Dövlət başçısının uğurlu xarici siyasəti

 

Beynəlxalq aləmdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasət dünya dövlətləri, eləcə də beynəlxalq birliklər tərəfindən diqqətlə izlənilir. Qətiyyətlə demək olar ki, ölkəmizin həyata keçirdiyi düşünülmüş xarici siyasəti dünyanın super gücləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlib. Daha dəqiq, Azərbaycan dünya ölkələri üçün strateji tərəfdaş, etibarlı partnyor dövlətinə çevrilib.

Məhz həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə dəstəklənərək söz sahibinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılş mərasimidə qeyd edib ki, Azərbaycanın sürətli siyasiiqtisadi inkişafı bu geniş beynəlxalq dəstəyin əldə olunmasında mühüm rol oynayıb: "Belə geniş beynəlxalq dəstəyin əldə olunması onu nümayiş etdirir ki, Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulubheç kəsə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Bu baxımdan həmin amillərlə yanaşı, Azərbaycanın sürətli siyasiiqtisadi inkişafı bu geniş beynəlxalq dəstəyin əldə olunmasında mühüm rol oynayıb. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəalıq və bütün bu təşkilatlarda ədalət dəyərini və beynəlxalq hüququ təşviq edirik". Bəli, etiraf edilməlidir ki, Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz". Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının onlarla xarici ölkələrdə səfirliyi, beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, baş konsulluğu, təmsilçilik ofisi və fəxri konsulluğu fəaliyyət göstərir. Həmçinin respublikamızda çoxsaylı xarici ölkələrin diplomatik korpusları fəaliyyətdədirlər. Məhz belə diplomatik əlaqələr imkan verir ki, Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilsin. Məlum olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində həyata keçirilən düşünülmüş srtategiya artıq nəticəsini büruzə verməkdədir. Nəzərə almaq lazımdır ki, elə bir beynəlxalq tədbir, elə bir səfər yoxdur ki, dövlət başçısı orada ümumilli problemimiz olan Dağlıq Qarabağ məsələsini qaldırmasın. Dövlət başçısının 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağın toplaşdığı Dünya Xəbər Agentliklərinin V Konqresində Qarabağ məsələsini qabartması həmin siyasətin davamı kimi qəbul edilməlidir: "Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. "Qarabağ" sözünün özü Azərbaycan mənşəlidir. Bu gün təkcə sovet dönəmində Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin yeddi digər rayonu da erməni işğalı altındadır". Erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticələri sezilməkdədir. Artıq Ermənistanın ölkəmizə qarşı təcavüz bir sıra ölkələrin parlamentlərində müzakirəyə çıxarılıb, insanlıq əleyhinə cinayət kimi xarakterizə olunub. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın müstəqilliyinin 20 illiyində BMT TŞ-yə seçilməsi böyük tarixi qələbə idi. Qeyd olunmalıdır ki, diplomatik dairələrdə BMT TŞ-yə seçkiləri uğurla apararaq bu posta yiyələnmək və eyni zamanda, qeyri-daimi üzv kimi üzərinə düşən məsuliyyətli yükü layiqincə icra etmək və qlobal problemlərin həllinə töhfə vermək dövlətin inkişaf səviyyəsinin mükəmməlliyinin xüsusi meyarı kimi qəbul olunur. İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edirbir çox hallarda bu kimi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti imkan verir regionlararası inkişaf üçün gələcəkdə də fəaliyyətini daha intensiv şəkildə qursun. Tədqirəlayiq haldır ki, Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Azərbaycan eyni zamanda dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rola malikdir. Ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarında belə əminamanlığın təmin olunmasında öz töhvəsini verməkdədir. Xatırladaq ki, Azərbaycan qaynar nöqtələrdən olan Yaxın Şərq regionu üzrə şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən də Fələstin, Suriya, Liviya, Livan, Yəmən və dünyanın gündəmində olan bu kimi digər məsələlərin müzakirəsində yaxından töhfəsini vermişdir. BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır. Göründüyü kimi, düşünülmüs siyasi strategiya, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun uğurla həyata keçirilməsi müstəqil dövlətimizi dünya birliyinin layiqli, demokratik, sülhsevər dövlətləri sırasına qoşmaqdadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da yüksələcəyinə olan ümidləri getdikcə artırır.

 

Alim

 

Olaylar.- 2016.- 18 noyabr.- S.7.