Azərbaycanda gənclərin vətənpərvər ruhda

tərbiyə olunması başlıca vəzifələrdən biridir

 

Tarixin hər bir dövründə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması diqqət mərkəzində olub. Müəyyən zaman kəsiyində bu istiqamətə azya çox dərəcədə diqqət yetirilsə də, ümumi götürəndə bu məsələ diqqətdən kənarda qalmayıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi MuzeyininXarici əlaqələr və Sərgilərin təşkili” şöbəsinin kiçik elmi işçisi Pərvanə Əzimova deyir ki, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir: “Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünkü dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdi. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olcağını nəzərə alanda bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədi. Fərqi yoxdu həmin gənc hərbiçidi, yoxsa başqa peşə sahibi. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı ,gənclı ərdə vətəpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir”. AMEA-nin təmsilçisi qeyd edir ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir, ərazilərimizin 20 faizi işğal altındadı. Belə şəraitdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmlidir və vacib əhəmiyyət kəsb edir: “Hazırki dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclər var. Gənlcərin vətənpərvər ruhda böyüməsi üçün milli qəhrəmanların təbliği mühüm rol oynayır. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün həyat məktəbidir. Cəmiyyət bütövlükdə dərk etməlidir ki, milli şüurunun inişafı, vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçünvacib ehtiyaclardandır. Ona görə ki, gənclik bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin içtimai-siyasi həyata ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərmizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, içtimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərmizdən diqqət və qayğısını əsirgəmiyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyətlərinin əsas vəzifələrindən biri də gənclərdə elmə və təhsilə olan marağın və eləcə də vətənpərvərlik ruhunun artmasına kömək etmək, gənclər arasında milli –mənəvi dəyərlərimizi təbliğ etmək, sağlam həyat tərzinin formalaşdırılmasına kömək etməkdən ibarətdir. Dövlət qurumları da gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək  böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Azərbaycançılıq və yurdsevərlik ideyasının gənclər arasında təbliğinə böyük ehtiyac var”. Pərvanə Əzimova bildirib ki, vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olaraq qalır: “Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə, də səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik süuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı suverenliyi ilə ölçülür. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə ən ucaali formasıdır.

Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın güçləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünkü dövlətin qarşısında duran başlıca vəzifəlıərdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hiddlərinin aşılanmasından ibarətdi. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Ekspertlər hesab edir ki, təhsillə paralel olaraq gənclərin hərbi hazırlığı da vacib məsələlərdəndir. Hərbi məktəb həm də gənclər üçün bir həyat məktəbidir. Məsələ ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realistproqramatik prizmadan yanaşır.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə öz ata-babasının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir”. AMEA təmsilçisi hesab edir ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir: “Gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməli, bu bağçalarda, məktəblərdə, qəzet və televiziyalarda özünü güclü şəkildə göstərməlidir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ümumiyətlə düşünürəm ki, fənnindən aslı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Vətənpərvəlik bir fərdin duyduğu sevgi ilə bağlılıqdır. Bu anlayış tariixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsədə, vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. XIX əsrdə vətənpərvəlik millətçiliklə bütöv anlayış kimi işlənməyə başladı. Avropada klassik XVIII əsr vətənpərvərliyi dövlətlə yanaşı Kilsəyə bağlılığı da bildirən amil kimi qəbul edilmişdi. Vətənpərvərlik ən məşhur mənasıyla ,Vətənini sevmək və Vətən üçün hər fədakarlıqı etmək hissləridir. Bu gün Azərbaycanda vətənpərvəlik anlayışını bildirən məna torpağa, Vətənə bağlılığı ifadə edir. Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında verilən məlumatlar, aşılanan biliklər də güçlü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi kefiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Xalqın hər nümayəndəsi Vətənpərvər olmağı bacarmalıdır. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məglubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissi yaradır. Vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müqtəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və içtimai-mədəni həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətandaşlıq borcumuzdur. Vətən bizdən hünərlər gözləyir. Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən səndən. bizdən elə özümüzdən başlanır Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Azərbaycanın tarixi keçmişinə bağlı ,hər şəraitdə onun onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır. Hamımızın ümumi vəzifəmiz xalqımıza vətənpərvərlik ,vətən torpağına millətə sədaqət,vətən uğrunda səhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etdirməkdir”. Natiq qeyd edir ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində ümummilli lider Heydər Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gəncinin vətənpərvər ruhda tərbiyə olunmasına çalışır, bu məqsədlə gənclərə öz tövsiyyələrini verirdi: “Bu mənada ümummilli lider Heydər Əliyev deyirdi: “Mən inanıram ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünkü gələcəyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını millətini sevən gənclərdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 27 may.- S.15.