Vətənpərvərliyin təbliği
istiqamətində sistemli
iş aparılmalıdır
Bu gün
müstəqil Azərbaycanın inkişafı ilk növbədə böyüyən nəslin
təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq
hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi
böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə
mühitin rolu böyükdür. Uşaqlar
bir insan kimi, vətəndaş kimi
ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi
keyfiyyətləri, fiziki möhkəmliyi,
əmək vərdişlərini, davranış
qaydalarını, bədii-estetik duyumu və
s. kimi keyfiyyətləri
qazanır.
Sonradan
isə bağça ə məktəb həyatında onlar bu
biliklərə yiyələnirlər. Bu mənada
respublikamızın ümumtəhsil , orta
ixtisas və ali məktəblərində
tədris olunan təbiət və cəmiyyət
elmlərinin, humanitar fənlərin,
ümumilikdə bütün fənlərin
gənclərdə hərbi-vətənpərvərlik hissləri
aşılamaq üçün çox böyük
imkanları vardır. Yaxın keçmişin acı təcrübəsi isə onu sübut etdi ki, müstəmləkə siyasətinə
xidmət edən , əslində Azərbaycan xalqına
müsibətlər gətirən beynəlmiləlçılık
tərbiyəsi sən demə genosid
planının və antitürk siyasətinin
tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən
elə qurmuşdu ki, xalq öz soykökündən,
qəhrəmanlıq tarixindən, adət-ənənələrindən
uzaq düşsün. Sevindirici haldır ki, artıq bu kimi
mənfi tendensiyalar geridə qalıb. Artıq həm
bağçalarda, həm
orta ümumtəhsil müəssisələri, həm
də universitet və akademiyalarda gənclərimizin vətənpərvər
ruhda böyüməsu,
tərbiyə alması
istiqamətində məqsədyönlü
işlər görülür.
Ancaq onu da etiraf
etmək lazımdır
ki, bu istiqamətdə
görülən işlər
hələ də bizim üçün qaneedici sayıla bilməz. Gənclərdə
hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür
ki, orta məktəbin X-XI siniflərində
oxuyan şagirdlərə
və alı
məktəbdə təhsil
alan tələbə-gənclərə
ayrı-ayrı fənləri
və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə isə mövcud dərsliklərdə , dərs vəsaitlərində
və metodik ədəbiyyatda hərbivətənpərvərlik
hissləri aşılayan
məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi.
Əslində bu şüurlu
surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından
məhrum olsunlar, vətənin müdafiəsi
üçün lazımi
bilikləri almasınlar.
Vətənpərvərlik qəhrəmanlığın əsasını
qoyan amildir. Biz şanlı tariximizlə,
əfsanəvi qəhrəmanlarımızla
həmişə fəxr
edirik. Cavanşır,
Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov,
Əliağa Şıxlinski,
Cəmşid bəy Naxçıvanski, Həzi
Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur
sərkədələrimizin şəxsi nümunəsi
bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına
qarşı ölüm-dirim
savaşında həlak
olmuş qəhrəmanlarımızın
ibrətamiz həyatı,
şəxsi nümunəsi
apardığımız hərbi
vətənpərvərlik tərbiyəsi işində
ön plana keçməlidir. Tərbiyənin əsas məqsədi isə kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub
olduğu dövlətin
inkişafına çalışan,
mənafeyini gözləyən,
onun təhlükəsizliyi
üçün məsuliyyət
daşıyan, dövlətin
cari və perespektiv işlərində
iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi
doğulub, vətəndaş
kimi fəaliyyət göstərərək tərbiyə-təhsil
prosesində, əmək
prosesində vətəndaş
hazırlığı keçir.
Əsl vətəndaş dedikdə,
bilavasitə vətənə,
dövlətə gərəkli
fəaliyyəti ilə
xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik
olan insan nəzərdə tutulur.
Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir.
Təcrübə göstərir ki,
ailədə vətəndaşlıq
tərbiyəsi yalnız
özbaşına axınla
korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə
təşkil olunmalıdır.
Uşaqların vətənaşlıq təriyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə
yiyələnmə və
şəxsiyyət kimi
yetişmə nəzərdə
tutulur. Onlar davranış qaydalarını,
nizam-intizamı, savadlı
olmağı, vətəninin
tarixini, coğrafiyasını,
mədəniyyətini, milli
adət- ənənələrini
bilməlı, vətəni
sevməlıdirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı,
məsuliyyətli, vicdanlı,
mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.
Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün
uşaqlarda yaxşını
pisdən ayırmaq, həqiqətə, ədalətə,
insanlara-böyüklərə, ailə üzvlərinə
hörmət etmək
kimi insani keyfiyyətlər aşılanmalıdır.
Onların davranış xüsusiyyətlərini
uyğun qiymətləndirməli,
yaxşı davranış
və qarşılıqlı
əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında
hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə,
o cümlədən böyüməkdə
olan nəslin hərbi vətənpərvərlik
tərbiyəsinə xüsusi
diqqət yetirilməlidir.
Böyük Atatürk deyirdi
ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı
müharibəni arzulamır,
həmişə sülhün,
əmin-amanlığın tərəfdarı olmuşdur.
Hərbi
– vətənpərvərlik tərbiyəsini sadəcə
olaraq quru sözlərlə, nəsihətlərlə
də məhdudlaşdırmaq
olmaz. Bu sahədə
məqsədəuyğun müvəffəqiyyət
əldə etmək üçün məktəblərlə
yanaşı kitabxana da hər şeydən
əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri
müəyyənləşdirməlidir. burada tədbirlər
arasında yaradılacaq
əlaqə nəzərə
alınmalı, işin
təşkili əsaslandırılmalıdır.
Kiçik yaşlı oxucularla onların tarixi yaddaşını formalaşdırmaq
üçün “Tarixi
şəxsiyyərlərimiz” adlı söhbət keçirmək olar. Həmçinin söhbəti uşaqların
triximizi nə dərəcədə bildiklərini
yoxlamaq üçün
sual-cavab formasını
da tətbiq etmək zəruridir.
Qan yaddaşımıza yazılan
tariximizi də yaddan çıxartmamalıyıq.
Belə ki, Xocalı bizim qan yaddaşımıza
yazilan böyük facıəmizdir. Bu hiss bizdə
Xocalı soyqırımını
törədən düşmənlərimizə
qarşı kin-küdurəti
gücləndirir, hər
an intiqam hissi oyadır. Kiçik yaşlı oxucularımıza
daim intiqam hissini yaşatmaq üçün Xocalı
soyqırımı ilə
bağlı “Xocalı
göynərtisi”, “Xocalı
qan yaddaşımız”
Qisas qiyamətə qalmayacaq”, “Əsrin faciəsi”, “Bu yaranın izi getməz” və s. adlarda ssöhbət, xülasə,
xatirə günü,
sərgi təşkil
etmək olar. Hərbi-vətənpərvərlik hissinin təbliği
dedikdə II Dünya Müharibəsinin iştırakçılarını
da yaddan çıxatmamalıyıq. Çünki, bəşəriyyəti faşizm taunundan xilas edən bu nəslin nümayəndələri yüksək
hörmətə, ehtirama
layiqdirlər. Bu gün
ölkəmizdə müharibə
getdiyi bir vaxtda vətənin azadlığı üçün
çox şey öyrənəcəyimiz bir
məktəbin , nəslin nümayəndələri
kimi onlara çox ehtiyacımız
var. Bütün sadalanan
bu tədbirlər uşaqlarda vətəndaşlıq,
vətənpərvərlik duyğularını formalaşdırmaq
üçün zəruri
vasitələrdir.
Uşaqlara vətəndaşlıq hissinin təbliğ formalarından biri də disputdur. Disputun sualları : Vətəni nə üçün sevmək lazımdır? Siz böyüyəndə hansı sənəti seçəcəksiniz? Yaxşı insan kimdir? Valıdeynlərinizi nə üçün sevirsiniz? Ermənilər kimdir, vətəndaşlıq borcu nədir? Xocalı faciəsi nə vaxt baş verib? və s. Belə suallar uşaqların vətəndaşlıq tərbiyəsinin səmərəliliyini artırır. Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə kiçik yaşlı oxucularımızla söhbət keçirmək olar.
Uşaqların vətənpərvərlik tərbiyəsinin kitabxanalarda mühüm əhəmiyyət kəsb edir. Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində ailə və məktəbin üzərinə düşən məsuliyyət, eyni zamanda kitabxanaya da aid edilə bilər. Bəs bu gün kitabxna hərbi-vətənpərvərlik anlayışını oxuculara necə çatdırmalıdır? İlk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: “Tariximizin şanlı səhifələri”, “Heç kim və heç nə unudulmur” və s. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. Müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran əsas vəzifələrdən biri də gənc nəsilə vətənpərvərlik hissləri aşılamaqdır. Bu baxımdan uşaq kitabxanalarında oxucularla aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçik və orta yaş oxucular arasında müharibə mövzusunda icmallar, söhbətlər aparmaq yerinə düşər. Söhbət apararkən oxucuların yaş xüsusiyyətinə və dil sadəliyinə diqqət yetirilməlidir. Azərbacan ədəbiyyatında müharibə mövzusu ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə edərək söhbət zamanı oxucuya məlumat vermək olar. Bundan başqa kitabxanada orta və böyük yaş qrup oxucular üçün Milli qəhrımanlarımızla, müharibə veteranları ilə görüş təşkil etmək daha maraqlı olar. Çünki uşaqlar görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Kitabxanaçı görüşə dəvət olunan veteranlarla əvvəlcədən görüşüb vaxtı müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir. Həmçinin yaxşı olardı ki, sərgidə görüşə dəvət olunan veteranlar haqqında məqalələr nümayiş olunsun. Aparıcı görüşə çağrılan şəxs haqqında məlumatlar əldə etməli, bu məlumatlar əsasında çıxış edərək onu oxuculara təqdim etməlidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 12 fevral.- S.15.