"Azərbaycan – multikulturalizm məkanı:
BMT Sivilizasiyalar
Alyansının
VII Qlobal Forumu ölkəmizə
nə vəd edir?”
Azərbaycan və multikulturalizm
… Əsrlərdir bir-birinə paralel söylənilən və tarixin müxtəlif mərhələlərində öz sözünü demiş, bu gün də dünyaya söyləməkdə davam edən bu sözlər tolerant mövqeyi ilə özünü təsdiq etmiş xalqımızın böyük nailiyyətidir. Bunun təsdiqi kimi, Azərbaycanın multikulturalizm modeli
bu gün dünyanın bir çox ölkələrində
nümnə kimi göstərilir. BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal Forumunun ölkəmizdə
keçirilməsi isə ölkəmizin bu sahədəki
uğurlarının təzahürü olacaq.
Son illərdə
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin
sayının artması da ölkəmizin dünya mədəniyyətində
mühüm rol oynadıgının bariz nümunəsidir.
Sivilizasiyalar arasında dialoq və bütün dünyada
sülhün və tərəqqinin möhkəmlənməsinə
daha bir töhfə olaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 11 mart 2016-cı il tarixli Sərəncamı
ilə Azərbaycanda “Multikulturalizm ili” elan edildi və Tədbirlər
Planı təsdiq edildi.
25-27 aprel
2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq
çox yüksək səviyyədədir. Bu uğurla Azərbaycan
daha bir ilkə imza atır ki, bu da ölkəmizin dünya mədəniyyətinə,
həmçinin multikulturalizmə bəxş etdiyi bir töhfədir.
Tədbirlər
Planının genişliyi və əhatəsi sübut edir ki,
multikulturalizm Azərbaycan dövlətinin daxili siyasətinin əsasını
təşkil edir. Tədbirlər Planında göstərilmiş
vəzifələrin həyata
keçirilməsinə məsul dövlət
orqanlarının siyahısı bir daha göstərir ki,
multikulturalizm dövlətin siyasi, ictimai təməl prinsiplərindın
biridir. Bu mühüm sənəddə Azərbaycan dövlət
orqanlarının keçirəcəkləri tədbirlər
həyatın bütün sahələrini –təhsil, mədəniyyət,
vicdan azadlığı, gənclər siyasəti və idman
sahələrini əhatə edir. Bu da bir daha sübut edir ki,
bu çətin və şərəfli işdə Mədəniyyət
və Turizm Nazirliyinə və onun rəhbəri Əbülfəs
Qarayevin üzərinə böyük məsuliyyət
düşür.
Qloballaşma
proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası
toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi,
dini dəyərlərinin qorunması zərurətini
müasir dövrün aktual məsələlərindən
birinə çevirmişdir. Bu meyillər bəzən sivil bəşər
cəmiyyətinin minilliklər boyu mənimsədiyi fenomen dəyərə
qarşı yönəlir. Söhbət milli-mənəvi, mədəni
dəyərlərin “yad təsirlərdən qorunması”
adı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş
təhlükədən gedir. Hər bir xalqı milli-mənəvi
və dini dəyərlər qədər birləşdirən
ikinci qüvvə yoxdur.
Azərbaycan xalqı sivil, demokratik
və dünyəvi dövlət prinsiplərinə sadiq
qaldığını bəyan etsə də,
respublikamızda dinə dövlət qayğısı bu
gün də qabarıq hiss olunur. Azərbaycan xalqını
vahid ideologiya ətrafında birləşdirən onun zəngin
mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri
ilə yanaşı, həm də İslam dinidir. Son illərdə
dövlət funksional imkanlarını işə salaraq
xalqın dini dəyərlərinin və mədəniyyətinin
qorunması istiqamətində ardıcıl addımlar
atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi
irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin
həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi,
zəngin daxili aləmə malik azərbaycanlı
obrazının bütün dünyada tanıdılması
üçün zəruri olan qüvvə və potensialın
səfərbər olunması cənab İlham Əliyevin
dövlət başçısı kimi daim diqqət mərkəzində
saxladığı məsələlərdir.
Azərbaycanda
aparılan çoxmədəniyyətli dialoq müxtəlif
dinlərə və mənşəyə malik olan insanlar
arasında sülh şəraitində birgəyaşayışın
yaxşı nümunəsi kimi istifadə oluna bilər. Hələ
şəhər-dövlətlərin yarandığı ilkin
dövrlərdən bu coğrafi məkanda müxtəlif
etnoslar birgə yaşamış, uzun sürən mənasız
qarşıdurma və müharibələrdən,
toqquşmalardan sonra dinc və qarşılıqlı
anlaşma şəraitində yaşamağın zəruriliyini
dərk etmişlər. Eyni zamanda, Azərbaycan tarixən
müxtəlif dövlətlərin işğalına,
hücumlarına məruz qalmış, bu
dağıdıcı proseslər nəticəsində fərqli
mədəniyyətlərin təsiri istər-istəməz
ictimai şüurda müəyyən izlər
buraxmışdır. Yəni bu ərazidə yaşayan xalqlar
dəfələrlə qüdrətli dövlətlərdən
asılı vəziyyətə düşmüş,
yaranmış şərait onları, dünya
görüşlərindəki fərqlərə baxmayaraq,
yaxınlaşmağa vadar etmişdir. Tədricən müxtəlif
dinə, məzhəbə, dilə, mədəniyyətə
malik insanların ümumi vətəninə çevrilən
Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə
inkişaf etmişdir.
Bu gün
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və
təmsil olunduğu təşkilatların fəal
üzvüdür. Azərbaycan iqtisadi potensiala malik ölkə
və sabitlik adası kimi Qərbin, ümumiyyətlə,
dünyanın diqqət mərkəzindədir və
etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya
iqtisadiyyatına da böyük töhfələr verir. Son illər
mühüm beynəlxalq tədbirlərin keçirilməsi
üçün Bakı şəhərinin seçilməsi,
eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə
ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq
nüfuzunu daha da yüksəldir. Aşkar görünür
ki, ölkəmiz sülh və əməkdaşlıq mərkəzi
kimi tanınmağa başlayıb. Bu baxımdan Azərbaycan
Respublikası ilə UNESCO arasında uğurlu əməkdaşlıq
modeli də təqdir edilə bilər.
UNESCO
yarandığı 70 il ərzində mədəni irsin
qorunmasında, təhsilin, elmin inkişafında, qlobal problemlərin
həllində mühüm rol oynayıb. Azərbaycan-UNESCO əlaqələri
də ölkəmizin bu təşkilata üzv qəbul edilməsindən
ötən müddət ərzində uğurla inkişaf
edib. Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və
digər sənədlərini imzalayıb, ratifikasiya edib.
2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət,
elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə Sazişi imzalanıb. Bu,
Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək
imkanı verib. UNESCO-nun mədəni dəyərlərin qorunması
ilə bağlı mühüm layihələr həyata
keçirməsi və ölkəmizlə bu sahədə əməkdaşlığı
diqqəti cəlb edir. 2004-cü ildən analoqu olmayan əlahiddə
statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər
Əliyev Fondu milli mədəniyyətimizin dünya
miqyasında təbliği sahəsində uğurlu fəaliyyət
göstərir.
Azərbaycanın birinci
xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın bu istiqamətdə
gördüyü genişmiqyaslı işləri xüsusi
qeyd etmək lazımdır. Müasir dövrdə
sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər
arasında ortaq təmas nöqtələrinin tapılması,
dünya iqtisadiyyatının təmərküzləşməsi,
informasiya texnologiyalarının inkişafı prosesi bəzi
hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq
milli mədəniyyətə, mənəvi dəyərlər
sisteminə təhlükəyə çevrilir. Belə bir
şəraitdə xalqın milli “Mən”inin, mənəvi dəyərlərinin
qorunması məsələsi də vacib və aktual problem
kimi önə çıxır. Ötən 12 ildə Azərbaycanın
görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının
yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının
1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun
“Dünya irs siyahısı”na İçərişəhərin
Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın
da daxil edilməsi Azərbaycanın birinci xanımının
milli mədəniyyətimizin tanıdılması sahəsindəki
fəaliyyətinin əyani göstəricisidir. Bu sahəyə
qayğını fəaliyyətində daim üstün
istiqamətlərdən biri kimi nəzərdən keçirən
Heydər Əliyev Fondunun prezidenti xalqın
varlığını özündə yaşadan mənəvi-intellektual
irsə yüksək həssaslıqla yanaşır, onun
dünya arenasında təbliğində fəal iştirak
edir.
Fondun
prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi
ilə son illər Azərbaycanda muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində
də böyük işlər görülmüşdür.
Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil
olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun bu sahədə həyata keçirdiyi ən uğurlu
layihələrdən biri də “Qarabağ xanəndələri”
albomunun hazırlanması olmuşdur. UNESCO-nun xətti ilə
hazırlanmış alboma “Qarabağ xanəndələri”
adının seçilməsi ilə bütün dünyaya
Qarabağın əzəli və əbədi Azərbaycan
torpağı, muğamın isə bu torpağa məxsus nadir
sənət nümunəsi olduğu nümayiş
etdirilmişdir. Azərbaycanın qədim
xalçaçılıq sənəti artıq UNESCO-nun
Ümumbəşəri Mədəni İrs Siyahısına
daxil edilib və bizim xalçalar dünyanın ən məşhur
muzeylərində nümayiş olunur.
Ölkəmizin dünyada bəşəri
dəyərlərin təbliğinin, həmçinin,
sülhün və sivilizasiyalararası dialoqun mərkəzinə
çevrildiyi bir şəraitdə Ermənistan hökumətinin
qızışdırıcı, aqressiv mövqeyindən
ruhlanan erməni terror təşkilatları bu gün də Azərbaycanın
xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını
hədəfə götürməklə hədələyirlər.
ASALA terror təşkilatı, eləcə də NOR-ASALA terror
təşkilatı (“Yeni Asala”) azərbaycanlılara
qarşı hədələr, terror qorxusu və vandal
üsulların tətbiq olunacağı ilə bağlı məktublar
yayırlar. Erməni terror təşkilatlarının
dünyanın gözü qarşısında bu cür
aqressiv bəyanatlar səsləndirmələri terrorun ideoloji
mərkəzi olan Ermənistanın açıq-aşkar
terrorizmə rəvac verdiyini göstərir.
Dağlıq Qarabağ müharibəsində dinc əhaliyə qarşı bu amansız terrordan istifadə edilmiş və həmin terrorçulara Serj Sarkisyan rəhbərlik etmişdir. Bunun Ermənistan prezidenti tərəfindən də etiraf edilməsi terrorun məhz adıçəkilən dövlətdə dəstəkləndiyini göstərir. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün amansız terrordan istifadə ediblər. Bu gün də həmin ssenari davam edir. Avropa bu gün bəşəriyyət üçün böyük bəlaya çevrilən terrorun artıq acı nəticələrini hiss etməkdədir. Beynəlxalq terrorizmin qarşısının vaxtında alınmaması və terrordan əziyyət çəkən ölkələrə biganə yanaşmanın hansı dəhşətli fəsadlar verdiyi göz önündədir. Bunun sübutu kimi, də Azərbaycan torpaqlarının 20%-nin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu göstərmək olar.
Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu müsbət meyillər hazırda da davam edir. Ölkəmizdə heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma baş verməyib. Multikulturalizmlə bağlı meyillərini gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfin¬dən də təqdir olunmaqdadır.
Xəyalə
Süleymanqızı
"Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün"
Olaylar.- 2016.- 17 mart.- S.12.