Mərkəzi Neftçilər Xəstəxanası
yeni uğura imza atıb
4 il
əvvəl qara ciyər
köçürülən qadın uşaq
dünyaya gətirib
Azərbaycanda tibb sahəsində
daha bir uğura imza atılıb. Mərkəzi
Neftçilər Xəstəxanasında 4 il
əvvəl qara ciyər
köçürülən qadın uşaq
dünyaya gətirib. Dünya
təcrübəsində tibb elmi üçün unikal olan bu
proses uğurla
tamamlanıb. Uğurlu əməliyat
aparılan Şəbnəm Həsənova 1989-cu ildə Gəncə
şəhərində anadan olub. 4 il əvvəl həyat
onu sınağa çəkib. Belə ki, 2012-ci ildə Mərkəzi Neftçilər
Xəstəxanasında onun üzərində
qara ciyər köçürülməsi
əməliyyatı aparılıb. Qardaşı Ayazın qara ciyəri Şəbnəmə transplantasiya olunub. Əməliyyat
uğurlu keçib. Bundan sonra, Şəbnəm
də başqa qızlar kimi
ailə həyatı qurmaq, ana olmaq arzusu
ilə həyatına davam edib.
3 il əvvəl o ailə
həyatı qurub. Lakin
Şəbnəm keçirdiyi əməliyyata
görə, uşaq dünyaya
gətirməyin çox riskli
olduğunu bilib. Onu da qeyd
edək ki, Şəbnəm Həsənova
Neftçilər Xəstəxanasında bu
cür əməliyyat keçirən və
hamilə qalan ilk
qadın olsa da, tək
qadın deyil. Həkim bildirdi
ki, bu xəstəxanada
qara ciyəri köçürülən
daha bir qadın da hamiləliyinin 6-7-ci ayındadır. Həkimlər
Şəbnəm kimi onun
da sağlam övlad dünyaya gətirəcəyinə
ümid edirlər.
Tibb sahəsində yeniliklər
Azərbaycan tibb sahəsində baş verən yeniliklə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının doğum şöbəsinin müdiri Yaşar Həsənovala söhbətləşdik. Şöbə müdiri bildirdi ki, indiyə qədər təcrübədə böyrək köçürülməsi əməliyyatından sonra hamiləliyin müvəffəqiyyətlə başa çatdırılması olmuşdu. Bu hadisə təcrübəmizdə, ümumiyyətlə regionda ilk əməliyyat idi. Bu gün bizim xəstəxanada bu tip xəstələrə xidmət göstərə biləcək həm mütəxəssis, həm avadanlıq, hər bir şərait var. Bütün bunlar dövlətin səhiyyəyə olan qayğısından, dövlət başçımızın insan sağlamlığına göstərdiyi diqqətdən irəli gələn məsələlərdir: “Mərkəzi Neftçilər Xəstəxanası bu gün Azərbaycan səhiyyəsində bir saylı tibb müəssisəsidir ki, dünyada müşahidə olunan bütün tibbi yeniliklər tətbiq edilir. Ümumiyyətlə bu xəstəxananın Azərbaycan səhiyyəsinin inkişafında özünəməxsus yeri var. Hazırda dünyada geniş yayılmaqda olan transplantalogiya və digər müasir tibbi metodların tətbiqi xəstəxananın gündəlik iş tərzinə çevrilib. Dünyada daha geniş yayılmış orqan transplantasiyasıdır ki, Mərkəzi Neftçilər Xəstəxanasında hər gün belə əməliyyatlar ardıcıl aparılır. Gün olur ki, 4 dəfə böyrək, qara ciyər köçürməsi əməliyyatı həyata keçirilir. Məsələn, xəstə olub ki, ona qara ciyər köçürülüb, lakin ona bir flakon da olsun qan köçürülməyib. Çünki əməliyyat olduqca dəqiq yerinə yetirilib”. Həkim əlavə edib ki, Mərkəzi Neftçilər Xəstəxanasında eyni zamanda uğurlu ürək əməliyyatları da aparılır. Qeyd edək ki, bu sahə ilə bağlı müxtəlif əməliyyatlar tətbiq edilir. Bu sahədə müvəffəqiyyətli cərrahiyyə əməliyyatları xəstəxanada dəfələrlə edilib:“Xəstəxanada uğurlu nəticələr əldə edən şöbələrdən biri də mama-ginekologiya şöbəsidir. Düzdür, biz perinatal mərkəz həcmində fəaliyyət göstərmirik. Xəstəxanada normal fizioloji doğum və genokologiya şöbəsi var. Baxmayaraq ki, xəstəxanada hamiləliyin potologiyası şöbəsi yoxdur, amma hamiləliyin patologiyasına aid olan xəstələrin müraciət etməsi onunla əlaqədardır ki, bu xəstəxana özü birləşmiş xəstəxanadır. Əgər xəstəyə bu xəstəxanada qara ciyər köçürülübsə, hamiləlik həmin köçürülən şəxslər və əməliyyatı edən mütəxəssislə bir yerdə aparılır. Əks halda xəstəyə elə dərman təyin etmək olar ki, digər mütəxəssilər ona icazə verməzlər, çünki bu onların işinə mənfi təsir edə bilər. Yaxud, onlar elə bir təyinat verə bilərlər ki, bu hamiləliyin gedişinə pis təsir edə bilər. Bu baxımdan hamiləliyə nəzarət müxtəlif sahələrin mütəxəssiləri ilə bir yerdə aparılır. Məhz əməliyyatların uğurla başa çatması elə bu amillərdn asılıdır”.
Uğurlu transplantasiya əməliyyatları
Həkim deyir ki, iki il öncə xəstəxanaya müraciət edən bir xəstənin müayinəsi zamanı bəlli oldu ki, o, 5 il dializə gedib, sonra ona böyrək köçürülüb. Ondan iki il sonra hamilə olub. Həmin xəstənin hamiləliyi müvəffəqiyyətlə aparıldı, nəticədə sağlam uşaq dünyaya gəldi: “İndi də xəstəxanaya Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Həsənova Şəbnəm Əvəz qızı müraciət edib. Hansı ki, 4 il öncə ona MNX-da qara ciyər köçürməsi əməliyyatı aparılıb. Xəstəyə öz qardaşının qara ciyəri köçürülüb. Yeri gəlmişkən qeyd edim ki, belə köçürmə əməliyyatları doktor Mircəlal Kazıminin rəhbərliyi ilə aparılır. Təbii ki, belə əməliyyat olunan şəxslər də ailə qurmaq, dünyaya uşaq gətirmək arzusunda olur. Lakin ona icazə verilmişdi ki, yalnız 3 ildən sonra ailə qura bilər. Nəhayət o da ailə qurdu və xəstəxanaya müraciət etdi ki, hamiləliyin aparılmasına nəzarət edilsin. Beləliklə ilkin hamiləlikdən sona qədər xəstəyə mütəmadi olaraq nəzarət edildi və uğurlu nəticə alındı. Baxmayaraq ki, bu xəstə yüksək risk qrupuna aiddir, ona qara ciyər köçürülüb, lakin hamiləliyin gedişində bir dənə də olsun kənaraçıxma, mənfi dinamika olmadı. Heç bir klinik müayinədə mənfi amil qeydə alınmadı. Xəstənin olduqca məsuliyyətli olmasına baxmayaraq onu normal doğuşa buraxa bilməzdik. Ona görə qərara aldıq ki, xəstənin doğuşunu cərrahi yolla həyata keçirək. Xəstə müayinədən keçiriləndən sonra əməliyyat olundu. Məsələ orasındadır ki, bu əməliyyatın gedişi digər xəstələrlə müqayisədə daha tez başa gəldi və problemsiz başa çatdı. Hazırda əməliyyatdan sonrakı dövr də normal gedir. Digər xəstələr belə əməliyyatdan sonra hamiləliyin bərpa olunması üçün minimum iki il fasilə verməlidirlər, lakin bu xəstənin yenidən hamilə olması mümkündür”. Məlumat üçün qeyd edək ki, digər bir xəstə var ki, o da 4 il öncə bu xəstəxanada qara ciyər köçürməsi əməliyyatı keçirib. Hazırda isə altı aylıq hamilədir və xəstəxananın mütəxəssilərinin nəzarətindədir. Həkimlər hesab edirlər ki, bu xəstənin də hamiləliyi müvəffəqiyyətlə başa çatacaq. Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasında ən çox böyrək və qara ciyər köçürmələri həyata keçirilir. Buna səbəb hazırda belə xəstəliklərin geniş yayılmasıdır. Y.Həsənov deyir ki, bir çox orqan köçürmələri var ki, onlar çoxdandır ki, tibb elminə məlumdur. Məsələn, gözün buynuz qişasının transplantasiyası illərlədir ki, aparılır. Hazırda bu elə də böyük bir əməliyyat hesab olunmur. Təbii ki, belə əməliyyatlar mütəmadi olaraq aparılır. Ancaq bu böyrək və qara ciyər köçürmələri var ki, hazırda bunlar dünyada geniş yayılıb. Bir dəfə Mərkəzi Klinik Xəstəxanada xəstəyə süni ürək köçürülməsi əməliyyatı aparılıb. Həmin xəstəyə xüsusi düzəldilmiş ürək yerləşdirilib. Çünki digər insanın həyatına ziyan verməklə ondan donor kimi istifadə etmək olmaz. Azərbaycanda isə hələlik vəfat edən insanın orqanından istifadə proqramı hazırlanmayıb.
Müasir tibbi
avadanlıqlar işin yarısıdır
Yaşar Həsənov bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasında ən müasir tibbi avadanlıqların tətbiqi təmin olunub. Nəzərə almaq lazımdır ki, düzgün müayinə və müalicə belə avadanlıqların mövcudluğu şəraitində mümkün olur: “Təsadüfi deyil ki, biz də həmin avadanlıqlara arxayın olub düzgün qərar verə bilirik. Əgər, laborator müayinələr bizə düzgün məlumat verirsə, təbii ki, ona uyğun müalicə təyin olunur. Qeyd etmək lazımdır ki, bu xəstəxananın mərkəzi laboratoriyası çox dəqiq və yerində olan laboratoriyadır. Təsəvvür edin ki, bütün orqan köçürmələri, transplantologiyaların hamısı laboratoriyanın nəticələrinə əsaslanır. Laborator müayinə yalan məlumat versə, təbii ki, işlər da müvəffəqiyyətli alınmayacaq. Bundan başqa, xəstəxananın çox zəngin aparatura və avadanlıqla təchiz olunmuş reanimasiya şöbəsi var. Deyərdim ki, bəzən başqa tibb müəssisələrində ağırlaşmış xəstələr olur ki, onları bizim xəstəxanaya köçürürlər. Nəticədə ən ağır xəstələr məhz Mərkəzi Neftçilər Xəstəxanasında şəfa tapırlar. Bu yaxınlarda hamilə qadın 32 həftə hamiləlikdə dördüncü dərəcəli ürək çatışmamazlığı, aq ciyər ödemi diaqnozu ilə Respublika Xəstəxanasından bizim reanimasiya şöbəsinə köçürülmüşdü. Biz onu bir günə hazırladıq, səhəri keysəriyyə əməliyyatına götürdük. Nəticədə 1,9 kq uşaq oldu və xəstə 20 gün ərzində sağlam şəkildə evə buraxıldı. Bununla əlaqədr olaraq xəstə Səhiyyə Nazirliyi və Heydər Əliyev Fonduna ünvanladığı təşəkkür məktubunda bizim zəhmətimizi xüsusilə qeyd etmişdi. Deyərdim ki, belə uğurlu əməliyyatların hamısı xəstəxanada müasir tibbi avadanlıqların olması və onları idarə edə bilən peşəkar mütəxəssilərin olmasından irəli gəlir”.
Beynəlxalq təcrübə
öz sözünü
deyir
Mərkəzi Neftçilər Xəstəxanasının kadrları mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edirlər. Burada əsas məqsəd dünya tibb elmində baş verən yeniliklərin Azərbacana gətirilməsidir: “Bu baxımdan çalışıram ki, dəvət olunduğum bütün beynəlxalq tədbirlərə qatılım. Məsələn, bu il yanvarın 19-23-də Moskva şəhərində keçirilən Ginekologiya İnstitutunun 10-cu Beynəlxalq Yubiley Konqresində iştirak etmişəm. Bu tədbirin özəlliyi ondan ibarətdir ki, orada iştirak edən alimlərin ölkələrinin bayraqları asılırdı. Mən qeydiyyatdan keçəndən 10 dəqiqə sonra Azərbaycanın da bayrağını orada yerləşdirdilər. Hansı ki, Konqresin rəhbəri erməni idi. Demək istəyirəm ki, imkan daxilində çalışırıq ki, tibb sahəsində olan beynəlxalq təcrübə və yeniliklərdən kənarda qalmayaq”.
Ana ölümündən
necə xilas olmalı?
Onun bildirdiyinə görə,
hər il
dünyada 400 min ana ölümü qeydə alınır. 2011-ci ilin statistikasına əsasən İstanbul şəhərində 211 ana
ölümü qeydə
alınıb. Bu ilin
yanvar ayının statistikasına görə,
Moskvada 232 ana ölümü baş verib: “Təəssüf ki, ana ölümü
ilə bağlı müəyyən statistika
var ki, ondan
qaçmaq mümkün
deyil. Azəbaycanda da ana ölümünü xəstəxanalara
görə müəyyən
etmək düzgün
olmazdı. Baxmayaraq ki,
ana ölümünə
heç nə ilə bəraət qazandırmaq olmaz. Çünki, bu insanlara sıxıntılar verən
böyük itkidir.
Nəzərə almaq lazımdır
ki, analar cavan yaş qruplarına daxildir, ona görə onların ölümü
yaxşı hal sayılmır. Buna baxmayaraq
əhalinin say tərkibinə
görə, bizdə də ana ölümü
ilə bağlı müəyyən statistika
var ki, ondan
qaçmaq olmaz. Ona görə, bu sahədə maarifləndirmə
işi yüksək səviyyədə təşkil
edilməlidir. Hamiləlik ilk gündən nəzarətdə
olmalıdır, vaxtlı-vaxtında
patoloji hallar aradan qaldırılmalıdır
ki, xoşagəlməz
hadisələr baş
verməsin”.
Alim
Olaylar.- 2016.- 11 fevral.- S.6.