Ramin Məmmədov: “Qurultay 5 il üçün prioritet istiqamətləri ortaya
qoyacaq"
- Ramin müəllim, bildiyiniz kimi bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayır. Ümumiyyətlə qurultayın ölkəmiz və region üçün əhəmiyyəti barədə nələri söyləmək olar?
- Hər kəsə məlumdur ki, 2001-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqəti və göstərişi əsasında Dünya Azərbaycanlılarının Qurultayı keçirilməkdədir. Bu artıq sayca 4-cü olan Qurultayın açılış mərasimidir. Təbii ki, hər qurultayda olduğu kimi bu qurultayın da özünəməxsus reallıqları, qarşısına qoyduğu məqsədlər var. Ötən qurultaydan keçən 5 il ərzində dünyada regional xarakter daşıyan hadisələr baş verib və müəyyən siyasi proseslər getməkdədir. Beynəlxalq əlaqələr və siyasətdə yeni aktrların meydana gəlməsi kimi amillər təbii ki, diaspor quruculuğuna, hərəkatına da öz təsirini göstərməkdədir. Heç şübhəsiz ki, bu proseslərdən Azərbaycan diasporu kənarda qalmamaqla dünyada gedən proseslərə birmənalı şəkildə öz münasibətini, reaksiyasını verməkdədir. Diasporanın gündəliyində və vacib məsələlərdən olan həm lobbi quruculuğu, həm də yeni nəslin təcrübəyə əsaslanaraq yeni informasiya texnologiyalarından istifadə edərək informasiya müharibəsində iştirakı və digər bu kimi məsələlər artıq qurultayın gündəliyinə daxil edilib. Güman edirəm ki, qurultay öz işinə başlamaqla həm sadaladığım məsələlərə, həm də Azərbaycan diasporasının növbəti 5 il üçün prioritet istiqamətlərini ortaya qoyacaq.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin eyni zamanda Dünya Azərbaycanlılarının lideri kimi də qəbul olunur. Dövlət başçısının diaspor istiqamətində, quruculuğunda, Azərbaycan məlumatlarının dünya ictimaiyyətinə çatdırılmasında verdiyi tövsiyyə və tapşırıqlarını əsas tutaraq diaspor quruculuğu prosesini aparmaqdayıq. Güman edirəm ki, növbəti 5 ildə də bu proses müvəffəqiyyətlə başa vurulacaq. Beləcə biz növbəti etapın şahidi olacayıq.
- Qurultayda Ermənistanın işğalçı əməllərinin ifşa olunması istiqamətində hansı qərarlar verilə bilər?
- Bildiyiniz kimi aprel ayının ilk günlərində təmas xəttində baş verən hadisələr Azərbaycan ordusunun əldə etdiyi uğurlara Azərbaycan diasporası də biganə qalmadı. Təcrübə onu göstərdi ki, Azərbaycan diasporası tam gücünü ortaya qoyaraq dünya ictimaiyyətinə ölkəmizin haqlı, ədalətli mövqeyini dəstəkləmək istiqamətində ciddi addımlar atdı. Ölkə diasporası istər informasiya texnologiyaları vasitəsi, mitinqlərin keçirilməsi, istərsə də məskunlaşdığı ölkələrin siyasi və ictimai xadimlərin görüşləri ilə Azərbaycanın mövqeyini dəstəkləyən addımlar atdı. Təbii ki, bu qurultayda da dünya azərbaycanlılarını təmsil edən və müxtəlif ölkələrdən gələn 600-ə yaxın qurultay nümayəndəsi əsas prioritet istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində "Azərbaycan diasporasının rolu" mövzusunda müzakirələr aparacaq. Ölkə başçısı 28 May - Respublika Günü ilə bağlı tədbirdə də elan etdi ki, Azərbaycan heç bir zaman indiyədək güclü olmamışdı. Təbii ki, bu da öz növbəsində Azərbaycan diasporasına güc verir.
- Avropada, Fransada polis zorakılığı, qarşıdurması artıq pik həddə çatıb. Belə olan təqdirdə niyə Avropa Azərbaycanı insan haqlarının qorunmamasına görə günahkar sayır?
- Ümumiyyətlə bu gün dünyada aktual olan mövzulardan
biri müxtəlif məsələlərə
müxtəlif münasibətin formalaşmasıdır. Hər
kəsə ikili standartlardan
istifadə olunması bəllidir. Təbii ki,
bundan Azərbaycan da uzun illərdir əziyyət çəkir.
Ölkəmizə qarşı müəyyən mənada qeyri-obyektiv münasibətlər
formalaşır. Ancaq digər tərəfdən sevindirici
məqam ondan ibarətdir ki,
xaricdə yaşayan azərbaycanlılar
sadəcə buradan köç
edib müəyyən məsələlərlə
bağlı o ölkələrə getmiş Azərbaycan vətəndaşı kimi deyil, artıq o cəmiyyətin inteqrasiya
etmiş bir hissəsinə
çevrilirlər. Beləliklə də o
cəmiyyətin fikir formalaşmasına təsir
edə bilirlər. Düşünürəm ki,
növbəti illərdə ikili
standartların formalaşmasına müəyyən mənada
Azərbaycan diasporasının da müsbət
təsiri olacaq. Beləcə Azərbaycan
qarşı sərgilənən münasibətlərdə
müsbət dəyişiklər əldə olunacaq.
Olaylar.-
2016.-4 iyun.- S.5