QHT-lər gənclərin vətənpərvər
ruhda tərbiyəsində
fəal rol oynayır
Azərbaycanda gənclərin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində sistemli iş
aparılır. Bu istiqamətdə
qeyri-hökumət təşkilatlarının da
fəaliyyəti təqdir olunmalıdır. Son
illər əksər qeyri-hökumət təşkilatları
fəaliyyətlərini məhz gənclərin vətənpərərlik
ruhunda tərbiyəsinə yönəldib.
Belə qeyri-hökumət təşkilatlarından biri də Müharibə Veteranı
Qadınlarına Sosial Dəstək İctimai Birliyidir.
Sözügedən ictimai birlik
təkcə son aylarda
gənclərin vətənpərvər ruhda
tərbiyəsinə yönəlik bir
sıra tədbirlər həyata keçirib.
Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai Birliyi Ağdam rayonunda Qarabağ həqiqətlərinin təbliği və gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində tədbir təşkil edib. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin təbliği üçün ölkə daxilində və xaricində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub. Ağdam Dövlət Sosial-İqatisadi Kollecində keçirilən tədbirdə çıxış edən, “Müharibə Veteranı Qadınlarına Sosial Dəstək” İctimai Birliyinin sədri Radə Abbas bildirib ki: layihənin əsas məqsədi Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin, erməni vandalları tərəfindən mədəniyyətimizin, musiqimizin, bəşəriyyətə məxsus tarixi abidələrimizin, təhsil və mədəniyyət ocaqlarının məhv edilməsinin dünyaya çatdırılmasında Azərbaycan hökümətinə dəstəyin artırılmasından ibarətdir. “Engelsiz Dünya Platformu”nun Azərbaycan təmsilçiliyinin Qarabağ-Mil-Muğan regional şöbəsinin sədri Asif Əlinəzərli, Ağdam rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Məmmədov, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğlu və kollecin müəllimləri ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, faciələrdən söhbət açıblar. Çıxışlarda bildirilib ki, artıq Azərbaycanın yenilməz güclü ordusu var. Əgər Ali Baş Komandan əmr verərsə qəhraman Azərbaycan əsgəri erməni işğalında olan Azərbaycan torpağını düşmən tapdağından azad etməyə hazırdır. Ağdamlı gənclərin ruh yüksəkliyi ilə iştirak etdiyi tədbirdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompazisiya nümayiş etdirilib, aprel ayı ərzində cəbhədə baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizdən bəhs edən videoçarx göstərilib.
Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai Birliyinin gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik daha bir tədbiri Ağcabədi rayonunda keçirilib. Belə ki, İctimai Birliyin təşkilatçılığı ilə sözügedən rayonda Qarabağ həqiqətlərinin təbliği və gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində tədbir keçiririb. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin təbliği üçün ölkə daxilində və xaricində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşıb. Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında baş tutan tədbirdə bildirilib ki, “Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin təbliği üçün ölkə daxilində və xaricdə tədbirlərinin keçirilməsi” layihəsinin icrası həm Azərbaycanda, həm də xarici ölkələrdə nəzərdə tutulub. Birliyin sədri Radə Abbas çıxışı zamanı deyib ki, növbəti tədbirin dahi Üzeyir Hacıbəyovun doğulduğu Ağcabədi rayonunda keçirilməsindən çox məmnundur: “Bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsində qalib olmuş layihəmiz əsasında həyata keçirilir. Layihənin əsas mahiyyəti Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin, mədəniyyətimizin musiqimizin, bəşəriyyətə məxsus tarixi abidələrimizin, təhsil və mədəniyət ocaqlarının məhv edilməsinin dünyaya yayılmasında Azərbaycan hökumətinə dəstək verməkdən ibarətdir. Qarabağın işğaldan azad edilməsinə daim dəstəyimizi verəcəyik. Azərbaycan ərazilərinin Ermənistan və tərəfdaşlarının işğalından azad edilməsi üçün birliyimiz çox əhəmiyyətlidir. Hədəfimiz torpaqlarımızın azadlığıdır. Hədəfimizə çatmaq üçün mümkün olan bütün yollardan keçməliyik. Yolumuzda bağlanmasi mütləq olan Laçın dəhlizi var. Yolumuz Qarabağa doğrudur. Bu yol Laçına, Şuşaya gedir. Bu yolun sonuda İrəvan, Zəngəzur var. Bu müqəddəs yolu getmək bizim şərəf işimizdir”. İctimai Birlik sədri deyib ki, Ermənistan 1918-ci ildə bizim ərazilərimizdə yaradılanda Azərbaycandan bir daha torpaq iddiasında olmayacağı haqda götürdüyü öhdəliyi 1939-cu ildə pozub: “Qars müqaviləsinin bütün müddüaları pozularaq, Ermənistanın xahişnaməsinə əsasən SSRİ Naxçıvanin 8 böyük kəndini Ermənistana hədiyyə etdi. Ona görə də Ermənistan dövlət olaraq legitim deyil, öhdəliklərə əməl etməyi bacarmır. Ərazilərimizin Ermənistan və Rusiya ordularının işğalından azad edilməsi bizim daimi işimiz, həyat fəlsəfəmiz olmalıdır. Erməni lobbisinin və kilsəsinin əsas hədəfi Azərbaycan gəncliyini zehni cəhətdən məhv etmək, işğal etməkdir. Ərazilərin işğalı, zehinlərin- təfəkkürlərin işğalından keçir. 70 il Sovet dönəmində təfəkkürümz zəifləməsəydi, ermənilər bizim Qarabağımızı işğal edə bilməzdilər”. Radə Abbas deyib ki, rəhbərlik etdiyi İctimai Birlik tərəfindən həyata keçirlən tədbirlərdə gənclərin vətənpərvərlik ruhunun daimi yüksək səviyyədə saxlanımasına çalışılır: “Dünyanın bizə dəstəyinin qazanılması üçün gəncliyin rolu əvəzedilməzdir.
Bu tədbirdə gənclərin hazırlıq səviyyəsindən, yüksək vətənpərvərlik ruhundan məmnun olduğumuzu bildirirəm” Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas tədbirin təşkilatçılarına, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, İcra Hakimiyyətinin kollektivinə, QHT sektorunun nümayəndəsi Asif Quliyevə dərin təşəkkürünü bildirib.
Ümumiyyətlə, Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyi davamlı olaraq gənclərin vətənpərvərlik hisslərininb artırılmasına xidmət edən tədbirlər keçirir, yaxud bu istiqamətdə həyata keçirilən tədbirlərə təşkilati dəstək verir. Belə tədbirlərdən biri kimi yazıçı Aydın Qarabağlının Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qadınlara həsr etdiyi “Azərbaycanın Qaraqar Uyqurları və Aamazonlar” kitabının təqdimatını göstərmək olar. Məlumat üçün qeyd edək ki, flologiya elmlər dokturu, professor Mina xanım Təkləli (Nuriyeva), tarix elmləri üzrə fəlsəfə doktoru Hacı Həsənov, kinoşunast Aydın Kazımadə, tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, şair-publisist Əyyub Şirlanlı və digər alimlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan ərazi bütövlüyü, Dağlıq Qarabağ torpaqıarının Ermnənistan və tərəfdarlarının işğalından, təcavüzündən qorunmasında canından keçən, şəhid olan, habelə, əlil və müharibə veteranı olan qadınlarımız cəmiyyətimizə təqdimatı oldu. Kitabda Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən müharibədə iştirak edən 7 nəfər Azərbaycan qadının həyatından bəhs edilir. Həmin kitab Aidə Şirinov, Gülpəri Əhmədova, Fəridə Hicran, Firəngiz Sətdarova, Növrəstə Yusifova, Mərziyyə Piriyeva və Radə Abbas haqqında yazılıb. Qadınlarımızın müharibə həyatından bəhs edən kitab, eyni zamanda Azərbaycan gəncliyinin vətənpərvərlik hisslərinin yüksəldilməsinə xidmət edəcək mənbədir. Tədbirdə o da qeyd edilib ki, əsrlər boyu ölkəmizə qarşı ərazi iddiasında olan ermənilər Azərbaycan torpaqlarında özlərinə qurduqları dövlətin və işğal etdikləri torpaqlarımızın azad edilməsi bizim şərəf işimizdir. Bu yolda təbliğatımızı davam etdirməliyik Çıxış edənlər hər biri belə bir dəyərli əsər üçün Aydın Qarabağlıya təşəkkürünü bildirməklə yanaşı, kitabda toxunulan mövzunun əhəmiyyətindən danışdılar.
Tədbirin təşkilatçısı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas da öz növbəsində təşkilatın fəaliyyətində daim olaraq Qarabağın azad edilməsi ön planda olduğunu vurğulayıb. Bu yolda xidmət göstərən hər bir insanın onlar üçün əziz olduğunu söyləyib.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi aprelin əvvəllərində təmas xəttində baş verən erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirməsindən sonra fıəaliyyətində daha da canlanma yaradıb. Belə ki, İctimai Birlik davamlı olaraq vətənpərvərlik ruhunda tədbirlər təşkil edir. Belə tədbirlərdən biri Qarabağ Azadlıq Təşkilatının Qadınlar Şurası ilə reallaşdırılıb. Belə ki, QAT Qadınlar Şurası və Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyinin təşəbbüsü ilə «Analar vətən uğrunda zəfərə çağırır» adlı Qadınlar Forumu keçirilib. Forumda QAT Qadınlar Şurasının sədri Fəridə Əsgərova bildirib ki, məqsəd Dağlıq Qarabağ problemi, torpaqlarımızın azad edilməsi üçün qadınların üzərinə düşən vəzifələri müzakirə etməkdir. Qeyd olunub ki, qadınlar hərbi əməliyyatların torpaqlarımız işğaldan tam azad edilənədək davam etdirilməsini istəyirlər və bunun üçün onlar üzərlərinə düşən vəzifələri tam yerinə yetirməyə hazırdırlar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 19 may.- S.15.