Hər bir gənc vətəninin
tarixini bilməlidir
Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər
ruhda tərbiyə olunması istiqamətində gənclər
təşkilatlarının da üzərinə böyük vəzifə
düşür. Gənclərdə milli mənlik
şüurunun və vətənpərvərlik hisslərinin
tərbiyəsi yönündə bir sıra kompleks tədbirlər
həyata keçirilir. Azərbaycan müharibə şəraitindədir,
torpaqlarımızın 20 faizi işğal olunub, çoxlu
sayda vətəndaşımız yurd-yuvalarından didərgin
düşüb. Belə bir şəraitdə biz gənclərimizin
milli mənlik şüurunun inkişaf etdirilməsinə,
onların vətənpərvərlik ruhunun
artırılmasına çox əmək sərf etməliyik.
Azərbaycan gənci kifayət qədər vətənpərvər
və milli mənlik şüuru formalaşmış bir
durumdadır.
Bundan sonrakı
çalışmalarımızda vətənpərvərliklə
bağlı fəaliyyətlərin daha da koordinasiya olunmuş,
sistemli bir şəkildə keçirilməsinə, daha
çox nəticə əldə olunmasına
çalışmağımız lazımdır. Sevindirici haldır ki, bu gün əsgər və
zabitlərin Ali baş komandanı cəbhə xəttində
görmələri onlara böyük ruh yüksəkliyi verir.
Bu, dövlər başçısı İlham
Əliyevin orduya xüsusi diqqəti və qayğısı
kimi qiymətləndirilir. Müharibə şəraitində
olan bir ordunun ali baş komandanının hərbçilərimizlə
əyani şəkildə görüşməsi hərbçilərimizdə,
eyni zamanda xalqımızda dövlətə, orduya olan
inamı daha da artırır.Dövlət
başçısının hərbçilərlə
görüşü zamanı etdiyi çıxışlar
onları daha da ruhlandırır. Bu səfərlər
eyni zamanda ordu rəhbərliyinin məsuliyyətini daha da
artıran məqamlardandır. Onlar Ali
baş komandanın birbaşa diqqətini gördükcə məsuliyyətlərini
daha da artırırlar. Bütün bunlar
hamısı son dövtlər ordumuzun cəbhə xəttində
düşmənin təxribatlarına layiqli şəkildə
cavab verməsində də özünü bariz şəkildə
göstərir. Dövlət
başçısını cəbhədə görən hərbiçilərimiz
daha da ruhlanırlar. Bu siyasət davam edəcək,
düşmənlərimiz bundan sonra da layiqli cəzalarını
alacaqlar. Vətənini sevməyən insan
yoxdur. Biz vətənimizi doğulduqdan
sonra instinkt olaraq sevirik. Mən burada
doğulmuşam, qanım bura bağlıdır, bu
torpağın enerjisindən yaranmışam, bu torpaqda bitən
meyvələri yeyərək valideynim məni dünyaya gətirib.
Həmin meyvələrin, qidaların
yaratdığı enerji şüuraltına keçib. Vətən sevgisininin tibbi və bioloji izahı var.
Sən istəsən də bu vətənə qarşı gələ
bilməzsən, çünki şüuraltı olaraq bu
torpağa bağlısan. Müəyyən
şeylərin əleyhinə getmək olar, amma
bütünlüklə bu torpağın suyunun,
çayının dağının, insanının əleyhinə
gedə bilməzsən. Hər kəs Vətənini
sevməlidir. Çünki, Azərbaycan təkcə
bizim yox, babalarımızın, atalarımızın və
övladlarımızın doğulduğu məkanın
adıdır. Bu torpağa
hamımızın həm fiziki, həm də ruhi
bağlılığımız var. Hər bir vətəndaşın
ilk borcu vətənini sevməkdir. Əgər
o, Azərbaycanda doğulubsa, torpağını sevməlidir.
Vətən o qədər müqəddəsdir
ki, ona anamızın adını veririk,
danışdığımız dilə anamızın dili
deyirik. Hər bir soydaşımız vətənini
sevməlidir, Azərbaycanımız uğrunda hərəkət
etməlidir. Ümummilli dəyərlər,
maraqlar həmişə nəzərə
alınmalıdır. Azərbaycan müstəqil olduqdan
sonra biz bu tip mövzulara daha çox ehtiyac hiss edirik. Sovet dönəmində müəyyən təzyiqlərə
görə insanlar vətənpərvərlik hisslərini gizlətməyə
məcbur olurdular. Müstəqil dövlətimiz isə
vətənpərvər insana ehtiyac hiss edir. Hər
birimiz üçün bu mövzu çox əhəmiyyətlidir.
Yazıçılar, ziyalılar bu barədə
düşünməlidirlər. Gənclərin
vətənpərvərlik, dövlətə və xalqa məhəbbət
ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən
biridir. Bu cür tərbiyə işini həyatla
əlaqələndirmək üçün gənclərimiz
xalqımızın adət-ənənələrinə
hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək
vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni
zamanda, gənc nəslin nümayəndələri Vətənin
müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur,
milli dəyərlərimizə zidd təzahürlərə
qarşı qətiyyətli mübarizə aparan insanlar kimi
formalaşır.Ümummilli lider Heydər Əliyev deyirdi:
"Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur.
Bu, sadəcə, orduda xidmət etmək deyil.
Vətənə sadiq olmaq, Vətəni sevmək,
torpağa bağlı olmaq-budur vətənpərvərlik".
Ümumilikdə, vətənpərvərlik məfhumu
öz məzmununa görə çoxşaxəlidir və onu
heç bir sözlə əvəz etmək mümkün deyil.
Bu hisslər uşaqlarda tədricən, necə
deyərlər, mərhələ-mərhələ
formalaşır. İnsan dünyanı dərk
etdikcə Vətəninə, torpağına məhəbbəti,
sevgisi artır, vətənpərvərlik hissləri güclənir.
Bütövlükdə, sözügedən hiss öz dövlətinin
tərəqqisi üçün can yandırmaq, doğma
xalqının tarixi və mədəniyyəti ilə fəxr
etmək, Vətənin rifahı naminə əlindən gələni
etmək deməkdir. Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən
keçir. Həmin faktorlar bir-biri ilə
sıx bağlıdır. Ona görə də
nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin,
vətənpərvərlik hisslərinin əsası ailədə,
məktəbəqədər tərbiyə müəssisələrində,
orta məktəblərdə qoyulur. Milli
şüur millətə, xalqa aid xüsusiyyətləri hər
hansı bir fərdin özündə cəmləşdirmək
bacarığıdır. Belə ki, burada
vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb
edir. Azərbaycanda gənclərin
inkişafı, onların gələcəyi baxımından məqsədyönlü
siyasət həyata keçirilir. Aydın
məsələdir ki, bütün bunların
qarşılığında gənclik də öz potensialından
istifadə edərək doğulduğu torpaq,
yaşadığı ölkə, Vətəni
üçün əlindən gələni əsirgəməməlidir.
Gənclərdə milli vətənpərvərlik
hissləri güclü olmalıdır. Xüsusən
də Azərbaycan gəncinin vətənpərvər
olması vacibdir. Hər bir Azərbaycan gənci bilməlidir
ki, torpaqlarımızın 20 faizi işğal
altındadır, məcburi köçkünlərimiz var. Belə
olan halda, heç şübhəsiz ki,
torpaqlarımızın işğaldan azad edilməsi
üçün gənclərimizdə vətənpərvərlik
ruhu günü-gündən yüksələcək. Gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
Vətənpərvərlik hissi uşaqlarda
körpə yaşlarından
formalaşdırılmalıdır. Torpaqlarımızın
işğal altında olduğu bir şəraitdə
uşaqlarda Vətənə, torpağa sevgi, məhəbbət
hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər
həyata keçirilir. Hər bir cəmiyyətin
gələcəyi onun yetişməkdə olan gənc nəslidir.Gənclik
bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən
edən, cəmiyyətin ictimai-siyasi həyatında ön
sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə
qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini,
yüksəlişini, ictimai-siyasi potensialını təbliğ
edən ən vacib meyarlardandır. Dövlətimiz
də bu meyarı dəyərləndirərək gənclərimizdən
diqqət və qayğısını əsirgəməyib, hər
zaman onların yanında olaraq qabiliyyət və
imkanlarını inkişaf etdirmək üçün
lazımi göstərişlərini verib. Ümummilli
lider Heydər Əliyev: "Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz.
Siz müstəqil Azərbaycanımızı
XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz.
Biz müstəqil Azərbaycanın taleyini sizə
etibar edib, tapşıracağıq. Ona
görə də Azərbaycan dövlətini yaşatmaq və
inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi
bütövlükdə sağlam düşüncəli gənclərdən
asılıdır" - deyərkən gənclərimizin
firavan gələcəyinə böyük ümidlər
bağlamış, onların hərtərəfli fəaliyyət
göstərmələri üçün lazımi tədbirlər
həyata keçirmişdi. Bildiyiniz kimi 7 iyul 2011-ci il tarixində cənab Prezident İlham
Əliyev "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının təsdiq edilməsi haqqında
sərəncam imzalayıb. Bu proqramın təsdiq
edilməsi ölkəmizdə gənclərə olan diqqət
və qayğının bariz nümunəsidir. Gənclərin vətənpərvərlik, dövlətimizə
və xalqımıza məhəbbət ruhunda tərbiyə
edilməsi ən mühüm sahələrdən biridir.
Bütün tərbiyə işini həyatla əlaqələndirmək
üçün məktəbdə ictimai inkişaf
qanunları şagirdlərə başa salınmalı, məktəbliləri
xalqımızın adət-ənənələrinə
hörmət ruhunda tərbiyələndirməli, onlarda
yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir.
Eyni zamanda, məktəbliləri vətənin
müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək,
milli dəyərlərimizə zidd təzahürlərə
qarşı qətiyyətli mübarizə aparan insanlar kimi
formalaşdırmaq lazımdır. Sevindirici
haldır ki, gənc nəslin milli mənlik şüurunun
inkişaf etdirilməsi istiqamətində rayon və paytaxt məktəblərində
bu yöndə lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə
bağlı müxtəlif mövzularda söhbətlər
edilir. Milli mənlik şüuru
özünüdərk deməkdir. Milli
özünüdərk deyəndə, ilk növbədə
insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini,
Vətəninin tarixini bilməli və dərindən təhlil
etməyi bacarmalıdır. Hər bir gənc,
vətəndaş dərk etməlidir ki, hansı Vətəni,
milləti, milli xüsusiyyətləri təmsil edir.Gənclərin
vətənpərvərlik, dövlətimizə və
xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi
ən mühüm sahələrdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək
üçün gənclərimiz xalqımızın adət-ənənələrinə
hörmət ruhunda tərbiyələndirir, onlarda yüksək
vətənpərvərlik hissini inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri
vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə
olunur, milli dəyərlərimizə zidd təzahürlərə
qarşı qətiyyətli mübarizə aparan insanlar kimi
formalaşırlar.
Yazgül Həsənqızı
Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə ABUC-un həyata
keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində
QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2016.- 17 noyabr.- S.12.