Gənclərin vətənpərvər ruhda

tərbiyə olunmasında Gənc Vətənpərvərlər

Birliyinin uğurlu fəaliyyəti

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman aktual məsələlərdən olub. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları hər zaman bu istiqaməti əsas prirotet hesab edərək gənclərin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər, layihələr həyata keçiriblər.Gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması istiqamətində uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də Gənc Vətənpərvərlər Birliyidir.

 

Gənc Vətənpərvərlər Birliyi Ədliyyə Nazirliyinin 1999-cu il 22 dekabr 1218 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. Birliyin idarə heyəti 5 nəfərden ibarətdir. Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevdir. Bu gün birliyin minlərlə üzvü var. Gənc Vətənpərvərlər Birliyinin Bakı şəhəri və Respublikanın digər rayonlarında yerli teşkilatları, dayaq mərkəzləri və təhsil müəssisələrində səlahiyyətli nümayəndələri fəaliyyət göstərir  Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının vətənpərvər gənclərini öz ətrafında birləşdirən müstəqil ictimaı brlikdir. Gənc Vətənpərvərlər Birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının Konsititusiyası, qüvvədə olan qanunvericilik, beynəlxalq hüquq normaları və Nizamnamə əsasında qurur. Gənc Vətənpərvərlər Birliyinin məqsədi – vətənimiz üçün fiziki cəhətdən sağlam, hazırlıqlı, vətəni hər an qorumağa hazır olan vətənsevər gənclər yetişdirmək, onların milli və hərbi vətənpərvərlik tərbiyəsi işini gücləndirməkdir. Gənclərin aktual problemləri ilə məşğul olaraq onların milli vətənpərvərlik, tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına, maariflənməsinə, yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına nail olmaqdır.Birliyin vəzifələri isə uşaq, yeniyetmə və gənclərin vətənə məhəbbət ruhunda tərbiyəsi işini təşkil etməkdir. Həmçinin birlik vətənpərvərlik istiqamətində tədris və maarif işinin gücləndirilməsinə kömək edir, gənclərin bədən tərbiyəsi, fiziki sağlamlığı və fiziki hazırlığı işini həyata keçirir. Gənc əsgərə, veterana, müharibə iştirakçılarına hörmət, qayğı və məhəbbət hisslərinin aşılanması, milli atributlara, qəhrəmanlara hörmət və ehtiramın təbliği, gənclərdə özünəinam, iradə və mərdlik, milli qüruriftixar duyğusunun möhkəmləndilirməsi, mənəvi psixoloji keyfiyyətlərin gücləndirilməsi və s. istiqamətlərdə Gənc Vətənpərvərlər Birliyinin məqsəd və vəzifələrinə daxildir.

Birliyin fəaliyyət formalarına isə "Şahin” hərbi idman oyunlarının keçirilməsinə kömək etmək, ibtidai hərbi hazırlıq, milli vətənpərvərliyin təbliğinə yönəlmiş metodik vəsaitlərin nəşrinə köməklik göstərmək, mətbuat materiallarının, braşura, kitabs. nəşri, çapı və yayımının təşkili, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, vətənpərvərlik mövzusunda verilişlərin, teleradio müsahibələrinin, kino-video filmlərin nümayişi, milli və dövlət atributlarına, tarixə və ənənələrə hömət və ehtiramın təbliği, gənclərdə vətənpərvərlik hisslərinin və fiziki hazırlığın gücləndirilməsinə qarşı yönələn neqativ hallara qarşı mübarizənin aparılması, milli qəhrəmanların şərəfli həyat yolunun təbliği, idmanın bütün növləri üzrə seksyaların, dərnəklərin təşkili daxildir.

Məlumat üçün qeyd edək ki, təşkilatın vetenperver.net saytı da fəaliyyət göstərir ki, bu da vətənpərvərlik mövzusunun gənclər arasında təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Saytda Azərbaycanın vətənpərvər gəncləri birləşib. Burada "GVB strukturu" bölməsində təşkilatın tarixi, strukturu, nizamnaməsi, məqsədi və vəzifəsi haqqında məlumatlar əldə etmək mümkündür. Saytın "Forum" bölməsində isə qeydiyyatdan keçməklə vətənpərvər mövzularda  müzakirələr aparılır.  Vetenperver.net-inQan yaddaşı " bölməsində düşmən tapdağında olan Azərbaycan torpaqlarının işğal tarixini öyrənmək olur.  "Azərbaycan " bölməsində Respublikamız haqqında dolğun məlumatlar əksini tapıb. Saytın "Ramil Safarov " bölməsində vətənimizin igid oğlu olan Ramil Səfərovun tərcümeyi halı ilə tanış olmaq mümkündür.   "Erməni vəhşilikləri" bölməsində erməni vəhşilərinin vətəndaşlarımızın başına gətirdiyi müsibətlər haqqında lazımi məlumatlar verilir. "QARABAĞ" bölməsində işğal olunmuş rayonlarımız haqqında ətraflı informasiya əldə etmək olar.  Bu illər ərzində Gənc Vətənpərvərlər Birliyi gənclərin bu ruhda tərbiyə olunması, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə bir sıra layihələr həyata keçirib.

Gənc Vətənpərvərlər Birliyi, GİN və Gənclər Fondun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində “ Hər bir Vətəndaş çalışmalıdır ki, gənc nəsilimiz yaxşı tərbiyə alsın, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın” mövzusunda elmi praktik konfrans keçirib. Tədbirdə , DİN-nin İdman Cəmiyyətinin təlimatçı məşqiçiləri, Gənc Vətənpərvərlər Birliyinin idarə heyəti, birliyin üzvləri, Çiu-Çitsu karate-do, kontakt karatedo federasiyalarının idmançıları, QHT, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri GVB-nin sədri fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev açaraq tədbir iştirakçılarını gənclər günü münasibəti ilə təbrik etdikdən sonra bir dəqiqəlik skutla Ulu öndər Heydər Əliyevin ruhu yad edilib. Sonra sədr geniş ətraflı cıxış edərək qeyd edib ki, ölkəmizdə gənc nəsilə Respublika prezidenti İlham Əliyev tərəfindən hər bir sahədə diqqət və qayğı var. Bildirilib ki, gənclər siyasəti haqqında qanun və Gənclər Siyasətinin ən mühüm istiqamətlərindən biri olan yeniyetmə və gənclərin milli hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, milli əxlaqı dəyərlər hər zaman prioritet olub.  Gənc Vətənpərvərlər Birliyi daha bir tədbirini də Gəncə şəhərində keçirib.  Xəzər Təhsil Mərkəzi ilə birgə ”Gənclər vətənpərvərlik ruhundamövzusunda təşkil edilmiş dəyirmi masada birliyin Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri, layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov tədbiri açıq elan edərək layihənin mahiyyətindən və bu layihədən çox saylı gənclərin faydalanmasından söhbət açıb .  Sonra o qeyd edərək bildirib ki, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. O, gənclərlə bağlı layihə və proqramların uğurla həyata keçirildiyini söyləyib və vurğulayıb ki, Gənclər Fondunun bu istiqamətdəki fəaliyyəti xüsusilə qeyd edilməlidir.

Konfransda iştirak edən Xəzər Təhsil Mərkəzinin direktoru R. Hüseynov bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət- ənələrinə, dövlət dilinə, rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmətlə yanaşması mütamadi olaraq aşılanmalıdır. Dəyirmi masa başa çatdıqdan sonra gənclərlə diskussiyalar aparılıb. Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər sözügedən layihənin vacibliyindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, kütləvi bədən tərbiyəsi və idman vasitəsinin vacibliyindən söhbət acıblar. Tədbirin sonunda , GVB-nin Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri E. Axundov və Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin fəal gəncləri, könüllülər təşkilatçılıq fəaliyyətlərinə görə təşəkkürnamə və fəxri diploma layiq görülüb. Hərbi vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylanıb

Birlik gənclərin vətənpərvər ruhda böyüməsi üçün daha bir tədbirini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə gerçəkləşdirib. “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi“adlı layihə çərçivəsində Nərimanov rayon “ ŞUA “ İdman sağlamlıq Kompleksində “Vətəni torpağı müdafiə etmək hər bir gənc üçün müqədəs olmalıdır” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib  Konfransda cıxış redən layihənin rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən, bacarığından söhbət açıb. M.Əliyev xususi olaraq qeyd edib ki, layihə çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi vastəsi ilə geniş tədbiq edilməsiı ilə əlaqədar olaraq idman tədbirlərinin keçirilməsinə üstünlük veriləcək. MKF –n prezidenti Y.Bəşirov qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gənclərə milli qürur, vətənə məhəbbət və sədaqət  hissi aşılanmalıdır.

Həkim psixoloq Ə.Abbasquliyev bu yönlü layihələrin həyata keçirilməsinə görə müvafiq dövlət qurumlarına öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən digər natiqlər Gənc Vətənpərvərlər Birliyinin həyata keçirdiyi layihənin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində fiziki, mənəvi psixoloji amillərdən gənclər arasında bu sahədə idioloji işlərin gücləndirilməsindən söz açıblar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 6-8 fevral.- S.15.