəlmişdi. Döyüşə girməzdən əvvəl
Samir Kaçayev bizə
dedi ki, "şəhid
olsam, məni neytralda
və ya düşmən əlində
qoymayın". Komandirimiz idi,
aramızda böyük xətir-hörmət
var idi. Dost idik onunla,
çox vətənpərvər, qeyrətli
öğlan idi. Eyni xahişi biz qardaşlar da ondan elədik. Vüsal isə mənə dedi
ki, "hansımız şəhid olsaq, anamıza deyərik ki,
dalımızca ağlamasın, şəhidi ağlamazlar,
şəhidlik uca zirədir. Bizim bölükdə çox
mehriban şərait var
idi, komandirlərimiz də, əsgərlər
də bir-birinə can deyib,
can eşidirdilər. Çünki
bilirdik ki, hərbi
xidmətdən qayıtdıqdan sonra, nə
vaxtsa üz-üzə gələcəyik.
Elə ilk döyüşdə əziz dostumuz Samir Kaçayev gözümüzün
qabağında şəhid oldu,
düşmən snayperinin atəşi onun başından dəymişdi. Qardaşım
dedi ki, tez Samiri çıxart döyüş bölgəsindən.
Yanımızda söz haqqı var idi. Tez
Samiri çıxardım döyüş
zonasından. Anasının yeganə oğlu
və bizim gözəl dostumuz
şəhid olmuşdu. Vüsal qumbara atan idi. Onun sərrast
qumbara atması var idi. Çox uzaq nöqtəyə ata bilirdi. Sən demə müharibə belə olurmuş, yanında ən sevimli dostun ölür, onun ölümünə inanırsan
və cansız bədənindən ayrılıb,
gedirsən yenə vuruşmağa. Torpaq dostdan
da, anadan da, qardaşdan da şirin olurmuş.
Mən də Samirin cansız bədənini arxada gözləyən hərbi və mülki maşınlar dayanan hissəyə gətirib, təhvil verdim. O məqamda artıq qardaşım Vüsal irəliləyib qabağa getmişdi. Seyulana bayraq taxılanda komandirimiz Samir sağ deyildi. Qardaşım Vüsal isə
bunu görmüş,
bayraq taxılan yerdə qol götürüb oynayımış.
Ətrafımda yaralı əsgərlər
və şəhidlər
var idi. Yaralı döyüşçü,
Zaqatalanın Muxax kəndindən olan, anasının bircə oğlu Rəvan Nurayev qollarımın arasında can verdi.
Sevinə-sevinə "mən şəhid
oluram" deyib, gözlərini yumdu.
Və sonra qazaxlı balası Orxan Əliyevin şəhid olduğunu gördüm.
Onu da meydandan çıxardım.
Neçə gün qardaşımı
axtardım. Gizli, sürünə-sürünə
daha 4 yüngül, 8 ağır yaralı çıxardım. Mənim yanımda
Masallı rayonundan olan Ülvi Qüdrətzadə var idi. Bir də ki, tibb məntəqəsinin iki əsgəri. Mən qolumdan yaralı idim. Məntəqədə dedilər ki,
gəl müalicə olun, etiraz etdim.
Getdim qardaşımı axtarmağa.
Gücümüz çatan qədər
daşıdığım əsgərləri hərbi
və mülki maşınların yanına
gətirib, təhvil verirdik. Öz qardaşımı isə tapa bilmədim.
Sonda əliboş, ümidləri
üzülmüş halda
geri döndüm.
Mənə dedilər ki,
qadaşım erməni
ilə üzbəüz
dərəyə yıxılıb,
yaralı qalıb orda. Məni yandıran odur
ki, qardaşım dörd gün neytral zonada yaralı qalıb, əzabla can verib, qardaş itirdiyimə çox üzgünəm,
haraya baxsam, yeri görünür.
Biz bir-birimizlə nəfəs alırdıq.
Nəfəsim tükənib. Ancaq ki, şəhidliyindən qürurur duyuram. Onun zirvəsi, onunla birlikdə şəhid olanların zirvəsi, bütün Qarabağ şəhidlərinin zirvəsi
təkcə Tanrıdan
uca deyil".
Olaylar.- 2016.- 16 dekabr.- S.15.