Sağlamlıq turizmi-yeni bir istiqamət

 

Mövcud imkanlar bu sahənin daha da inkişaf etdirilməsini zərurətə çevirir

 

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqət daha da artdı. Düzdür, bu sahənin inkişaf etdirilməsi hələ bir neçə illər əvvəl ölkəmizdə gündəmdə olsa da, lakin son proseslər qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini bir daha ortaya qoydu. Görünən odur ki, Azərbaycan hökuməti bu zərurəti düzgün şəkildə dəyərləndirərək qeyd edilən istiqamətdə məqsədyönlü addımlar atır.

 

Turistləri ölkəyə cəlb edən amillər

 

Reallıq ondan ibarətdir ki, qeyri-neft sektorunda mühüm istiqamətlərdən biriturizmdir. Hər bir ölkə kimi bu gün Azərbaycan da öz turizm sənayesinin inkişaf etdirilməsi, ölkəyə daha çox xarici turistlərin cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Sevindirici hal ondan ibarətdir ki, görülən işlər. həyata keçirilən kompleks tədbirlərin qarşılığı olaraq bu istiqamətdə müsbət nəticələr də əldə edilməkdədir. Hər halda ildən-ilə Azəbaycana gələn xarici turistlərin sayında müşahidə edilən artım belə deməyə əsas verir. Müsbət məqamlardan biriondan ibarətdir ki, təkcə postsovet ölkələri deyil, eləcə də Avropa, Asiya, hətta ərəb ölkələrindən də Azərbaycana təşrif buyuran turistlər var. Mədəniyyət və Turizm Nazirliyinin cari ilin ötən dövrü barədə açıqladığı hesabatdan da aydın olur ki, Azərbaycana gələn ərəb turistlərin sayında artım qeydə alınıb. Əgər bütün bu müsbət göstəricilər bir tərəfdən turizm sahəsində yaradılan infrastruktur, yeni mehmanxa, otel, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə bağlıdırsa, digər tərəfdən aparılan təbliğat, eləcə də münəzəm olaraq Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərlə əlaqədardır. Avropanın musiqi yarışması, Birinci Avropa Oyunları, "Formula-1" Avropa üzrə Qran Pri yarışması, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Humanitar Forums. kimi tədbirlər istər-istəməz Azərbaycana xarici turistlərin marağının artmasına səbəb olan amillərdəndir.

Ümumiyyətlə, Azərbaycanın iqlimi, coğrafi məkanı, zəngin təbiəti, eləcə də malik olduğu bir sıra təbii zənginlikləri ölkəmizə bütün dövrlərdə turistlərin gəlməsi üçün münasibdir. İstər qış turizmi, istər yay turizmi, istərsə də digər turizm növlərinin inkişaf etdirilməsi üçün Azərbaycanda kifayət qədər imkanlar var.

 

Sağlamlıq turizminin yaxın-uzaq tarixi

 

Bu gün Azərbaycanda sağlamlıq turizmiyeni bir istiqamət olaraq inkişaf etməkdədir.Müşhidə edilən mənzərə ondan ibarətdir ki, sağlamlıq turizmi hər yerdə inkişaf edirmüasir turizm sənayesinin qlobal tendensiyasına çevrilir.

Öz nadir tarixi və mədəni yerləri ilə məşhur olan Azərbaycan da getdikcə bu proseslərdən geri qalmır. Ölkəmizin nəinki mülayim iqlimi, eyni zamanda onun, ovsunlayan mənzərələri - meşələri, dağları , çayları və şəlalələrı var. Bura, həm də kurort cənnəti və tükənməz mineral su ehtiyatları, müalicəvi palçıqları, naftalan, duz mağaraları şəbəkəsi ilə zəngin diyardır. Sağlamlıq turizmi eyni zamanda insanlara səhhətlərində olan bir çox problemlərdən qurtulmaq və orqanizmlərini möhkəmləndirməyə xidmət edir. Artıq dünyada məşhur olan İstisu, Qalaaltı, Naftalan, Duzdağ müalicəvi kurortlarını xatırlamaq kifayətdir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, turizmin, xüsusilə sağlamlıq turizminin inkişafına dövlət hər cür şərait yaradır, istər qanunvericilik bazasının yaradılması, istərsə də maddi dəstək baxımından bu sahənin inkişafını diqqətdə saxlayır Bu mənada 2009-2018-ciillərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət proqramının qəbul edilməsi, 2011-ci ilin "Turizm İli" elan edilməsi, 2002-2005 və 2010-14-cü illərdə turizm ininkişafına dair Dövlət Proqramının həyata keçirilməsi xüsusi qeyd edilməlidir. Bütün bunların nəticəsində Azərbaycanda turizmin inkişafı, o cümlədən tibbi-sağlamlıq turizmi üçün əlverişli şərait yaranıb. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ölkənin müxtəlif regionlarında imkanlar, sağlamlıq turizmini şərtləndirən amillər, infrastruktur mövcuddur. Hazırda damüalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində və dünya səviyyəli yeni kurort zonalarının yaradılması üzrə daimi işlər aparılır.

Yaxın tarixə də nəzər saldıqda aydın görürük ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün əlverişli olan iqlim rəngarəngliyi, müxtəlif mineraltermal su mənbələri, müalicəvi neftvulkanik palçıqla və digər təbii ehtiyyatlar mövcud olub. Hələ qədim zamanlardan Azərbaycana gələn turistlər bu ölkənin sağlamlıq turizmindən də yararlanırdılar.Azərbaycandakı təbii müalicəvi mənbələrin XIX əsrin əvvəllərindən araşdırılmasına baxmayaraq hələ bir neçə onilliklər öncə uzaq yerlərdən bu mənbələrə şəfa tapmaq arzusu ilə gələn insanlar müşahidə olunurdu.1920-ci ilə qədər bu təbii sərvətlərdən geniş miqyada istifadə olunmurdu. Bu sərvətlərdən yalnız çox zadəganlar, yüksək mənsəb sahibləri istifadə edirdi.1925-1930-cu illərdə bu təbii sərvətlər planlı şəkildə öyrənilməyə başladı. Bir sıra müalicəvi-kurort yerlərində sanatoriya və istirahət evlərinin tikintisi həyata keçirildi. Qeyd etdiyimiz kimi bu gün Azərbaycanda fəaliyyət göstərən"Chinar Hotel & Spa Naftalan", "Naftalan Hotelby Rixos", "Qarabag spa & resort", "Qafqaz yengica thermal & spa", "Gabala lake palace espanse chenot",İlisu "Uludag", "Qalaaltı", "Duzdag", Masallıdakı İstisu sağlamlıq və istirahət mərkəzi dünyada tanınan turizm obyektlərindən birinə çevrilib.

 

Daha yaxşı təbliğat-daha çox turist

 

Qeyd etdiyimiz kimi yalnız turizm müəssisələrinin, sağlamlıq istirahət mərkəzlərinin mövcudluğu ilə işlər bitmir həmin müəsissələrə turistlərin cəlb edilməsi üçün təbliğat işlərinin aparılması, piar kampaniyasının həyata keçirilməsi zəruridir. Mədəniyyət Turizm Nazirliyinin dünyanın müxtəlif ölkələrində nümayəndəliklərinin yaradılması ayrı-ayrı ölkələrdə keçirilən sərgi. konfranslrda ölkəmizin turizm potensialının təbliği Azərbaycana turistlərin cəlb edilməsi, ölkəmizə olan marağın artırılmasına dərəcədə müsbət təkan verən amillərdən sayılırsa, eləcə Azərbaycanda Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyasının ölkəmizin sağlamlıq turizminin mövcud potensialını xarici ölkələrə tanıdılması istiqamətdəki uğurlu fəaliyəti bu sahənin inkişafına müsbət təsir göstərən amillərdəndir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə yaradılan Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyası ötən müddət ərzində ölkəmizin sağlamlıq turizminin təbliği, onun dünyada tanıdılması istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Assosiasiya fəaliyət planına müvafiq olaraq sağlamlıq turizminin daşıyıcıları olan müəssisələrin, bir sıra göstəricilərinə uyğun klassifikasiyasını (gecələmə, qidalanma, o cümlədən pəhriz), müalicə xidmətlərinin çeşidi, asudə vaxtın təşkili-əyləncə proqramları,yaxın çevrədə cəlbedici ekskursiya obyektləri, xidmət edən personal rəhbərlik haqqında məlumatı əks etdirən kataloqların hazırlanması istiqamətində aparır. Azərbaycanda saglamlıq turizminin inkişafına maraqlı olan assosiasiyanın prioritet hesab etdiyi müəssisələri üzvlüyə qəbul edən qurum Azərbaycan Respubliksı ərazisində sanatoriya,kurortlar, sağlamlıq mərkəzləri, Spa mərkəzlər digər sağlamlıq turizmi obyektlərini, o cümlədən mineral sular, şəfalı su mənbələri, balneoloji, iqlim, müalicəvi palçıq kurortları,Naftalan nefti, müalicəvi duz mağara yataq-hövzələrini əks etdirən xüsusi sağlamliq turizmi xəritəsinin yaradılması sahəsində aparır. Bundan başqa dövlət proqramlarının,sərəncamlarının sosial turizmin təbliğ edilməsi, Bakı digər rayon, şəhərlərdə müəssisə təşkilatlar arasında daha çox turist cəlb etmək məqsədi ilə sosialoji sorğu marketinq araşdırmalarının aparılması, (müalicə ilə bağlı onların istəkləri, məqsədləri, qiymətlər, müalicə şərtləri çeşidləri, yerli məkanın xüsusiyyətləri,məşquliyyət, endirimlər,və.s), sağlamlıq turizmi müəssisələrinə yeni səmərəli biznes təkliflərin verilməsi üçün turist müalicə olunanlardan, o cümlədən personaldan anket sorğusunun götürülməsi(nəaliyyət problemlər, prinsipi, xidmət, müştəri məmnunluğu və.s. ), menecer xidmət personalının hazırlıq səviyyəsinin artırılması məqsədi ilə treninq kursların təşkili Assosiasiyanın diqqət yetirdiyi məsələlər sırasındadır. Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyası bu məqsədlə Azərbaycan Turizm Menecment Universiteti, Mədəniyyət Turizm Nazirliyi,Səhiyyə Nazirliyi digər müvafiq təşkilat qurumlarla da bu sahədə əməkdaşlıq edir. Tibbi profilə uyğun olaraq, sanator-kurort müəssisələrin bazasında Ati turizm kolleci tələbələrinə stajirovkaların keçirilməsinə nail olmaq, sağlamlıq turizmi ilə bağlı elmi araşdırmaları lazımi təcrübələrin davamlılığını stimullaşdırmaq məqsədi ilə maliyyə qaynaqlarının araşdırılması, dunya saglamlıq turizmi digər ölkələrin ayrı-ayrı sağlamlıq turizmi dərnəkləri ilə əmakdaşlıq etmək. Dunya Sağlamlıq Turizmi ailəsinə inteqrasiya.Dunya üzrə konqres,sərgi, simpozium,seminar infoturlarda iştirak etmək, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası,sanator-kurort müəssiələrin iştirakı ilə mütəmadı dəyirmi masa, seminar konfransların təşkili istiqamətində assosiasiya müntəzəm olaraq uğurlu addımlar atır. Məlumat üçün qeyd edək ki, bu istiqamətdə xarici ölkələrin təcrübəsindən yararlanmaq da Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyası üçün vacib məqamlardandır. Sağlamlıq turizmi ilə bağlı xarici təcrübənin yeni biliklərin öyrənilməsi istiqamətində bir sıra xarici kurort şəhərlərə infoturların təşkili xarici ekspertlərin dəvət olunmasını buna misal göstərmək olar. Qıza müddət ərzində Çexiya,Sloveniya,Türkiyə,Rusiya Federasiyası,Ukrayna,Gürcustan, Belarus, Bolqarıstan s. ölkələrə edilən səfərlər nəticəsində qeyd edilən ölkələrdə Azəbaycanın sağlamlıq turizmi barədə geniş ətraflı məlumat formalaşdırılıb. Məhz qeyd edilənlərin göstəricisidir ki, həmin ölkələrdən Azərbaycana sağlamlıq turizmi məqsədilə səfər edən xarici turistlərin sayında tədricən artım qeydə alınır. Assosiasiya eyni zamanda daxildə təbliğat, maarifləndirmə işləri həyata keçirir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, assosiasiya bu sahədə kütləvi informasiya vasitələri ilə birgə işləməyə xüsusi üstünlük verir. Bu baxımdan tərəfdaş təşkilat qurumlarla birgə Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyasının Qalaaltı, Naftalan digər turizm sağlamlıq mərkəzlərinə təşkil etdiyi inforturları qeyd etmək yerinə düşər. Məhz bu kimi infoturlar vasitəsilə Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyası daxili auditoriyaya da ölkəmizin sağlamlıq turizminin imkanlarını çatdırır, bu sahənin inkişafına dəstək verir.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2016.- 12 iyul.- S.11.