Haqsızlığa məruz qalan Şimali
Kipr
Əvvəli
ötən sayımızda
Şimali Kipr
Türk Respublikasının sərhədləri şimalda
Dipkarpaz, qərbdə Güzelyurt və cənubda
Akıcılara qədər uzanır. Şimali Kipr Türk
Respublikası ilə Kipr Respublikası arasında Birləşmiş
Millətlər Təşkilatının nəzarətində
olan bufer zona yerləşir. Şimali Kipr Türk
Respublikasının ən gözəl və əhəmiyyətli
yerləri paytaxt Lefkoşa, Girnə, Qazimağusa və Gözəlyurtdur.
Aralıq dənizi iqlimində yerləşdiyindən bu
ölkədə çox da yağış yağmır. Adətən
isti və quru hava iqliminə malikdir.
Şimali Kipr Türk Respublikasının rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu addımdan geri çəkiliblər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr Türk Respublikası arasında münasibətlər yaranıb. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərməkdədir. Şimali Kiprdə Təhlükəsizlik Qüvvələri Komandanlığı (GKK) adlı silahlı qüvvələr mövcuddur. Bu orduda 18-40 yaşları arasında 4000 nəfər xidmət keçməkdədir. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin 11-ci kolordusu Kipr Türk Sülh Korpusu adı ilə adada xidmət keçməkdədir. Beynəlxalq səviyyədə tanınmadığına görə Şimali Kipr mütəmadi olaraq Türkiyədən yardımlar almaqdadır. Milli valyutası türk lirəsi olan bu dövlətin bütün idxal və ixrac əməliyyatları məhz Türkiyə üzərindən həyata keçirilməkdədir. Dünya Poçt Birliyi müstəqil dövlət kimi Şimali Kipri tanımadığından bu ölkəyə hər hansı məktub və ya bağlama göndərəndə belə "Mersin 10 Turkey" başlığı qeyd olunmalıdır. Şimali Kiprə hava uçuşları yalnız Türkiyə üzərindən həyata keçirilir.
Füsunkar təbiətə
malik ölkə
Kipr füsunkar təbiətə malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülüb. Kiprin bitki örtüyü də bir qədər zəngindir. Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür meşələrlə örtülü olub. Kiprdə tədarük olunan oduncağa isə qonşu ölkələrdə tələbat gündən-günə artırdı. Kipr oduncağı əsas etibarilə Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti materialları, eləcə də yanacaq kimi istifadə edilirdi. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus meyvələri və zeytun ağacları ilə örtülüdür. Kiprin torpaqları məhsuldar torpaqlar hesab olunur. Humusun miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir. Kipr öz təbiətinin nqorunmasına biganə qalan ölkə deyil. Çünki ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur. Amma adanın iki hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir qədər arxa plana keçirir.
Xarici turistləri cəlb edən əsas
amil
Kiprdə
daha çox çimərliklər xarici turistlər
arasında çox populyardır. Ölkənin iqlimi subtropik,
Aralıq dənizi tiplidir. Qış ayları rütubətli,
mülayim, yay isə quraq və isti keçir. İyun
ayının orta temperaturu müsbət 25°, yanvarınkı isə
müsbət 12° C-dir. Adaya düşən yağıntıların
orta illik miqdarı düzənliklərdə 300-500 mm,
dağlarda isə 800-1000 mm-dir. Ölkəyə çox nadir
hallarda qar yağır. Yağıntılar əsasən
noyabrdan-aprelə qədər düşür. Maydan oktyabra qədər
yağıntı, demək olar ki, olmur. Aralıq dənizi
hövzəsinin digər ölkələrində olduğu
kimi Kiprin də yay ayları isti keçir, oktyabrdan
başlayaraq isti havalar azalır. İsti iqlim və Aralıq dənizi
iqlimi bütün il ərzində müxtəlif mədəni
bitkilərin yetişdirilməsinə şərait yaradır.
Kiprdə çimərlik mövsümü 7-8 ay davam edir. Ümumiyyətlə,
Şimali Kipr Türk Respublikası xarici turistlərin çox
sevdiyi bir yerdir. Çünki burada ilin orta hesabla 280
günü aydın və günəşli keçir. Kipr
hökuməti təbiətin bəxş etdiyi bu nemətdən
maksimum səviyyədə istifadə edərək ölkədə
beynəlxalq dərəcəli onlarca turizm obyektləri-çoxulduzlu
mehmanxanalar, yaxşı təchiz olunmuş iaşə müəssisələri
və digər istirahət ocaqlarının tikintisinə icazə
verib. Kiprdə əhalinin sayı həm təbii yolla, həm
də miqrasiya hesabına artır. 1946-cı ildə Kiprdə
yaşayanların sayı 442 min, 1990-da 700 min, 2005-ci ildə təqribən
900 min nəfər olmuşdu. Ölkə üçün
illik artım təqribən 1 faiz həddindədir. Əsas
etnik qruplara yunanlar (ümumi əhalinin 78 faizi) və türklər
(18 faiz) aid edilir. Bu etnoslar ayrı-ayrılıqda məskunlaşıblar.
Yunan icması adanın cənub qərbində (ərazinin 60
faizi), türk icması şimal şərqində (40 faiz) məskunlaşıb.
Kiprdə təhsilin səviyyəsi region miqyasında yüksək
hesab oluna bilər. Yaşlı əhalinin 97 faizi
savadlıdır. Günümüzdə təkcə Şimali
Kipr Türk Respublikasında yaşayan əhalinin sayı 350
min nəfər təşkil edir. Şəhər əhalisinin
sayının sürətlə artmasına baxmayaraq Kiprin
şəhərləri o qədər də böyük deyil.
Bütün göstəricilərinə görə ölkənin
ən böyük şəhəri Nikosiyadır. Şəhər
Mesoariya düzənliyində 150 m hündürlüklü
Pedisos çayı sahilində yerləşib. Kipr
yunanlarının Nikosiya, Kipr türklərinin Levkoşa
adlandırdıqları şəhərdə 200 mindən bir
qədər artıq adam yaşayır. Əlverişli
mövqeyi olan şəhər böyük nəqliyyat
qovşağıdır.
İnkişaf edən iqtisadiyyat
Kipr
adasında faktiki iki dövlət mövcud olduğundan orada
bir-birindən o qədər də kəskin fərqlənməyən
2 icmanın iqtisadiyyatından danışmaq lazımdır.
Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi,
bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti
yaxşı inkişaf edib. Daxili milli məhsulun həcmi
2004-cü il göstəricilərinə görə
bütün ada üçün 14 milyard. dollardan artıq
olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta
hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm
türklər yaşayan hissədə 6 min dollardan çox
deyil. Yunanlar yaşayan hissədə isə iki dəfə
çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli
hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə
mövcud olan əlaqələrindən asılıdır və
Avropa İttifaqı üçün zəruri hesab edilən
meyarların əldə edilməsinə yönəldilmişdir.
Adanın türklər yaşayan hissəsində yerli
hökümətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə
bağlıdır. Yunanlar yaşayan hissədə Ümumi
Daxili Məhsulun 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd
təsərrüfatının payına düşür.
Türklər yaşayan hissədə Ümumi Daxili Məhsulun
68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının
payına düşür.
AB-nin yalnış qərarı və
həlli çətinləşən
Kipr problem
İdarəolunma
formasına görə Kipr respublikadır. Adanın hər iki
hissəsində parlament demokratiyası fəaliyyətdədir.
Yunanlar yaşayan hissədə dövlətə və
hökumətə prezident rəhbərlik edir. O, Nazirlər
Kabinəsinin tərkibini formalaşdırır. Yunan
icmasında ali qanunvericilik hakimiyyət prezidentə və
birpalatalı (56 yer) parlamentə məxsusdur. Ölkə
prezidenti və parlament deputatları 5 il muddətinə
seçilir. Ölkənin türklər yaşayan hissəsində
prezident və Baş nazir vəzifələrini
ayrı-ayrı adamlar tutur. Yunan icmasında olduğu kimi burada
da prezident və birpalatalı parlament (50 yer) 5 il müddətinə
seçilir. İnzibati ərazi cəhətdən Kipr 6 dairədən
ibarətdir. Vahid olkənin paytaxtı Nikosiyadır. Bu şəhər
yunan və türk icmaları hissələrinə
bölünmüşdür. Bütün dairələrin
adları orada yerləşmiş böyük şəhərlərin
adı ilə eynidir. Famaqusta iki hissəyə
bölünmüş Famaqusta, Kireniya (türk icması ərazisindədir),
Pafos, Larnaka və Limosol (yunan icması ərazisindədir) belə
dairələrdəndir.
Bu gün
adada mövcud olan ən ciddi problem Kipr sorunudur. Düzdür,
son aylar tərəflər problemin həllinə yaxın
olsalar da, hələlik ortada tam bir həll variant yoxdur. Ona
görə də Kipr probleminin həlli dünya istimaiyyətinin,
xüsusilə BMT-nin nəzərindən yayınmır. Bu
problem dəfələrlə BMT-də, onun Təhlükəsizlik
Şurasında müzakirə olunub və müəyyən qətnamələr
qəbul edilib. 2002-ci ilin noyabrında BMT Kiprin federal sistemdə
yenidən birləşdirilməsini nəzərdə tutan yeni
sülh proqramını irəli sürür. Həmin ilin
dekabrında Avropa İttifaqı (Aİ) bildirir ki, Kipr təşkilata
üzvlüyə Avropa İttifaqının 2004-cü ildəki
növbəti genişləndirmə raundunda qəbul ediləcək.
Kiprdəki sülh danışıqlarını dəstəkləyərək
Avropa Ittifaqı, həmçinin bildirir ki, əgər
sülh əldə olunmazsa yalnız beynəlxalq aləmdə
tanınmış Yunan Kipri təşkilata üzv qəbul
olunacaqdır. Əslində bu Avropa İttifaqının
atmış olduğu ən yalnış və qərəzli
bir addım idi. 2004-ün fevralında Yunan və Kipr liderləri
güclü beynəlxalq təzyiq altnda BMT-nin vasitəçilik
etdiyi sülh danışıqlarını
yekunlaşdırmağa razılıq verirlər və beləliklə,
Kipr vahid dövlət kimi Avropa İttifaqına üzv olur.
Apreldə adanın hər iki hissəsində keçirilən
referendumda Kipr yunanlarının 75 faizdən çoxu BMT-nin
yenidən birləşmə planından imtina edirlər. Kipr
türklərinin 65 faizi isə planın lehinə səs verir.
Lakin buna rəğmən Avropa İttifaqı ədalətsiz
bir addım ataraq Yunan Kiprinin 2004-cü ilin mayın 1-də
Avropa İttifaqına üzv qəbul edir. Bununla belə,
Türkiyə Kiprinin birləşmə planını bəyənməsi
sülhə doğru konstruktiv bir addım idi. Bu bəyannamə
Türkiyə Kiprinə öz meyvə, tərəvəzlərini
cənuba və eləcə də, Ümumi bazarına tarifsiz
daxil etməyə imkan verdi. Türkiyə höküməti
özünün Avropa İttifaqına üzvlük qrafikinə
əlavə olaraq Kipr respublikasının Avropa
İttifaqının üzvü kimi tanımağa
razılıq verdi.
Süleyman İsmayılbəyli
Bakı-İstanbul-Lefkoşa-Bakı
Ardı var
Olaylar.- 2016.- 23
noyabr.- S.10.