XİLASKAR

 

May ayı baharın bütün gözəlliklərini özündə toplayan bir aydır. Mayda güllər ləçək – ləçək olub dilimizdə əzizlənir, gözümüzdə gözəllənir. May dağlarımızın, dərələrimizin torpaq köynəyini cırıb bizə türfə gözəlliyini göstərir. Yurdumuzun aranında, dağında kök atıb, pöhrə verib gözümüzü, könlümüzü oxşayan güllər, çiçəklər, minbir dərdin dərmanı olan bitkilər mayda,  müxtəlif rəngdə, müxtəlif gözəllikdə insanların “görüşünə” gəlirlər.

Azərbaycan xalqı üçün isə bu ayın, xüsusuilə də 10-cu gününün bir özəlliyi var. Ulu öndər Heydər Əliyevin dünyaya göz açdığı gün - gözəlliklə dolu, günəşli bir gün!  Bu gün onun 93 yaşı olur. Cismani ölümündən 13 il keçsə də  ulu öndəri sevən xalq onu həmişə minnətdarlıq hissilə yad edir.  Bu sətirləri yaza-yaza düşünürəm ki, görəsən  93 və 13 rəqəmlərinin 2016-ci  illə bağlı bir mistikasımı var? Yoxsa bu, bir təsadüf, ya qanunauyğunluqdur? Hər halda Heydər Əliyevin bu dünyaya gəlişi Azərbaycan xalqının bəxtinə yazılmış xoş bir taledir. Və mənim bu yazım da dahi şəxsiyyətin taleyinə ünvanlanmış sevgimin bir zərrəsidir.

Müstəqillik  müstəqil iqtisadiyyat, ölkənin müstəqil siyasət yeritməsi, dövləti və xalqı müdafiə etməyə qadir güclü ordunun olması, vəziyyətə nəzarət edə bilən səriştəli hökumətin fəaliyyət göstərməsi, işlək idarəetmə mexanizminin qurulması deməkdir. Bunlar müstəqilliyin əsas prinsipləridir və onu ulu öndər Azərbaycana rəhbərlik etdiyi on ildə xalqına bəxş etdi.

Tarixi hadisələrə onun baş verdiyindən müəyyən zaman keçəndən sonra yalnız gerçəklik və ədalət prinsipləri baxımından yanaşdıqda doğru qənaətlərə gəlmək mümkündür. Məhz bu amil əsas götürüləndə həmin tarixi hadisə baş verdiyi zaman onun görünməyən çalarları da aydınlaşır.

Təbii ki, hər bir hadisənin aparıcı qüvvəsi xalqdır. Eyni zamanda xalqın istəyini reallaşdıran, onun arzularını həyata keçirmək istiqamətində fövqəladə gücə malik olan şəxsiyyətlərin rolu danılmazdır. Ona görədir ki, millətlərin və xalqların taleyində həlledici  məqamlarda həlledici fəaliyyət göstərmiş, xalqını və dövlətini xilas etmiş, onu dünyada tanıtdırmış liderlərin adı tarixin yaddaşına əbədi həkk olunur. Məhz belə şəxsiyyətlər “ümummilli lider”, “böyük öndər”, “millətin tərbiyəçisi və atası” statuslarını qazanırlar. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimiböyük siyasətçisi Heydər Əliyev  xalqının və dövlətinin tarixində müstəsna xidmətlər göstərmiş, dünya siyasətinə öz möhürünü vurmuş siyasi liderdir, böyük dövlətçidir, dünya siyasət şahmatının güclü qrossmeysterlərindən biridir. Fransız siyasətçiləri bu böyük şəxsiyyəti Azərbaycanın Şarl de-Qollu, ABŞ-ın görkəmli dövlət adamları və siyasi xadimləri ölkəsinin Corc Vaşinqtonu, türklərin isə ikinci Atatürk adlandırmaları Heydər Əliyev şəxsiyyətinə verilən qiymətdir. Lakin ona ən böyük qiyməti yolunda canını şəhid etdiyi Azərbaycan xalqı və dövləti verdi: Ümummilli lider, Böyük öndər.

Görkəmli qazax ədibi, ictimai-siyasi xadimi Oljas Süleymenov 2003-cü ilin mayında yazırdı: Vaxt gələcək şumer dövründən tutmuş zəmanəmizədək türklərin tarixiböyük hadisələr və Bilqamıs” (müdrik qəhrəman), Bilgə xaqan (müdrik qəhrəman), İltəriş (torpaqları birləşdirən), Atatürk... kimi dahi adlara söykənə tarixi yazılacaqdır. Bizim zəmanəmiz isə Ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə Ustadların ən birincilərindəndir”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı kiminsə istəyi ilə deyil, xalqın tələbi, Azərbaycan dövlətinin mənafeyi ilə reallaşıb. Bu, o zaman qaçılmaz idi. Ya ümummilli lider xalqın səsini eşidib hakimiyyətə qayıtmalı, yaxud da Azərbaycan bir  dövlət kimi dünya xəritəsindən silinməli idi. Xilaskar Öndər məhz birinci yolu seçdi. Başqa cür ola da bilməzdi. Çünki o, bütün varlığı ilə xalqına, dövlətinə bağlı idi.

Böyük öndər heç vaxt xalqının tarixinə biganə qalmadı. Naxçıvanda mərkəzi hakimiyyətin hər cür  təxribat və təzyiqinə baxmayaraq o öz şəxsiyyətinin qüdrəti hesabına Muxtar Respublikanı qoruyub saxlaya bildi. Tanrı onun taleyini elə yazmışdı ki, yalnız xalqının taleyi ilə birgə yaşamalı idi.

Gəncə hadisələri başlayanda Azərbaycanda Heydər Əliyevdən başqa ikinci biri yox idi ki, vətəndaş müharibəsinin alovlarını söndürsün, ölkəni darmadağın olmaqdan xilas etsin. Və o, xilaskarlıq missiyasını çiyinlərinə alıb Naxçıvandan Bakıya gəldi. Gəncədə başlayan qığılcımın daha da böyüyüb alova keçməsinin qarşısını aldı.

Heydər Əliyev üçün hakimiyyət 100 minlərin şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü, milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarınını hüquq və azadlıqlarını təmin etmək, müharibə dağıntıları və keçid dövrünün əzabları zamanı xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tam hüquqlu üzvü etmək üçün lazım idi. Məhz bunu dərk edən xalq Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorumaq üçün ən çətin məqamlarda, eləcə də dəfələrlə edilən dövlət çevrilişi cəhdləri zamanı öz rəhbərinin çağırışına səs verib, xilaskarın, liderin müstəqilliyini qoruduğu kimi qoruyub. Heydər Əliyev həmişə yalnız və yalnız ictimai rəyə, xalqın gücünə arxalanırdı. Liderin gücü ilə xalq sevgisinin gücü birləşəndə isə onların qarşısında heç bir qüvvə dayana bilməz. Xalq, dünya, zamantarix artıq ona layiqli qiymətini veribonu Azərbaycanın ləyaqət etalonu, qüruru, varlığının mənəvi təcəssümü edib. “Heydər-xalq, xalq-Heydər” şüarı onunla Azərbaycan xalqı arasındakı vəhdətin əbədi ifadəsidir.

Bunun sübutu olaraq 1994-cü il  4 oktyabr dövlət çevrilişinə cəhdin qarşısının alınmasını söyləyə bilərəm. Həmin gün xəbər yayıldı ki, Gəncə qiyamçıların əlindədi. Respublikanın hər yerində həyəcanlı vəziyyət yaranmışdı. XTPD-çi qiyamçılar 8-ci kilometr qəsəbəsindəki qərargahlarından şəhərə hücum hazırlayırdılar. Hətta həmin istiqamətdə göndərilən bir zirehli maşın da qiyamçılar tərəfindən ələ keçirilmişdi. Məlum  hadisənin təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yolu üçün təklif olunmuş müxtəlif variantları rədd edərək televiziya ilə xalqa müraciət etdi, insanları  prezidenti, dövləti, dövlətçiliyi müdafiəyə çağırdı. Yüz minlərlə adam gecəyarısı Prezident Sarayının qarşısına toplandı.  O gecə xalq sevimli rəhbəri ilə birlikdə oldu, dövlət qiyamçılardan xilas olundu. Təhlükə sovuşdu. Bununla da Heydər Əliyev ən böyük arxasının xalq olduğunu bir daha sübut etdi. Azərbaycanın tarixində ilk dəfə idi ki, xalq küçə və meydanlara iqtidarı devirmək üçün deyil, prezidenti müdafiə və dövlətçiliyi qorumaq üçün axışırdı. Əgər hər hansı qüvvənin etibarına həmin çətin məqamda şübhə ola bilərdisə,  xalqın öz prezidentinin yenilməz inam və sədaqəti şəksiz idi. Qarşıdurma və əks tədbirlər taktikasını və strategiyasını ancaq Heydər Əliyev dühası elə qura bilərdi ki, faciənin qarşısı alınsın, Azərbaycan dövlətçiliyi xilas edilsin.

XX əsrdə tale Azərbaycan xalqına iki böyük ərməğan bəxş edib. Onlardan biri müstəqilliyimizdirsə, digəri Heydər Əliyev kimi dahi bir şəxsiyyətin xalqımıza mənsubluğudur. Onun yeni Azərbaycan siyasəti və dövlət quruculuğu haqqında fikirləri, ideya və düşüncələri ötən dövrün dərslərindən istifadə etməklə ölkəmizin işıqlı gələcəyinin gerçəkləşməsinə yönəlmişdir. Düzgün, uzaqgörən siyasəti nəticəsində bütün çətinliklərə baxmayaraq tezliklə ərazi bütövlüyümüzün bərpası, eləcə də ölkəmizdə sülh və əmin-amanlığın bərqərar olunacağı şübhəsizdir. Bu gün həmin istiqamətdə cənab prezident İlham Əliyevin apardığı xaricidaxili siyasət bu fikrimin sübutudur.

Heydər Əliyev dünyaya siyasətçi kimi gəlmişdi. Siyasət onun yaşayış tərzi, həyati tələbatı idi. Doğrudu, bir müddət o, fəal siyasətlə məşğul olmaq imkanından məhrum edildi, lakin o,  siyasətdən heç vaxt getmədi. Ölkədə baş verən siyasi hadisələri yaxından izlədi. Moskvada yaşayarkən - yüksək vəzifədə çalışmadığı dövrdə də vətəni ilə əlaqələrini kəsmədi. Azərbaycanda cərəyan edən  hadisələri kənardan da olsa müşahidə edirdi.

Heydər Əliyev qlobal düşüncəli siyasətçi idi. Apardığı daxilixarici siyasət təsəvvürə gəlməyəcək dərəcədə çoxşaxəli və mürəkkəb idi. O, dünya siyasətini formalaşdıran şəxsiyyətlərlə onların dilində və səviyyəsində danışırdı. Ulu öndərin apardığı siyasət sayəsində suverenliyimiz və müstəqilliyimiz möhkəmlənib, təmin edilib. Dünyanın ən nəhəng dövlətləri Azərbaycanla  çoxdan hesablaşmağa başlayıblar. Onun bayraqdarı olduğu ardıcıl və məqsədyönlü siyasəti bizi “Əsrin müqviləsi”nə, “Böyük İpək Yoluna, Bakı-Ceyhana, Bakı-Supsaya, NATO ilə əməkdaşlığa, ən nəhayər Avropa Şurasına apardı. Bütün bunlar ulu öndərin  uğurlu siyasətinin ən parlaq təzahürü, dövlətçiliyimizin və müstəqilliyimizin təntənəsidir. Siyasətdə müdriklik, həyatda praqmatiklik, dövlət idarəçiliyində ustalıq onun siyasətinin ana xətti idi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasının və siyasətinin bayraqdarı idi. O, yüksək mənəviyyatı, geniş erudisiyası və mədəniyyəti, ali intellektual səviyyəsi olan bir siyasətçi, mahir diplomat və dövlət xadimi idi.  Qəti söyləyə bilərəm ki, “Dahilər öz zamanında dərk olunmurfikrini ona şamil etmək doğrudur.   Heydər Əliyev fenomeni, onun dövlətçiliyimiz tarixində müqayisəyəgəlməz xidmətləri bir örnək olaraq öyrənilmiş, öyrənilir və öyrəniləcəkdir. Onun ölkəmizə rəhbərlik etdiyi  son on illik tarixi mərhələ müstəqil Azərbaycan dövlətinin yaranması, qurulması və inkişafı, dövlət quruluşunun  hüquqiləşdirilməsi, cəmiyyətin demokratikləşdirilməsi, dünya azərbaycanlılarının ümummilli birliyinin qurulması, ölkəmizin dünya dövlətləri sırasına çıxması mərhələsidir.

Politoloqlar arsında belə bir deyim var ki, tarix keçmiş siyasətdir, siyasət isə hazırkı tarixdir. Heydər Əliyev müasir siyasətimizi və tariximizi özündə birləşdirən dahi bir şəxsiyyətdir. Bu səbəbdən onun haqqında,  siyasəti ilə bağlı yazmaq tarixi qələmə almaq qədər çətin və məsuliyyətlidir. Atatürküntarixi yazmaq tarix yaratmaq qədər mühümdür” kəlamı bu fikrimin ən səlis və düzgün ifadəsidir.

Biz azərbaycanlılar avropalı olduğumuz qədər  də şərqliyik - Şərqin göbəyində, Avropanın  isə astanasındayıq. Unutmamalıyıq ki, şərqlilər Azərbaycanı özlərindən sayır, avropalılar isə bizi emosional qafqazlı hesab edirlər. Nə qədər özümüzü sivilizasiyaya yaxın bir xalq, ölkə kimi göstərsək də bütün bunları qəbul etməliyik. Birbizim nəzərimizə açıq şəkildə çatdırılmasa da müsəlman-xristian dünyaları  arasında müəyyən qədər qarşıdurmanın olduğu danılmaz bir faktdır, hərdən kəskinləşən, hərdən də səngiyən ziddiyyətlər də mövcuddur. Çox vaxt maraqların və mənafelərin üstün gəlməsinə baxmayaraq bu, özünü müəyyən dərəcədə büruzə verir, hərdən gözlənilməyən istiqamətdən meydana çıxır və məsələlərin, dünya siyasətinin gedişatına öz təsirini göstərir. Bütün bu reallıqları nəzərə almamaq Heydər Əliyev kimi böyük bir siyasətçi üçün mümkünsüz idi. Bunları dərindən analiz edən ulu öndər dövlət rəhbəri kimi çalışdığı ilk gündən qonşu Şərq dövlətləri, ərəb və İslam aləmi ilə də sıx əlaqələr qurmaq üçün əlindən gələni əsirgəmədi. İlk növbədə hələ sovetlər dönəmində - 1970-ci illərdə Şərq dövlətlərinin rəhbərləri ilə qurduğu şəxsi əlaqələrdən və təmaslardan yeni yaradılacaq əməkdaşlığın təməlini qoymaq üçün istifadə etməyə başladı. Bu gün Heydər Əliyev təcrübəsinin fonunda yaradılan həmin əlaqələr öz bəhrəsini verib. Azərbaycan dünya birliyində tolerant dövlət kimi öz yerini möhkəmləndirib. Bu, dahi rəhbərin xidmətləridir.

Xalqların və dövlətlərin taleyində əvəzolunmaz xidmətlər göstərən, real təhlükə anında polad çiyinlərini ağır yükün altına verən, xilaskarlıq missiyasını yerinə yetirən şəxsiyyətlər əbədiyaşar bir ömür qazanırlar. Onlar tarixə öz möhürlərini elə vururlar ki,  özlərindən sonra heç bir qüvvə həmin möhürün üzərinə kölgə salmaq, onu görünməz etmək və ən nəhayətdə silmək iqtidarında olmurlar. Belə şəxsiyyətlərin ömrü təmsil etdiyi xalqın və dövlətin ömrü, geniş mənada isə tarixin öz ömrü qədər olur.

Heydər Əliyev məhz bu ömrü  zamanında yaşadı. O bu gün də xalqının qəlbində yaşayan, sabah da yaşayacaq böyük xilaskar, fenomen bir şəxsiyyətdir.

 

Züleyxa NADİR

 

Olaylar.- 2016.- 11 may.- S.8.