Türk dünyasının sevdalısı Turan

Yazqanın əmanəti-Bakı Atatürk Liseyi

 

Bir millətin sağlam gələcəyi onun doğru-düzgün təhsil almasından asılıdır. Millətin gələcəyinin var olması üçün mütləq təhsil almaq lazımdır. Türk dünyası üçün sağlam toplum, gənclik yetişdirmək missiyasını qarşısına məqsəd qoyaraq yola çıxan Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi də məhz bu amala xidmət edir. Lisey ölkəmizdə fəaliyyət göstərdiyi 24 il ərzində yetişdirdiyi gəncləri Azərbaycanın gələcəyi olaraq görür.

 

24 illik uğurlu fəaliyyət

 

Məlumat üçün qeyd edək ki, Bakı Atatürk Liseyi, Azərbaycan Təhsil Nazirliyi ilə Türk Dünyası Araşdırmaları Vəqfi arasında bağlanan müqavilə əsasında Nazirlər Kabinetinin 31 Avqust 1992-ci il qərarı ilə 1 sentyabr 1992-ci ildən etibarən fəaliyyətə başlayıb.

Bakı Atatürk Liseyinin əsas məqsəd və vəzifəsi, Azərbaycan və türk xalqları arasında təhsil və mədəniyyət sahələrindəki münasibətləri inkişaf etdirmək, demokratiyahumanist prinsiplər əsasında elmiliyi və dünyəvəliyi təmin etməkdir. Həmçinin lisey türk xalqlarının müstəqilliyini, milli – əxlaqi və mənəvi sərvətini qoruyan, bu keyfiyyətləri qüvvətləndirən, xalqını, bayrağını, vətənini sevən, insan hüquqlarına hörmət edən sərbəst və sağlam fikir yürüdə bilən milli və mənəvi hissləri güclü, cəmiyyətə və ailəsinə layiq texnika əsrinə uyğun, dünyagörüşü geniş, mənəviyyatı zəngin, gələcəyə və özünə inamlı, türk övladı olduğu üçün fəxr edən sağlam vətəndaşlar yetişdirmək, onların istedadlarını üzə çıxararaq inkişafını təmin etməyi başlıca məqsəd olaraq qarşıya qoyub. Lisey təlim-tərbiyənin və tədrisin yüksək səviyyədə olması üçün yorulmadan çalışır. Təhsil ocağı bununla yanaşı şagirdlərin sosialictimai fəaliyyətlərinin də qüvvətləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan və Türkiyənin bütün bayramları və özəl günləri liseydə geniş şəkildə qeyd edilir. Liseyin nizamnaməsi Azərbaycan və Türkiyə Respublikalarının Təhsil Nazirliklərinin təhsillə bağlı əsas prinsip və müddəaları əsasında tərtib edilib. Hər il tədris planı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiqindən sonra tədbiq edilir. Liseyin təqvimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin günlərinə uyğun hazırlanıb.

 

Atatürk Liseyinə artan marağın

başlıca səbəbi-yüksək keyfiyyətli təhsil

 

Artıq 24 ildir ki, fəaliyyət göstərən Bakı Atatürk Liseyinə olan maraq ildən-ilə artır ki, bunu da şərtləndirən bir sıra amillər var. Bakı Atatürk Liseyinin direktoru Ali Devrim deyir ki, təhsil müəssisəsində birinci sinifdən etibarən əsas dərslərlə yanaşı Türkçə, Azərbaycan diliingilis dili də öyrədilir: “Birinci sinifdən dördüncü sinifə qədər Türkiyədən gəlmiş ibtidai sinif müəllimləri, Azərbaycan dilini isə azərbaycanlı ibtidai sinif müəllimləri keçirlər. Beşincı sinifdən etibarən fənn dərsləri ayrı-ayrı keçirilir. Liseydə Türk dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fənn bilgisi, fizika, kimya, biologiya, Türkiyə tarixi, Azərbaycan tarixi, Türkiyə coğrafiyası, Azərbaycan coğrafiyası, Türk Dünyası coğrafiyası, ingilis dili, musiqi, rəsim, əxlaq bilgisi, ümum türk tarixi, bədən tərbiyəsi kimi dərslər keçirilir. Şagirdlərimiz ibtidai təhsili doqquzuncu sinifdə tamamlayaraq şəhadətnamə alırlar. Doqquzuncu sinif şagirdlərimiz artıq hansı istiqamətə gedəcəyini bilir, Türkiyə və Azərbaycan universitetlərinə hazırlıqlara başlayırlar. Onuncu sinifdən etibarən texnikiya humanitar siniflərdə təhsillərini davam etdirirlər”.

Bakı Atatürk Liseyinə olan digər bir maraq burada təhsilin yüksək səviyyədə təşkil olunmasıdır. Məhz bunun göstəricisidir ki, hər il liseyi bitirən məzunların demək olar ki, hamısı yüksək bal toplayaraq Azərbaycanın, eləcə də bir sıra xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olurlar. Məlumat üçün qeyd edək ki, 2014-2015-cı tədris ilini bitirən Bakı Atatürk Liseyi məzunlarından yalnız biri istisna olmaqla yerdə qalan hamısı 400 və ondan yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar. Liseyin məzunlarının qəbul olunduğu ali təhsil müəssisələri sırasında Azərbaycanla yanaşı, Türkiyənin də nüfuzlu universitetləri yer alıb. Məzunlardan birinin ali məktəbə qəbul olunmaması isə sırf texniki məsələlərlə, qəbul imtahanlarında iştirak etmək üçün sənədləşmə prosesini zamanında başa çatdırmaması ilə bağlı olub.

Eləcə də digər tədris ilinin nəticələrinə nəzər yetirdikdə Bakı Atatürk Liseyi məzunlarının yüksək nəticələr əldə etdiyinin şahidi oluruq. Belə ki, 2013-2014-cü tədris ilində Türk Dünyası Atatürk Litseyindən 30 şagird məzun olub və onların hamısı tələbə adını qazanıb. Məzunlarımızdan 13-ü Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının imtahanlarında iştirak edib və 677-400 arası bal toplayaraq Azərbaycanın ən yaxşı universitetlərinə qəbul olublar. Liseyin məzunlarından biri isə Birləşmiş Ştatlarda təqaüdlə oxuma haqqını qazanıb. Digər məzunları isə Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq hüququna sahib olublar. Bakı Atatürk Liseyinin qəbul planında rekord göstəriciyə sahib olması da uğurluyorulmaz fəaliyyətin nəticəsidir. Belə ki, Liseyin şagirdləri üçün müxtəlif dərsləri özündə ehtiva edən kurslar açılıb ki, bu da şagirdlərin dərsdən əlavə saatlarda daha təkmil hazırlaşmasına imkan yaradır. Bundan başqa on birinci sinif şagirdləri üçün də Liseydə hazırlıq kursları fəaliyyət göstərir. Pulsuz olaraq fəaliyyət göstərən hazırlıq kurslarının müəllimləri də təhsil müəssisəinin özündən seçilir. Belə hazırlıq kurslarının fəaliyyət göstərməsi şagirdlər üçün olduqca sərfəlidir. Təhsil aldıqları məktəbdə hazırlıq kursu keçən şagirdlər zamana qənaət etməklə yanaşı, əlavə repititor yanına getməyə də ehtiyac duymurlar.

 

On birinci siniflər

üçün pulsuz hazırlıq kursları

 

Davam etməkdə olduğumuz tədris ilində Bakı Atatürk Liseyi bir sıra yeniliklərə imza atıb ki, bu da paytaxtın əksər orta ümumtəhsil müəssisələri tərəfindən maraqla qarşılanıb. Belə ki, Liseyin bir mərtəbəsində digər mərtəbəsinə qalxan pilləkənlərə xüsusi dizaynla hikmətli sözlər, tanınmış şəxsiyyətlərin kəlamları, atalar sözləri yazılıb ki, bu da öz-özlüyündə şagirdlərin elmi biliklərinin, dünyagörüşünün artmasına xidmət edir. Həmçinin Liseyin dəhlizlərinə Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürk Azərbaycanın ümummilli lideri Heydər Əliyevin kəlamları əks edilib ki, bu da şagirdlərin hər iki dahi şəxsiyyətin müdrik sözlərini öyrənməsinə imkan yaradır. Həmçinin Liseyin sinif otaqlarına keçən ildən başlayaraq qoyulan elektron lövhələr təhsilin müasir informasiya kommunikasiya texnologiyaları ilə tədrisinə yol açır. Eyni zamanda şagirdlərin həm təcrübi, həm praktiki biliklərinin artmasına şərait yaradır.

Bakı Atatürk Liseyi şagirdləri hərtərfli yetişdirərək onları kamil, yetişkin, eyni zamanda vətənsevər, millətsevər bir insan kimi cəmiyyətə təqdim edir. Lisey şagirdlərin yüksək səviyyədə təhsil alması ilə yanaşı onların dünya görüşünün artması istiqamətində uğurlu fəaliyyət göstərir. Türk Dünyası Araşdırmaları Vəqfinin hər il Türkiyədə təşkil etdiyiÇocuk şölənində Bakı Atatürk Liseyinin rəqs qrupu iştirak edir. Azərbaycanlı şagirdlər orada ölkəmizi təmsil edir, Türk Dünyasından gələn uşaqlarla, rəqs kollektivləri ilə tanış olurlar. Liseyin şagirdləri

idman, musiqi, rəssamlıq kimi sahələrdə öz bilik bacarıqlarını göstərərərk dünya miqyasında təşkil olunan yarışmalar, müsabiqələrdə müxtəlif yerləri tuturlar.

Artıq 2016-2017-ci tədris ili üçün Bakı Atatürk Liseyində birinci siniflərə qəbula start verilir. Aprelin 4-dən başlayacaq sənəd qəbulu may ayının 20-dək davam edəcək. May ayının 29-da isə Bakı Atatürk Liseyində təhsil almaq arzusunda olanlar zəka testi-imtahan verəcəklər. İmtahanda yüksək bal toplayanlar liseydə təhsil almaq hüququ qazanacaqlar.

 

Savadlı kadr yetişdirən təhsil ocağı

 

Bakı Atatürk Liseyinin direktoru Ali Devrim deyir ki, hər zaman olduğu kimi yenə əsas məqsəd şagirdləri müasir dünyanın tələblərinə cavab verən, savadlı, Azərbaycan dövlətinə xalqına layiqli vətəndaş olmaq ruhunda yetişdirməkdir: “Bakı Atatürk Liseyi, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, Türk dünyasının böyük fikir adamı, fədakar maarifçi, professor Turan Yazqanın Azərbaycan uşaqlarına dəyərli hədiyyəsidir. Rəhmətlik Turan Yazgan Hocamız Türk Dünyası Bakı Atatürk Liseyinə xüsusi bir önəm verirdi. O, Türk Dünyası Bakı Atatürk Liseyindən "göz bəbəyim" deyə bəhs edirdi. Biz həyatda olduğumuz qədər bu əmanəti yüksək səviyyədə qoruyub saxlamağa, onu gələcək nəsillərə daşımağa çalışacağıq. Məqsədimiz gənclərimizi, uşaqlarımızı mərhum prezident Heydər Əliyevin dediyi kimiBir millət, iki dövlətideyası, prinsipi ilə yetişdirməkdir. Şagirdlərimizi müasir dünyanın tələblərinə cavab verən, savadlı, həmçinin, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə tövsiyə etdiyi kimi, azərbaycançılıq ruhunda yetişdiririk. Türk Dünyası Araşdırmalar Vəqfinin mərhum başqanı Turan Yazqanın da dediyi kimi bizim Türk milləti olaraq uşaqlardan başqa tutacaq heç bir dayağımız yoxdur. Uşaqlarin yaxşı bir şəkildə təhsil alması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Fəaliyyətimizi qədər geniş şəkildə həyata keçirsək bir o qədər şad olarıq. Həmçinin Turan Hocamızın da ruhu şad olar”. Ali Devrim deyib ki, insanlar beyinsiz yaşaya bilmədiklər kimi millətlərin təhsilsiz var olmaları mümkün deyildir: “Yəni millətin beyni təhsildir. Bu səbəbdən təhsilə qədər çox önəm verilsə belə yenə azdır. Hər il məzunlarımız istər Azərbaycan, istərsə Türkiyə universitetlərinə qəbul olurlar. Bu da verilən təlimtərbiyənin düzgün istiqamətdə aparıldığını sübut edir. Biz öz növbəmizdə şagirdlərimizlə fəxr edirik”.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2016.- 31 mart.- S.12.