Gənclərə hərbi
vətənpərvərlik hissləri
aşılanır
Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq müxtəlif dövlət qurumları, birbaşa bu sahəyə cavabdeh olan orqanlar tərəfindən ictimai tədbirlər həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Xidmətin həyata keçirdiyi “Vətənin müdafiəsinə hazıram!” layihəsi gənclərin vətənpərvər ruhda tərbiyəsinə təkan verən mühüm tədbirlərdən biridir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq Nərimanov Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Xidmətin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirdiyi işlərdən danışıb. General-mayor N. Orucov qeyd edib ki, ən müasir hərbi texnika, silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid anası Sona Vəliyeva, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli gənclərin Vətənimizin müdafiəsinə daim hazır olduqlarını bildiriblər. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində Nərimanov rayonunun müxtəlif məktəblərinin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər. Xidmət tərəfindən daha bir tədbir Astara rayonunda keçirilib. Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov açaraq, “Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb. General-mayor Novruzəli Orucov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müdafiə sektoruna böyük qayğı göstərir və Azərbaycan ordusu daim ən müasir hərbi texnika, silah-sursatla təchiz edilir. Astara Rayon İcra hakimiyyətinin məsul işçisi Mirzəli Bayramov rayon gənclərinin hərbi xidmətə yola salınmasının əsl bayram ab-havasında qeyd edildiyini nəzərə çatdırıraq bunu gənclərdə vətənpərvərlik hisslərinin yüksək olmasının göstəricisi kimi qiymətləndirib. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində Astara rayonunun müxtəlif məktəblərinin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Ağdam Rayon İcra hakimiyyəti ilə də birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin şəxsi heyəti, Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Şirin Mirzəyevə həsr edilmiş “Diqqət mən 301-əm” adlı sənədli film nümayiş etdirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb. General-mayor Novruzəli Orucov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Qarabağ müharibəsi zamanı hərbçilərimizin qəhrəmanlıqlarından danışıblar. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbirin bədii hissəsində Ağdam rayonun müxtəlif məktəblərinin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Xidmət tərəfindən Qaradağ rayonunda da “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzən mərasim iştirakçıları ümummilli liderə öz dərin ehtiramlarını ifadə ediblər. Qaradağ rayon, Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin şəxsi heyəti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov çıxışında gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Respublikamızın ərazi bütövlüyü uğurunda döyüşlərdə şəhid olmuş milli qəhrəman Niftəliyev Cəmil Səmədxan oğlunun anası Niftəliyeva Səlməgül Qüdrət qızı, Qarabağ müharibəsi veteranı Novruz Quliyev çıxışlarında gənclərə vətəni qorumağın müqəddəs vəzifə olmasından danışıblar. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbərləri, hərbi hissələrdən birində nümunəvi xidmət edən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar. Tədbirin bədii hissəsində Qaradağ rayonda yerləşən müxtəlif məktəblərin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Ağdaş Rayonunda da Xidmət tərəfindən “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin şəxsi heyəti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. General-mayor N.Orucov bildirib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu prosesində uğurlu nəticələr əldə olunub.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxışında müasir dövrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 17 mart.- S.15.