Gənclərimizin vətənpərvərliyi

yüksək səviyyədədir

 

Məhəmməd Əsədullazadə: “Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir”

 

“Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat

tərbiyəsinin ayrılmaz hissəsidir”

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman dövlətin prioritet vəzifələrindən olub. Azərbaycanda da hər zaman bu sahəyə kifayət qədər diqqət və qayğı göstərilib. Günümüzdə də gənclərin vətənpərvər ruhda  tərbiyəsi diqqət mərkəzindədir. Bəs görəsən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq Azərbaycan gənci kifayət qədər vətənpərvərdirmi? Buya digər suallarla Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir?

-Hər bir gəncin vətənpərvər ruhunda tərbiyə alması ilk növbədə ailədən başlamalıdır. Nəzərə alaq ki, Azərbaycanda ailə institutu yüksək dəyərlər meyarında qurulub, gənclərin tərbiyəsi Azərbaycan ailəsində İslammilli ruhun sintezində yüksək səviyyədə əks olunur. İslam dinindən bizlərə əxz olunan muqəddəs əməllərdən biri də vətənin azadlığıdır. Bu yolda qanından və canından keçməyə hazır olan minlərlə gənclərimiz var. Milli mənəvi dəyərlərə bağlılıq vətənin bütövlüyü hər bir gəncin qarşısında duran amaldır. Bu gün gənclərimizin vətənpərvərliyi yüksək səviyyədədir. Ermənistanın Azərbaycanımıza qarşı işğalçı siyasəti nəticəsində baş verən müharibədə gənclərimiz ön cərgədə olub, vətənimizin suverenliyi uğrunda düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdirib və torpağımız uğrunda şəhid olublar. Bu gün Ermənistanla müharibə şəraitindəyik, düşmənlə təmas xəttində gənclərimiz hərbi vətənpərvərliyin bariz nümunəsi olaraq düşmənin bütün həmlələrini dəf edirlər və sarsıdıcı zərbələr endirirlər. Torpaqlarımızın 20 faizi düşmən tapdağındadır və bu torpaqlarımızı azad etmək hər bir gəncimizin müqəddəs borcudur. Hesab edirəm ki, bu gün  gənclərimiz kifayət qədər vətənpərvər, mətin, dözümlümübarizdir. Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və digər qəhrəmanlarımız gəncliyimizin iftixar hissi və idealıdır. Onların vətənpərvər olmaları bu yolda qəhrəmanlığa qədər ucaldıb və yetişən Azərbaycanın gənc nəsli üçün böyük vətənpərvərlik məktəbi qurublar. Azərbaycan gənci Şah İsmayıl, Babək, Cavad xan kimi tarixi qəhrəmanlarımızı daima oxuyur və vətənpərvərlik sahəsində şücaətli tərbiyə alırlar. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətdir. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdən biri kimi diqqətə alınmalıdır. Bu gün Azərbaycan gənclərinin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak etməsi, hərbi vətənpərvərlik ruhunda tərbiyə alması mütləqdi. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməli, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamalıdır

-Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı addımların atılması zəruridir?

-Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmalıdır və bu istiqamətdə islahatlar həyata keçirilməsi zəruridir. Hesab edirəm, bu istiqamətdə müəyyən işlər görülübbundan artıq görüləcək işlər gəncliyin milli şürunun inkişafına təkan verəcək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq . Bu gün ölkənin bir çox regionlarında, həmçinin Bakı şəhərində Gənclər Mərkəzi tikilərək istifadəyə verilib. Bu mərkəzlərdən səmərəli istifadə olunmalı, hərbi vətənpərvərlik istiqamətində müəyyən seminarlar təşkil edilməlidir. İlk növbədə ortaali məktəblərdə geniş aparılmalıdır. Vətənpərvərlik hər bir gəncin yaşam tərzi olmalıdır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət gənclərin fəaliyyəti üçün geniş imkanlar açmalı,  bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilməlidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini tapsa da,  reallıqda bunun hökumət qurumları tərəfindən həyata keçirilməsi vacibdir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: 1. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; 2. İstedadlı gənclərə dövlət qayğısı; 3. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; 4. Gənclərin məşğulluğunun təmin edilməsi; 5. Gənc ailələrə dövlət yardımı; 6. Gənclər təşkilatlarına dövlət yardımı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq mütləqdi və iqtidarın bu sahədə islahatları labüddür. Hesab edirəm, gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunmalı, onların faydalı məşğulluğu təmin edilməli, onların dövlət idarəçiliyi sistemində iştirakı gerçəkləşdirilməlidir. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilməlidir. Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) hesab edirəm ki, gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, onlar üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə daha da çox təmsil olunmalıdır və cəmiyyətin inkişafına öz töhfələrini verməlidirlər. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər geniş olmalı, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktuallığını saxlamalıdır.

-Sizcə ortaali təhsil müəssisələrində gənclər kifayətqədər vətənpərvər tərbiyə olunurmu?

-Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasına orta məktəbdən başlamaq lazımdır. Düzdür, vətənpərvərlik elə bir hissdir ki, uşaq dil açandan bu ona təlqin edilməlidir. Ancaq bunlarla yanaşı, əsas təhsil müəssisəsində görülməlidir. Ən azından burada mütəxəssislər çalışır və onlar uşaq psixologiyasını dərindən bildiyi üçün təsir imkanları daha böyükdür. Vətənimizin vətənpərvər insanlara ehtiyacı var. Vətəni sevən gənc onun müdafiəsini də bacarır. Azərbaycan dövlətinin ərazi bütövlüyü pozulub və 20 faiz ərazisi işğal altındadır. Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Heç şübhəsiz, bu işin reallaşdırılması əsasən gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Məlum məsələdir ki, hər bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 30 mart.- S.15.