Gənclərin vətənpərvər
olması onların
milli-mənəvi özünüdərkindən
asılıdır
Gənclərin vətənpərvərlik
ruhunda tərbiyyə olunması istiqamətində mütəmadi
olaraq iş aparılır. İnsafən qeyd edilməlidir ki,
artıq bu istiqamətdə görülən işlər
öz bəhrəsini verməkdədir. Belə ki, qətiyyətlə
demək olar ki, hazırda həqiqi hərbi
çağırışdan imtina Azərbaycan gənci
üçün yad bir ifadədir, üstəlik əsgərlərin
döyüş ruhu yüksək səviyyədədir. Bunu
yaxın keçmişdə baş verən aprel hadisələri
bir daha təsdiq etmiş oldu.
Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyəsi dövlətin diqqət mərkəzindədir. Müvafiq dövlət qurumları mütəmadi olaraq keçirdikləri tədbirlər buna bariz nümunədir. Dövlət Sərhəd Xidməti də gənclərin Vətənə məhəbbət, înun sərhədlərinə hörmət ruhundà tərbiyə olunması, sərhədçi påşəsinə màràğın daha da àrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir. Onu da qeyd edək ki, gənclər arasında maarifləndirmə işi mütəmadi olaraq aparılır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 20 may 2016-cı il tarixdə Beyləqan Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan ordusunun təmas xəttində düşməni ağır məğlubiyyətə uğratması Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bir daha sübut etdiyini bildirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli ordumuz müasir silah və hərbi texnika ilə təchiz olunmuş, şəxsi heyətin döyüş ruhu daim yüksəkdir. "Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışmışdır. Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində Beyləqan rayonunun müxtəlif məktəblərinin şagidləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Fiquli rayonunda da Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirilib. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Füzuli Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qeyd etmişdir ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün belə tədbirlərin əhəmiyyəti böyükdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında bildirmişdir ki, Azərbaycan ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altında olan ərazilərimizin azad ediləcəyi günün yaxında olduğunu sübut edir. "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı füzulilərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan danışmışdır.Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.Tədbirin bədii hissəsində Füzuli rayonunun müxtəlif məktəblərinin şagidləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişdir. Yeri gəlmişkən qeyd edək ki, əsgər və zabitlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçiriln tədbirlərə dövlət tərəfindən xüsusi dəstək var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa olunmuş 4 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub. Nazirlikdən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə yeni mənzillə təmin olunan şəxslər sosial cəhətdən həssas qrupların, o cümlədən əlil və şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsinə, yeni mənzillərlə təmin edilmələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə vurğulanıb ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görülür. Bu işlərin davamı kimi cari ildə respublikanın müxtəlif rayonları üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bildirilib ki, bu təbəqədən olan insanlar aylıq sosial müavinət və ya əmək pensiyası, eyni zamanda, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Cari ilin yanvarında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə həmin sosial ödənişlərin növbəti dəfə artırılması təmin olunub. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə isə əlavə hesablanır. Ölkənin əmək qanunvericiliyində də Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulub. Əsgərlərə diqqət və qayğı, onların özlərini əsil vətəndaş kimi hiss etməsi istiqamətində də tədbirlər görülməkdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. Əmrə əsasən havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir. Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir. Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb. Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar. Onu da xatırladaq ki, gənclərin vətənpərvər olması onların Vətəni, xalqı qarşısında borcunun, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 26 iyul.- S.15.