Gənclərimiz vətənpərvər ruhda böyüyür

 

Azərbaycan müharibə şəraitində yaşadığından ordu quruculuğuna ayrılan vəsaitin həcmini ildən-ilə artırır. Heç şübhəsiz ki, bu vəsait hərbi arsenalın təkmilləşdirilməsi ilə yanaşı, hərbçilərin sosial vəziyyətinin yaxşılaşmasına da yönəldilir. Xüsusən, regionlarda hərbi hospitalların tikilntisi əsgər və zabitlərin sağlamlığına hesablanıb. Hazırda da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib. Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib. Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti eyni zamanda cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda-müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib. Əsgərlərlə nahar edən Müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib. Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər. Şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyiniAli Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.

   Gənc nəslin vətənpərvər ruhda tərbiyyə olunması ilə təkcə güc strukturları deyil, eləcə də digər qurumlar məşğul olurlar. Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlambilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də müxtəlif tədbirlər həyata keçirilir. Artıq bi qəbildən olan daha bir layihə başa çatıb. Belə ki, Nəsimi rayonunun orta məktəblərinin təhsildə, idmandaictimai həyatda fərqlənən yeniyetmələri ümumilikdə - 150 nəfər üçün Quba rayonunda "Gənc İlhamçılar" vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi yaradılmışdır. Nəsimi rayonunun aztəminatlı ailələrindən olanQababağ müharibəsi əlilləri və veteranlarının, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 150 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən İstək liseyinin Quba filialının ərazisində təşkil olunmuş vətənpərvərlik təmayüllü, ödənişsiz "Gənc İlhamçılar" yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir. Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunmuşdur. Düşərgənin bir günü Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində təşkil olunmuş, burada məktəblilər hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuşlar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin qonaqlar, şagirdlərin birgə ifası ilə başlanmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Düşərgədə iştirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulamışlar.Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur. Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

   Həmçinin Dövlət Sərhəd Xidməti gənclərin Vətənə məhəbbət, înun sərhədlərinə hörmət ruhundà tərbiyə olunması, sərhədçi påşəsinə màràğın daha da àrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir. Özünəməxsus xüsusiyyətləri ilə seçilən, keçirilmə qaydaları və metodları ilə fərqlənən "Sərhəd" hərbi-idman oyunları, məktəbli gənclər arasında ölkəmizin sərhəd mühafizəsinə həsr olunmuş inşa yazı və bədii yaradıcılıq müsabiqələri, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissə və bölmələrinə ekskursiyalar zamanı gənclərə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi påşəsinin xüsusiyyətləri bàrədə ətraflı məlumàtlàr vårilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Xüsusi məktəbində təhsil almaq və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlərin sayı ildən-ilə artır. Sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi påşəsinə hörmət ruhundà tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihənin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasının bazasında "Sərhədçi" yay düşərgəsi təşkil olunmuşdur. Məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Həmin gün "Laza" sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə "Sərhədçi" yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silahtexnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir. Açılış mərasimində bildirilmişdir ki, məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, damastolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçiriləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaq. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 28 iyul.- S.15.