Gənclərdə vətənpərvərlik

hissi yüksək səviyyədədir

 

Son illər ərzində təkcə paytaxtda deyil, eləcə də regionlarda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlər Masallı rayonunda da müntəzəm olaraq təşkil edilir. Belə tədbirlərdən biri Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun işğal olunmasının ildönümünə həsr olunub.

"Vətən bizim qürurumuz güvənc yerimiz" mövzusunda keçirilən dəyirmi masadan əvvəl tədbir iştrakçıları torpaqlarımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan bu rayon ermənilər tərəfindən 1993-cü ilin oktyabr ayında işğal olunub. İşğaldan əvvəl rayon düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılıb. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə danışıqlar aparıb, bu danışıqların nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən Araz çayının suyunun azaldılması təmin edilib və zəngilanlıların İrana keçməklə düşmən mühasirəsindən xilası mümkün olub. Bu gün doğma Vətən, torpaq həsrəti ilə yaşayan zəngilanlılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşıblar. Zəngilanın, onun qəsəbə və kəndlərinin, çoxlu sayda səhiyyə, təhsil müəssisələrinin, digər sosial obyektlərin düşmən tərəfindən zəbt edilərək talan olunduğunu bildirən Camal Manafov, eyni zamanda, mənəvi itkilərin daha çox, daha dəhşətli olduğunu xatırladıb. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı Dövlət regional kollecinin direktor müavini, tarixçi Baba Həsənov çıxış edərək bildiriblər ki, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Artıq bu gün deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin siyasi davamçısı cənab Prezident İlham Əliyevin apardığı daxil və xarici siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikasının Milli ordu quruculuğu siyasətini uğurla həyata keçirməsi və qüdrətli ordumuzun möhkəmləndirilməsi istiqamətində əməli fəaliyyəti göz qabağındadır. Bunu əminlikdə deyə bilərik ki, son aprel döyüşlərində ordumuzun nəyə qadir olduğunu nəinki Ermənistan, eləcə də bütün dünya gördü. İndi Ermənistan hakimiyyəti Azərbaycan ordusunun nəyə qadir olduğunu çox yaxşı bilir. Biz inanırq ki, torpaqlarımızın işğalıdan azad olması elə də uzaqda deyil. İstər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımız işğaldan azad ediləcək. Sonda tədbir işrtakçılarına Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış broşürlər paylanılıb.

Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" mövzusunda seminar-müşavirə keçirib. Müşavirədə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon veteran təşkilatlarının sədrləri, əməkdaşları, şəhid ailələri, müvafiq dövlət və ictimai təkilatların nümayəndələri, rayonun fəal gəncləri iştirak ediblər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Seminar-müşavirəni giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri Lətif Babayev "Azərbaycan qəhrəmanlar diyarıdır" mövzusunda məruzə edib. RVT gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Adil Haqverdiyev "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq parlaq səhifəsidir ", "Azərbaycan veteranı" qəzetinin məsul katibi Səidə Abdullayeva "Torpaq-uğrunda ölən varsa vətəndir", gənclərin hərbi vətənpərvərlik şöbəsinin məktəblərdə təhsil alan gənclərlə iş üzrə mütəxəssisi Nəbi Hacıyev "Masallı qəhrəmanları" mövzularında məruzələr ediblər. RVT-nin hüquqşünası Vüsalə Cəfərli layihənin əhəmiyyətindən, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev rayonda hərbi vətənpərvərlik tədbirlərinin hazırlanıb həyata keçirilməsindən danışıblar. Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş film nümayiş etdirilib. Hənçinin Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaysan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şücayət göstərmiş "Milli Qəhrəmanların və Qarabağ şəhidlərinin gənc nəsil arasında təbliğ olunması və gənclərin həyatında milli-mənəvi dəyərlərin rolu" mövzusunda dəyirmi masa keçirilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğuluyaraq bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirib, hər birimizdə qürur hissi doğuran milli qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir. Sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək bildirib ki, vətənpərvərlik tərbiyəsi gənclərin milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verən bir amildir. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır. Daha sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

Oktay Mütəllimov, Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin uşaq birliyi təşkilatı rəhbəri Günay Mehrəliyeva və başqaları çıxış edərək bildiriblər ki, gənc nəsil vətənə, yurda məhəbbət ruhunda tərbiyələnməsi gündəmdə duran vacib məsələlərdən biridir. Ümumiyyətlə millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Araşdırmalar göstərir ki, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həmçinin Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə əlaqədar olaraq "Vətən bizim qəlbimizdir" mövzusunda tədbir keçirilib. İlk öncə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal ediblər. Ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və Cəbrayıl, rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olundu. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. İndi artıq bizi əminliklə deyə bilərik ki, bizim güzlü ordumuz var hər an düşmənə layiqli cavab verməyə hazır olduğunu bildirən Camal Manafov aprel ayının əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini diqqətə çatdırdı. Sonda rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd edib ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçıları tərəfində azad ediləcək köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar bu günün elədə uzaqdada olmadığını diqqətə çatdırıb. Tədbirdə Masallı rayon ehtiyyatda olan zabitlər konfederasiyasının sədir müavini, müharibə vetiranı Camaləddin Məmmədov, C. Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi Əflatun Qurbanov, Yeddioymaq 1 saylı tam orta məktəbin tarix müəllimi Məhərrəm Nəsirov çıxış edərək Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canlarını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirilib ki, hər an əldə silah vətənin keşiyində dayanmağa Azərbaycanın işğal olunmuş torpaqlarını erməni işğalçılarından azad etməyə hazırıq. Daha sonra tədbirdə Masallı rayonunda məskunlaşmış Şuşa şəhərindən olan məcburi köçkün, Digah 4 saylı tam orta məktəbin hərbi müəllimi Rafiq Abbasov bütün bu olanların canlı şahidi kimi çox ürək ağrısı ilə danışıb və xalqımızın başına gətirilən müsibətlərin heç vaxt yadından çıxmayaçağını bildirib. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Füzuli və Cəbrayıl rayonları ilə bağlı broşürlar paylanılıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 2 noyabr.- S.15.