Orta məktəblərdə

vətənpərvərlik ideyaları aşılanır

 

Gənc nəslin milli ruhda tərbiyəsi diqqət mərkəzindədir

 

Sirr deyil ki, gənc nəsil arasında vətənpərvərlik hissinin yüksəldilməsi ideyası ailədən başlayıb orta məktəblərdə davam etdirilir. Orta məktəblərdə vətənpərvərlik hisslətinin təbliği xüsusi əhəmiyyətə malikdir. Çünki, yalnız bu yaşda olan uşaqlar Vətən, torpaq haqqında elmi biliklərə yiyələnirlər. Hazırda bu istiqamətdə vətəndaş cəmiyyətlərinin gördükləri işlət tədqirəlayiadir. Məhz bu məqsədlə "Azərbaycan Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği" adlı tədbir keçirilib.

Səməd Abdullayev adına 290 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə "Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği" adlı layihənin təqdimatına həsr olunmuş tədbir düzənlənib. Xalqımız gələcəyimiz olan gənclərin Vətənə məhəbbət, soykökünə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb, buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında həmişə qeyd edirdi ki, hamımızın ümumi vəzifəmiz Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Silahlı Qüvvələrimizin hərbi hissələrinin göstərdiyi qəhrəmanlıqlar haqqında gənclər arasında təbliğat aparmaq və müharibə veteranlarını cəmiyyətimizin fərdlərinə daha yaxından tanıtmaq mühüm vəzifədir. Məqsəd yeni hərb tariximizdə baş vermiş döyüşlər zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqların, xüsusilə 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonunda mühasirəyə alınmış yerli əhaliyə qarşı düşmən tərəfindən törədilə biləcək növbəti faciəli soyqırımın gərgin döyüşlər nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən 10 sutka ərzində qarşısının alınması, hərbçilərimizin şüurlu şəkildə ölümün ağuşuna atılması və nəticədə 400 nəfər döyüşçümüzün qəhrəmancasına həlak olaraq 60 minlik rayon əhalisinin xilas edilməsini, "Əsrin qəhrəmanlığını" gənc nəslə aşılayaraq beynəlxalq aləmdə tanıtmaqdır.Azərbaycanın 25 illik müstəqillik dövründə yaşadığı hadisələr Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Sevindirici haldır ki, respublikamızın gəncləri Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, vətənpərvər olduqlarını sözdə deyil əməldə də nümayiş etdirirlər. 2-5 aprel tarixlərində cəbhədə baş verənlər Azərbaycan ordusunun və Azərbaycan gəncliyinin əzmkarlığını bir daha nümayiş etdirdi: "Bu hadisə həm Azərbaycan ordusunun nəyə qadir olduğunu, həm xalqımızın monolitliyini, həm Ali Baş Komandanın ətrafında sıx birləşməsini, həm də Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiqlədi. Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik təqdirəlayiqdir və bu onu göstərir ki, Azərbaycan gəncliyi işğal olunmuş torpaqlarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır". Vətənin biz gənclərə hər zaman ehtiyacı var. Vətənimizin ən böyük yarası olan Qarabağ yarasını sağaltmaq , ölkəmizdə əmin-amanlığın daim bərqərar olması üçün biz hər zaman bir olmalıyıq. Tədbirdə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən "Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği" mövzusunda layihənin icraçısı Xəyalə Məmmədzadənin, Kəlbəcər döyüşləri iştirakçısı əsgər Məlik Məlikovun, 701-ci hərbi hissənin veteran-kəşfiyyatçısı Ramiz Əliyevin, 290 saylı tam orta məktəbin hərbi rəhbəri, Qarabağ müharibəsinin iştirakçısı Muxtar Həşimovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilmişdir. Tədbirin sonunda kütləvi qəhrəmanlığa həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Bu arada Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (MQTİB) təşəbbüsü ilə Bakıdakı 100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsinin yaradılması nəzərdə tutulub. Layihənin icrasına Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdən başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, "Milli Qəhrəmanlar" guşəsinin açılış mərasimində Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək keçdikləri şərəfli döyüş yolundan danışıb, gənclərə tövsiyələrini veriblər. Şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər. Daha sonra MQTİB tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdlərinə fəxri fərmanlar, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanova "General Əliağa Şıxlınski" yubiley medalı təqdim olunub. "Regional Gender Mərkəzi" İctimai Birliyi də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi lə "Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımların göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Ağdam rayonunun "Dörd yol"qəsəbəsində "Qorxu, stresspanika" mövzusunda təlim keçirilib. Layihə rəhbəri Ş. Dadaşova təşkilatın fəaliyyəti və layihə barəsində ətraflı söhbət açıb, mövzunun aktuallığını vurğulayıb. Bildirilib ki, ərazi təmas xəttinə yaxın olduğu üçün tez-tez təhlükəli hallar baş verir. Ona görə də bu mövzu təmas xəttinə yaxın olan ərazilər üçün olduqca vacib və aktualdır. Həkim Səadət Feyziyevanın apardığı təlimdə diqqətə çatdırılıb ki, qorxu insanın həyatı, sağlamlığı üçün təhlükə törədə bilən bütün real və xəyali hadisələrə qarşı təbii reaksiyadır. Təlimdə daha sonra psixoloji məsləhətlər verilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb. Yekunda tədbir iştirakçıları onlara mənəvi dəstək olduğuna görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və "Regional Gender Mərkəzi"nə təşəkkür ediblər. Onu da qeyd edək ki, vətənpərvərlik ideyalarının təbliği məsələsində bir sıra dövlət qurumları xüsusi fəallıq nümayiş etdirilər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 11 noyabr 2016-cı il tarixdə Gəncə Şəhər İcra hakimiyyəti, Kəpəz, Nizami, Samux və Kəlbəcər Rayon İcra hakimiyyətləri ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Kəpəz və Nizami Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyüsuverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Azərbaycan gəncliyinin daim vətənpərvərliyi ilə fərqləndiyini qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov bildirdi ki, aprel döyüşləri Silahı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək gücünə qadir olduğunu bir daha sübut etdi.Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin böyük əhəmiyyət daşıdığını və bu sahədə həyata keçirilən işlərin müsbət nəticələr verdiyini vurğuladı.Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi xidmətə hazırlanması istiqamətində uğurlu fəaliyyət göstərdiyini qeyd etdi.Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Nizami, Kəpəz, Samux və Kəlbəcər rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 18 noyabr.- S.15.