Qanı zəhərdən təmizləyən
meyvə
Yazın bol sulu və şirin meyvəsi
olan şaftalı, xərçəngdən ürəyə qədər
bir çox xəstəliyə qarşı mübarizə
aparır. Həzm sistemini işlədib
həzmi asanlaşdırır. Böyrək və öd kisəsinin nizamlı işini
təmin edər. Bağırsaq qurdlarını öldürər
və bağırsaqları yumşaldar.
Qanı zəhərdən təmizləyir. Bədənin xəstəliklərə
qarşı müqavimətini artırar. İnsan
bədənində hərarəti
aşağı salır. Şaftalı əsil kalium anbarıdır. C vitamini
və çox sayda flavonoid maddalərini bədənə ötürür. Lif və
betakaroten tərkibi ilə zəngindir. Xərçəngə
qarşı qoruyucudur. İnfarkt
riskini azaldar. Gut xəstəliyinə qarşı təsirli
bir dərmandır. A, B və C vitaminləri
ilə yanaşı kalsium, maqnezium, natrium, dəmir və
fosfor minerallarını özündə
cəmləşdirir. Dərini nəmləndirər və
canlandırar. Təəssüf ki, bir çox insanlar bu meyvə tüklü olduğundan bir çox insanlar ondan istifadədən
imtina edir. Odur ki, kimi
bu meyvənin tükündən
huylanır yeməz, kimi mətbəxindən
əskik etməz. Ancaq ləzzətli bir meyvə olan
şaftalının, təbiətin bütün
möcüzələri kimi saysız
faydası vardır. Məhz bu səbədən
tüksüz şaftalı
sortlarının yetişdirilməsi
reallaşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, şaftalı (Persica Mil., 2/2=16) yabanı halda yayılmış 6 növü məlumdur. Bunlardan əksər şaftalı sortlarının əmələ gəlməsində iştirak edəni Adi şaftalıdır. Şaftalı MDB üzrə cənubi Ukrayna, Şimali Qafqaz, Güney Qafqaz və Orta Asiya respublikalarında əmtəə xarakterli bitki kimi becərilir. Dünya miqyasında isə şaftalı bütün qitələrdə becərilir. Adi şaftalı dünyanın müxtəlif ölkələrində yayılmışdır. İlk forma əmələgəlmə mərkəzi Çin, ikinci forma əmələgəlmə mərkəzi isə Orta Asiya, İran, Güney Qafqaz sayılır. Avropaya ilk dəfə İrandan keçdiyi üçün qədim romalılar bunu qabaqca “İran alması”-Malus persica adlandırmışlar. Sonralar cinsin adı yer adı ilə -Persica saxlanmışdır. XVII və XVIII əsrlərdə şaftalı Fransada geniş inkişaf tapmış və orada tüklü və tüksüz (tərəli, nektarin) sortları, həmçinin hülü və kərdi formaları da ayrılmışdır. Adi şaftalı 3-8 m hündürlükdə ağac, bəzən isə kol tipli ağacdır. Çətri seyrək, kürə, sallaq və yığcam formalı olur. Tez böyüyən, yüksək zoğ vermə qabiliyyətinə malik, tez məhsula düşən və nisbətən az ömürlü bitkidir. Tumurcuqların oyanması qabiliyyəti yüksək olduğundan tez bir zamanda çətri formalaşır və sıxlaşdığından, şah budaq rəqabətdən məhv olur, skelet budaqlar tezliklə lütləşir. Zoğ bərpaetmə qabiliyyəti zəif olduğundan yaşlı ağaclarda cavanlaşdırıcı budama səmərə vermir. Şaftalı meyvələrində (%-lə) 5,49-15,25 şəkərlər, 0,12-1,84 pektin, 1,11-4,81 sellüloza, 12,5-20 mq% C vitamini, mineral duzlar vardır. Ləpəsində 4,84-56,88% yağ vardır. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı istifadə edilir. Şaftalı meyvələrindən təzə halda yeyilməkdən başqa, eyni zamanda müxtəlif məhsulların-kompot, mürəbbə, cem, povidlo, şirə, qax hazırlanmasında da istifadə edilir. Şaftalı meyvələri xalq təbabətində qan azlığı zamanı, hemoqlibinin və qırmızı qan kürəciklərinin artmasına şərait yaradan vasitə kimi istifadə edlir. Dünyada 20.274.287 ton şaftalı istehsal olunur ki, bunun 63,69% Asiya ölkələrinin, 19,81% Avropa ölkələrinin və 11,78% Amerika qitəsi ölkələrinin payına düşür. Şaftalı istehsalına görə Çindən (10.718.048 ton) sonra İtaliya (1.590.660 ton), İspaniya (1.134.750 ton), ABŞ (1.044.440 ton), Yunanıstan (639.400 ton) və İran (500.000 ton) yer tutur. Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz iqtisadi zonası şaftalı istehsalının 45,4%%-ni təşkil edir. Şaftalının dünya miqyasında 500-dən artıq sortu vardır. Ölkəmizdə 100-ə qədər yayılmış sortu məlumdur. Dünyada şaftalı istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və sənaye əhəmiyyətli sortlar: Escarolita, Vesuvio, Şasta, Viviyan, Andross, Klamt, Sudanella, Carolin, Halford, Saripapa, Sprinqtaym, Presosisma, Öli Red, Blazinq Qold, Merill Qem Fri, Kardinal və s. sortlardır. Respublikamızda əsasən rayonlaşdırılmış və perspektivli olan sortlardan Fədai, Qızıl Yubiley, Elbert, Salami, Mayçiçəyi, Tərəli (nektarinlər) sortlardan Boston, Viktoriya, Ski, Krasnodares sortları becərilir. Şaftalı istisevən bitkidir. İstiyə və işığa tələbkardır. Şaxtaya az davamlıdır. Xüsusən çiçək tumurcuqları nisbi sükunət dövründə belə 20-22° şaxtadan ciddi zədə alır. Cənub mənşəli sortlar isə şaxtaya daha davamsızdır. Quraqlığa davamlıdır. Şaftalı torpağa tələbkardır. Yüngül, kifayət qədər qidalı torpaqlarda yaxşı inkişaf edir. Şaftalı bitkisi bir qayda olaraq göz calağı ilə artırılır. Yaşıl çiliklərlə artırma və qış calağından da istifadə edilir. Calaqaltı olaraq şaftalı, badam, alça, gavalı və bəzi hibrid formalarından istifadə edilir. Az ETB və SB İnstitutunda, eləcə də Krımsk təcrübə - seleksiya stansiyası və ADAU-nun meyvəçilik və subtropik bitkilər kafredrasında aparılan təcrübələr nəticəsində, şaftalının, gavalı və AP hibridi (alça-şaftalı) üzərində normal bitiş verdiyi və yaxşı inkişaf etdiyi müəyyən edilmişdir. Ağır, rütubətli torpaqlarda şaftalının gavalı və alçaya, quru torpaqlarda badam və əriyə calanması tövsiyə edilir. Lakin bu zaman calaqaltı sort kombinasıyalarının uyğunluğu nəzərə alınmalıdır. Adi halda şaftalı üçün ən yaxşı calaqaltı şaftalı toxmacarları sayılır. Calaq olunmuş bitki bir ildə güclü boy verərək bağa əkilmək üçün yararlı olur. Şaftalı bağı üçün sahə nisbətən düzən, küləklər tutmayan, soyuq hava durğunluğu olmayan yerlərdə seçilməlidir. Seçilmiş sahəyə torpağın münbitliyindən asılı olaraq hektara 15-25 t peyin, 60-90 kq fosfor və kalium verildikdən sonra, torpaq 25-30 sm dərinlikdə şumlanır. Əkin payızda və erkən yazda aparılır. Əkin kvadrat və ya düzbucaqlı əkin sxemi ilə, qida sahəsi 5-6x4-5 m olmaqla aparılır. Bütün sahə qara herik altında saxlanılır. Cərgəaralarından başqa bitkilərin becərilməsi üçün istifadə edilməsi və ya torpağın ot bitkiləri altında saxlanması, şaftalının əziyyət çəkməsinə səbəb olur. Yeni şaftalı bağının salınması üçün 5x4 m, 6x3 m sxemlər üzrə 5500 manatdan 5780 manata qədər vəsait tələb olunur. Şaftalının 1 hektarından 200 sentner məhsul alınarsa 3500-4000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 55% təşkil edir.
Nurlan
Olaylar.- 2016.- 12 may.- S.11.