Multikulturalizm xarici siyasətin

mühüm strateji amilinə çevrilib

 

Azərbaycan tolerantlıq sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir

 

Multikulturalizm siyasi ideologiyanın vacib bir hissəsi olaraq, etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlmişdir. Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm siyasəti olmuşdur. Respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasət öz nəticəsini verməkdədir.

Azərbaycanda etnik zəminində tolerantlığın və multikulturalizmin kök salması azərbaycanlıların tarix boyu özünü biruzə vermiş milli xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən iki ticarət yolları keçmişdir. Eyni zamanda keçmişdə respublika ərazisində qonşu respublikalardan yönəlmiş hərbi yürüşlər, həmçinin burada etnik mozaikanın formalaşmasında öz təsirini göstərmişdir. Ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilmışdir. Uzaq ölkələrdən gələn turistlərin bir hissəsi daimi yaşamaq üçün bu yaşayış məntəqələrində məskan salırdılar. Müasir dövrdə də Azərbaycan multikultural dəyərlərin yaşadıb inkişaf etdirilməsində maraqlı görünür. Multikulturalizm artıq Azərbaycanın dövlət siyasəti və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin 2016-cı il 10 yanvar tarixli sərəncamı ilə cari il "Multikulturalizm ili" elan etməsi bunun baruz nümunəsidir. Məlumat üçün qeyd edək ki, dövlət başçısının məlum sərəncamından sonra Azərbaycan dünyaya multikulturalizm ənənələrini ixrac etməyə başlayıb. Öz hərəkət və davranışları ilə dünya ölkələrinə mühüm mesaylar verib. Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılş mərasimidə qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir: "Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat "Bakı prosesi" adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə "Mültikulturalizm ili" elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir". Bu isə o deməkdir ki, Azərbaycan müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin tənzimlənməsi istiqamətində dünya ölkələrini öz töhvəsini verməkdədir. Bu həm də dünyada mövcud olan müxtəlif xalqların dinc-yanaşı yaşamasına çağırış kimi qəbul edilməlidir. Məhz Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsiddir ki, artıq müxtəlif xalqların nümayəndələri yaşanan problemlərin çözülə biləcəyi məkan kimi Azərbaycanı seçirlər.Yəni, Azərbaycan beynəlxalq humanitar tədbirlərin düzənləndiyi məkana çevrilib. Dövlət başçısı deyib ki, biz çoxsaylı beynəlxalq tədbirlər təşkil edirik: "Onların sırasında hər il keçirilən Bakı Beynəlxalq Humanitar ForumuÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdik. Nailiyyətlərimizin mühüm göstəricisi bu ilin oktyabr ayında Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin Azərbaycana səfəri çıxışında multikulturalizm bizim nailiyyətlərimiz haqqında söylədiyi fikirlər olub. O, burada Katolik Kilsəsini, Azərbaycan məscidini ziyarət etmiş, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ilə görüş keçirmiş Bakıdan, bu zaldan dünyaya mədəniyyətlərarası dinlərarası dialoqun dəyərləri ilə bağlı mesaj vermişdir". Məzmun mahiyyət etibarilə kiçik məsələ deyil ki, Roma Papası öz gözləri ilə Azərbaycandakı tolerant mühiti gördü tədqir etdi. Artıq bu ənənənin dünyanın inkişaf etmiş ölkələrində yayılması ideyaları ortalıqdadır. Hazırda Azərbaycanın tolerantlıq nəzəriyyəsi praktikası öyrənilməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan multikulturalizm ideyalarını dünyada etnik, irqi ayrıseçkiliyin hökm sürdüyü, miqrasiya problemlərinin tüğyan etdiyi bir dövrdə yaşatmaq vəzifəsini öz üzərinə götürüb. Qətiyyətlə demək olar ki, bi vəzifənin öhdəsindən layiqincə gəlir: "Biz bunu xüsusilə bugünkü dünyada etnik dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik. Biz faciələrin, milli ya dini mənsubiyyətinə görə insanların əzabının şahidi oluruq. Bunlar dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir. Multikulturalizm iflasa uğramayıb hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Bunlar müsbət meyillərdir. Bu baxımdan bizim rolumuz əsasən ənənələrimiz ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik dini qrupların nümayəndələri sülh ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var bizim qanunauyğun marağımızdadır ki, bu sahədə regionda dünyada müsbət inkişaf mövcud olsun". Doğrudan da Azərbaycanda milli dini azadlığın inkişafı üçün hər bir şərait yaradılmışdır. Ölkəmizdə, hər bir islam digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək fəaliyyət göstərmək imkanına malikdir. Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində (Fransa, Almaniya, Böyük Britaniya, Belçikavə s.) son onillikdə islamafobiya geniş yayılmışdır. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması yayılmasına zəmin yaratmışdır. Belə meylərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli dini zəmində baş vermiş dəhşətli cinayyətlər bu fikri bir daha təsdiqləmışdır. Bir sıra Qərbi Avropa ölkələrində məhz dövlətin bu sahədə buraxdığı səhvlər nəticəsində dini milli zəmində ekstremizmin baş qaldırmasına gətirib çıxarmışdır. Azərbaycan isə tarixən tolerantlığı, eləcə etnik mədəni rəngarəngliyi ilə seçilən bir ölkə kimi tanınmaqdadır. Azərbaycan tolerantlıq sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir. Multikulturalizm Şərqi Avropa Qərbi Asiyanın qovşağında, müxtəlif dinlərin xalqların birgə yaşadığı Azərbaycan Respublikasında xarici siyasətin mühüm strateji amilinə çevrilib.

 

Alim

 

Olaylar.- 2016.- 18 noyabr.- S.9.