Azərbaycan mükəmməl

tolerantlıq modelidir

 

Odlar Yurdu Azərbaycan qədim zamanlara dayanan tarixi kökləri, zəngin və rəngarəng mədəniyyəti, həmçinin şərqlə qərbin, şimalla cənubun qovşağında yerləşən mühüm strateji mövqeyi ilə dünya arenasında tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkə kimi tanınır.

Çox rəngarəng və bir o qədər də mürəkkəb geosiyasi region olan Cənubi Qafqazda yerləşən Azərbaycan dinietnik baxımdan öz qonşularından xeyli fərqlənir. Belə ki, regionun digər dövləti Gürcüstanda az sayda azərbaycanlı, rus, erməni və digər millətlərin nümayəndələri yaşasa da, dünyaya işğalçılıq siyasəti və qonşularına qarşı ərazi iddiaları ilə tanınan Ermənistan isə dünyada az sayda olan monoetnik dövlətlərdəndir.

Amma Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması və onların sülhfiravan şəraitdə birgə yaşaması ilə demokratiyanın beşiyi olan qərb ölkələri üçün nümunə kimi çıxış edir.

Tolerantlıq hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirməkdir. Tolıerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparır. Tolerantlıq fikir ayrılıqlarına baxmayaraq, dinləməyi bacarmaqdır, dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etməkdir.

Milli mədəniyyətlərin, onların adət və ənənələrinin, ümumilikdə milli ruhun qorunması mənasını daşıyan tolerantlıq Azərbaycanda bir keyfiyyət, həyat tərzi kimi başa düşülür. Tolerantlıq yəhudilər, avarlar, talışlar, ləzgilər, məhsəti türkləri, ingiloylar, xınalıqlılar, kürdlər, tatlar, molokanlar, qaraçılar, udilər və bir çox başqa xalqların əsrlər boyu birgə yaşadığı Azərbaycan üçün fərqlilik və zənginlikldir.

Tolerantlıq Azərbaycan xalqının özünüifadə forması olmaqla yanaşı, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının dövlət səviyyəsində qorunması və təmin olunması deməkdir. Əgər bir cəmiyyətdə tolerantlıq varsa, orada cəhalətə, irqçiliyə, ksenofobiyaya yer yoxdur, əksinə, əmin-amanlıqsülh var.

Bu gün bütün dünyaya öz zəngin neft ehtiyatları, iri layihələri ilə səs salan Azərbaycan təkcə bu göstəricilər ilə deyil, həmçinin tolerantlıq və multikulturalizm ənənələri ilə ad qazanıb. Məhz buna görədir ki, tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbət və təqdirlə qarşılanır.

Əhalisinin sayı artıq 10 milyona yaxınlaşan Azərbaycanda ən geniş yayılmış din islam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Onların 85%-i şiə, 15%-i isə sünnilərdən təşkil olunub. Ölkədə bundan başqa xristianlıq və iudaizm dinlərinə də sitayiş olunur ki, həmin xristianların əksəriyyəti rus pravoslavgürcü pravoslav kilsəsinə, yəhudilərin əksəriyyəti isə dağ yəhudiləri və əşkinazi yəhudilərə aiddir.

Bu cür etnikdini zənginliyə malik Azərbaycan hər sıravi vətəndaşına qucaq açaraq onların hər birinə bərabər şərait və hüquqlar təmin edir.

Fərqli dinlərin nümayəndələri hər zaman həmrəy olaraq vətənin azadlığı və firavanlığı uğrunda çalışıb, yeri gələndə silaha sarılaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşublar. Ana vətən üçün canını fəda vermiş belə vətəndaşların anım yeri-Şəhidlər Xiyabanı qardaşlıq və vəhdət simvoludur.

Bütün dünya hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq gününü qeyd edir. Hər il yüksək səviyyəli tədbirlər təşkil edən Azərbaycan 2016-cı ildə bu tarixi xüsusi təntənə ilə qeyd edəcək. Çünki, 2016-cı il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə multikulturalizm ili elan olunub. Tolerantlıqla paralel, hətta bənzər məna daşıyan və əhəmiyyət kəsb edən multikulturalizm çoxçalarlı etnikdini tərkibli əhaliyə malik Azərbaycanda dövlət siyasətinin əsas vektorlarından biri hesab olunur.

Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb bu sahədə geniş təcrübə toplayıb. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıbindi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasisosial şərait mövcuddur.

Tolerantlıq qanunla qorunur

Azərbaycan Respublikası ali qanunverici akt olan Konstitusiyaya əsasən, demokratik, hüquqi və dünyəvi dövlətdir. Azərbaycan bütün dini etiqadlara qarşı pozitiv sekulyarizm modelini tətbiq edir. Belə ki, dövlət dinə qayğı və dəstək göstərərək tolerantlığı din siyasətinin əsası və tərkib hissəsi kimi həyata keçirilir.

Konstitusiyada tolderantlığın qorunması üçün xüsusi maddə də əks olunub. Belə ki, qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, "bütün dini etiqadlar qanun qarşısında bərabərdir." 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.

Konstitusiya ilə qorunan bu hüquqlardan yararlanaraq Azərbaycanın hər bir vətəndaşı öz dini inancını, sosial fəaliyyətini rahat şəkildə yerinə yetirə bilir. Çünki, əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün mənəvi məsələdir. Bu gün ölkədə hökm sürən ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnikdini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir.

Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarəti isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan hökumətinin bütün dinlərə qayğısı bu günuğurla davam edir. 1991-ci ildə dövlət müstəqiliyini bərpa edən Azərbaycanda bu günədək 2 minə yaxın məscid tikilib, son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 38 islam, 21 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Bütün bunlar isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.

Bakı tolerantlıq beşiyi kimi

Əgər Azərbaycanın tarixinə nəzər salsaq görərik ki, burada heç vaxt millidini zəmində ayrı-seçkilik və ya qarşıdurma baş verməyib, bunun tam əksi, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olubolmaqda davam edir.

Müstəqilliyinin ilk dövrlərində dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı olan Azərbaycan bu gün, demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.

Bunun məntiqi nəticəsidir ki, tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, şərqlə qərb, qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.

Beynəlxalq konfranslarda alimlər, siyasətçilər, beyin mərkəzlərinin ekspertləri tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması qərb mətbuatında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyətlərarasıvə dinlərarası tolerantlıq nümunəsi kimi təqdim olunur.

Azərbaycanın müsbət tolerantlıq təcrübəsindən çıxış edərək bu gün paytaxt Bakı son illər dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edərək mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib.

Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək kifayətdir.

2014-cü ildə Azərbaycanda etnikdini tolerantlığın yüksək səviyyədə təmin olunması üçün iki təsisat yaradıb. Bu təsisatlardan birincisi millətlərarası multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir ki, həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdulla tutur. Həmçinin, mədəniyyətlərarası dialoqunhumanitar məsələlərin inkişaf etdirilməsi üçün ikinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu.

Tarixin dərin izlərini bu gün də özündə qürurla daşıyan Naxçıvan İSESKO tərəfindən 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycanın digər qədim şəhərləri-Gəncə və Şəki də İslam mədəniyyətinin paytaxtı layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin bariz nümunəsidir.

Erməni kilsəsi tolerantlıq nümunəsidir

Bu gün nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında Azərbaycan kimi tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edir. Ən önəmli olan da budur.

Azərbaycanda tolerantlığın yüksək dəyərini sübut edən əsas göstərici, bəlkə də simvol məhz Bakıda Fəvvarələr meydanı"nın yanında erməni kilsəsinin qorunub saxlanmasıdır. Azərbaycan Ermənistanla müharibə şəraitində olsa da bu kilsəni sökməyib. Çünki, Azərbaycanın və azərbaycanlıların düşüncəsi nifrətə köklənməyib Buna görədir ki, kilsəni dağıtmaq təşəbbüsü olmayıb və hazırda kilsə tam təchizatı ilə mövcudluğunu qoruyur.

Xalq diplomatiyası çərçivəsində Bakıya gələn ermənilər erməni kilsəsində erməni dilində kitabların, materialların səliqə-səhmanla qorunub saxlanıldığını görəndə təəccüblənmişdilər. Bu da təbiidir. Çünki, Ermənistan üçün tolerantlıq yad bir düşüncədir.

Azərbaycandan köçən ermənilərə qarşı onların doğma ölkəsində tolerant münasibət yoxdur. Rəfiqəm bununla bağlı mənə maraqlı bir hadisə danışıb. Belə ki, rəfiqəmin valideynləri keçən ilin yayında müalicə və istirahət üçün Rusiyanın Mineralnıye Vodı şəhərinə getmişdilər. Orada yeməkxanaların birində oturub nahar edərkən bir yaşlı qadın onlara yaxınlaşıb "Siz Bakıdansınız?" deyə sual verir. Rəfiqəmin valideynləri Bakıdan olduqlarını deyəndə yaşlı qadının gözləri dolur. O söhbət əsnasında danışır ki, əslən Bakı ermənisidir. Uzun illər Bakıda oxuyub, ailə quraraq orada yaşayıb. Bakıda yaşadığı müddətdə ona qarşı o qədər isti münasibət olub ki, hətta 1989-cu ildə Ermənistana köçmək istəməyib. Amma yenə də Bakıdan İrəvana köçüb. Qadın and-aman edib ki, İrəvanda qaldıqları 3 il müddətində nə ona, nə də ailəsinə göz verib işıq verməyiblər. Günahları isə Bakı ermənisi olmaları idi...

Öz millətinin nümayəndəsinə qarşı dözümsüzlük göstərməyən Ermənistan bu gün minlərlə vətəndaşını ölkədən didərgin salıb. Halbuki, Bakıda indinin özündə 30 min erməni vətəndaş yaşayır və onlara qarşı tolerantlıq nümayiş etdirilir.

Beləliklə, etnikdini baxımdan zəngin dövlət olan Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya edir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.

Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycan təkcə neft ixrac edən ölkə deyil, həmçinin qərbin özünə tolerantlıq ənənələri ixrac edəcək bir ölkədir. Əbəs yerə deyil ki, ölkəmizə təşrif buyuran qərb siyasətçilərinin ən çox sadaladıqları məsələlər sırasında Azərbaycanın qərb və dünya üçün tolerantlıq nümunəsi olması vurğulanır.

 

Aynur Kərimova

 

Olaylar.- 2016.- 26 fevral.- S.10.