Heydər Əliyev ən böyük vətənpərvər idi

 

Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızın əzəli vətənidir. Bu gün həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli, torpağını, millətini sevən, ona candan bağlanan sağlam nəslin yetişdirilməsi dayanır. Çünki müstəqil Azərbaycanın gələcəyi üçün vətənpərvər gənclər lazımdır. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlayan, daim xətalardan qoruyan, dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".

 

Əslində vətənpərvər gəncliyin yetişməsində Heydər Əliyevin şəxsi nümunəsi çox böyük rol oynayıb. Ulu öndər ən böyük vətənpərvər idi. Ümummilli lider vətən sevgisini, torpaq məhəbbətini ürəyinin başında gəzdirən ən böyük vətəndaş idi. O, təkcə Azərbaycanın rəhbəri deyildi, həm də canı-qanı ilə bağlı olduğu vətəninin vurğunu idi. Məhz bu vurğunluq ona Azərbaycan adlı şah əsərini bu günkü və gələcək nəsillərə yadigar qoymağa imkan verdi.

idi Heydər Əliyevin vətənpərvərliyinin kökündə dayanan? Öncə azərbaycançılıq ideyasına bağlanmaq, təbliğ etmək, sonra isə bu ideyanın həyata keçirilməsi üçün vətənpərvərlik və qəhrəmanlıq konsepsiyasını hazırlamaq idi. O həmin konsepsiyanı söylədiyi bu fikirlərə söykənərək hazırlayırdı: "Azərbaycanın dövlət müstəqilliyi əbədi, sarsılmaz və dönməz olacaqdır. Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".

Bu gün Heydər Əliyevin fəaliyyətinə az-çox bələd olanlar, onu izləyənlər yaxşı bilirlər ki, o, bir rəhbər kimi ölkəsinin tarixini və mədəniyyətini dünyaya tanıtdı. Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ölkəmizin adı ittifaq miqyasında layiqincə tanınmağa başladı və onun sərhədlərini aşıb keçdi. Azərbaycan SSRİ-nin tərkibində, ölkənin beynəlxalq aləmlə birbaşa əlaqələrini yaratmaq üçün çoxlu sayda tədbirlər həyata keçirib. Həmin illər müxtəlif ölkələrin hökumət və dövlət rəhbərləri, tanınmış ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların nümayəndələri Bakıya səfər edib, Azərbaycan paytaxtında siyasi, iqtisadi, dini və mədəni məsələlərlə bağlı regional, ümumittifaq və beynəlxalq simpoziumlar, forumlar keçirilib.

Beləliklə də Azərbaycan dünya sivilizasiyasına böyük töhvələr verdiyini təsdiq edib. Dünyanın arapıcı dövlətləri ölkəmizin qədim tarixi keçmişi olduğunu yəqinləşdirib. Bütün bunların kökündə ümumilli liderin vətənpərvərliyi dururdu.

Heydər Əliyev vətənpərvərliyinin ən ümdə istiqaməti Azərbaycan tarixinin doğru-düzgün yazılmasında idi. O deyirdi: " Bizim tariximiz sovet hakimiyyəti dövründə çox təhrif olunub. Biz həqiqəti ortaya qoymalıyıq. Əgər biz tariximizə biganə münasibət göstərsək belə çıxacaq ki, nə tariximiz, nə də əsil-nəcabətimiz var". Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider özü tarix yazdı.

Özünün bütöv şəxsiyyəti, geniş fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, hissinə vətənpərvərlik toxumu səpdi. Milli şüur olan vətənpərvərlik və qəhrəmanlıq hissi onun bu sahədə işləyib hazırladığı konsepsiyada elə formada əksini tapıb ki, Heydər Əliyev ideyalarına sadiq olan vətənpərvər gənclik onun vətən sevgisi, millət, xalq məhəbbəti ilə ucalırlar. Heydər Əliyevin Səməd Vurğunun "Azərbaycan" şeirini söyləyərkən necə kövrəldiyinin şahidiyik. Onun gözlərindəki səmimiyyət, üz cizgilərində aydın sezilən sevgi şeirin vətəni tərənnüm edən misralarından təsirlənmişdi.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə onun çıxışlarında, təklif və təşəbbüslərində, Azərbaycanın gələcəyi ilə bağlı söylədiyi fikirlərində bir məqsəd olurdu. Gənclik vətəni sevməli, torpağı qorumağı bacarmalıdı. Bir dəfə çıxışlarının birində dedi: "O vaxt Azərbaycan gəncləri, eyni zamanda vətənpərvərlik şüuru ilə yaşayan digər insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var".

Bu, o deməkdir ki, vətənpərvərlik, qəhrəmanlıq Azərbaycan xalqının qanında, canındadır. Vətənpərvərlik fonunda milli şüurun formalaşması insanları qəhrəmanlığıa aparan yoldu. Bu yolda ölümvar, qalım da. Ulu öndər fəaliyyəti dövründə çalışırdı ki, müasir gənclik vətənpərvərlik ruhunda tərbiyə alsın, hər zaman qəhrəmanlıq hisslərinə köklənsin. Çünki bu iki hissi özündə birləşdirən gənclik vətənin azadlığının qədrini biləcək, torpaqların müqəddəsliyinə tapınacaq.

Heydər Əliyev hər zaman gənclərdən razı olub. Onun ideyalarına sadiq olanları düzgün qiymətləndirib. Çünki bilirdi ki, bu günkü gənclik sabah onun səpdiyi vətənpərvərlik toxumunun cücərməsi, böyüməsi üçün gücünü əsirgəməyəcək. O deyirdi: "Gənclərimiz bizim tariximizi, keçmişimizi, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşışı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, eyni zamanda vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaqdır".

Milli ruh vətənpərvərlik ruhudur. Bunu ümummilli lider hər zaman gənclərə təlqin edib. O, gənclərdə vətənpərvərlik duyğularının artması üçün onları diqqətdə saxlayır, öz qayğısını əsirgəmirdi. Deyirdi ki, bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır. Liderin fikrincə orduya yollanmaq, təlimlərdə iştirak etmək, döyüş texnikasını dərindən öyrənmək və istifadə etmək vətəni sevmək qədər müqəddəs olmalıdır. Müstəqil Azərbaycanda doğulub-böyüyən hər bir gənc bilməlidir ki, müstəqillik asan başa gəlməyib. Bu yolda qan tökülüb. Şəhidlik zirvəsinə ucalanların ruhu hələ də narahatdır. Bu narahatlığa vətənpərvər nəsil son qoyacaq. Ulu öndər bütün varlığı ilə buna inanırdı. O deyirdi: "Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməli, digər tərəfdən isə gənclərin vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır".

Heydər Əliyev əsil vətəndaş idi. O öz ləyaqəti, dəyanəti, iradəsi, əqidəsi ilə nümunə göstərir, Azərbaycan adı ilə öyünür, fəxr edir, xalqda milli xaraktermilli mənəviyyat formalaşdırırdı. Ulu öndərin "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri hər bir azərbaycanlının dilinin əzbəridi. Bu sözlərdə böyük qürur hissi varbu hissi millət sevgisi, vətən məhəbbəti müşaiyət edir. Vətəni sevmək, onu qorumaq hissini millətə, xalqa aşılayan ulu öndərin bütün fəaliyyəti sübut etdi ki, təkcə dövlət başçısı deyil, hər bir vətəndaş bu müqəddəs borca köklənməlidir.

 

Züleyxa Nadir

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2016.- 1 noyabr.- S.10.