Orta məktəblərdə şagirdlər

vətənpərvər ruhda tərbiyə olunur

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında orta ümumtəhsil müəssisələrinin də rolu danılmazdır. Bu bir reallıqdır ki, bu günün məktəblisi sabahın torpaqlarının müdafiəsinə qalxan vətənpərvər gənci, igid övladıdır. Bu baxımdan orta ümumtəhsil müəssisələrində gənclərin vətənpərvər ruhda böyüdülməsi, tərbiyə olunması vacibdir. Bu baxımdan təhsil müəssisələrində direktor və hərbi rəhbərlərinin qarşısında müəyyən vəzifələr qoyulur.

Belə ki, təhsil müəssisəsinin direktoru İbtidai Hərbi Hazırlıq  fənninin tədrisinin, hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili və gedişinin düzgün aparılmasına, tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid patronların saxlanmasına məsuliyyət daşıyır. Direktor tədris prosesini vaxtında planlaşdırır və təşkil edir, İHH proqramının tam keyfiyyətlə yerinə yetirilməsini təmin edir, İHH dərslərinin səmərəli və keyfiyyətli keçirilməsi üçün yer (hərbi kabinet, sinif otağı, hərbi dərslərin praktiki aparılması üçün meydançalar və s.) ayırır. Eyni zamanda müəssisə rəhbəri İHH dərslərinin mənimsənilməsində gənclərin şəxsi məsuliyyətini artırır, onları İHH maddi-tədris bazasının yaradılması və təkmilləşdirilməsinə cəlb edir. Tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid olan sursatların saxlanılması üçün xüsusi avadanlıqla təchiz edilmiş və mühafizə olunmuş otaqla təmin edir, tədris silahlarının, kiçik çaplı tüfənglərin lazım olduqda təmirini təşkil edir və üç ayda bir dəfə şəxsən onların qeydiyyatının düzgünlüyünü və sazlığını yoxlayır. Hərbi rəhbərə təlim prosesində metodiki kömək göstərir, İHH fənni ilə başqa fənlər arasında əlaqə yaradır, dərnək və maraq kurslarının keçirilməsini təşkil edir.  Hərbi rəhbərin dərslərinin gedişinə, gənclərin proqram üzrə aldıqları biliklərin obyektivliyinə nəzarət edir və ildə iki dəfədən az olmayaraq İHH fənninin tədrisini, hərbi vətənpərvərlik tərbiyəsi işlərini və maddi-tədris bazasının vəziyyəti və təkmilləşdirilməsi məsələlərinin pedaqoji şuralarda və direktoryanı müşavirələrdə baxılmasını təşkil edir. Yeni dərs ilinin başlanması və qurtarması, manqa, tağım komandirlərinin tə`yin edilməsi və kiçik çaplı tüfənglərdən atəşin açılması haqqında əmrlər verir, üç günlük çöl-tə`lim məşğələlərinin keçirilməsini təşkil edir, dərs ilinin sonunda rayon (şəhər) təhsil şö`bələrinə və hərbi komissarlığa İHH yekunu haqqında yazılı hesabat verir.

Hərbi rəhbər təhsil müəssisəsinin direktoruna tabedir və gənclərin İHH üçün məsuliyyət daşıyır. Tədris silahlarının saxlanılmasına, qeydiyyatına, verilməsinə və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə cavabdehdir.

Hərbi rəhbərin də müəyyən mənada vəzifələr var. Belə ki, İbtidai Hərbi Hazırlıq  dərslərini vaxtında şəxsən təşkil edir, maraq üzrə kurslara və dərnəklərə rəhbərlik edir, daimi olaraq özünün hərbi və pedaqoji biliklərini artırır, hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq tirinə nəzarət edir, İHH maddi-tədris bazasını təkmilləşdirir və yenidən qurur, tədris silahları və patronların ayda bir dəfədən az olmayaraq qeydiyyat kitabı üzrə olmalarını və sazlığını yoxlayır, pedaqoji kollektivlə birlikdə hərbi vətənpərvərlik tərbiyəsi işlərinin gedişini, hərbi vətənpərvərlik hisslərinin qüvvətləndirilməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması gününün qeyd edilməsini, milli qəhrəmanlarla, müharibə veteranları ilə görüşləri, kinofilmlərin baxışını təşkil edir, hərbi idman oyunlarının keçirilməsinə rəhbərlik edir və metodiki kömək göstərir, bədən tərbiyəsi müəllimi ilə birlikdə atıcılıqdan, qumbara atmaqdanmülki müdafiədən normativləri qəbul edir. İHH və hərbi vətənpərvərlik üzrə rayon (şəhər) yarışlarında və oyunlarında gənclərin iştirakını təşkil və təmin edir, gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və "İbtidai hərbi hazırlıq müəllimi" ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar aparır. Hərbi hissələri, ali hərbi məktəbləri, rayon (şəhər) gənclər, idmanturizm idarələri, mülki müdafiə qərargahları, KHVTİC şuraları və başqa ictimai təşkilatlar ilə sıx əlaqə saxlayır, onların köməyindən istifadə edir.

Bu mənada orta ümumtəhsil müəssisələrində gənclərin ibtidai hərbi hazırlığının təşkili və keçirilməsinə xüsusi önəm verilir.

Orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, litseylərdə, orta ixtisas məktəblərində (texnikum, kollec) İHH fənninin tədrisinə 140 saat, texniki peşə məktəblərində, peşə litseylərində 2 - 3 il təhsil alanlara 127 saat, 1 - 1,5 il təhsil alanlar üçün 85 saat vaxt ayrılır. Orta ümumtəhsil məktəblərinin, gimnaziyaların, litseylərin X - XI siniflərində, texniki peşə məktəblərinin, peşə litseylərinin I-II kurslarında, orta ixtisas məktəblərinin, kolleclərin yuxarı kurslarında İHH dərsləri oğlanlar və qızlar üçün birlikdə keçirilir. Tibbi-sanitariya dərslərinin 35 saatı qızlarla, qalan 6 saatı oğlanlarla birlikdə keçirilir. Tibbi-sanitariya fənnini tədris edən müəllimləri yerli səhiyyə orqanları məktəb rəhbərliyi ilə birlikdə hazırlıqlı tibb işçilərindən, yaxud mülki müdafiə üçün tibb bacıları proqramı üzrə tə`lim keçmiş müəllimlərdən seçir. Təhsil müəssisələrinin XI siniflərində və sonuncu kurslarında İHH fənninin yekun mərhələsində oğlanlar çöl məşğələlərini hərbi hissələrdə, qızlar isə poliklinikalardaya xəstəxanalarda keçirlər. İHH fənnindən yekun qiyməti "qeyri-kafi" olan şagird və tələbələrə təhsili başa vurmaq haqqında müvafiq sənəd verilmir. Dərs ilinin başlanğıcında İHH fənni üzrə həftəlik dərs yükü təhsil müəssisəsinin ümumi dərs cədvəlinə daxil edilir. Təhsil müəssisələri direktorlarının əmri ilə yaxşı və ya əla oxuyan, intizamlı gənclərdən tağım və manqa komandirləri təyin edilir. Şagird və tələbələr İHH dərsinə təhsil müəssisələrinin qəbul etdiyi geyim formasında gəlirlər.

Ancaq burada bir xüsusi məqam da var ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri ona xüsusi diqqət yetirməlidirlər. Belə ki, gənclərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi formasını və fərqlənmə nişanlarını gəzdirməyə icazə verilmir. Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi isə hərbi rəhbərlər rayon (şəhər) hərbi komissarlıqları tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyinazad edilirlər. Hərbi rəhbər vəzifəsində aliya orta hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (iste`fada) olan zabitlər işləyə bilər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli ümumi orta, orta ixtisas təhsilli, ehtiyatda (iste`fada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (iste`fada) olan zabitlərin müəllim kimi də`vət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq stajı nəzərə alınmaqla hesablanır.

Tibbi-sanitariya müəllimləri rayon (şəhər) təhsil, səhiyyə şöbələri və yerli hərbi komissarlıqlar tərəfindən hazırlıqlı tibb işçiləri və mülki müdafiədə "Tibbi biliklərin əsasları" kursunu bitirmiş müəllimlərdən tə`yin edilirlər.

Gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların sağlam ruhda böyüməsi üçün müntəzəm olaraq təhsil müəssisələrinin hərbi rəhbərlərinin də təcrübəsi artırılır. Təhsil müəssisələrinin hərbi rəhbərləri və tibbi hazırlıq müəllimlərinin ixtisaslarının artırılması  Azərbaycan Respublikası Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə tədris prosesinin təşkilini və İHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin tə`lim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər. Hərbi rəhbər fəaliyyətə başlamazdan əvvəl hərbi hissədə bir aylıq istiqamətverici toplanış keçməlidir. İstiqamətverici toplanış Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə keçirilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi istiqamətverici toplanışın səmərəli keçməsi üçün hərbi rəhbərləri silahla, hərbi texnika ilə təmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir. Toplanışda hərbi rəhbərlər hərbi hissənin kazarmasında yerləşdirilir və yeməklə təmin olunurlar.

Rayon (şəhər) təhsil şöbələrinin İHH üzrə metodistləri və təhsil müəssisələrinin hərbi rəhbərləri 5 ildən bir, bir aylıq təkmilləşdirmə institutlarında ixtisaslarını artırırlar.

Rayon (şəhər) təhsil şöbələri təhsil müəssisələrinin hərbi rəhbərlərinin, metodistlərin bir aylıq istiqamətverici toplanışında, ixtisasartırma kurslarında iştirakını tə`min edir və onların ezamiyyə xərclərini mövcud qanunvericiliyə uyğun ödəyir.

Rayon (şəhər) Hərbi komissarlıqları təhsil şö`bələri ilə birlikdə Azərbaycan Respublikası Hərbi Komissarlığının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə təsdiq etdiyi proqram üzrə hər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərlə beş günlük tədris-metodiki toplanış keçirir. Toplanışda dərs ilinə yekun vurulur, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl təcrübələri öyrənilir və praktik dərslər keçirilir. Rayon (şəhər) Hərbi komissarlıqları ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edirlər. Hərbi rəhbərlərə həftədə bir gün onun metodiki hazırlığı (xüsusi tapşırıqların yerinə yetirilməsi, qabaqcıl təcrübəsinin öyrənilməsi, tövsiyələrin hazırlanması, maddi-tədris bazasının təkmilləşdirilməsi və s.) üçün verilir. Rayon (şəhər) təhsil şö`bəsi, təhsil müəssisələri, yerli səhiyyə şöbəsi və Hərbi komissarlıqları tibbi hazırlıq keçən müəllim və tibb işçiləri üçün dərs ilinin başlanğıcında və qış tətili günlərində metodiki məşğələlər təşkil edir və keçirir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 29 iyul.- S.15.