Gənclərin müqəddəs amalı
Azərbaycanın
ərazi bütövlüyünün bərpasıdır
Azərbaycan dövləti müstəqillik
əldə etdikdən sonra gənclərlə bağlı
xüsusi dövlət proqramları həyata keçirir. Əsasə
ümimilli lider Heydər
Əliyev tərəfindən qoyulan gənclər
siyasəti prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
Xatırladaq
ki, 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin
təşəbbüsü ilə birinci Gənclər Forumu
keçirilib. Bu tarixi
və əlamətdar hadisədən sonra
gənclərin vətənpərvər vətəndaş kmi yetişməsi məqsədilə
çoxsaylı layihələr icra edilib. Etiraf edək ki, prezident İlham
Əliyev ölkə gənclərinə böyük
önəm verir və onun
hər bir tövsiyyəsi gənclərin
vətənpərvərlik hissinin
formalaşmasında müstəsna rol
oynayır. Bu günlərdə dövlət
başçısının bir qrup gəclə keçirdiyi
görüşdə səsləndirdiyi fikirlər də məhz
bu məqsədə xidmət edirdi. Dövlət başçısı gəncliyin
vəzifəsini izah etməklə
yanaşı, onların vətənpərvər kimi yetişməsinin vacibliyini
qeyd edib. Prezident xatırladıb ki,
müstəqilliyimizin ilk illəri ölkəmiz
üçün çox
ağır keçmişdir. Erməni işğalı, torpaqlarımızın
itirilməsi, Dağlıq Qarabağdan azərbaycanlıların
qovulması, 1992-ci ilin may
ayında Şuşa və
Laçının işğal altına
düşməsi əlbəttə ki, bizim böyük faciəmizdir.
1993-cü ilin aprel
ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq, biz Dağlıq Qarabağı Ermənistanla
ayıran bölgəni də itirdik və
beləliklə, Dağlıq Qarabağla
Ermənistan arasında coğrafi əlaqə
yaradıldı. Bu da
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində əlbəttə ki, çox mənfi rol oynamışdır: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır.
Bu, bizim dədə-baba
torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik,
azərbaycanlılar öz doğma
torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan
torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan
tarixi Azərbaycan torpağıdır.
Əgər keçən əsrin əvvəlində dərc
edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan
mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin
yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə,
xalqımıza qarşı törədilən böyük cinayətdir. Ermənistanın əlbəttə
ki, böyük
havadarları var idi, bu gün də var. Siz bunu
yaxşı bilirsiniz və məsələnin
həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük
havadarları, dəstək verənləri var.
Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük
dövlətlər müxtəlif səbəblərə
görə Ermənistanın işğalçılıq
siyasətini faktiki olaraq
şərtləndirirlər. Ancaq mən bir daha
demək istəyirəm və siz də gənclər
kimi bunu bilməlisiniz
ki, bizim əsas vəzifəmiz
ərazi bütövlüyümüzün
bərpasıdır, tarixi
torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki
Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır
və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq.
Ancaq bu, bizim amalımızdır, müqəddəs
amalımızdır. Biz hamımız bu amalla
yaşamalıyıq. Bu gün
Azərbaycanın uğurlu
inkişafı, eyni zamanda,
əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni,
biz öz işimizlə
hər gün bu günü yaxınlaşdırmalıyıq”.
Ölkə başçısı gənclərə Azərbaycanın
dünyada tutduğu mövqe və gənclərin bi
işdə üzərinə düşən vəzifələri
izah edib: “Biz bu gün
güclü dövlət qururuq.
O dövlət ki dünya
miqyasında böyük hörmətə
malikdir. Biz
çalışmalıyıq və
çalışırıq ki, inkişafımız
dayanıqlı olsun. Buna
nail olmaq üçün sadəcə güclü
iqtisadiyyata malik olmaq kifayət deyil.
Dayanıqlı inkişaf üçün
gərək gələcəkdə ölkəmizi idarə edəcək
insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə
ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz,
baxışlarınız və fikirləriniz gələcəkdə
ölkəmiz üçün həlledici
olacaq. Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Xalqımız müstəqillik
arzuları ilə yaşamışdır”. Prezident
qeyd edib ki, son 20 il
Azərbaycan üçün inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan
dünya miqyasında, bir
daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir:
“Təsadüfi deyil ki,
155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir.
Güclü iqtisadiyyat
yaratmışıq, güclü sosial siyasət aparılır, güclü
ordu qurmuşuq. Hətta
beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında
40 ən qüdrətli ordu
sırasındadır. Mən bunu dəfələrlə
bəyan etmişəm ki, bizim
ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi
beynəlxalq qurumlar da
təsdiqləyir. Amma indiki
dövrdə biz Azərbaycana qabaqcıl
texnologiyaları gətirməliyik və kadr
potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji
tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll
edəcək. Bu gün
artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi
dəyişir. O qədər də böyük
orduya malik olmayan ölkələr bəlkə də hərbi
cəhətdən ən güclü
ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində
saxlamalıyıq. Ona görə Azərbaycanda
elmin inkişafına, yeni
texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir.
Təkcə ona görə yox ki, biz
bu sahəni yaradaq və
onunla öyünək. Ona
görə ki, bu, intellektual inkişafa təkan
verir. Xüsusilə bu,
gənclərə aiddir. Burada
təhsil, bilik ön
plandadır. Yəqin, biz hamımız və
balaca uşaqlar, tələbələr
də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma
doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf
edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da
texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib
onlar üçün
infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz
qurtaracaq. Ondan sonra nə olacaq?!” Dövlət
başçısı gənclərə
müstəqilliyin qorunub
saxlanmasının vacibliyini
tövsiyyə edib: “Mən demişəm, bizim müstəqilliyimiz əbədidir. Amma biz gərək müstəqilliyi
möhkəmləndirək. O qədər müstəqil
ölkə var ki, müstəqil siyasət apara bilmir. Yəni, müstəqillik şərti xarakter daşıyır. Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik.
Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas
səbəbi də odur ki, biz həmişə
özümüzü ləyaqətlə
aparırıq. Bütün auditoriyalarda,
açıq və qapalı görüşlərdə
sözümüzü deyirik,
xalqımızın, dövlətimizin
maraqlarını müdafiə
edirik. Bəzilərinin bundan xoşu
gəlmir. Ona görə
müxtəlif yollarla
bizə təzyiq etməyə başlayırlar.
O təzyiq mexanizmləri
də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad
etsinlər. Çünki
eyni, şablon ittihamlara artıq heç kim
inanmır.Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün
yoldasan, gərək bu yola davam
edəsən. Əgər şübhən
varsa soruş. Əgər nəyisə bilmirsənsə
bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz düzgün yoldayıq.
Azərbaycan reallıqları bunu göstərir. Bir çox məsələlərdə
Azərbaycan başqa ölkələr üçün
nümunədir və
bu, bizim töhfəmizdir. Gənclər isə əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas
rol oynayırlar.
Mən gənclərin fəaliyyətini
yüksək qiymətləndirirəm.
Həm beynəlxalq müstəvidə,
həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən
gənclər xalqa, dövlətə bağlıdırlar.
Bu, çox önəmlidir.
Gənclər gərək milli
ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi
hər şeydən üstün tutmalıyıq.
Hətta
sovet dövründə
dilimizi, adət-ənələrimizi,
bayramlarımızı qorumuşuq.
Yadımdadır, Moskvada oxuyanda
Novruz bayramında bufetə şəkərbura,
paxlava, səməni gətirəndə məni
orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik.
Baxmayaraq
ki, Novruz bayramı dini bayram deyil, indiki
şəraitdə əlbəttə,
biz onu qorumalıyıq.
Çünki indi başqa
risklər, başqa çağırışlar var
- qloballaşma, digər
kənar təsirlər.
Bəzi xarici dairələr gənclər
arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün
dayaq yaratmaqdır.
O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli
ruhda böyüyəndə
əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq.
Ona görə vətənpərvərliyi,
milli dəyərləri,
ənənələri qorumalıyıq
və biz qoruyuruq.
Əsas budur. Bugünkü Azərbaycan iqtidarı
bu sahəyə çox böyük diqqət göstərir.
Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə
gələn nəsil də bu amalla
yaşasın - dövlətçilik,
milli maraqlar, azərbaycançılıq, ləyaqət
və güclü dövlət”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 3 fevral.- S.15.