Gənclərin vətənpərvər ruhda tərbiyəsində

hərbi təhsil müəssisələrinin rolu

 

Gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması, onların bu ruhda tərbiyə olunmasında hərbi təhsil müəssisələrinin də rolu danılmazdır. Bu baxmdan Azərbaycan qeyd edilən istiqamətdə kifayət qədər yol qət edib desək yanılmarıq. Bu gün ölkəmizdə çoxsaylı hərbi təhsil müəssisələri fəaliyyət göstərir ki, həmin müəssisələrdə təhsil alan gənclərimiz əsl vətənpərvər ruhda böyüyür, Vətənə, dövlətə sədatələ xidmət edirlər. Belə hərbi təhsil müəssisələrindən biri də Silahlı Qüvvələrin Hərbi Akademiyasıdır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktikioperativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi-Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin 2001-ci il 20 fevral tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) fəaliyyətə başlayıb. TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. TTM-də aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir: Zabit heyətinin təkmilləşdirmə kursu - Silahlı Qüvvələrin tələbatına müvafiq olaraq bütün səviyyələrdən və kateqoriyalardan olan zabit heyətinin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir. Altı həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Zabit ixtisas kursu - bakalavr təhsil səviyyəsini bitirmiş məzunların ilkin zabit vəzifələrində xidmətə hazırlığının təmin edilməsi məqsədilə ixtisaslar üzrə verilən təhsildir. Kursun müddəti 48 həftədir. Ehtiyat zabit hazırlığı kursu - zabit ehtiyatının yaradılması məqsədilə ixtisaslar üzrə zabit kadrların hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdəfiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir. Səkkiz həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Xarici dil kursları (ingilis, alman, fransız, fars, erməni) - hərbi qulluqçuların xarici dillərdə ünsiyyət bacarığının formalaşması və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə verilən təhsildir. Gizir hazırlığı kursu - müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə gizir rütbəsi verilir. On bir həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu - müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Dörd həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi- Azərbaycan Ali Hərbi Məktəbi 1939-cu ildə yaradılıb və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılıb. 1992-ci ilin may ayından Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə keçib. Yeni yaradılmış respublikanın Silahlı Qüvvələrinin müxtəlif ixtisasqoşun növləri üzrə zabit kadrları ilə komplektləşdirilməsinə ehtiyacı olduğundan məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) çevrilmişdi. 1997-ci ildən etibarən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başladı. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən yüksək ballar toplamış gənclər məktəbə qəbul edilirlər. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilib Azərbaycan Ali Hərbi Məktəbi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə isə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilib. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 9 kafedrasında 11 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi-Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilib. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilirbu proqrama uyğun olaraq məktəb Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonraleytenant” hərbi rütbəsi verilironlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər.

Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi-Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təyyarəçi və mühəndis-mexaniklərlə olan ehtiyacının təmin edilməsi üçün yaradılan uçuş hazırlığı təlim mərkəz ilk buraxılışını 1994-cü ilin fevral ayında etdi. 1995-ci ilin sentyabrın 15-də müdafiə nazirinin əmri ilə uçuş hazırlığı təlim mərkəzi müstəqil fəaliyyətə başladı və 3 illik tədris proqramı üzrə ilk buraxılışını 1997-ci ildə həyata keçirdi. 1997-ci ildə uçuş hazırlığı təlim mərkəzinə qəbul edilmiş kursantlar 1998-ci ildə yeni yaradılmış Bakı Ali Hərbi Təyyarəçilik Məktəbinin 1-ci kursuna keçirildilər. Azərbaycan Respublikası prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Təyyarəçilik Məktəbinin adı dəyişdirilmiş və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi olmuşdu. 4 illik proqram üzrə təhsili başa vuran kursantlara «leytenant» hərbi rütbəsi verilir. Daha sonra gənc leytenantlar nəzəri biliklərini mühkəmləndərmək və praktiki vərdiş qazanmaq üçün 1 illik uçuş haçırlığı təlim mərkəzinə göndərilirlər. C.Naxçıvanski adına Hərbi Lisey-Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə ordenmedallarla təltif olunub, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüb. C.Naxçıvanski adına hərbi lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Hərbi liseydə təhsil müddəti 3 ildir. 3 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 21 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər. Heydər Əliyev adına Hərbi Lisey- Azərbaycan Respublikası prezidentinin 13.03.1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09.04.1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılıb. Azərbaycan Respublikası prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilmişonun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 25.05.2000-ci il tarixli «Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında» sərəncamının tələblərinə müvafiq olaraq Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsi yaradılıb. Fakültədə təhsil müddəti 2 ildir. Bu fakultəyə 2000-ci ilin avqust ayından Tibb Universitetinin müalicə-profilaktika, pediatriyastomatologiya fakültələrinin 4-cü kursunu bitirmiş oğlan tələbələr seçmə yolu ilə qəbul edilirlər. 2006-cı ildən etibarən isə Hərbi Tibb fakültəsinin 1-ci kursuna «hərbi həkim işi» ixtisası üzrə kursantların qəbul edilməsinə başlanılıb. Hərbi tibb fakültəsinin nəzdində tibb xidməti zabitlərinin təhsilində fasiləsiçlilik prinsipinin təmin edilməsi məqsədi ilə «təkmilləşdirmə» kursları da fəaliyyət göstərir. «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nun tələblərinə müvafiq olaraq hərbi həkimlərin ixtisaslaşmalarının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2011/2012-ci tədris ilindən 11 ixtisas üzrə rezidentlərin hazırlığına başlanılıb.

Hərbi tibb məktəbi-1994-cü ilin avqust ayına kimi fəaliyyət göstərən hərbi feldşer hazırlığı fakultəsi müdafiə nazirinin əmrinə əsasən orta hərbi tibb məktəbinə çevrilib. Tədris prosesini təkmilləşdirmək və Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının və professor-müəllim heyətinin potensialından istifadə etmək məqsədi ilə 2000-ci ilin dekabr ayından orta hərbi tibb məktəbi Hərbi Tibb fakultəsinin tərkibinə daxil edilib. Orta hərbi tibb məktəbində 2 il müddətində hərbi feldşerlər hazırlanır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 11 may.- S.15.