Gənclərin vətənpərvər ruhda tərbiyəsində
mühüm rol oynayan təşkilat
Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyi
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən
hesab edilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə
istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları
səviyyəsində məqsədyönlü tədbirlər
həyata keçirilir, müvafiq işlər aparılır.
Bu
gün Azərbaycan gənclərinin vətənpərvər
ruhda tərbiyə olunması istiqamətində uğurlu fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarından
biri də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyidir. Məlumat üçün qeyd edək ki, Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi 2001-ci ildə təsis
olunub və həmin il fevral ayının 14-də Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınıb. Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi fəaliyyət
göstərdiyi 15 il ərzində bir sıra uğurlu layihələrə,
tədbirlərə imza atıb ki, həmin layihə və tədbirlər
də məhz gənclərin vətənpərvər ruhda tərbiyə
olunmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin məqsədi
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin
və veteranlarının qanuni mənafelərini və
hüquqlarını müdafiə etməkdir, onların
müasir həyat şəraitinə
uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi
probremlərinin daha səmərəli həll olunmasına
köməklik göstərmək, onların əməkdaşlığını
və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən
ibarətdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin fəaliyyəti insan və vətəndaş
hüquqlarına riayət olunması, müharibə əlilləri,
şəhid ailələri və veteranların
maraqlarının müdafiə edilməsi, onların zəruri
tələbat və ehtiyaclarının nəzərə
alınması, onlara sosial uyğunlaşma tədbirlərində
üstünlük verilməsi, Qarabağ müharibəsi əlillərinin,
şəhid ailəsi və veteranlarının mövcud
problemlərinin aidiyyatı orqanlara və KİV vasitəsi ilə
ictimaiyyətə çatdırılması istiqamətləri
üzrə qurulub. Birlik dövlətin yaratdığı
imkan və güzəştlərdən bütün
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin,
veteranlarının və digər bu kateqoriyalardan olan şəxslərin
bərabər və ədalətli bəhrələnməsi,
onların hüquq və mənafelərinin etibarlı şəkildə
qorunmasına şəraitin yaranması məqsədilə
çalışır.
Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi Qarabağ
müharibəsi əlillərinin, şəhid ailələrinin,
veteranlarının hüquq və maraqlarının
qorunması üçün qanunvericilikdə və mövcud
olan Nizamnamə ilə nəzərdə tutulmuş
bütün vasitə və müdafiə üsullarından
istifadə etmək, Qarabağ müharibəsi əlillərinin,
şəhid ailələrinin, veteranlarının hüquq və
maraqlarının qorunması üçün dövlət,
hakimiyyət və idarəetmə orqanları
qarşısında vəsatət qaldırmaq, maddi və mənəvi
yardım göstərmək, yerlərdə fəaliyyətini
qurmaq üçün şəhər, rayon, qəsəbə
və kəndlərdə yerli
filiallarını və nümayəndəliklərini yaratmaq,
əlillərin, şəhid ailələrinin, veteranların
ictimai mühitə uyğunlaşması üçün
elmi-metodiki prinsipləri işləyib hazırlamaq, onlara sosial
xidmət göstərilməsinə yardım edilməsi və
bu xidmətin keyfiyyətinin yoxlanılması kimi hüquqlara
malikdir. Eyni zamanda sosial xidmətlərini həyata keçirən
orqanlara, həmçinin, dövlət hakimiyyət və idarəetmə
orqanlarının bütün səviyyələrinə sosial
xidmətin yaxşılaşdırılması barədə
tələb və təklifə müraciət etmək
hüququna da malikdir. Bundan başqa təşkilat sosial xidmətlərin
göstərilməsi hüquqları, vızifələri və
şərtləri barədə məlumat edir və verir,
onların səhhətinı,
peşə bacarığına uyğun iş tapmaqda köməklik
göstərir, öz məqsədləri və fəaliyyət
istiqamətləri barədə sərbəst şəkildə
məlumat yayır, seminarlar, kurslar, mühazirələr, dəyirmi
masalar təşkil edir və keçirilməsini təmin
edir, yarmarkalar, sərgilər konsertlər, ədəbi-bədii
gecələr və digər mədəni-kütləvi tədbirlər
keçirir, xeyriyyə marafonları təşkil edir. ; Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi operativ telefon
köməyi və məsləhət xidmətlərinin
işini təşkil edir, Qarabağ müharibəsi əlillərinin,
şəhid ailələrinin və veteranlarının
emosional, psixoloji, və fiziki bərpası üçün
müvafiq tədbirlər həyata keçirir, əlillər,
şəhid ailələri, veteranlar ilə əlaqədər
qanunvericilkdə nəzərdə tutulmuş qaydada dövlət
hakimiyyət və özünü idarəetmə
orqanlarının qərarlarının işlənib
hazırlanması təşəbbüsü ilə
çıxış edir, təkliflər verir, kütləvi
informasiya vasitələri təsis edir və nəşriyyat fəaliyyərini
həyata keçirir, ictimai həyatın müxtəlif məsələləri
üzrə rəyini bildirir, dövlət hakimiyyət
orqanları qarşısında müxtəlif təkliflərlə
çıxış edir, qeyri-hökumət təşkilatları
haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə
tutulmuş səlahiyyətlərindən tam həcmdə
istifadə edir. Təşkilat Qarabağ müharibəsi əlillərinin,
veteranlarının və şəhid ailələrinin
ehtiyaclarını nəzərə almaqla öz fəaliyyətini
sərbəst şəkildə planlaşdırır və inkişaf perspektivlərini təyin
edir, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin nizamnaməsini qəbul edən Qarabağ müharibəsi
əlilləri, şəhid ailələri,
müharibə veteranları, və onlara bərabər tutulan
şəxslər üzv ola bilər. Bu günlərdə Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin
yaranmasının 15 ili tamam olur və bu məqsədlə istər
birliyin mərkəzi ofisi, istərsə də regional bölmələrində
yubiley tədbirləri təşkil olunur. Elə Müdafiə
Nazirliyinin təşkilatçılığı ilə də
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli
yubiley mərasimi keçirilib. Əvvəlcə ictimai birliyin
üzvləri Fəxri Xiyabanda xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin məzarını ziyarət edərək
qarşısına əklil qoyub, Şəhidlər
Xiyabanında Vətənin azadlığı, istiqlaliyyəti
uğrunda həlak olanların xatirəsini hörmət və
ehtiramla yad ediblər. Sonra Qarabağ müharibəsinin əlilləri,
veteranları və şəhid ailələrinin, eləcə
də ölkədə hərbi vətənpərvərlik
işinin təşkilində xidmətləri olan bir qrup
ictimaiyyət nümayəndəsinə ictimai birliyin təsis
etdiyi "Fədai" medalı təqdim edilib. Milli Məclisin əmək və
sosial siyasət komitəsinin sədri, millət vəkili
Hadı Rəcəbli təltif olunanları təbrik edərək
onlara bundan sonrakı fəaliyyətlərində də
uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi
polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən
təntənəli mərasimi respublikanın şəhər
və rayonlarından dəvət olunmuş 400-ə yaxın
Qarabağ müharibəsi əlili, veteranı, şəhid
ailəsi, hökumət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri izləyiblər. Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ
müharibələrinin iştirakçısı, Silahlı
Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev
birliyin 15 illik fəaliyyəti barədə məruzə ilə
çıxış edib. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsi müdirinin müavini Tahir Süleymanov bu
ictimai birliyin qeyri-hökumət təşkilatları içərisində
özünəməxsus yer tutduğunu, xüsusilə gənclərin
vətənpərvərlik tərbiyəsində əhəmiyyətli
rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr
İdarəsinin rəisi general-mayor Rasim Əliyev müdafiə
naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir
iştirakçılarına çatdırıb. Təbrikdə
Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələrinin mənafelərini və
hüquqlarını müdafiə edən, onların
müasir həyat şəraitinə uyğunlaşmasına,
sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli
həll olunmasına köməklik göstərən,
Silahlı Qüvvələrin şəxsi heyətinin
döyüş ruhunun, mənəvi-psixoloji
hazırlığının daha da yüksəldilməsində
böyük səylər göstərən ictimai birliyin xidmətlərinin
təqdirəlayiq olduğu qeyd edilib və birlik üzvlərinin
bundan sonra da göstərilən etimadı, diqqət və
qayğını əməli fəaliyyətləri ilə
doğruldacaqlarına əminlik ifadə olunub. Əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov,
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və
veteran təşkilatlarının rəsmiləri təşkilatın
üzvlərini təbrik edərək böyük uğurlar
arzulayıblar.
Video
çarxların müşayiəti ilə vətənpərvərlik
mahnı və rəqsləri, hərbi marşlar səslənib
və döyüş səhnələri
canlandırılıb. Xalq artistləri Pərvanə
Qurbanovanın, Zümrüd Məmmədovanın, Əməkdar
artistlər Ramil Qasımovun, Sevinc Sarıyevanın,
Çingiz Mustafayevin və Silahlı Qüvvələrin
Mahnı və Rəqs Ansamblının
çıxışları alqışlarla
qarşılanıb. Sonda Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevə Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi üzvlərinin müraciəti
oxunub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 16 fevral.- S.15.