Ali Baş
Komandanın cəbhə bölgəsinə
səfəri ordunun
döyüş ruhunu artırıb
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev daim
silahlı qüvvələrimizə dəstək olub, əsgər və zabitlərin problemləri
ilə şəxsən tanış olub. Etiraf edilməlidir ki, onun orduya
qayğısı gənclər arasında vətənpərvərlik
ruhunun yüksəlməsində müstəsna
rol oynayıb. Daha dəqiq,
orduya, dövlət
başçısına olan etibar orduda fərailik məsələsini
tamamilə aradan qaldırıb. Elə bu günlərdə dövlət
başçısının cəbhə bölgəsinə
səfəri də dediklərimizin bariz
nümunəsidir.
Belə ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. Səfər çərçivəsində dövlətimizin başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib. Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış olub. Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Dövlətimizin başçısı hərbi hissənin yeməkxanası ilə də tanış olub. Burada hərbçilərin dolğun qidalanmaları üçün hər cür şərait yaradılıb. Hərbi hissənin kazarması da müasir standartlara cavab verir. Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb. Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb. Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.Prezident İlham Əliyev Azərbaycan hərbçilərini bir daha təbrik etdi və yeni-yeni uğurlar arzulayıb. Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar. Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib. Sonra dövlətimizin başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev bildirib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlətimizin başçısı qeyd edib ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək. Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər. Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar. Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğuladı və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirdi, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib. Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlərin minnətdarlığını çatdırıb. Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar, tezliklə sağalmalarını arzulayıblar.
Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində keçirilən tədbirlər mütəmadi xarakter alıb. Belə ki, Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulmasının qarşısının alınmasında və əks həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlara həsr olunan tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.Tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və işğalçı mövqeyini davam etdirdiyini bildirib. Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını vurğulayan Ə.Qənizadə deyib: "İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alınıb və bu dörd günlük əks həmlə əməliyyatları nəticəsində bir sra strateji yüksəkliklər ordumuzun bölmələri tərəfindən nəzarətə götürülb. Biz bu döyüşlərdə Azərbaycan Ordusunun düşmən üzərində həm fiziki, həm də mənəvi baxımından üstün olduğunun şahidi olduq. Aprelin əvvəlindəki hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadirdir".Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Müdafiə Nazirliyinin zabitləri və digər qonaqlar mövzu ətrafında çıxış edərək xalqın orduya güvəndiyini, Azərbaycan əsgərinin bundan sonra da ermənilər üzərində tam layiqli qələbə qazanacaqlarına əminliklərini bildiriblər. Sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlarından bəhs edən videoçarx nümayiş etdirilib, bədii proqram təqdim olunub. Bundan başqa, müdafiә naziri general-polkovnik Zakir Həsənovun tәsdiq etdiyi illik plana әsasәn, aprelin 27-də Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Hәrb elminin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ölkәnin 20-dən artıq nazirlik, komitә, ali tәhsil müәssisәsi, idarә vә elmi mәrkәzlәrdәn 150-dək nümayәndә iştirak edib. Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin xatirәsini bir dәqiqәlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.Sonra məruzə ilə çıxış edәn akademiyanın rəisi general-leytenant Heydər Piriyev Silahlı Qüvvәlәrin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu vurğulayıb. Hərb elminin aktual problemlərindən danışan H.Piriyev onların həlli yollarının prioritet istiqamətlərini qeyd edib. Elmi-pedaqoji kadr hazırlığının da vacib sahələrdən biri olduğunu deyən akademiyanın rəisi bu sahədə Müdafiә Nazirliyinin tabeçiliyində olan xüsusi tәyinatlı tәhsil müәssisәlәrinin ölkәnin qabaqcıl tәhsil ocaqları ilә әmәkdaşlıq etdiyini və bu işin qısa zamanda uğurlu nәticәsini göstәrәcәyini bildirib. Konfransın plenar hissәsi başa çatdıqdan sonra iştirakçılar hәrbi¬nәzәri elmlər, milli tәhlükәsizlik, hәrbi tәbabәt, hәrbi pedaqogika və hərb tarixi bölmәlәrindә mәruzәlәr dinlәyiblәr. Bildirilib ki, sәslәndirilәn fikirlər, çıxışlar, mәruzәlәr, o cümlәdәn konfransın tәşkilat komitәsinə daxil olmuş 60-dan artıq elmi mәqalә "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalında dәrc edilәcәkdir. Qeyd edək ki, Silahlı Qüvvələrimizdə keçirilən tədbirlər, ictimaiyyət nümayəndələri ilə əsgər və zabitlər arasında keçiriləb görüşlər ordumuza ruh verir, döyüş ruhunu artırır. Heç şübhəsiz ki, Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri əsgər və zabitlərin hərbi döyüş ruhunun yüksəlməsi istiqamətində əhəmiyyətli rol oynayıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 3 may.- S.15.