2016-cı ilinAvropa Gənclər

Paytaxtı” olmağa haqqı çatan şəhər

 

Gəncə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzidir

 

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2015-ci ilin 21 noyabr tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.

Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün namizədliyi qəbul edilmiş 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə aparıb. Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj-Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunmuş münsiflər tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Gəncədə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə bir sıra tədbirlər və flaşmob keçirilib. Şəhərin bir qrup fəal gəncləri və xarici turistlərin iştirakı ilə rəngli kartonlarla “Avropanın Gənclər Paytaxtı” nın loqosu yaradılıb.

Gəncədə nazirlər və millət vəkillərinin iştirakı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin təqdimatı keçirilib. Bundan əvvəl isə Avropa Gənclər Paytaxtı olmuş Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəsmi qeydiyyata alınmasına dair görüş keçirilib. Yığıncaqda birliyin məqsəd və vəzifələri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin tədbirdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016”-nın fəaliyyət planı da hazırlanıb. Gəncəni təmsil edən nümayəndə heyəti müxtəlif dövrlərdə Avropa Gənclər Paytaxtı olmuş İtaliyanın Turin, Portuqaliyanın Braqa, Yunanıstanın Soloniki, Rumınyanın Kluj-Napoka şəhərlərinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Bundan başqa 2016-cı il “Gəncə Avropa Gənclər Paytaxtı” çərçivəsində mümkün əməkdaşlıqlar da müzakirə olunub.

“Gəncə 2016 AGP” Avropa Şurasında Avropa Gənclər Paytaxtlarının sərgisində uğurla təmsil olunub. “Gəncə-2016”nın Ruminya və Macarıstanda təqdimatları olub. 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində region gəncləri üçünAvropada könüllü ol!” seminarı keçirilib. “Gəncə 2016 Avropalı Gənc Yazarların Hekayələrində” adlı beynəlxalq tədbir reallaşıb. Madriddə Avropa gənclər paytaxtı olan Gəncə şəhəri ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. “Gəncə Avropa Gənclər Paytaxtı -2016”nın rəmzi “Açar”ının gəncəyə gətirilməsi isə daha yaddaqalan oldu. "Avropa Gənclər Paytaxtı 2016” nın rəmzi “Açar”ını Avropa Gənclər Paytaxtı-2016 ” İctimai Birliyinin sədri Elmir Vəliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Rumıniyanın Kluj Napoka şəhərindən gətiriblər.

Nəhayət 2016-cı il mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev "Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı" layihəsinin açılış mərasiminin iştirakçılarını təbrik edib. Təbrik məktubunda bildirilib ki, “Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin “Avropa gənclər paytaxtı” seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır”. Xatırladaq ki, Avropa Gənclər Paytaxtı” Avropa Gənclər Forumunun 2009-cu ildən həyata keçirdiyi çox mühüm beynəlxalq layihədir. Azərbaycanın Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilməsi isə heç də təsadüfi deyil. Əvvala ona görə ki, Gəncə şəhəri öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Digər tərəfdən isə Azərbaycanın bu qədim şəhərində dünyanın mədiyyət xəzinəsinə kifayət qədər ədəbi inçilər bəxş edən şəxsiyyətlər yetişib. Hazırda isə Azərbaycanda həyata keçirilən regionların sosial inkişaf proqramları nəticəsində Gəncə keçmişlə müasirliyi, Şərqlə Qərb memarlıq üslubunu özündə cəmləşdirən şəhərlərindən birinə çevrilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan olunub. Gəncə isə Azərbaycanın qədim və zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzlərindən biridir. Belə mədəni müxtəliflik Gəncənin nəinki Azərbaycanın mədəniyyət mərkəzi kimi, həm də Avropa gənclərinin paytaxtı kimi bütün dünyada tanınmasına imkan yaradır. Məhz bu kimi amillər Gəncənin “2016-cı il Avropa Gənclər Paytaxtı" seçilməsinə imkan yaradıb. Qeyd edək ki, tarixdə ilk dəfə olaraq, Avropa Gənclər Paytaxtı titulunuüzvü olmayan Azərbaycan kimi bir ölkə qazanıb. Bunu isə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda həyata keçirilən gənclər siyasətinə verilən qiymət kimi dəyərləndirmək yerinə düşərdi. Bu isə nəticə etibarilə Azərbaycan və bütövlükdə Azərbaycan gəncləri üçün qürurverici bir məqamdır.Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ilk dəfə olaraq, Avropa Gənclər Paytaxtı titulunu Aİ üzvü olmayan bir ölkə – Azərbaycan qazanıb: “Bəlkə də buna görə bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin fəxarət hissi duymağa tam haqqı var. Biz Avropanın tərəfdaşıyıq, Avropa ilə tərəfdaşlıq əlaqələrinə malikik, bütün sahələr üzrə Avropanın mədəniyyətini, sivilizasiyasını Azərbaycanda da yaşadırıq, inkişaf etdiririk, ona əlavə Şərq mədəniyyətini, mentalitetini, milli-mənəvi dəyərlərini əlavə edərək dünya sivilizasiyasına öz töhfələrimizi veririk”. Ə.Həsənov qeyd edib ki, Azərbaycanda gənclər siyasətini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları Avropa strukturları ilə çox sıx konstruktiv əməkdaşlıq yarada bilib: “Bunun da nəticəsidir ki, bu gün Avropadadünyada gənclərlə bağlı elə bir tədbir yoxdur ki, Azərbaycan orada təmsil olunmasın. Azərbaycan gənclərinin dünya gəncləri sırasında qabaqcıl sıralarda təmsil olunması ona gətirib çıxarıb ki, məhz Azərbaycan Avropa ölkələrindən kənarda Avropa Gənclər Paytaxı statusuna layiq görülüb”. Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələr içərisində “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir. Bunun başlıca səbəbi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin hərtərəfli inkişafına, onların potensialının aşkar edilməsinə və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına şərait yaradılmasıdır.

Qeyd edək ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerlixarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib. Hazırda Gəncədə 'Avropa Gənclər Paytaxtı' adlı park salınır. "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilən Gəncə şəhərində bu əlamətdar hadisə ilə bağlı müxtəlif istirtahət güşələri yaradılır, sosial-mədəni obyektlər istifadəyə verilir, yeni layihələr həyata keçirilir. Heç şübhəsiz ki, Gəncə şəhəri 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı çoxsaylı tədbirlərə imza ataraq Azırbaycanın multikultural dəyərlərə sadiq olduğunu bir daha təsdiqləmiş olacaq. Dövlət başçımız da hesab edir ki, 2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq: Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir”.

 

Alim

 

Olaylar.- 2016.- 6 may.- S.12.