Əhalinin içməli su təminatı:
görülmüş
işlər, real vəziyyət
və perspektivlər
Həyatı su olmadan təsəvvür
etmək mümkün deyil. Bütün mübadilə
proseslərində iştirak edən su həyatın əsas
özəyini təşkil edir. Onun qeyri-sağlam, natəmiz
olması birbaşa insanlığın, gələcək nəslin
sağlamlığının təhlükə altında
olmağı deməkdir. Məhz elə bu səbəbdən də
onun təmizliyinə etinasız yanaşmaq birbaşa insan
orqanizminə mənfi təsir göstərə bilər.
Susuzluq və yaxud natəmiz su insan orqanizmində müxtəlif
xəstəliklərin yaranmasına səbəb ola bilər.
Unutmaq olmaz ki, gündəlik tələbatımız olan suyu lazımı miqdarda qəbul etməyimiz hələ sağlamlığımızın təminatı demək deyildir. Təbiətdəki suyun mühafizəsi haqda bilmək əsas şərt deyil, ən əsası bu suyun necə və hansı yollarla təmizləndiyini bilmək və vətəndaşlara hansı keyfiyyətdə çatdırıldığını öyrənməkdir. Məhz bütün bu suallara cavab tapmaq, gözlərimlə görüb əmin olmaq və bu informasiyanı ictimaiyyətə çatdırmaq üçün Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinə üz tutdum. Kompleksin ərazisinə daxil olarkən diqqətimi ilk cəlb edən ərazinin çox ciddi mühafizə olunduğu və ziyarətçilərin bura xüsusi icazə ilə buraxılması oldu. Bakı əhalisini təmin edən suyun təmizlənmə prosesinə keçməzdən əvvəl bu suyun ilk olaraq mənbəyini araşdırdım.
Paytaxt
Bakımızı təmin edən
su mənbəyini
hardan alır?
Məlumdur ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də bütün Abşeron yarımadası suya olan tələbatını Ceyranbatan su anbarı vasitəsi ilə ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan bu su anbarı 1955-ci ildə Bakı və Sumqayıt şəhərlərində içməli suya olan tələbatın artması ilə bağlı inşa edilmişdir. Bura su Samur-Abşeron kanalından daxil olur. Ceyranbatan su anbarının həcmi - 186 mln kub metr, uzunluğu - 8,74 km, maksimal eni – 2,15 km, maksimal dərinliyi- 28,5 metr, orta dərinliyi – 14,5 metrdir. Su anbarı içməli su üçün nəzərdə tutulduğundan, 1965-cı ildə qəbul olunan qərara əsasən burada 3 hissəli sanitar zona yaradılmışdır. 2001-ci il tarixində birinci zonanın ətrafında hasar çəkilmişdir və onun üzərində isə çoxlu sayda müşahidə kameraları yerləşdirilmişdir. 1955-ci ildə isə su anbarının yanında Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi inşa edilmişdir. Birinci qurğu 1961-ci ildə, ikinci 1968 -ci ildə, üçüncü isə 1978-ci ildə istifadəyə verilmişdir. 1998-2002-ci illər ərzində sutəmizləyici qurğuların əsaslı təmiri həyata keçirilmişdir.
Suyun təmizlənməsi
və
duruldulması
prosesi
Ceyranbatan su anbarndan Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinə daxil olan su ilkin mərhələdə xlorlanır, daha sonra bu suya xüsusi maddə - maqnaflok vurulur ki, bu da suyun bulanıq olmasının qarşısını alır. Su anbarına ötürülən suyun həcmi xüsusi sayğac vasitəsi ilə qeydə alınır, kompleksin işçiləri gündəlik olaraq suyun göstəricələrini qeyd edirlər. Əhalinin tələbatından asılı olaraq, qış mövsümündə emal üçün Ceyranbatan su anbarından götürülən suyun həcmi aylıq 15-20 mln kub metr təşkil edirsə, yay mövsümündə bu rəqəm aylıq 20-25 mln kub metrə qədər artır. Eyni zamanda sutka ərzində isə bu rəqəm 500-800 min kub metr arası dəyişməkdədir. Xlor suya iki dəfə əlavə olunur. Birinci dəfə suyun su anbarından kompleksə daxil olduğu zaman, ikinci dəfə isə filtrasiya prosesi yekunlaşdığı zaman. Beləliklə, suyun xlorla təmizlənməsindən sonra növbəti mərhələdə su duruldulur. Bu prosesi sürətləndirmək üçün su sudurulducuda labirint “texnologiyası” ilə sona qədər duruldulur. Daha sonra əmələ gəlmiş lil qarışıq mərkəzi kameraya ötürülür, burada nasosların vasitəsi ilə yaxınlıqdakı kiçik gölə nəql olunur. Təmizlənmiş və yarımiçməli su ilk növbədə mərkəzi kamerada yığılır, oradan isə içməli suyun filtrasiyasını həyata keçirən xüsusi su hövzələrinə ötürülür.
İçməli
suyun əsas təmizlənmə
mərhələsi
– filtrasiya
Suyun emalı prosesində son mərhələ -
filtrasiyadır. 1968 –ci ildə inşa edilən sutəmizləyici
qurğular stansiysı 12 su hövzəsindən ibarətdir,
hansı ki, məhz suyun təmizlənmə prosesi həyata
keçirilir. Hər bir su hövzəsində 2 qum filtri istifadə olunur, bu filtirlər hər
gün yuyulur. Gündəlik
yuyulmadığı halda sutka ərzində onlar
tıxanır və filtrasiyanın sürəti zəifləyir.
Filtrlərdə qumun səviyyəsi daim nəzarətdədir.
Hər bir su hövzəsinin yuyulma prosesi 30-40 dəqiqə
vaxt alır ki, bunun üçün də 50 kub metr su tələb
olunur. Gündəlik bir su hövzəsinin
emal etdiyi suyun həcmi 20 min kub metrdir. Suyun
filtrasiya olunması prosesi tam
avtomatlaşdırılmışdır, operatorlar təmizlənmə
prosesini monitordan izləyirlər. Sutkanın 24 saatı
bu proses operatorların nəzarətindədir. Monitorda
suyun filtrasiyası və su hövzəsinin təmizlənməsi
haqda müvafiq informasiya əks olunur. Sistemdə
nasazlığın baş verdiyi halda bütün bu proses
mexaniki yolla tənzimlənir. Onu da qeyd edim ki,
filtrasiya prosesində su yenidən õlorlanır və təmiz su anbarlarına göndərilir.
Bütün bu suyun təmizlənmə mərhələlərinin
sonunda su içmək üçün yararlı hala gətirilir
və bütün normalara cavab verir. İçməli
su altı magistral su xətti ilə Binəqədi,
Maştağa və Sumqayıt istiqamətlərinə
paylanır. Binəqədi istiqamətində
ötürülən içməli su diametri 1400 mm olan
üç magistral su xətti, Sumqayıt istiqamətində
isə diametri 1200 mm olan iki magistral su xətti, Maştağa
istiqamətində isə diametri 1400 mm olan iki magistral su xətti
vasitəsi ilə suyun paylanmasını həyata keçirir.
İçməli suyun istehlakçıya sona qədər
çatdırılması nasoslarla təmin olunur. Birinci zalda 9 nasos, ikinci zalda 10 nasos yerləşdirilmişdir.
İstehlakçıların tələbatından
asılı olaraq bu nasoslarln hamısı və yaxud bir qismi
aktivləşdirilir.
İçməli suda xlorun
səviyyəsinin yoxlanılması
İçməli suya xlorun əlavə olunması
normalar çərçivəsində həyata
keçirilir.
Sudakı xlorun qalıq səviyyəsi hər
bir saatdan bir yoxlanılır. Bu işlə
xüsusi laborantlar məşğul olur. Yay
mövsümü ilə müqayisədə qış
aylarında suya əlavə olunan xlorun miqdarı nisbətən
daha az olur. Səhiyyə Nazirliyi yanında
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
normalarına əsasən, içməli sudakı xlor
qalıqların miqdarı minimum - 0,3
maksimum - 0,5 mq/litr çərçivəsində
olmalıdır. Su dezinfeksiya edildikdən sonra
suda qalan xlor qalıqları suyun daha sonra ötürülməsi
zamanı onun ikincili çirklənməsinin
qarşısını alır. Baxmayaraq
ki, sutəmizləyici stansiyada su normalara uyğun təmizlənir,
lakin istehlakçının mənzilinə çatana qədər
içməli su bir çox çirklənmələrlə
üzləşə bilər. Bir sözlə
yekunlaşdıraraq deyə bilərik ki, suya əlavə olunan
xlor suyun istehlakçıya təmiz halda
çatdırılması məqəsədi
daşıyır və bütün normalara uyğundur.
Dünyanın ən böyük
ultrasüzgəc sutəmizləyici
qurğular kompleksi Azərbaycandadır
Azərbaycanda ölkə başçısının
uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq bu gün
ölkəmizdə əhalinin həyat səviyyəsi
günü-gündən yüksəlir, ölkənin ekoloji vəziyyəti
yaxşılaşdırılır, insanların düzgün
həyat tərzi üçün sağlam mühüt
yaradılır. Başqa digər sahələrdə
olduğu kimi, su təsərrüfatı sahəsində də
çox mühüm layihələr həyata keçirilir.
Təsdiq olunmuş dövlət proqramlarına
uyğun olaraq “Azərsu” ASC tərəfindən həyata
keçirilən layihələr çərçivəsində
yeni su anbarları, magistral və şəbəkə xətləri,
sutəmizləyici qurğular tikilir. Əhalinin
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə
görülmüş bütün işlər cəmiyyətimizin
sağlamlığına və əhalinin sosial
rifahının yaxşılaşdırılmasına yönəlmiş
çox mühüm bir addımdır. Bu
inkişafın bariz nümünəsi olaraq 2015-ci ildə
istifadəyə verilmiş, Azərbaycanın su təsərrüfatı
tarixində çox mühüm bir hadisə olan, dünyada ən
böyük Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksini göstərə bilərik.
Abşeron
əhalisinin daha keyfiyyətli və dayanaqlı içməli
su ilə təmin edilməsi, Bakıətrafı ərazilərdə
əhalinin içməli suya olan tələbatının
ödənilməsi, Kür sutəmizləyici qurğusunda
emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə
istiqamətləndirilməsi, Ceyranbatan sutəmizləyici
qurğusunun 3-cü növbəsinin köhnəlməsi yeni
qurğunun tikintisini, Taxtakörpü su anbarının və
Taxtakörpü-Ceyranbatan su kanalının inşası nəticəsində
Ceyranbatan gölündə lazımı həcmdə su
ehtiyatının yaranması bu layihənin reallaşdırılmasını
zəruri edirdi. Bu layihənin ərsəyə gəlməsində
əas faktor kimi qəzalar zamanı su təchizatında
dayanıqlığının təmin edilməsi, istismar
olunan magistral xəttlərin yenidənqurulması nəzərə
alınmış və ən əsası dünyanın bir
sıra aparıcı ölkələrinin və şirkətlərin
təcrübəsindən bəhrələnilmişdır
Yuxarıda sadaladığım təmizləmə
qurğularından fərqli olaraq yeni istifadəyə
verilmiş kompleksdə su ultrasüzgəc texnologiyasına
uyğun ən yüksək səviyyədə, heç bir
kimyəvi təmizlənməyə məruz qalmadan mexaniki
üsulla emal olunur və onun təbii mineral tərkibi tamamilə
qorunub saxlanılır. Ultrasüzgəclər sudakı xoşagəlməz iy,
dad və tamı yox etməklə
yanaşı, eyni zamanda suyu virus, bakteriya və agır
metallardan da təmizləyir. Tam qapalı,
avtomatlaşdırılmış rejimdə emal olunan su
Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq
qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qurğuda quraşdırılmış 5280 süzgəc
modulunda saniyədə 6,6 kub metr su emal
olunur, gələcəkdə isə bu rəqəmi 7,5 kub metrə
çatdırmaq mümkün olacaq.
P.S. Azərbaycan
vətəndaşlarının fasiləsiz, təmiz və
keyfiyyətli içməli su ilə təmin edilməsi haqda
ölkə başçısının xüsusi diqqət və
qaygısı olaraq son illər içməli su və
kanalizasiya sektorunda
həyata keçirilən işlər daha da
sürətlə davam etdirilir. Bakı şəhəri
və regionlarda layihələrin həyata keçirilməsi
müvəffəqiyyətlə davam etdirilir. İcra edilən layihələr çərçivəsində
sutəmizləyici qurğular, anbarlar, magistral və şəbəkə
xətləri tikilir, yeni kanalizasiya sistemləri
yaradılır. Bütün bu
görülən işlər əhalinin içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə
görülən bütün işlər vətəndaşların
sağlamlığını təmin etmək yolunda atılan
çox mühüm addımlardır.
Gözlərimlə şahid olduğum üçün
qeyd etməliyəm ki, Ceyranbatan sutəmizləyici qurğular
kompleksinin işi yüksək standartlara uyğun olaraq təmin
olunmuşdur və şəffaf fəaliyyəti ilə əhalinin
xidmətindədir. Sevindirici haldır ki, bu cür sutəmizləyici
qirğuların sayı mütəmadi olaraq artmaqdadır.
Bu cür layihələr respublikanın digər
şəhərlərində də icra olunmaqdadır və
sössüz ki, onların istifadəyə verilməsi
istehlakçıların əldə etdiyi suyun daha da keyfiyyətli
və təmiz olmasına gətirib çıxaracaqdır.
Mən əminəm ki, cəmiyyətimizin
sağlamlığı, düzgün inkişafı naminə,
su təsərrüfatı sahəsində həyata
keçirilən layihələrin daha da uğurlu davamı
olacaqdır. Bu inkişaf və müvəffəqiyyətlə
icra olunan layihələr təkcə paytaxtımızda deyil,
ölkənin ayrı-ayrı regionlarında da tətbiq
olunacaqdır.
Seymur Məmmədov
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
və Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün
Olaylar.- 2016.- 19 may.- S.14.