Gənclərə hərbi vətənpərvərlik

ideyaları aşılanır

 

Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyəsi dövlətin diqqət mərkəzindədir. Müvafiq dövlət qurumları mütəmadi olaraq keçirdikləri tədbirlər buna bariz nümunədir. Dövlət Sərhəd Xidməti də gənclərin Vətənə məhəbbət, înun sərhədlərinə hörmət ruhundà tərbiyə olunması, sərhədçi påşəsinə màràğın daha da àrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Özünəməxsus xüsusiyyətləri ilə seçilən, keçirilmə qaydaları və metodları ilə fərqlənən "Sərhəd" hərbi-idman oyunları, məktəbli gənclər arasında ölkəmizin sərhəd mühafizəsinə həsr olunmuş inşa yazı və bədii yaradıcılıq müsabiqələri, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissə və bölmələrinə ekskursiyalar zamanı gənclərə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi påşəsinin xüsusiyyətləri bàrədə ətraflı məlumàtlàr vårilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Xüsusi məktə¬bində təhsil almaq və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlərin sayı ildən-ilə artır. Sərhədlərimizin mühafizə olunmasının əhəmiy¬yətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi påşəsinə hörmət ruhundà tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihənin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasının bazasında "Sərhədçi" yay düşərgəsi təşkil olunmuşdur. Məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Həmin gün "Laza" sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə "Sərhədçi" yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silahtexnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.Açılış mərasimində bildirilmişdir ki, məktəblilərin mənalı isti¬rahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, damastolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçi¬riləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayo¬nunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaqdır.Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcəkdir.Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və "Sərhədçi" vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunmuşdur. Təkcə gənclərin deyil, əsgər və zabitlərin də vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər keçirilməkdədir. Elə bu məqsədlə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı keçirilib. Toplantıda ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirin gündəliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantıda cari ilin ilk yarısında şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək Müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasını, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsini və bu istiqamətdə səylərinin artırılmasının vacibliyini qeyd edib. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu günü ərəfəsində hərbçilərə mənzillərin verilməsini hərbi qulluqçuların və onların ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu xatırladan nazir müavini, dövlətimizin başçısının hərbçi ailələri ilə görüşü zamanı bir daha Azərbaycan Ordusunun mənəvi-psixoloji və döyüş hazırlığının yüksək qiymətləndirdiyini xatırlatdı. Nazir müavini bundan sonra da Ali Baş Komandan və Müdafiə naziri tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.Toplantıda çıxış edən general-mayor Rasim Əliyev hərbi kollektivlərdə mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması, sağlam mühitin yaradılması, dostluq və əsgəri yoldaşlıq ənənələrinin tərbiyə olunması istiqamətində komandir-rəis heyəti tərəfindən müvafiq işlərin görülməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb. Toplantı şəxsi heyətlə üzrə zabitlərin, ictimaiyyət nümayəndələrinin, elm xadimlərinin, ziyalıların çıxışları və müxtəlif mövzuların müzakirəsi ilə davam edib. Heç şübhəsiz ki, Azərbaycan ordusunun artan qüdrəti beynəlxalq hərbi təşkilatların diqqətindən kənar qalmır. Nəticədə nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan ordusu ilə əməkdaşlığa üstünlük verir. Belə əməkdaşlığın nəticəsidir ki, Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təlimlərin planlaşdırılması" mövzusunda təlim kursu keçirilib. Kurs müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun Komanda və Qüvvə strukturu", "NATO-da təlim və proqramlaşdırma prosesi", "Təlim planlaşdırılmasının əsas xüsusiyyətləri", "Təlim konsepsiyaları", "Təlimlərin planlaşdırılması və hazırlanması", "Təlimin idarə edilməsi" və digər mövzulara dair mühazirələr oxunur, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılıb. Kurs Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak ilə reallaşıb. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.Qonaqları salamlayan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur: "Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcəkdir. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "ÀDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaqdır". Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus Respublikası bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək". Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb. Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib. Qonaqlar əvvəlcə Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalarqurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 16-18 iyul.- S.15.