Naxçıvan xanlığının iki rəngli bayrağı
Azərbaycanın
tarixi dövlətçilik
atributlarının öyrənilməsi və tədqiqi
dövlətçilik tariximizin dərin tarixi köklərə malik
oldugunun əsas subutlarındandır. Bu istiqamətdə dövlətimiz tərəfindən
çox mühüm
və əhəmiyyətli adımlar atılmışdır.
Azərbaycan xalqının Ümummilli
Lideri, Ulu Öndər
Heydər Əliyevin 13 mart 1998-ci il tarixli “Azərbaycan
Respublikasının dövlət atributlarının tədqiqi
və təbliğinin gücləndirilməsi haqqında” xüsusi sərəncamında dövlətçilik
atributlarının və tarixi ənənələrinin
öyrənilməsi tələb olunurdu.
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli sərəncamə
ilə Bakı şəhərində “Dövlət
Bayrağı Meydanı” nın yaradılması və 2009-cu
il 17 noyabr tarixli sərəncamı ilə “Dovlət
Bayrağı Günü”nün təsis edilməsi barədə
Sərəncamların məhs 17 noyabr tarixində
imzalanması simvolik əhəmiyyət kəsb edir. Səbəbi,
1990-ci il 17 noyabr tarixində Azərbaycan xalqının
Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
nəticəsində üç rəngli Azərbaycan
bayrağı Naxçıvan Muxtar Respublikasının
dövlət rəmzi statusunu almışdır. Dövlət
başçısının yuxarıda qeyd olunan sərəncamları
dövlətdə vətənpərliyin, Azərbaycançılıq
məfkürəsinin və dövlətçilik ənənələrinin
təbliğinin, dövlət atributlarına ehtiram hissinin
gücləndirilməsinə istiqamətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”
İNKİŞAF KONSEPSİYASININ 10-cu maddəsinin “Mədəni
irsin qorunması və səmərəli idarə edilməsi”
bəndində deyilir: “...dünya muzeylərində
saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi
və Azərbaycana məxsusluğunun sübutu
üçün materialların toplanması da diqqət mərkəzində
olacaqdır.” Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi
və təbliği istiqamətində görülən
işlər sırasında ən mühüm yerlərdən
biri, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin,
Azərbaycançılığın tarixi köklərə
əsəslanaraq inkişaf etməsini bildirən tarixi dövlət
atributlarının öyrənilməsi sahəsində
aparılan elmi-tədqiqat işlərinin
aparılmasıdır.
Bu istiqamətdə, 2010-cu ildə nəşr edilmiş “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” monoqrafiyamı qeyd etmək istəyirəm. Sözü gedən elmi əsərdə Azərbaycan xanlıqlarının ölkəmizdə olmayan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatların aparılması zəruriyyəti məsələsi öz əksini tapmişdir. Elmi tədqiqatın “Xanlıqlar dövlət qurumları kimi. Xanlıqların dövlətçilik atributları” adlı fəslində, Azərbaycan xanlıqları öz dövlətçilik atributlarına və hakimiyyət rəmzlərinə malik dövlət qurumları kimi göstərilir. Xanlıqlar öz dövrünün dövlət qurumlarına – dövlətlərinə aid etməyə imkan verən bütün təyinedici xüsusiyyətlərə və elementlərə malik olmuşdular. Belə ki, xanlıqlar dövlət üçün mütləq olan elementlərə malik idilər: siyasi hakimiyyət (siyasi idarəetmə forması və dövlət institututları); dövlət ərazisi (müəyyən olunmuş dövlət institututları fəaliyyət göstərən və dövlətin qanunları işləyən sərhədlər çərçivəsi); iqtisadi potensial (o cümlədən, özünün valyutasına malik olmaq hüququ); silahlı qüvvələr; əhalinin etnik tərkibi (xanlıqlarda dominant etnos – türk-azərilər); dil (əsas dil- Azərbaycan (türk) dili); ideologiya – islam; dövlətçilik atributları və hakimiyyət rəmzləri. Azərbaycan xanlıqlarının aşağıdakı dövlətçilik atributlarından bəhs edilir: taxt, tac, şeşpər, möhür, bayraq (sancaq, ştandart), silah (fəxri parad), sikkələr. Titulların və beynəlxalq münasibətlərdə xanlara müraciət formalarının araşdırılması sübut edir ki, xanlıqlar özlərini – “ali nəsilli” və ya– “ali”, xanın oğulları isə özlərini “ali şah” – “yüksək dərəcəli” adlandırırdılar. Beynəlxalq yazışmada xanlara “yüksək dərəcəli”, “yüksək dərəcəli xan”, “yüksək dərəcəli və çox hörmətli xan” deyə müraciət edirdilər. Ali hakim obrazı hökmdarın şəxsiyyəti və onun hakimiyyət rəmzləri vasitəsiilə formalaşırdı. Bu dövrdə xanlıqların dövlətçilik atributları, xanlığın dövlət rəmzlərindən və xanın hakimiyyət atributlarından ibarət idi: 1. Taxt; 2. Tac; 3. Şeşpər; 4. Möhür; 5. Silah (qılınc); 6. Sikkə; 7. Bayraq, ştandart, buncuq və tuğ. Yazılı və illustrativ mənbələrin təhlili, əldə olunmuş nəticələrin muzey materialları ilə tutuşdurulması xanlıqların dövlət rəmzlərini araşdırmağa imkan verir.
Elmi araşdırma Hakimiyyətin zahiri tərtibatına və dövlətçiliyin zahiri təzahürünə həsr olunub. Bayraq rəmzi, tarixi və heraldik anlayışlardan biri kimi dövlətçiliyin mühüm atributlarından olmasını təstiq edir. Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra, onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Qafqazdan gələn bayraqlar Sarskoselskiy saray arsenalına təhvil verilmişdi. 1906-cı ilin mart ayında bayraqların bir hissəsi (Cavad xanın ştandartı və Gəncə xanliğının bayraqları, Bakı xanlığının 1 bayrağı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan uğrunda döyüşdə götürülən 2 bayraq, Lənkəran xanlığına hücum zamanı götürülən 2 bayraq Tiflisə Qafqaz Hərbi Tarix Muzeyinə (QHTM) göndərilmişdi. Rusiyaya döyüşsüz birləşən xanlıqların (Qarabağ, Naxçıvan, Şirvan və b.) bayraqları isə QHTM-nə Tiflisə göndərilməmişdir. Azərbaycanın dövlətçilik tarixinin əsəs atributlarından olan, dövlətçilik ənənərinin əyani təcəssüm etdirən, Azərbaycan xanlıqlarının xarici muzeylərdə saxlanılan bayraqların aşkar edilməsi istiqamətində elmi tədqiqatlarımın 2015-ci ildə çox böyük uğurla nəticələnmişdir. Əldə etdiyim elmi nəticələrlə kifayyətlənməyərək, bu sahədə tədqiqatlarımı davam etdirmək məqsədi ilə, ikinci dəfə Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə 2015-ci ilin dekabr ayının 15-dən 30-dək elmi ezamiyyətdə oldum. İkinci elmi ezamiyyətim dövründə Rusiya Federasiyasının bayraq fondları və arxivlərində tədqiqatlarımın nəticəsi olaraq “Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda Azərbaycanın Naxcıvan xanlığına məxsus, bu günə kimi məlum olmayan sayca üçüncü bayraq tərəfimdən aşkar edildi. Tərəfimdən aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur! Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zəruriyyəti 2010-cu ildə nəşr olunmuş “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı manoqrafiyamda qeyd edilmişdir. Qeyd etmək istərdim ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində
birinci elmi ezamiyyət dövründə aşkar etdiyim Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının hazırlanmış mulyajlarının 16 noyabr 2015-ci ildə təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aşkar edilmiş bayraqların tarixi əhəmiyyətini qeyd etmiş, mənim Naxçıvan xanlığının bayraqlarının öyrənilməsi istiqamətində elmi fəalliyətimi və əməkdaşlığımı yüksək səviyyədə qiymətləndirərək “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley qızıl medalı ilə təltif edildim. RF Sankt-Peterburq şəhərində ki muzeylərdə apardığım elmi tədqiqatlarım nəticəsində aşkar etdiyim Naxçıvan xanlığının sayca üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və Muzeyin fondunda “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formada eni 92 sm, uzunluğu 192 sm-dir. Bayraq bir-birinə üfüqi şəkildə tikilmiş solğun yaşıl və qirmızı parçalardan ibarətdir. Bayrağın yaşıl hissəsində simvolik günəş formasında qırmızı parçadan səkkiz güşəli ulduz tikilib. Bayrağ qumaşının çoxsaylı zədələrindən, aydın olur ki, sözü gedən bayraq döyüşlərdə istifadə edilib. Bayrağı dəqiqliklə tədqiq etdikdə görünür ki, üzərində zədələnmiş hissələr bərpa edilərək tikilərək, bir necə yerdən yamanıb. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan bərba edildikdən sonra ulduz yeddigüşəli qalıb. Bayrağın sol tərəfində şaquli olaraq bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının dəmirdən düzəldirilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb. Bayrağın üzərindəki rənglər, istifadə edən xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox mənaları var, islamçılıqla yanaşı – bolluq, həyat sevgisi, inam, sevinc, ümüd, azadlığı ifadə edir. Qırmızı rəng isə, muasirliklə yanaşı diqər mənaları olub; – məhəbbət, yüksək məqsədlər, qəzəb, igidlik, cəsurluq, düşmənin axan qanını ifadə edib. Naxçıvan xanlığının Dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri subut edir ki,
Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhüriyyətindən də qabaq, Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkürəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olmuşdur. Azərbaycan xanlıqlarının bayraqlarını müqaisə edərkən, üzərlərindəki yazıların və rəmzlərin təhlili nəticəsində müəyyən olunur ki, Naxçıvan xanlığının bayraqlarından başqa, heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizgüşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Azərbaycanda qədim zamanlardan ulduz əbədilik rəmzi kimi istifadə edilib. Daha da erkən dövrdə yuksək məqsədlər və arzular rəmzi idi. Ulduz istiqamət və xoşbəxtçilik emblemidir. Bayraqların üzərindəki rəmz və emblemlər ya keçmişi, yaxud da xalqın işıqlı qələcəyə, yüksək məqsədlərə olan meylini bildirir. Hər halda hər bir bayraq, ulduzların, xətlərin və başqa simvolların müəmmalı dili ilə, öz xalqının müqəddəratını bildirir. Aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı, özündə xanlığın siyasi-ideoloji və dini dəyərlərini əks etdirir. Bayraqların təsvirlərini təhlil edərkən, belə qənaətə gəlirəm ki, təqdim olunan Naxçıvan xanlığının üç bayrağının tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Naxçıvan xanlığının bayraqlarının elmi tədqiqatının nəticəsi göstərir ki, Naxçıvan xanlığının bayraqları, tarixi dövlətçilik ənənələrinə və tarixi rəmzlərinə əsaslanaraq tərtib edilmişdir. Belə ki, Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi və nəticələrinin təbliği göstərir ki, Azərbaycan dərin dövlətcilik ənənələrinə malik olmuşdur. Gələcəkdə bu istiqamətdə daha çox elmi tədqiqatların aparılması zəruridir. Azərbaycanın tarixi bayraqlarının axtarılmasını və elmi tədqiqatların nəticələri barədə ictimaiyyətə mütamadi olaraq məlumat verilməlidir. Bu sahədə elmi tədqiqatların nəticələrinin təbliği, vətəndaşlar xüsusən gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə, Azərbaycan barədə doğru olmayan məlumatlar yayanlara qarşı mubarizəyə və Azərbaycanın qədim dövlətçilik ənənlərinin təbliğinə xidmət edəcəkdir. Qarabağ, Şirvan, Quba və diqər xanlıqların bayraqlarının axtarışı və müəyyən edilməsi istiqamətində tərəfimdən araşdırmalar aparılır.
Pərvin Gözəlov
Bayraqşunaslığ
və geraldika üzrə mütəxəssis,
tarix üzrə fəlsəfə doktoru
Olaylar.- 2016.- 29 mart.- S.12.