Damar sərtliyi və iflic
xəstəliyinin dərmanı
Azərbaycanda geniş
yayılmış mandarının (naringi) insan orqanizminə
ciddi faydaları var. C vitamini ilə
zəngin olan mandarini
payız və qış aylarında istifadə edildikdə həm
artıq çəki alınmasına mane
olur, həm də insanı bir sıra xəstəliklərdən qoruyur. Bu meyvə A, B, C
vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və
fosfor minerallarına malik
olmaqla, istifadə zamanı bədəni
möhkəmləndirir, qanı təmizləyər.
Mandarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur. Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin, ömür boyu sağlamlığı təmin edir. Ayrıca olaraq narıngi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir. Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir. Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir. İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə etmək mümkündür. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evi xoş ətirli etmək olar.
Kənt Təsərrüfatı Nazirliyindən
verilən məlumata görə, naringi Citrus reticulata Blanco. adlanır. Bu növ daha çox
torlu naringi adlanır.
2-3 m hündürlükdə olub, seyrək və dağınıq çətrə
malik kol tipli ağacdır. Gövdə
qabığı bozumtul - qaradır. Cavan zoğları yaşıl rənglidir.
Yarpaqları tünd yaşıl, uzunsov oval formalı, ucu sivridir. Yarpaq
saplağı qanadlıdır. Çiçəkləri
xırda, tək-tək və ya 3-5 ədəd
olmaqla qruplarla yerləşir.
Ətirli, açıq çəhrayı və ağ rənglidir, yarpaq qoltuğunda yerləşir. Bitki
birevli, çiçəkləri ikicinslidir. 5 ədəd kasa
yarpağı, 5 ədəd ləçək yarpağı, 1
dişicik, çoxlu
erkəkciyi var. Erkəkciyin toz kisəsi toz vermir. Bakirə (partenokarp)
meyvə verir. Bəzi sortları, mayalanma getmədən, vegetativ
stimulyasiya nəticəsində
yumurtalıqda qız hüceyrələrin bölünməsi
hesabına, həyat qabiliyyətli toxumu olan meyvələr yaradır. Bu
prosesə apomiksiya deyilir.
Meyvələri sortlardan asılı olaraq xırda, orta və iri olur. Diametri
6-8 sm-ə qədər olub, yumru, yastı uzunsov, armudvari formalıdır. Meyvə
qabığı, parlaq
narıncı-sarı rəngli, şirin,
turşməzə tamlıdır. Əksər meyvələr toxumsuz olur.
Qabığı lətdən asan
ayrılır, meyvə 9-13 dilimdir. Sortlardan asılı olaraq
kimyəvi tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək
şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda bütün
sortlar yüksək vitaminlidir.
Naringinin tərkibində 1,9-2,5% efir yağı, 0,4 mg% karotin, üzvi turşular, şəkər, az
miqdarda azotlu maddələr,
C, B1, B2, A, P, PP vitaminləri vardır. Dünyada
2029000 ha sahədə naringi
bitkisi yetişdirilir. Naringi istehsalında ön
sıralarda olan ölkələr
sırasında Çin (10,1 mln. ton), İspaniya
(1,7 mln. ton), Braziliya (1,1 mln. ton) və Türkiyədir (858 min
ton). Naringi
istehsalında əhəmiyyətli ölkələr isə Misir, Yaponiya, Koreya, Pakistan və
ABŞ-dır. Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası
naringi istehsalının 99%-ni təşkil
edir. Naringi sortları
əmələgəlmə və yayılmasına görə
müxtəlif olduqlarından onlar torlu naringi növü
daxilində 7 pomoloji qrupa
ayırılır: Unşiu qrupu, Tanjerin qrupu, Suxoykan qrupu, Suntara-ponkan və ya Çinlıindistan qrupu,
Mədəni naringı və ya Hindi-Çin-Malayziya qrupu,
Xırda meyvəli və ya Çin-Yapon qrupu, Hibrid formalar qrupu. Naringinin Kovano-vase, Ovar, Silverxil, Klementin, Pioner 80, Soçinskiy 23 ən geniş yayılmış sortlarıdır. Naringi sitrus
meyvə bitkiləri içərisində şaxtaya
daha davamlısıdır.
8°-yə qədər
şaxtanı normal keçirir.
Yerüstü hissəsi 10…12° şaxtadan,
meyvələri 2° şaxtadan
zədələnir. +30°-dən artıq temperaturda bitkidə maddələr mübadiləsi
dayanır, böyümə
zəifləyir. Rütubətə
tələbi limondan az, portağaldan
isə artıqdır.
Naringinin
normal vegetasiya dövrü
(orta sutkalıq temperatur 10°-dən artıq olmaqla) 190-210 gün təşkil edir. Torpağa münasibəti kök
sistemindən asılıdır.
Trifoliataya calanmış bitkilər
münbit, yaxşı
su və hava keçirmə qabiliyyətinə malik torpaqlarda daha yaxşı inkişaf edir.
Naringi açıq
şəraitdə becərilmək
üçün trifoliataya
calaq edilir. Calaqaltıların
becərilməsi, calanması
və digər işlər limon
bitkisində olduğu
kimi aparılır. Naringi bağı da limon
bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Bağ üçün nisbətən düzən,
yaxşı işıqlanan
sahə seçilir.
Bağ yamaclarında naringi digər sitruslarla birgə əkilərsə
o, şaxtaya nisbətən
davamlı olduğundan,
yamacın yuxarı hissəsinə planlaşdırılır.
Yeni naringi bağının salınması üçün
3x4 m sxemi üzrə
8500 manata qədər
vəsait tələb
olunur. Hektardan orta hesabla
240-250 sentner məhsul
alınarsa həmin sahədən 6000 manat mənfəət əldə
etmək olar. Belə olan halda rentabellik
səviyyəsi 97% təşkil
edir.
Nurlan
Olaylar.- 2016.-18 may.- S.12.