Azərbaycanın qüdrətli ordusu formalaşıb

 

Apel hadisələri bunu bir daha təsdiq etdi

 

Aprel döyüşlərində ciddi zərbə alan Ermənistan silahlı qüvvələri hələ də özünə gələ bilməyib. Ordunun tamamilə nüfuzdan düşdüyünü anlayan Ermənistan Müdafiə Nazirliyi rəhbərliyində işdən çıxarılmalar üçüncü həftədir ki, davam edir. Görünür, bu proses hələ uzun müddət davam edəcək. Ötən müddətdə müdafiə nazirinin müavini, maddi-texniki təminat üzrə rəis, general-leytenant Alik Mirzabekyan, Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən azad edilib.

İşdən çıxarılmalara 2-4 aprel döyüşlərinin nəticələri səbəb olub. Belə ki, Qarabağın şimalında və cənubunda erməni tərəfi xeyli itki verib. Parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Koryun Naqapetyan bildirib ki, Müdafiə Nazirliyi və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah sistemində işdən qovulmalar davam edəcək və yüksək vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq. Parlament fraksiyasının rəhbəri, hakim Respublika Partiyasının rəhbəri Baqram Baqdasaryan da onun sözlərini təsdiqləyib. O bildirib ki, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi aprel müharibəsi zamanı uğursuzluqlarla bağlıdır. Növbəti cəzalandırma - Müdafiə Nazirliyi Silahlara Nəzarət İdarəsinin rəisi, general Melsik Çilinqaryanın işdən çıxarılması bu bəyanatlara sübut olub. Bu məlumatlardan başqa KİV-də belə xəbərlər yayılıb ki, tezliklə Baş Qərargah rəisi Yuri Xaçaturov da işdən çıxarılacaq. Belə ki, savaşın ılk günlərində o, bilyard oynadığı üçün yerinə gəlməyib. Onun tezliklə işdən çıxarılacağını dolayısı ilə bu xəbər də təsdiqləyir ki, Xaçaturovun yaxın qohumu, Madagiz alayının komandiri Harutyun Amirxanyan döyüş günlərində öz postunu qoyub qaçıb və xəstəxanada gizlənib. Amma atəşkəs bərpa olunduqdan sonra ortaya çıxıb. Erməni mənbələrinin məlumatına görə, həmin döyüşlərdə Madagiz alayı ən ağır itki verib. Ermənistan hərbi rəhbərliyinin uğursuzluğu çatışmazlıqlar, komandirlər arasındakı münasibətlərlə də bağlıdır. Belə ki, Qarabağ qüvvələrinin keçmiş komandan müavini, hazırda “baş nazirin müaviniArtur Ağabekyan səbəb göstərmədən tezliklə işdən gedəcəyini bildirib. Lakin KİV-in məlumatına görə, döyüşlər zamanı o, “Yerkrapa” könüllülər birliyinin komandiri Manvel Qriqoryanın ədəbsiz və sərsəm davranışından qəzəblənib. Onların arasında münaqişə o yerə gəlib çatıb ki, Ağabekyanın biznes maraqlarına ziyan dəyib. Qeyd edək ki, Ağabekyanın istefaya getmək niyyəti barədə Qarabağ separatçıları sosial şəbəkələrdə yayılan məlumatlardan biliblər. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, işdən qovulmaların demək olar ki, hamısı Müdafiə Nazirliyi rəhbərliyinə aiddir, baxmayaraq ki, rəsmi Yerevan daim bəyan edir ki, QarabağdaQarabağ özünümüdafiə qüvvələri” vuruşur. Ancaq nədənsə orada heç kim işdən çıxarılmır. Bundan başqa aprel döyüşlərində həlak olanların 70%-i Qarabağ erməniləri yox, Ermənistan sakinləridir. Serj Sarkisyanın və digər rəhbərlərin bəyanatlarına görə, erməni tərəfi müharibənin davamına hazırlaşır, hərbi texnika və canlı qüvvə itkisinin yerini doldurmaq üçün yollar axtarır. Hərbi mənbələrindən əldə olunan məlumatda bildirilir ki, hətta könüllüehtiyatda olanlar cəlb edildikdən sonra erməni tərəfi ön müdafiə xəttini 60% tamamlaya bilib. Müasir silahlarla bağlı vəziyyət də eynidir. Bu günlərdə erməni təbliğatı öz hərbçilərini qəhrəman etmək, əsgərlərin döyüş ruhunu möhkəmləndirməklə məşğuldur. Lakin aprelin əvvəllərində cənub istiqamətində gedən döyüşlərdə iştirak edən komandirlərdən biri bildirib ki, Lələ təpənin alınmasından sonra ermənilər nizamsız şəkildə qonşu mövqelərdən çəkilməyə başlayıblar və Azərbaycan əsgərləri bir atəş belə açmadanitki vermədən həmin mövqeləri tutublar. Bu isə Azərbaycan ordusunun ruh yüksəkliyini göstərən amillərdən biridir. Orduya, Azərbaycan əsgərinə əlavə ruh yüksəkliyi vermək üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayevonun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. İstefada olan general-mayor Dadaş Rzayev cari ilin aprel ayında dördgünlük savaş zamanı döyüşçülərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən xalqımız kimi veteranların da qürur duyduğunu və fərəh hissi keçirdiklərini bildirib. O, fəxrlə əsgər və zabitlərin nəzərinə çatdırıb ki, mayın 9-da faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan anma mərasimində, veteranlarla görüşdə də dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Ordumuzun aprel ayında qələbəsini xüsusilə qeyd edib. İstefada olan general bütün xalqımız kimi veteranlarımızın da yaşlarının ixtiyar çağlarında Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını diqqətə çatdırıb. Gənclərin vətənpərvərlik tərbiyəsində, onların orduya hazırlanmasında bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğulayıb. D.Rzayev əminliklə bildirib ki, müdrik və qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi altında istər sülh yolu, istərsə də hərbi yolu ilə işğal altında olan ərazilərimiz tezliklə azad ediləcək və əzəli torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaqdır. Ehtiyatda olan polkovnik C.Xəlilov çıxış edərək Veteranlar Şurasının Rəyasət Heyətinin bu günlərdə geniş iclas keçirdiyiniaprel döyüşlərində xüsusilə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması haqqında qərar qəbul etdiklərini bildirib. Cəbhə bölgəsindəki bütün hərbi hissələri təmsil edən və döyüşlərdə şəxsi şücaət və rəşadət nümunələri göstərən bir qrup hərbi qulluqçu təşkilatın təsis etdiyiilk nümunələrinin dövlətimizin başçısına təqdim etdiyi "General Səməd bəy Mehmandarov", "General Əliağa Şıxlinski", "General Cəmşid Naxçınavski", "General Həzi Aslanov" yubiley medalları, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Veteranlar Şurasına bu tədbirə görə minnətdarlığını bildirən birlik komandiri general-mayor Hikmət Həsənov bu diqqət və qayğıya cavab olaraq döyüşçülərimizin bundan sonra da Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarını, düşmənin istənilən təxribatlarının qarşısını mərdliklə alacaqlarını xüsusi qeyd edib. Sonra qonaqlar əsgərlər üçün yaradılan xidmət şəraiti ilə tanış olubbunun çox yüksək səviyyədə olduğunu etiraf ediblər. Azərbaycan əsgərinə qayğı təkcə cəbhə bölgələrinə səfərli bitmir. Döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərilir, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsi yüksək tutulur. Çünki, bu əsgər və zabitlər xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdiriblər. Təkcə bu baxımdan hər birimizdə qürur hissi doğuran Milli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliğinə ehtiyac var. Belə təbliğat bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir. Etiraf edilməlidir ki, hazırda dövlət qurumlar və vətəndaş cəmiyyətləri əməkdaşlarının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Hamı dərk edir ki, qəhrəman həmvətənlərimizin həyat və döyüş yolunun təbliği gənclərin döyüş ruhunun artmasında önəmli rol oynayır. Gün kimi aydındır ki, aprel ayının əvvəllərində Azərbaycan ordusunun təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatının qarşısını uğurla alması, düşmənə layiqli cavab verməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər qüdrətli bir ordu kimi formalaşdığını və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu sübut etdi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 26 may.- S.15.