85 yaşlı “Kukla”
İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci
ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa)
göstərilmişdi. Kukla teatrı müxtəlif illərdə (1931- 1941-ci
illər); (1946-1950-ci illər) müstəqil teatr
kimi, müəyyən dövrlərdə
isə Azərbaycan Gənc tamaşaçılar teatrı
(1941-1946-cı illər) və Azərbaycan Dövlət
Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət
də olub.
Azərbaycan və rus bölmələri
var.1964 -ci il aprel ayının 15-də teatra
"Dövlət" statusu verilib. 1975-ci ildən
teatrda böyüklər üçün
də tamaşalar göstərilir. Bildiyimiz kimi bu günlərdə Kukla
Teatrınn 85 illik yubileyi
qeyd olunacaq. Yubiley ilə əlaqədar teatrın bir neçə əməkdaşı ilə görüşdük.
Kukla Teatrının baş
rejissoru Qurban Məsimov...
Bu gün
Kukla Teatrı öz yubiley tədbirinə, Dünya
Azərbaycanlılarının Həmrəylik gününə
və Yeni il
bayramına hazırlaşır. Biz
çalışacağıq ki, yubiley tamaşamızdaKukla Teatrının bütün tarixini əhatə
edək. Uşaqlara həm video materiallarla,
həm audio materiallar vaistəsilə teatrımızn
tarixi haqqında məlumat verəcəyik.
Yubiley tamaşamız üçün
maraqlı süjet xətti fikirləşmişik.
Kukla teatrının rəmzi olan Çırtdanın təmsilində qocaman bir kuklaçı tamaşamızın əsas
qəhramanı olacaq.
Qocaman kuklaçının sayəsində
biz kukla teatrının
tarixinə nəzər
salacağıq. Nəzərdə tutduğumuz müddət ərzində 1931 - ci ildən bu günə
qədər teatrın
səhnəsində oynanılan
maraqlı tamaşalardan
"tamaşalar çələngi"
hazırlamağı düşünürük.
Tamaşadan öncə teatrın
yaranmasında və inkişafında əməyi
olan insanlar, qastrol səfərləri, teatrın mükafatları haqqında
vidio - rolik təqdim edəcəyik.
Qeyd edək ki, sözügedən yubiley tamaşasının quruluşçu
rejissoru Qurban Məsimov, rəssamı Kukla teatrının baş rəssamı İqbal Əliyev, quruluşçu
rəssam Rəvanə
Yaqubovadı.
Qurban Məsimov hazırlanan tamaşalarda uşaqların
zövqlərini, yeni maraq dairələrini də
nəzərə aldıqlarını
qeyd etdi. "Tamaşalarda, nağıllarımızda çalışırıq
ki, uşaqlara kompüterin, telefonun mənfi cəhətlərini
də göstərək,
uşaqların uşaq
həyatlarını yaşamaqlarını
istəyirik və tamaşalarımızda bunu
göstərməyə çalışırıq.
Uşaqların teatrda yeni nə
isə öyrənmələrinə
çalışırıq".
Qurban Məsimov tamaşalarda daha çox milliliyə
önəm verdiklərini
bildirdi. "Məsələn,
"Qırmızı papaq"
tamaşasını qurduqda
tamamilə onu dəyişib milli arnamentlər əlavə etdik. Nağılı "Qırmızı araxçın" adlandırdıq.
Tamaşanın rəssamı Rəvanə
Yaqubova, bəstəkarı
Vüqar Camalzadə oldu. Tamaşada vokal hissələri Flora Kərimova, Ceyhun Zeynalov, Lalə Məmmədova, Tünzalə
Ağayevə, Samirə
Əfəndiyeva, Anar Şuşalı, İlham
Nəzərov, Gülyaz
Məmmədova ifa ediblər. Bu tamaşa
da müğənnilərlə
teatrın birgə fəaliyyəti oldu.
"Qırmizi papaq" tamamilə milli bir nağıl
- "Qırmızı araxçın"
oldu".
Kukla Teatrında yeniliklər...
Gənc yazarların teatra dəvəti ilə maraqlandıqda isə Qurban Məsimov bildirdi ki, gənc
yazarlar birgə işləmək üçün
Yazıçılar İttifaqına
müsabiqə - layihə
təqdim ediblər. Seçilən ən yaxşı əsər teatrın repertuarına salınacaq.
Bundan əlavə teatrda əcnəbi animasiya qəhramanlarının təbliğindən
çox, yeni, milli
nağıl qəhramanlarının yaradılmasına
çalışılır. Ənənəvi nağıl
qəhramanları ilə
yanaşı,tamaşalara
yeni obrazlar da əlavə olunur. Məsələn, Tıq - tıq xanıma yeni obraz əlavə edilib, Tak - Tak, obrazı
yaratdıldı. Bu artıq yeni, müsbət qəhramandı.
Qəhramanlıq, mərdlik
mövzusu hər zaman teatr üçün əsas mövzulardandı. Məhəmmədəli, Xəlil qəhramanlıq mövzusunda yeni obrazlar kimi uşaqlara
təqdim edilir.
Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində
2016 - cı ilin sentyabr ayından 5 - 15 yaşlı uşaqlar arasından müsabiqə
yolu ilə seçilən uşaqlarların
iştirakı ilə "Oyuq" teatr-studiyası fəaliyyət
göstərir. Qeyd edək
ki, dərsləri studiyanın pedaqoqları ilə yanaşı peşəkar rejissor, xoreoqraf, vokalçı, aktyor və səhə ustaları aparır. Burada əsas etibarilə
müsabiqə yolu ilə studiyanın sıralarına qoşulan
həvəskarlara ilkin
səhnə vərdişləri
aşılanır.
Ustad dərslərində
uşaqlara səhnə
sərbəstliyi, tamaşaçı
ilə ünsiyyət,
obrazdan çıxış,
rejissorla işləmə
bacarığı, dramaturji
materialı mənimsəmə
və ifadə vərdişləri, eləcə
də səs və oyun texnikası,
plastika, nitq mədəniyyəti kimi keyfiyyətlər öyrədilir.
Yubiley tamaşasında
peşəkar aktyorlarla
yanaşı, "Oyuq"
teatrının körpələridə
iştirak edəcəklər.
Daha sonra kuklaların hazırlanması
ilə maraqlandıq. Bu sahədə bizi Teatrın baş rəssamə İqbal Əliyev məlumatlandırdı.
Teatrın baş rəssamı
İqbal Əliyev. . .
"Pyes hazır
olanda rejissor öz tapşırıqlarını
verir. Birinci eskizlər hazırlanır.Daha
sonra bədii şura iclas keçirir. Əgər orda
eskizlər qəbul olunarsa, o zaman kuklaların hazırlanması
prosesi başlayır.
Teatrın sexində heykəltaraşlar
kuklaları hazırlayır.
Daha sonra hazır olan kuklalar müəyyən
texniki mərhələlərdən
keçir. Texniki
mərhələ bitdikdən sonra kuklalar ilə dərzilər işləyir.
Bu prosesdə aktyorlar özləridə
iştirak edirlər.
Çünki, kuklalarla işləyən
onlardı. Tamaşa
zamanı kuklalarla necə
rahat işləmək lazım
olduğunu onlar daha yaxşı bilirlər. Aktyor kukla ilə impravizələr etdiyinə
görə kukların
hazırlanmasında da
onların iştirakı
vacibdi. Kuklanın geyimini dərzi
hazırlayandan sonra kuklalar məşqə verilir. Kukaların hazırlanması mərhələsi
dərzilərdə bitir.
Bu gün teatrımızda kukla janrının bütün növləri
hazırlanır: morinetkalar,
iplərlə idarə
olunanlar, boy kuklalar, troslu kuklalar, əlcək kuklalar və.s. Bütün bu kukların
hər birinin özünün hazırlanma
mərhələri var. Bunlardan
ən çətin hazırlananı və idarə olunanı ipli kuklalardı. Çünki, aktyordan yetəricə,
hardasa ən azı metr yarım,
iki metr kənarda olur. Ona görə güzgülü zalda tamaşadan və əsas məşqlərdən
əvvəl kuklalarla məşqlər
olur. Məhz buna görə Kukla teatrının aktyoru və rəssamı olmaq çox çətindi. Bunun üçün
çox özəlliklər
tələb olunur. Bu yükün hamısını
daşımaq çətindi.
Aktyorla bərabər, hər şeyə rəssam da cavabdehdi. Rəssamın da səhnəni
bilməsi vacib şərtlərdən biridi".
İqbal Əliyev animasiya filmlərində olan qəhramaları Kukla teatrının səhnəsinə
gətirdikdə orda öz əlavələrini,
impravizələrini əlavə
etdiklərini qeyd etdi. Əcnəbi qəhramanlara
da milli kolorit qatmağa
çalışdıqlarını bildirdi. ""Qırmızı
papaq" - ğı
"Qırmızı araxçın" lı
qız etdik - deyə İqbal bəy bildirdi.
"Biz uşaqlar üçün
tipaj yox, yeni qəhraman yaratmağa çalışırıq.Və
bunları yaradarkən
səhnə ilə, animasiya filmlərini səhv sala bilmərik. Vizual görünüş baxımından səhnə
tamam başqa şeydi, animasiya filmləri başqa şeydi. Tamaşaçılar bir teatrın
rəssamından animasiya
filmlərindəki qəhramanı
tələb edə bilməz. Çünki, onlar kompüter
qrafikasından geniş
istifadə edirlər.
Səhnədən aktyorun görsənməsini
nədənsə bizim
tamaşaçılarımız qəbul etmir. Amma dünya praktikasında aktyorun görsənmədən
kuklaları oynatması
artıq qəbul olunmur. Biz bunun
qastrol səfərlərimizdə
dəfələrlə şahidi
oluruq. Biz də artıq bu üsulu
teatrımızda tətbiq
edirik. Çalışırıq ki, teatrda uşaqlara estetik zövq bəxş edək. Onları komputerdən, internet aləmindən uzaqlaşdıraq".
Kuklalar...
Kuklaların saxlanması haqqında
Gülarə xanım Muradova məlumat verdi. "Repertuarda 27 tamaşa
var. Tamaşalarda istifadə
olunan kuklalar ayrıca otaqda saxlanılır. Kukların təmizliyinə
xüsusi diqqət yetirilir. Kuklaların
uzunmüddətli olması
üçün nəmdən,
işıqdan qoruyuruq".
Teatrın mətbuat katibi Həmidə Rüstəmova
bildirdi ki, reperturdan çıxarılan
tamaşaların kuklalarını,
yenilənən kuklaları
rəhbərlik bizə
müraciət edən
bölgə teatrlarına,
teatr studiyalarına təmənnasız istifadəyə
veririk.
Rejissor Anar Məmmədov...
Kukla Teatrı həm də Yeni il bayramına hazırlaşır. Bayram
tamaşasını teatrın
rejissoru Anar Məmmədov hazırlayır.Anar
bəy tamaşa haqqında bunları qeyd etdi: "
Tamaşada küpəgirən
qarı və dostları - pirat, qarğa, ifrit də iştirak edirlər. Onlar öz arzularının
həyata keçməsi
üçün Şaxta
babanın comağını
oğurlayırlar. Daha sonra
səhnəyə şaxtababa,
qarqız dəvət
olunur".
Qeyd edək
ki, Anar Məmmədov ilin əvvəlində festival üçün
Avstraliyalı yazıçının
əsəri əsasında
mono tamaşa hazırlayıb. Tamaşa üç
dildə - Azərbaycan,
rus və ingilis dilində təqdim olunub. Tamaşada aktrisa Cəmilə Allahverdiyeva oynayıb.
Tamaşanın rəssamı isə
Əfşan Əsədova
olub.
Nigar
Olaylar. – 2016.- 27 dekabr.- S.12.