Azərbaycan gənci
üçün Prezident
İlham Əliyev
nümunə olmalıdır
Orxan Rüstəmov: “Vətənin
keşiyinda duranların daima diqqətdə olması,
onların fəaliyyətlərinin qiymətləndirilməsini
görmək məndə fərəh hissi yaradır”
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər
ruhda tərbiyə olunması istiqamətində dövlətin
və onun müvafiq strukturlarının gördüyü
işlər, həyata keçirdiyi tədbirlər artıq
öz bəhrəsini verir. Bu gün tam əminliklə
deyə bilərik ki, Azərbaycan gənc vətənpərvər
ruhda böyüyür. Təbii ki, qeyd olunan müsbət
nəticələrin əldə olunmasında isə ölkədə
uğurla həyata keçirilən dövlət gənclər
siyasətinin xüsusi payı var. Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə
aparılan gənclər siyasəti bu gün öz müsbət
nəticələrini verməkdədir.
Ümumiyyətlə,
Heydər Əliyev gənc nəslə öz
qayğısını əsirgəməyib, gənclərin
ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların
sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil
almalarını, asudə vaxtlarını səmərəli
keçirmələrini, hüquqlarının müdafiəsini,
ümumiyyətlə, gənclərin hərtərəfli
inkişafını təmin edib. 1993-cü ilin
iyununda Heydər Əliyevinm xalqın təkidi ilə hakimiyyətə
qayıtdığı andan etibarən Azərbaycan gəncliyini
ölkənin taleyi üçün mühüm işlər
görməyə çağırdı. Məhz
elə 1993-cü ildən etibarən dövlət gənclər
siyasəti öz işinə başladı. Dövlət gənclər siyasəti gənclərin
cəmiyyətdə layiqli yer tutmasını təmin etmək
üçün yaradılmış və uğurla həyata
keçirildi.
Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə
bağlı həyata keçirilən siyasətin xronoloji
ardıcıllığına nəzər salsaq, görərik
ki, ötən illər ərzində istər ümummilli
lider, istərsə də onun davamçısı olan cənab
Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü
ilə geniş miqyaslı tədbirlər həyata
keçirmiş və bir sıra problemlər öz müsbət
həllini tapıb. 1994-cü ildə Heydər Əliyev Gənclər və
İdman Nazirliyinin yaradılması haqqında fərman
imzaladı. Qısa müddət ərzində
Gənclər və İdman Nazirliyi gənc nəslin
inkişafı üçün mühüm işlər
görmüş, gənclərin inkişafı naminə iki
minə yaxın tədbirlər həyata keçirildi.
1996-cı
il fevralın 2-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Gənclərin
I Forumunun keçirilməsi haqqında Sərəncam
imzalaması gənclər siyasətinin həyata keçirilməsi
istiqamətində çox mühüm bir addım oldu. Forum zamanı Heydər Əliyev öz
çıxışında gənclər
qarşısında duran əsas məqsədləri də
göstərmişdir. O, ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsinin Azərbaycan
gəncliyinin qarşısında duran mühüm vəzifələrdən
biri olduğunu qeyd etdi. "Hər bir gənc
orduya səfərbər olmağa hazır olmalı və
orduda xidmət etməyi özünə şərəf bilməlidir"
sözləri artıq hər bir gəncin yaddaşına həkk
edildi. 1999-cu ilin fevral ayının 17-də "Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi" proqramı, 1999-cu il
29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti
"Dövlət Gənclər Siyasəti haqqında",
"Azərbaycan Respublikasında dövlət gənclər
siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər
planı" haqqında fərmanlar Ulu Öndərin öz fəaliyyətində
gənclərə verdiyi yüksək diqqət və qiyməti
göstərmiş oldu.
Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin
günümüzün müasir, inkişaf etmiş, yüksək
intellektli aparıcı qüvvə kimi formalaşmasında,
birmənalı olaraq, dövlətimizin apardığı gənclər
siyasətinin mühüm rolu olub. Ümummilli Lider həmişə
gənclərimizə böyük ümidlər bəsləyir,
dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi
gənclərin əlindədir. Həyatı
boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində
Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə
sahib dura biləcək bir nəslin yetişməsinə xidmət
edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən
biri də o idi ki, gənclərlə bağlı məsələləri
həmişə öz siyasətinin əsas tərkib hissələrindən
biri hesab edir, gənclərin imkan və bacarıqlarını
yüksək qiymətləndirir, onların problemlərinin həlli
istiqamətində həyata keçirilən tədbirlərə
xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan
dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən
biri kimi dəyərləndirirdi.
Sevindirici haldır ki, bu gün ölkədə mövcud
olan əksəriyyət gənclər təşkilatları
öz fəaliyyətlərini ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu dövlət gənclər
siyasəti əsasında qurur, bu siyasətin davam etdirilməsi
istiqamətində çalışır. Həmçinin
gənclər təşkilatları ümummilli lider Heydər
Əliyevin zamanında gənclərin vətənpərvər
ruhda böyüməsi, tərbiyə alması istiqamətindəki
tapşırıq və tövsiyyələrinə də əməl
edirlər. Günümüzdə bu istiqamətdə uğurlu fəaliyyət
göstərən gənclər təşkilatlarından biri
də “İRƏLİ” İctimai Birliyidir. İctimai
Birliyin müşaviri Orxan Rüstəmovla söhbətimizdə
təmsil etdiyi təşkilatın gənclərin vətənpərvər
ruhda tərbiyə olunması istiqamətində
gördüyü işlər, bu sahədə mövcud olan əziyyət
və qarşıda duran vəzifələr barədə
danışdıq.
-Orxan müəllim, bu gün Azərbaycan
gənclərinin milli mənlik şüuru, vətənpərvərlik
tərbiyəsi bir gənclər təşkilatının rəsmisi
kimi sizi qane edirmi?
-Mən
düşünürəm ki, hazırki Azərbaycan gəncliyi
dünya arenasında rəqabətədavamlı formada
yetişib. Eyni zamanda vətənə sadiq və
həmrəy olaraq Azərbaycanın inkişafı
üçün əlindən gələni etməkdədir.
Təbii ki, bu prosesin formalaşması öncə
yaradılmış infrastruktur, şəraitlə
bağlıdır ki, buna görə cənab Prezident İlham
Əliyevə dərin təşəkkürümü bildirirəm.
Gənclərin bütün sferalarda təmsil
olunması üçün bu gün bütün standartlar
işə salınmışdır və bu da öz növbəsində
qısa zamanda çox müsbət nəticələrini verəcəkdir.
-Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində gənclər
təşkilatlarının rolunu, fəaliyyətini qaneedici
hesab etmək olarmı?
-Əvvəla
vurğulamaq istərdim ki, təbii olaraq hər hansı bir
prosesi həyata keçirmək üçün ona
yardımçı mexanizmlər öz əhəmiyyətini
proses müddətində ifadə edir. Əgər
araşdırma aparsaq görərik ki, müxtəlif səpkidə, əsas
məqsədi gənclərin inkişafı,
formalaşması, vətənə-millətə sadiq formada
yetişdirmək olan gənclər təşkilatlarının
reallaşdırdıqları təlim, seminar, forum və digər
bu kimi istiqamətlərdə tədbirlərdə gənclər
həvəslə iştirak edir və bu say durmadan artır. Düşünürəm
ki, gənclər təşkilatlarının əhəmiyyəti
bu gün aydın şəkildə nəzərə
çarpır.
-“İRƏLI” İctimai
Birliyi olaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunması, onlarda bu hisslərin artırılması məqsədilə
hansı addımlar atır, layihələr həyata keçirirsiniz?
-Öncə
onu qeyd edim ki, “İRƏLİ” İctimai Birliyi artıq 7
ildir ki, fəaliyyət göstərir və bu zaman çərçivəsində
bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları,
gənclər təşkilatları eyni zamanda beynəlxalq təşkilatlarla
əlaqələr qurmuş və birgə əməkdaşlıq
çərçivəsində gənclər siyasətinin
inkişafında öz töhfəsini vermişdir. Gənclərin maraqlarını nəzərə
alaraq müxtılif səpkidə, tələb olan sahələrlə
bağlı keçirdiyimiz layihələrdən minlərlə
gənc faydalanmışdır. Düşünürəm
ki, bu illər ərzində “İRƏLI” İctimai Birliyinin
gördüyü işlər sağlam Gənclər Şəbəkəsinin
inkişafına öz töhfəsini vermişdir və verməkdə
davam edəcəkdir.
-Bu istiqamətdə televiziya və
KİV-lərin rolu nə dərəcədədir və həmin
vasitələrdə vətənpərvərlik
mövzularına kifayət qədər yer
ayrılırmı?
-Ümumiyyətlə,
maarifləndirmə çox güclü təsir vasitəsidir.
Bildiyiniz kimi Azərbaycan son 10 ildə çox yüksək
inkişaf etmiş lkələr siyahısına daxil olmuş
və bu proses daxilində vətəndaş cəmiyyətinin
formalaşması ilə bağlı bir çox nailiyyətlər
də qazanmışdır. Bu sahədə
kütləvi informasiya vasitələrinin də çox
böyük rolu olmuşdur. Buna görə
düşünürəm ki, vətənpərvərlik,
milli şüur barədə veriliş və xəbərlərin
genişlənməsinə ehtiyac vardır. Xüsusilə gənclərə hədəflənən
televiziya verilişlərin çoxaldılması məqsədəuyğun
olar.
-Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tez-tez cəbhə xəttinə getməsi, hərbi təlimləri
izləməsi, əsgər və zabitləri təltif etməsi
gənclərdə vətənpərvərlik hisslərinin
artırılmasına hansı müsbət təsirlər
göstərir?
-Hər
bir sağlam Azərbaycan gənci üçün cənab
Prezident İlham Əliyev nümunə olmalıdır. Şəxsən bir vətəndaş kimi vətənin
keşiyinda duranların daima diqqətdə olması,
onların fəaliyyətlərinin qiymətləndirilməsini
görmək məndə fərəh hissi yaradır.
Yalnız əsgər və zabitlər deyil, elm xadimləri,
idmançılar və dünya arenasında Azərbaycanın
adını yüksəldən və Azərbaycanın milli-mənəvi
dəyərlərinin, ərazi bütövlüyünün
qorunması, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında əməyi olan şəxslərin
zəhmətinin qiymətləndirilməsi vətənpərvərlik
hisslərinin artırılmasına ən böyük dəstək
və örnəkdir.
-Gənclərin yad təsirlərdən
uzaq olub vətənpərvər ruhda tərbiyə olunması
üçün hansı zəruri addımlar atmaq
lazımdır?
-Sağlam Azərbaycan gəncinin vətənpərvər
ruhda böyüməsi ilk öncə məktəbdən
başlayır. Bu prosesə düzgün nəzarət və
düzgün sistemin tətbiq edilməsi ən mühüm
şərtlərdəndir. Bu prosesə
yadımçı mexanizmlər kütləvi informasiya vasitələri,
televiziyalar və qeyri-hökumət təşkilatlarıdır.
Ölkəmiz tərəfindən hər bir sahədə
sağlam inkişaf üçün şərait
yaradılıb və hər birimiz bu sahədə əməyimizi
əsirgəməməliyik.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 5-7
mart.-S.15.