Vətənpərvərliyin təbliği
sistemli şəkildə
aparılmalıdır
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik
ruhunda tərbiyəsi hər zaman başlıca prioritetlərdən
hesab edilib. Bunun üçünsə ilk növbədə
bağçalar və məktəblərdə işin aparılmasına
diqqət yetirilib. Düzdür, adıçəkilən
müəssisələrdə bu istiqamətdə aparılan
işlər nəticəsində Azərbaycan gənci kifayət
qədər vətənpərvər ruhda böyüsə də,
lakin etiraf etmək lazımdır ki, hələ də müəyyən
nöqsanlar mövcuddur. Mövcud problemlərin aradan
qaldırılması üçünsə hələ də
orta məktəblərdə bu istiqamətdə işlərin
görülməsi vacib sayılır.
Ekspertlər
hesab edirlər ki, ilk növbədə gənclərin təlim
və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin
vətənpərvərlik keyfiyyətləri
yoxlanılmalı və yüksəldilməlidir. Müəllim
heyəti şagird və tələbələr
üçün nümunə rolunu oynayır. Buna görə
də həmin heyətin özlərinin bu sahədə məqbul
biliklərə malik olması və gördüyü işə
vicdanla yanaşması təmin edilməlidir. Bu məqsədlə
müəllimlərə vətənpərvərlik və
dövlətçilik mövzularında xüsusi treninqlər
və kurslar keçirilməli, onlar mütəmadi olaraq bu
istiqamətdə attestasiya olunmalıdırlar. Bu sahədə
ixtisaslaşmış pedaqoji kadrların hazırlanması da
zəruridir. Vətənpərvərliyin təbliği
müxtəlif vasitələrlə həyata keçirilə
bilər. Bunlardan biri də intelektual oyunlardır ki, bu zaman vətənpərvərlik
mövzusu gənclərin beynində əbədi həkk
olunur. Bu işdə Qeyri-Hökumət təşkilatlarının
rolu əvəzedilməzdir. Məsələn, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi
ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən
icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin
təbliği” layihə həyata keçirib. vurulub. Layihədə
Beyləqan şəhərindəki Gənclər Mərkəzində
keçirilən “Qarabağ intellektləri” adlı final
yarışında Beyləqan, Xocavənd, Bərdə, Tərtər,
Ağdam, Ağcabədi, Laçın rayonlarının 16
komandası iştirak edib. Tədbirdə layihə rəhbəri,
“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov
çıxış edərək, ölkəmizdə
uğurla həyata keçirilən gənclər siyasətindən
danışıb, layihə çərçivəsində
görülən işlər barədə məlumat verib.
Bildirib ki, layihənin məqsədi region gəncləri
arasında intellektual oyunların
populyarlaşdırılması yolu ilə vətənpərvərlik
ruhunun daha da yüksəldilməsinə dəstək
olmaqdır.Tərtər Rayon İcra Hakimiyyəti
başçısının müavini Elvin Umudov, Bərdə
rayon Gənclər və İdman İdarəsinin
aparıcı məsləhətçisi Aydın Qasımov və
başqaları çıxışlarında gənclərin
vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi,
onların asudə vaxtlarının səmərəli təşkil
edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi
baxımından layihənin əhəmiyyətini yüksək
qiymətləndiriblər. Yarış “Nə? Harada? Nə
zaman?” formatında davam edib. Gərgin mübarizə şəraitində
keçən yarışda Bərdənin “Xanqaraqoyunlu”
komandası birinci, Xocavəndin “Albedo” komandası ikinci, Xocavəndin
“Tuğ” və Tərtərin “28 May” komandaları isə
üçüncü yerlərə layiq görülüblər.
Yeri gəlmişkən mədəni və milli-mənəvi dəyərlər
sisteminin mühafizə olunması və inkişaf inkişaf
etdirilməsi bu vətəndaş cəmiyyətinin
aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən
biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət
göstərən hər bir QHT-in üzrərinə Azərbaycanın
zəngin mədəni irsinin təbliği və onun gənclərimiz
tərəfindən qorunması kimi məsuliyyətli bir
öhdəlik düşür. Son illərdə QHT-lər tərəfindən
milli-mənəvi dəyərlərimizin qorunması və
dünyada təbliğilə əlaqədar olaraq bir sıra
layihələr və tədbirlər həyata keçirib.
Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində
milli-mənəvi dəyərlərə zidd hallara
qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti
yüksək olan məsələlərə həmişə
həssaslıq və ictimai fəallıq göstərmişlər.
Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan
qusurları ictimai əhəmiyyətini nəzərə
alıb bu problemləri önə çıxarmaq cəhdində
bulunublar. Kimliyindən və fəaliyyət sahəsindən
asılı olmayaraq, bu gün bütün QHT-lər məhz
milli-mənəvi dəyərləri qorumalı və onu daim
təbliğ etməlidirlər. Azərbaycanda fəaliyyət
göstərən bir sıra QHT-lər milli qəhrəman,
şəhid ailələri, mədəniyyət və milli adət-ənənələrimizi
təbliğ edən qurumlardır və işini də məhz
bu istiqamətdə qurur. Bütövlükdə bu qrup QHT-lərin
fəaliyyətində vətəndaşaları milli-mənəvi
dəyərlər sisteminin qorunmasında gördüyü
işi də yüksək qiymətləndirmək olar. Bununla
bərabər QHT-lər mədəniyyət abidələrimizin
mühafizəsi məsələlərinə xüsusi diqqət
yetirməli və gələcək fəaliyyətində
bunları da nəzərə almlıdırlar. Bunlardan əlavə
QHT-lər gənclər arasında hərbi vətənpərvərlik
hisslərinin aşılanmasında, milli qəhrəmanlarımızla
bağlı layihələrə də yer ayırmağı
unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla
bağlı layihələrin icrası və onların təbliği
də vətəndaşlarımızın, xüsusən də
yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik
ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət
kəsb edir . Bir məsələni də qeyd etmək lazımdır
ki, QHT-lər barədə dövlət
başçısı tərəfindən 2007-ci ildə
imzalanan konsepsiyada da milli-mənəvi dəyərlərin
qorunması və təbliği, vətənpərvərlik
hisslərinin vətəndaşlara aşılanması kimi məsələlərin
də öz əksini tapıb. Qeyd etməkliyik ki, bəzi
QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın
bölgələrində olan mədəniyyət ocaqlarına
gənclərin səfərlərinin təşkili,
araşdırmaların aparılması, region gəncləri
arasında adət-ənənələrimizin təbliği,
milli kinolarımızın nümayiş etdirilməsi,
regiondakı teatrların inkişafı, bölgə gənclərinin
paytaxtdakı muzeylərə səfərlərinin təşkili
və s. istiqamətlərdə layihlər icra etməkdədirlər.Vətənpərvərliyin
təbliğinin teatr tamaşalarında da əksini tapması
müsbət qiymətləndirilir. Mütəxəssislər
hesab edirlər ki, belə təbliğat vasitəsi gəncləri
daha çox özünə cəlb edir. Teatrşünas Məryəm
Əlizadə vurğulayıb ki, vətənpərvərlik
mövzusunda olan tamaşalar həmişə teatrın
repertuarında olan mövzudur: “Mən elə hesab edirəm ki,
vətənpərvərlik mövzulu tamaşalar teatrın
repertuarda özünə başqa yer tutur və vətənpərvər
mövzuda hazırlanmış tamaşalar çoxdur. Amma vətənpərvərlik
mövzusunda hazırlanan tamaşalar başda və əbədi
olmaldır. Mənə elə gəlir ki, bizim
teatrlarımız buna sadiqdir. Vətənpərvərlik
mövzusunda hazırlanan tamaşalar tamaşaçılara təsir
edə və inadıra bilir. Peşəmlə bağlı
teatrlara tez-tez gedirəm və görürəm ki,
tamaşaçılarımız teatra qayıdıb.
Tamaşaçılarımız da vətənpərvər
mövzulu tamaşaları yaxşı qarşılayırlar
və ondan təsirlənirlər. Bütün əsərlərin
mövzusunda vətənpərvərlik dayanır. Ola bilməz
ki, əsər yazan hər hansı yazıçı vətənpərvərlik
hissindən məhrum olsun”. Mütəxəssis hesab edir ki, gənclərin
vətənpərvər ruhda böyüməsi
üçün bu tipli tamaşalar hər zaman
hazırlanmalıdır: “Vətənpərvərlik
mövzusunda hazırlanan tamaşaların xüsusi vaxtı
yoxdur və bütün vaxtlarda repertuarda belə tamaşalar
olur. Tamaşaçılar tərəfindən də
alqışlarla qarşılanır. Gənclər müharibəni
görməyiblər və o hadisləri də elə təqdim
etmək lazımdır ki, onlar tariximizi yaxşı bilsinlər
və tamaşadan nəisə götürsünlər. Bizim
teatrda işğal günlərində xüsusi proqramalar, tədbirlər
olur. Məsələn, 20 Yanvar faciəsi və Xocalı
soqrımı ilə bağlı tamaşalar
hazırlayırıq. Vətənpərvərlik mövzusunda
olan tamaşalar vaxtından asılı olmayaraq həmişə
olmalıdır. Ümumiyyətlə, vətənpərvərlik
deyəndə belə başa düşürük ki, orada
mütləq müharibə, ana vətən, vətənə
sevgi, canından keçmiş qəhrəmanlarımızın
sücaiəti göstərilməlidir. Teatrın,
tamaşanın əhəmiyyəti gənclərin vətənpərvər
böyüməsinə kömək edir. Yəni vətənpərvərlik
ana xətt kimi tamaşalardan keçməlidir, istər
böyük obrazlarda, istərsə də kiçik obrazlarda.
Birbaşa insanlara ünvanlı tamaşalar olmalıdır. Məsələn,
Xocalı soyqrımına həsr edilmiş çoxlu
tamaşalar hazırlamışıq, o tamaşalar yalnız həmin
gün deyil, başqa vaxt da oynanılır”. Müharibə
şəraitində olan dövlətin gənclərində vətənpərvərlik
duyğusunun olması olduqca vacib şərtdir. Vətənpərvərliyin
təbliği və daha çox aşılanması
üçün bir sıra tədbirlərin həyata
keçirilməsi vacibdir. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik
ruhunda yetişməsi üçün hərbiyə olan maraq
və diqqət artırılmalıdır. Bunun
üçün mütləqdir ki, “Vətən”
anlayışının daha dərindən başa
düşülməsinə geniş imkanlar və zəruri
şərait yaradılmalıdır. Orta məktəblərdə
“Gənclərin çagırışaqədərki hərbi
hazırlığı” (GÇH) fənni icbari təhsil
müddətində (1-9-cu sinif) keçirilsə bütün
gənclər bu fənni mənimsəyə bilər (Gənclərin
çağırışaqədərki hərbi
hazırlıq fənni hal-hazırda 10-11-ci siniflərdə tədris
olunur), çünki bəzi şagirdlər icbari təhsildən
sonra təhsillərini davam etdirmirlər və ya peşə,
orta-ixtisas məktəblərinə qəbul olurlar. Nəticədə
onlar hərbi hazırlıq fənninə yiyələnə
bilmirlər. Bütün bunları nəzərə alaraq
GÇH fənninin icbari təhsil müddətində tədris
olunması daha məqsədəuyğundur. Eyni zamanda hərbi
dərslər üçün orta və ali məktəblərdə
xüsusi otaqların ayrılması və lazımi ləvazimatlarla
təmin olunması gəncdə fənnə marağı daha
da artırar və dərsin daha yaxşı mənimsənilməsinə
imkan yaradar. Vətənpərvərliyin təbliğini ən
yaxşı həyata keçirə bilən insan öz Vətənini
sevən və bu Vətən üçün
döyüşmüş olan insandır. Bunu nəzərə
alaraq, orta məktəblərdə və ali məktəblərdə
gənclərin Qarabağ müharibəsi veteranları ilə
görüşü vətənpərvərliyin təbliği
və aşılanması üçün ən yaxşı
üsul sayıla bilər. Müharibə zamanı baş verən
hadisələri bunları yaşamış birindən
eşitmək gənclərə vətən
anlayışının daha yaxşı dərk etmələrinə
imkan yaradar. Bununla yanaşı gənc hərbiçilərin
iştirakı ilə orta və ali məktəblərdə tədbirlərin
keçirilməsi şagird və tələbələrdə
hərbiyə olan marağı artırar. Müasir gəncin hərbi
sahəni seçməsi digər gənclərə və
yetişməkdə olan gəncliyə nümunə olar. Gənc
nəslin nümayəndələrinin vətənpərvər
yetişməsi dövlətimizin hərbi sahədə əsas
gücünə çevrilə bilər. Vətəni sevmək
və qorumaq hissi gəncdə formalaşsa fərarilik və hərbidən
yayınma halları demək olar ki, minimuma endirilər. Bu
gün Azərbaycanda həyata keçirilən gənclər
siyasətinin, gənclərə göstərilən diqqət
və qayğının əsasında ölkəyə
layiqli vətəndaş və sağlam nəslin
yetişdirilməsi dayanır. Müstəqilliyin
üçüncü onilliyinə qədəm basmış
Azərbaycana məhz milli şüura malik, vətənpərvər
gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin
əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər
siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider
müstəqil düşüncə tərzinə sahib vətənpərvər
nəslin yetişməsini dəfələrlə qürur
hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə
sevindirən odur ki, Azərbaycanın gələcəyini
möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı
daim bütün xətalardan qoruya bilən, Azərbaycanın
dövlət müstəqilliyini, demokratik dövlətini
qoruya bilən gəncliyi var”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 16 mart.- S.10.