Aprel döyüşləri Azərbaycan
gəncinə əlavə ruh
verdi
Torpaqlarımızı
yalnız igid əsgərlərimiz azad edəcək
Ermənistan Azərbaycanın təmas
xəttində baş verən hadisələrə, eləcə
də aprel döyüşlərində Azərbaycan əsgərlərinin
göstərdikləri qəhrəmanlıqlara ölkənin
ali dövlət qurumları da laqeyid qalmayıb. Belə ki, hərbçilərimizin
göstərdikləri şücaətin gənclərin vətənpərvərlik
ruhunun formalaşmasında müstəsna əhəmiyyətə
malik olduğunu dərk
edən ölkə parlamenti baş verənlərlə bağlı xüsisi dinləmələr təşkil edib. Daha dəqiq Milli Məclisdə parlamentin
İnsan hüquqları komitəsinin təşəbbüsü
ilə son zamanlar cəbhə
xəttində baş verən hadisələrlə
bağlı dinləmələr keçirilib.
"Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələrdə millət vəkilləri, ölkədə fəaliiyət göstərən beynəlxalq təşkilatların, o cümlədən, güc strukturlarının təmsilçiləri iştirak edib. Dinləmələri açan vitse-spiker Bahar Muradova Ermənistan-Azərbaycan münaqişəsinin uzun illərdir davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan bu illər ərzində beynəlxalq hüququn normalarına uyğun olaraq münaqişənin ədalətli həllinə çalışır. B. Muradova təəssüf hissi ilə vurğulayıb ki, Ermənistan münaqişənin ədalətli həllində konstruktiv mövqe tutmaqdan yayınır, status-kvonun uzadılmasına çalışır: "Eyni zamanda, Ermənistan tərəfi, erməni rəhbərliyi bu münaqişəni başlamaqla və onun həllinə maneçilik törətməklə həm də öz xalqını uçuruma saldı, onların gələcəyini məhv etdi". Vitse-spiker deyib ki, status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı: "Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük, Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər”. B. Muradova bildirib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir. Onun bildirdiyinə görə, münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat hər kəsə məlumdur. O, deyib ki, 2014-cü ildən bu yana Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata çəkmək istiqamətində addımlar atılır. B. Muradovanın qeyd etdiyinə görə, Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə mədəni abidələr məhv edilir, “Dağlıq Qarabağ Respublikası”nın tanıtdırılması istiqamətində səylər göstərilir. Vitse-spiker bildirib ki, aprelin ayının 2-dən başlayan son hadisələr, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi:" Azərbaycan ordusunun bölmələri bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı. Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb. Dağlıq Qarabağda artıq əhali arasında münaqişənin lazım olmadığı haqda fikirlər səslənir. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil”. B. Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb: “Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq”.
Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında deyib ki, parlamentdə belə bir dinləmənin keçirilməsini təqdirəlayiq hesab edir. O, deyib ki, artıq Ermənistan-Azərbaycan münaqişəsinin həlledici mərhələsinə qədəm qoyulub. Onun sözlərinə görə, bu münaqişənin kökündə qonşu dövlətin ərazi iddiaları durur və Azərbaycan torpaqlarının işğalı, məlum təcavüz də məhz həmin iddiaları gercəkləşdirməkdən ibarətdir. Nazir müavini təəssüf hissi ilə vurğulayıb ki, 1992-ci ildə Helsinkidə qəbul olunmuş sənəddə bu problem münaqişə, özü də Dağlıq Qarabağ münaqişəsi kimi qiymətlənirilib və bu münqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir: "Bu münaqişə lap əvvəldən beynəlxalq xarakterli münaqişə idi. Ancaq təəssüflər olsun ki, Helsinkidə bunu Dağlıq Qarabağ münaqişəsi kimi adlandırdılar. Bu, ədalətsizlik və ikili standartların nəticəsi idi. Çox təəssüflər olsun ki, o zamankı hakimiyyət də bu ədalətsizliyin qarşısını ala bilmədi. Amma bu münaqişə Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistan-Azərbaycan münaqişəsidir, Ermənistanın Azərbaycana təcavüzüdür". Nazir müavininin sonra qeyd etdiyinə görə, 24 ildir ATƏT-in Minsk qrupu bu prosesi, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsiprosesini aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb. O, 1994-cü ildə atəşkəs sisteminin yaradıldığını söyləyib. Onun sözlərinə görə, amma Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. "Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib”. Nazir müavini həmçinin deyib ki, Avropa İttifaqı bu gün 1 milyon qaçqının qarşısında özünü itirib, ancaq Azərbaycan təkbaşına qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib. X. Xələfov deyib ki, Ermənistanın aprel ayının əvvəlində ağır silahlardan istifadə etməkdə məqsədi yeni məcburi köçkün axını yaratmaq olub. X. Xələfovun sözlərinə görə, bunun çox ağır nəticələri ola bilər. "İnanıram ki, dünya birliyi, Avropa İttifaqı, dünyanın aparıcı dövlətləri bunun nəticələrini dərk edir. Ona görə də dünya birliyi atəşkəsin əldə edilməsinə nail olmağa çalışdı. Bu hadisələr zamanı təcavüzkar dövlətin əsl simasını gördülər. Azərbaycan o hadisələr zamanı birtərəfli atəşi dayandırdı, lakin Ermənistan itirilmiş mövqeləri qaytarmaq üçün hücuma keçdi. Fəxr edirəm ki, bu dəfə də Azərbaycan ordusu torpaqlarımızı, vətəndaşlarımızı qorudu. Atəşkəs nisbi də olsa, bərpa edildi. Mənə xarici ölkələrdə deyirlər ki, bu necə atəşkəsdir, gündə yüz dəfə pozulur? Biz torpaqlarımızı azad etmək üçün bütün imkanlardan istifadə edəcəyik”-deyə, o, daha sonra sözlərinə əlavə edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı çıxışı zamanı bildirib ki, keçən il cəbhə xəttində vurulan vertolyot məhz Ermənistandan gətirilmişdi: "Ermənistanın məqsədi başqa dövlətləri bu münaqişəyə cəlb etmək idi ”. V. Dərgahlı bildirib ki, Ermənistan hərbi birləşmələri bu ilin mart ayında təmas xəttində dinc əhalinin yaşadığı məntəqələri ağır silahlardan atəşə tütmağa başladı.Onun sözlərinə görə, eyni zamanda, aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi: "Cəbhənin ən gərgin istiqaməti Ağədərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Müdafiə Nazirliyi tərəfindənqısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələri müəyyənləşdirildi, sıradan çıxarıldı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi.Düşmənin 30-a qədər tankı məhv edildi, 320 döyüşçsü, hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttinədki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu da uğurla yerinə yetirildi. Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycan hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb edilmişdi. Azərbaycan Şəmkir korpusunu, Naxçıandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bor sözlə, düşmənin səyləri heç bir nətiəcə vermədi”. Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov qeyd edib ki, cəbhə xəttində baş verən aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib..N. Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb.Onun sözlərinə görə, Ermənistan beynəlxalq hümanitar hüquq normalarını pozub.O, deyib ki, mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb: "Qeyd edim ki, 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir ”.
Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov isə nəzərə çatdırıb ki, 1988-ci ildən indiyə qədər hərbi cinyətlərlə əlaqədar 296 nəfər erməni millətinə mənsub şəxsin təqsirləndirilən şəxs kimi məsaliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb: “Mən ümid edirəm ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacaq. O zaman bizim bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır”. S. Əhmədov sonra bildirib ki, aprelin əvvəlində Azərbaycan silahlı birləşmələrinin mövqeləri və mülki yaşayış məntəqələri atəşə tutulub : “Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış meyitlərin təhqir edildiyi məlum olub.
Onların üzərində öldükdən sonra təhqiramiz hərəkətə yol verilib. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, hazırda istintaq aparılır. Eyni zamanda, 26-28 aprel tarixində Tərtər rayonun Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış bir top mərmisi aşkar edilib. Onun zəhərli 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir”. Vitse-spiker B. Muradova isə bu cinayətlərdən beynəlxalq ictimaiyyətin xəbərdar olmasının zəruri olduğunu söyləyib. Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciətlər edirlər: “Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Artıq Avropa Məhkəməsinə ərizələr göndərilib. Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib. Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda bu şikayətlərlə bağıl kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq. Ermənistan tərəfdən isə iki nəfər Ermənistan hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən təhqir olunması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin meytləri işğal olunmuş ərazilərdə olublar, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə olmayıblar”. Ç. Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərlə bağlı da Avropa Məhkəməsinə də müraciətlər yaxın vaxtlarda göndəriləcək: “İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına görə hüquqları pozulub. Mən onları Avropa Məhkəməsiən ümraciətlə bağıl ərizələr hazırlamağa dəvət edirəm”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 24 may.- S.15.