“Hər səsi çevirib söz etmək olmur”...

 

Daşlar ovula-ovula, qayalar sökülə-sökülə ölür... Millət isə unuda-unuda” – deyirdi görkəmli ədəbiyyatşünas alimimiz Yaşar Qarayev; çağdaş nəslə, yetişməkdə olan gəncliyə əyan olsun deyə..!

Böyük alimin sözünü dinləyib, öyüdünü alan yeni nəsl yazarlarının istedadlı nümayəndələrindən olan Əkbər Qoşalı təbii ki, ilk növbədə bu könül, ruh ürpənişlərinin gerçək yaşamını şerin, sözün diliylə ifadə etməyə çalışdı və... başarılı oldu. Qələmə aldığı hər misrası, sözü ilə anlada bildi ki, Yaşar müəllimin bəhs etdiyi həqiqətlərin “nəliy”inə vaqif olmaq üçün ilk növbədə öz qəlbinin, düşüncənin dərinliyinə baş vurmalısan. Elə lap ilkdən, öz qəlbinin dərinliynə baş vura bilən Əkbər çağdaş poeziyamıza, bir növ, yetkin, bitkin halda gəldi. Necə deyərlər, öz imzasını təsdiq etmiş halda... Elə bil ki, bu imza yüzillərin o biri üzündən aşıb gələn imzalarla bir arada olmuşdu. Bu imzanın yeniliyi oxucunukimlik” sualı altında qoymadı. Həmişə var olan köhnə tanışa dönmüş bir ad kimi ədəbi dairələrdə, ariflər qatında əziz tutuldu. Təbii ki, bu doğmlıqda, qəlbibirlikdə onun zövqlə, dərin bir incəliklə yazdığı şeirlər başlıca rol oynadı. O şeirlər etibarlı bir körpü, bağ kimi oxucu-şair, əslində yeni imza arasında vəsiləyə döndü... İlk növbədə o şeirlərin səmimiyyəti, dünyagörmüş bir ahıllıqla etdiyi titrəyiş oxucu qəlbini aldı, apardı:

Şairlər yanar, qovuşar, yandı şam, yandı pərvanə. Sübh ölər, axşam qayıdar şamlar, dörd yanı pərvanə...

Görərlər sevgi azalıb, dönərlər, min söz dolanıb; Qiyamətə lap az qalıb, düzdümü, yəni, pərvanə?

Qiyamətə lap az qalması təlaşını daha zor, güclü görünən dağa, daşa, ağaca yox... məhz zərif qanadlı bir pərvanəylə bölmək duyğusallığı həm də şairin dünyanın gələcəyinə əmin-arxayınlığının ifadəsidi, bəlkə..? – Bilir ki, ha yana hərlənsə, dönüb dolansa da, yenə də pəvanəyə qalan şam, şama qalan pərvanə olacaq:

Olan oldu, keçən keçdi, qara sevdalar gerçəkdi.. Yenə qanadı ilişdi, yandırdı pərvanəni şəm, yandırdı şəmi pərvanə...

Şəm-pərvanə arası dünya sevdasının son ucu Əkbər Qoşalının yozumunda hər dəfə gəlib Dədə Qorqud deyimliUca Tanrı yazmayınca bəndə bulmaz..!” həqiqətinə, dünyagörmüşlüyünə çıxır ki:

Tanrı yazıb, ömrümüz bir cümlədi, hər cümlənin yanında bir nöqtə var. Şah işarə sual”, nida”dı, hərəsinin qanında bir nöqtə var.

Əkbər Qoşalı poeziyası bütün durumu ilə anladır ki, qələm hər vaxt yaxşı söz üçün dirəniş göstərir, inam olmayan yerdə nəfslər əxlaqı yenə bilər. Bütün bu çıxılmazlıqların yeganə, gerçək yolunu bütün hallarda poeziya özündə ehtiva edir. Əkbər Qoşalının poetik dünyası öz ətrini Əhməd Yəsəvi, Mevlana, Hacı Bektaş Vəli, Yunus Əmrə düşüncəsindən, həyatabaxışından alır. Ancaq, eyni zamanda da o, bu günün ədəbi texnologiyalarının, ədəbiizm”lərinn dilinə, nədənliyinə yaxşı bələddi. Onun yaradıcılıq axtarışları davamlı, məntiqli gələnəyə sayğılıdı. Söz bitən yerdə qələmin yas saxlaması həqiqətini yaradıcılıq axtarışlarının gözü qabağında saxlaya bilən şairlərdəndi Əkbər. Ona görə milli poeziyamızın ədəb-ərkanından süzülüb gələn, düşüncə kamilliyimizi özündə daşıyan misraları öz-özünə süzülüb gəlir:

Yolunu azarsan, yol səni səslər, nəsə itirərsən, ol səni səslər. Hər səsi çevirib söz etmək olmur, qəlb kədəri gəzər, dil qəmi səslər.

Eyni yerdən gələr, başqadı adı, başqadı səs dadı, şirin söz dadı, Səslərin gözəli qara sazdadı, Kərəmi çağırar, Dilqəmi səslər.

Əkbər Qoşalı şeriyyəti Kərəmi çağırıb, Dilqəmi səsləmək vadisi, yalı-yamacı arası axıb gedən nəhr, bulaq misallıdı; qəlbə, ruha daha çox sərinlik, toxtaqlıq şükranlıq duyğusu gətirir. Bu duyğuların məstliyi uzun bir ömrə, yaşama dəyər... Bütün hallarda Əkbəri oxuduqcadeyir səs ölməyir, deyir söz ölmürhaqqına köklənirsən. Eyni zamanda oxucu qənaəti hər bir halıyla şairlə həmrəyədi ki, əgər doğrudan da söz ölmürsə, bəs onda hansı səbəbdən lazım olduğu məqamlarda bütün varlığıyla eşidilməyir..? Əkbər Qoşalının bu sualının cavabı elə onun öz yazdıqlarındadı. Sadəcə, oxucu fəhminə ehtiyac var.

Əkbər Qoşalı poetik sözə ehya verə bilən qələm adamıdı. Onun poetik təfəkkürü söz aşiqliyinin köynəyindən klassik çağdaş poeziya gələnəyi üstündə, özəl bir bağlantı ilə keçib, bu müstəvidə qundaqlanıb. Onun şeirlərində aşiqlik zövqü, aşiqlik istedadı var. Oxuduqca inanırsan:

Dindən əvvəl Sevgi özü Din idi, onda aşiqyardı, onda yaraşiq... Əvvəl sözünsusma!” idi, “din!” idi, indi isə susmaq olub yaraşıq...

Əkbərin şeirləri sözün dirənib qaldığı, susduğu yerdən başlayır. Yəni, şerin, sözün sabahına daha çox inam, daha çox etibar gətirir. Bu ruhda heç bir halda bədbinlik, özünəqapanma yoxdu. Ən dərdli çağında, qəmli çağında, bütün dünyanın amansızlıqla üstünə

yeridiyi bir məqamda belə bu şeirlərə könül verə-verə bütün qayğılarını, dərd-sərini, ömür-gün qarğaşalarını unuda bilərsən. Gəlib o yerə çıxa bilərsən ki:

Kipriyimlə götürmüşdüm mən odu,

onu gördüm, yenə qəlbim oddandı.

Canan görüb, gülüb, deyib bu odu, -

ona deyin, bir eşq adlı oddandı...

Sinəsində ürək deyil, od olanların yığvalı, gedib-gedib yenidən qayıdacağı ovqatı belədi. Əkbər o şairlərdəndi ki, inam səmimiyyətlə yaza bilir:

Elə bil qələmə ayə keçibdi,

gözümü kağızdan ayırammıram.

Əkbərodlanmayan ürəkləri od dandıdeyərkən , inandırıcıdı. Bütün halları ilə onun yaradıcılığı qələm dostlarının poetik dünyasına qığılcım saçıryəni yazmağa, yeni söz deməyə istinad nöqtəsi olur. Elə mən bu sətirləri yaza-yaza qəlbimin bütün səmimiyyəti ilə yazdığımyarası ağrıyır şeir balamınmisrasını xatırlayıram. Yəni, ağrı, kədər havası gəlirsə, deməli yeni bir şerin doğum günü başlayır. Uğurlu gündü demək...

 

Gülayə Şınıxlı

 

Olaylar.- 2016.- 12 may.- S.10.