Gənclərinin inttelektual səviyyəsi

vətənpərvərliyin təbliğinə köklənib

 

Sirr deyil ki, Azərbaycan gənclərinin inttelektual səviyyəsi kifayət qədər inkişaf edib və gənclər bu potensialı dövlətimiz naminə istifadə etməyə hazırdırlar. O da qeyd edilməlidir ki, dövlət tətərindən bu məqsədlə dövlət tərəfindən maksinum şərait yaradılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyeb qeyd edib ki, bu Fondu yaradanda cınab president tapşımışdı ki, hər bir gəncin bu Fondla əməkdaşlıq etmək imkanı olsun. Biztam şəffaf formada internet resurs yaratdıq və bütün layihələr bizə yalnız internet vasitəsilə daxil olur. Bu da bir növ şəffaflığın və operativliyin həyata keçirilməsi üçün çox müsbət bir təkan oldu. Eyni zamanda, biz ümumiyyətlə, Avropada belə tətbiq olunmayan bir təcrübəyə başladıq. Azərbaycanın hər bir gənc vətəndaşı Gənclər Fonduna müraciət edib bizdən birbaşa dövlət dəstəyi alır. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşına nə qədər inanır və onun inkişafına nə qədər investisiya qoyur. Ümumilikdə, 5 mindən artıq layihə qəbul olunub və 2333 layihə dəstəklənib. Çox maraqlı məqamdır ki, bu yaxınlarda Ağsunun bir kəndindən Fonda məktub gəlmişdi ki, biz layihə həyata keçiririk, xahiş edirik, nümayəndənizi göndərin monitorinq etsin. Artıq bölgələrdə də Gənclər Fondunun layihələri icra olunmaqdadır. Fondun layihələri çərçivəsində dörd mindən artıq gənc müvəqqəti işlə təmin olunub: mühasib, koordinator, ekspert, təlimçi, hüquqşünas. Biz öz təcrübəmizi bu mərhələdə artıq beynəlxalq səviyyəyə keçirmişik. İstəyirik ki, Gənclər Fondu beynəlxalq təşkilatlar arasında da tanınsın. Avropa Şurasında biz Gənclər Fondunun təqdimatını edəndə onlar çox təəccüblənmişdilər ki, Azərbaycanda fərdə qrant verilir. Yəni, bu, onlar üçün böyük bir yenilik idi. Gənclərin məşğulluğu və sahibkarlıqla bağlı məsələlərə tocunan gənc sahibkar, Davos İqtisadi ForumununGlobal Shapers” təşkilatının üzvü Müşfiq Həsənob qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində bir çox effektiv tədbirlər keçirilib və nailiyyətlər əldə edilib. Dövlət Proqramında öz əksini tapmış vacib məqamlardan biri gənclərin məşğulluğunun təmin edilməsi idibu illər ərzində bir çox karyera yarmarkaları keçirilib. Bu əmək yarmarkalarında on minlərlə gənc yerləri tapıb. Gəncə, Bakı kimi şəhərlərdə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən gənclər üçün karyera mərkəzləri qurulub. Bu mərkəzlərin hər bir ali məktəbdə yaradılması gənclərin işə düzəlmələri üçün güclü dəstək ola bilər. Dövlət Proqramının digər çox vacib tərəfi gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir. 2011-ci ildə cənab prezidentlə görüşdə gənclər tərəfindən bir ideya irəli sürülmüşdü ki, Azərbaycanda biznes inkubasiyaları yaradılsın. Bundan sonra gənc sahibkarlara dəstək daha da gücləndi. İndi Bakıda 9 biznes inkubator fəaliyyət göstərir. Məsələn, Dövlət İqtisad Universitetinin biznes inkubatoru artıq 6 biznes yetişdirib və 6 biznes yaradıb. BizimYouth Inc.” proqramı da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində fəaliyyətə başlayıb. Bu layihə cəmiyyətin, dövlətin və şirkətlərin effektiv əməkdaşlığı sahəsində gənc sahibkarlara dəstək proqramıdır. Biz üç il ərzində beş mindən çox gəncə müxtəlif təlimlər keçmişik və artıq bir neçə biznes yaranıb. Bu nümunələr onu göstərir ki, Azərbaycanda biznesə başlamaq çox asandır. Dünya Bankının biznes qeydiyyatı və başlanılması üzrə dünya reytinqində Azərbaycan 189 ölkə arasında 7-ci yerdədir. Ancaq Dünya Bankının ümumi biznes fəaliyyəti üzrə ölkələr reytinqində orta sıralardayıq: “Biz gənc sahibkarlarla işləyərək görürük ki, əsasən bizi geri çəkən səbəblər investisiyalara çıxış problemitexnoloji transfer çətinliyidir. Azərbaycan gənc sahibkarlar, investorlar, innovasiyatexnologiyalar üçün regional mərkəzə çevrilə bilər və çevrilməlidir. Bu sahədə irəliləyiş üçün Azərbaycanda da əla şərait yaranıb. İlk növbədə bu, strateji əhəmiyyət daşıyan Böyük İpək Yolunun bərpası layihəsidir. Bu layihə ölkəni vacib ticarət və iqtisadi mərkəzə çevirə bilər və gənc sahibkarlara bu sahədə biznes qurmaq imkanı yaradar”. Onun sözlərinə görə, dövlət başçısının bu yaxınlarda qeyd etdiyi və təməlini qoyduğu vacib məsələ “Made in Azerbaijanbrendinin yaranmasıdır. Ölkəmizin kənd təsərrüfatının üstün cəhəti ondan ibarətdir ki, Azərbaycanda geni dəyişdirilməmiş məhsullar yetişdirilir. Dünya trendi onu göstərir ki, bu, güclü rəqabət üstünlüyü yaradılmasında vacib amildir: “Bizim bu baxımdan güclü rəqabət üstünlüyümüz var. Burada gənc sahibkarlara dəstək vermək lazımdır. Bu sahələrdə biznes dəstəyi üçün Sahibkarlara Kömək Milli Fondu artıq bir çox tədbirlər həyata keçirir. 2011-ci ildən 2015-ci ilədək 3341 gənc sahibkara və fermerə 197 milyon manat güzəştli kredit verilib. Lakin bundan əlavə, innovasiyaları, startupları, texnoloji transferi dəstəkləmək və belə layihələri inkişaf etdirmək üçün gənc sahibkarlarla fəaliyyət göstərən və koordinasiya həyata keçirən effektiv bir alət yaradılması, mənim fikrimcə, zəruridir. Bu istiqamətdə praktiki addımlardan biri Gənc Sahibkarlara Dəstək Fondunun yaradılması ola bilər. Bu Fonda bir neçə ictimai təşkilat, biznes strukturları, investisiya fondları və ölkənin biznes inkubatorları daxil ola bilər. Fondun fəaliyyəti gənc sahibkarların innovativ layihələrinə investisiyalar ayrılması və bu investisiyaların istifadəsinə nəzarətin həyata keçirilməsi, texnoloji transferə dəstək, biznesin inkişafının qanunvericilik əsaslarının yaxşılaşdırılması istiqamətində hökumətə təkliflər verilməsi və digər işlər ola bilər”. Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb. Bildirib ki, Azərbaycanda kosmik sənaye inkişaf edir. Bu sahədə tədbirlərin həyata keçirilməsi təbii ki, gənc alimlərə yeni bir müstəvidə imkanlar açır: “ Bu baxımdan mən fikirləşirəm ki, artıq elmlər doktorluğu dissertasiyamı “Azərbaycan Respublikasında beynəlxalq kosmos hüququnun aktual problemləri və inkişaf perspektivləri” mövzusuna həsr edim. Ümumiyyətlə, bu gün Azərbaycanda tədqiq olunmamış elm sahələri var və təbii ki, bu da aktual bir məsələdir. Elə elm sahələri var ki, o sahədə elmi dissertasiyalar, tədqiqat işləri yazılmamışdır. Bu baxımdan da yaxşı olar ki, gələcəkdə və ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsinə istinad etməklə magistraturadoktorantura səviyyəsində dar ixtisaslaşma modeli aparılsın. Hətta belə bir imkan yaradıla bilər ki, müxtəlif ali təhsil müəssisələrində müəyyən elm sahələrinin yarımsahələri üzrə dar ixtisaslaşma olsunbu ixtisasların sayəsində həmin ali təhsil müəssisələrində gənclərin işlə təminat imkanı yaransın. Mən Azərbaycanda sosiologiyapsixologiya elmlərinin inkişafı məsələsini xüsusi qeyd etmək istəyirəm. Məsələn, biz inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən görürük ki, orada müxtəlif sosioloji, yaxud da ki, psixoloji təhlillər aparılır. Bunun sayəsində həmin ölkədə uğurlu rəylər, təkliflər, proqnozlar verilir ki, bu da müvafiq dövlət orqanlarının işinə, ümumiyyətlə, dövlətdə, cəmiyyətdə gedən proseslərə müsbət təsir göstərir. Azərbaycanda isə bu gün biz görürük ki, sosiologiyapsixologiya elmləri sahələrində araşdırmalar, məsələn, Elmlər Akademiyasında, yaxud da ali təhsil müəssisələrində sadəcə şöbə və ya hər hansı bir kafedra çərçivəsində aparılır və tədris prosesinə yönəldilir. Bu baxımdan Azərbaycanda bu işin vahid qurumda, mərkəzdə təşkil edilməsi yaxşı olardı. Ümumiyyətlə, bu sahədə mərkəzləşdirilmiş ayrıca elmi-tədqiqat institutunun yaradılması çox vacib, əhəmiyyətli sayıla bilər. Bu, həm də Azərbaycanın inkişaf perspektivlərinə böyük bir təkan vermiş olar”. Prezident İlham Əliyev Azərbaycan gənclərinin bir qrupu ilə görüşdə bildirib ki, ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə indi geniş özəlləşdirmə proqramı nəzərdə tutulur: “Dövlət ancaq strateji aktivləri öz inhisarında saxlayacaqdır. Bu, ona görə lazımdır ki, dövlətin strateji aktivləri dövlətin nəzarətində olsun. Ancaq geniş özəlləşdirmə sahibkarlığın inkişafına yeni təkan verəcək. Sahibkarlığın inkişafı üçün çox böyük işlər görülür. Bu günə qədər sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu il də 250 milyon manat nəzərdə tutulubdur. Bu, iqtisadiyyatın real sektoruna qoyulan birbaşa vəsaitdir, yeni yerləri yaradır, idxaldan asılılığı azaldır. Əlbəttə ki, bu gün ixracyönümlü məhsulların istehsalı da prioritetdir. Biznes inkubatorlarının yaradılması prosesigedir. Siz qeyd etdiniz, Bakıda doqquz, amma, eyni zamanda, bölgələrdə də var. Şimal bölgəsində, ondan sonra göstəriş verilmişdir ki, digər bölgələrdə də olsun. Gənc sahibkarların da müəyyən struktur çərçivəsində formalaşması, hesab edirəm ki, yaxşı təklifdir. Əgər gənc sahibkarları dəstəkləmək üçün xüsusi bir mexanizm lazımdırsa onu da təklifinizdə təqdim edin. Mən bunu istisna etmirəm, biz gərək buna baxaq. Əlbəttə ki, orada gərək yaş həddi müəyyən olunsun. Gənclər daha çox yəqin ki, innovasiyalarla bağlı olan sahələrə investisiya cəlb edə bilərlər. Hesab edirəm ki, burada daha çox intellektual sahə, investisiyalar, texnologiya transferti, - necə ki, siz qeyd etdiniz, - mühüm rol oynayacaq. Çünki sahibkarlığın inkişafı müxtəlif istiqamətlərdən ibarətdir. Əlbəttə, biz hesab edirik ki, ilk növbədə, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye, ümumiyyətlə, sənayenin inkişafı daha da sürətlə getməlidir. Eyni zamanda, intellektual məhsulların istehsalı, investisiyaların cəlb edilməsi”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 11 fevral.- S.15.