Rum tərəfinin inadı səbəbindən

həll edilməyən Kipr problem

 

Yaxud beynəlxalq aləmin Kipr probleminin həllinə olan biganəliyi

 

Əvvəli ötən saylarımızda

 

Kipr problemi barədə dünyanın daha yaxından bilgiləndirilməsi, beynəlxalq aləmin diqqətinin bu problemə cəlb olunması, ən əsası Şimali Kipr Türk Respublikasının pozulan haqlarının dünyaya çatdırılması baxımından rəsmi Lefkoşanın beynəlxalq media üzərindən fəaliyyəti də təqdir olunandır. Belə ki, hər il bir neçə dəfə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu media qurumlarının təmsilçilərini Şimali Kipr Türk Respublikasına dəvət edən bu ölkənin Xarici İşlər Nazirliyi xarici KİV-lər vasitəsilə beynəlxalq aləmin diqqətini bir daha bu problemə yönəldir, xarici medianın dllindən dünya birliyinə Kipr probleminin həlli çağırışı edir. Elə Azərbaycandan mənim də qatıldığım bu dəfəki səfərdə də məqsəd dünyanın dörd bir yanından gəlmiş KİV nümayəndələrinə Kipr problemini anlatmaq, media orqanları vasitəsilə bu problemin həllinə diqqəti artırmaq idi. Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə xarici ölkələrdən olan media nümayəndələrinin görüşü də buna hesablanmışdı. Nazir Tahsin Ertuğruloğlu media nümayəndələrinə Kipr problemi barədə geniş və ətraflı bilgi verərək qeyd edib ki, 24 aprel, 2004-cü il tarixində hər iki tərəfdə eyni vaxtda reallaşdırılan referandumlarda, kiprli yunanların BMT-nin həll planına chr("39")xeyrchr("39") deməsi ilə Kipr probleminin həlli istiqamətində davam etdirilən səylər dörd illik bir durğunluk halına düşmüşdü. Bu müddət ərzində, Kiprin türk lideri Mehmet Əli

Tələt və Kiprin Rum lideri Tassos Papadopulos, 8 İyul 2006-cı ildə tarixində "iki toplumlu, iki seqmentli və siyasi bərabərliyə əsaslanan bir federasiya" halında əhatəli bir həll variantının tapılması və Kipr probleminin köklü mövzularını müzakirə etmək üçün işçi texniki komitələrin yaradılması barəsində razılığa gəldi: "Bu mistiqamətlərdə liderlər tərəfindən görəvləndirilən nümayəndələr, işçi qrupları ilə texniki komitələrin yaradılması və müzakirələrin başlamasına xidmət edən görüşməyə başladılar. Ancaq, bu görüşlər Papadopoulos liderliyinin uzlaşmaz siyasətləri səbəbindən bir nəticə vermədi. Kiprin Rum tərəfində 2008-ci ilin fevral ayında reallaşan prezident seçkiləri və seçki kampaniyasında Hristfoyasın yeni Kipr Rum lideri seçilməsiylə problemin həlli istiqamətində aparılan müzakirələrdə yeni proses başladı. İki lider, əvvəlcə 21 mart, 2008-ci il tarixində bir araya gələrək, 21 mart razılığına imza atıldı. 21 mart razılığına uyğun olaraq, işçi qrupları və texniki komitələrin yaradılması və bunların nəticəsində yeni müzakirələrin başlamasına qərar verildi. 16 aprel, 2008-ci il tarixində isə, idarəçilik, iqtisadiyyat, Avropa Birliyi, mülkiyyət, torpaq və təhlükəsizlik zəmanəti üzrə altı işçi qrupu yaradıldı. Bundan başqa ekologiya, səhiyyə, iqtisadi və ticari, cinayət və cinayətə bağlı, humanitar mövzular və mədəni Miras məsələlərini müzakirə etmək üçün texniki komitələr elan edilərək işlərinə başladı. 21 mart, 2008-ci il tarixində reallaşan görüşün nəticəsi olaraq həmin il, aprel ayının 3-də Lefkoşada piyadalar üçün keçişi təmin edən Lokmacı qapısı açıldı. 23 may, 2008-ci il tarixində iki lider ikinci dəfə bir araya gələrək, yerdə qalan digər məsələləri elan etdilər. Razılığa əsasən iki seqmentli, iki toplumlu, BMT Təhlükəsizlik Şurasının qərarlarında göstərildiyi şəkildə siyasi bərabərlik əsasında bir federasiya qurulacaqdı". Xarici işlər naziri deyib ki, 1 iyul, 2008-ci il tarixində üçüncü dəfə bir yerə gələn iki lider, 1 iyul razılığına uyğun olaraq, tək suverenlik və tək vətəndaşlıq prinsipini qəbul edərək sözügedən məsələlərin görüşlərdə müzakirə edilməsinin vacibliyini bildirdilər: "25 iyul, 2008-ci ildə isə liderlər, 1 iyul 2008-ci il tarixində əldə edilən razılaşmaya uyğun olaraq, işçi qrupları və texniki komitələrin işlərinin sonuncu dəfə nəzərdən keçirmək və 3 sentyabr, 2008-ci ildə müzakirələrin başlayacağını elan etdilər. Bu müddət ərzində, 21 mart razılığı əsasında qurulan işçi qrupları və texniki komitələr işlərinə davam etdilər. Texniki komitələrdə razılığa gəlinən və liderlər tərəfindən təsdiqlənən qərarlar elan edildi. İşçi qrupları da öz növbəsində tərəflərin yaxınlaşdığı mövzulara bağlı hesabatlarını liderlərə təqdim etdilər. Dörd illik ara məsafəsindən sonra müzakirələr 3 sentyabr, 2008-ci il tarixində, BMT baş katibinin şəxsi nümayəndəsi Aleksandr Dounerinin iştirakı ilə başladı. Hər iki liderlərin nümayəndələrinin başçılığı ilə keçirilən görüşlərdə qarşılıqlı anlaşma əldə edilən mövzular və üzərində daha çox müzakirəyə ehtiyac duyulan məsələlər təsbit edilərək, üç ana başlıq üçün ümumi 30 ortaq mətn hazırlandı. 2010-cu ilin yanvar ayından isə iki mərhələdə gərgin müzakirələr gerçəkləşdi". Şimali Kipr Türk Respublikasının xarici siyasət idarəsinin rəhbəri onu da xatırladıb ki, 2010-cu ilin fevral ayında BMT Baş katibi Ban Ki-moon adanı ziyarət edərək həm hər iki tərəfin liderlərilə ayrı-ayrılıqda görüş keçirimiş, həm də ortaq bir yığıncaqda iştirak etmişdir: "BMT Baş katibi həmin səfəri zamanı aradan keçən zaman ərzində problemin həllində ciddi irəliləyiş əldə edilmədiyini təssüf hissi ilə qeyd etməklə yanaşı, bu istiqamətdə səylərin artırılmasının vacibliyini də vurğuladı. Şimali Kipr

Türk Respublikasında keçirilən prezident seçkiləri ərəfəsində 30 mart, 2010-cu ildə Mehmet Əli Tələt və Hristofyas son dəfə bir araya gələrək liderlərin müzakirələrdə əldə olunan mərhələylə bağlı öz cəmiyyətlərini məlumatlandırmaq istiqamətində razılıq əldə etdilər. Bu məqsədlə Şimali Kipr Türk Respublikasının lideri Mehmet Əli Telet 1 aprel, 2010-cu ildə aparılan müzakirələrlə bağlı cəmiyyətin bilgiləndirilməsi məqsədilə geniştərkibli mətbuat konfransı təşkil etdi". Tahsin Ertuğruloğlu xarici media nümayəndələrinin diqqətinə onu da çatdırıb ki, Şimali Kipr Türk Respublikası hər zaman müzakirələr tərəfdarı olub və ölkəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq daima Kipr probleminin həlli məqsədilə görüşlərdə yaxından iştirak edib. Xarici siyasət idarəsinin rəhbəri deyib ki, 18 aprel, 2010-cu il tarixində Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində qələbə qazanan Dərviş Əroğlu da BMT Baş katibi Ban Ki-moona göndərmiş olduğu 23 aprel, 2010-ci il tarixli məktubunda Kipr probleminin həlli istiqamətində aparılan müzakirələrə qalmış olduğu yerdən davam etməyə hazır olduğunu ifadə edərək Kipr Türk tərəfinin daha əvvəl əldə olunan yazılı razılaşmalara da sadiq qalacağını vurğulayıb: "Dərviş Əroğlu və Hristofyas bu istiqamətdə ilk görüşlərini 26 may, 2010-cu il tarixində reallaşdırdı. Prosesin irəliləməsi məqsədilə BMT-nin baş katibi müzakirələrdə önə çıxan bir sıra problemlərin həll edilməsi üçün liderləri bir üçlü formatda görüşə çağırdı. Bu müddət ərzində tərəflər arasında həyata keçirilən beş üçtərəfli formatda görüşdən birincisi 18 noyabr, 2010-cu ildə Nyu-Yorkda, ikincisi 26 yanvar, 2011-ci ildə Cenevrədə, üçüncüsü 7 iyul 2011-ci ildə yenə də Cenevrədə, dördüncüsü 30-31 oktyabr, 2011-ci il tarixlərində Nyu-York və beşincisi 23-24 yanvar 2012-ci ildə yenə də eyni şəhərdə baş tutdu. BMT baş katibi 6 yanvar, 2012-ci il tarixində liderlərə göndərmiş olduğu məktubda problemin həlli istiqamətində aparılan danışıqların son mərhələyə girdiyini bəyan edərək bu məqsədlə çoxtərəfli bir konfrans keçirilməsinin önəmli olduğunu ifadə etmişdi. Bununla yanaşı baş katib Kipr Rum tərəfinin 1 İyul, 2012 tarixində Avropa Birliyinin sədrlik postuna sahib çıxmasının problemin həlli istiqamətində aparılan müzakirələri zəiflədəcəyi barədə naraatçılığını da ifadə etmişdi. 25 yanvar, 2012-ci il tarixində Nyu- Yorkda reallaşan sammitin ardından verdiyi açıqlamada BMT baş katibi son razılığa gəlmək üçün liderlərin qərarlı addımlar atmalı olduğunu bildirmişdi. Ancaq, Rum rəhbərliyinin 1 İyul, 2012-ci il tarixində Avropa Birliyinin dönəm başqanlığına rəhbərlik etməsi ilə müzakirələrdə Kipr Türk tərəfinin arzu etdiyi nisbətdə bir irəliləmə qeydə alınmadı. Rum tərəfi müzakirələrin son mərhələsini başa çatdırmaq üçün adadakı iki tərəf ilə qarant ölkələr olan Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə reallaşacaq yüksək səviyyəli toplantı daxil olmaqla, prosesin önünü aça biləcək mərhələlərin həyata keçirilməsini rədd etməyə başladı. Beləliklə, 2013-cü ilin fevral ayında Rum tərəfində reallaşdırılan prezident seçkisinin yaxınlaşmasından dolayı Kipr probleminin həlli istiqamətində keçirilən müzakirələr bir durğunluq dövrünə girdi. Cənubi Kiprdə reallaşan prezident seçkilərində, Nikos Anastasiades yeni Kipr Rum lideri olaraq seçildi. Anastasiades isə Dərviş Əroğludan fərqli olaraq müzakirələrə qaldığı yerdən sürətlə başlamağa hazır olduğu istiqamətində bir açıqlama verməkdən yayındı. Buna rəğmən BMT 2008-ci ildən etibarən tərəflər arasında əldə olunan bütün yaxınlaşmaları özündə ehtiva edən 77 səhifəlik bir sənəd hazırlayaraq 2013-cü ilin aprel ayında tərəflərə təqdim etdi". Xarici işlər naziri qeyd edib ki, BMT-nin tərəflərə təqdim ediyi sənəd, eləcə də Kipr Türk tərəfinin müzakirələrin qaldığı yerdən bir an əvvəl başlaması istiqamətində çoxsaylı çağırışlarına baxmayaraq tərəflər arasında

görüşlərin yenidən başlaması təxminən bir illik bir ara məsafəsindən sonra davam etdi: "Kipr Rum tərəfi, daxili iqtisadi çətinliklər, Kipr Rum Milli Şurası ilə məsləhətləşmələr aparmaq, ekspert təyin edilməsi kimi bir çox bəhanələrlə müzakirələrin yenidən başlaması üçün iki tərəfin bir ortaq açıqlama üzərində razılığa gəlməsinin lazım olduğunu irəli sürmüşdü. Təxminən 5 ay davam edən danışıqlar və diplomatik cəhdlərdən sonra, Kipr Türk liderliyinin quruluşçu addımları nəticəsində 11 fevral, 2014-cü il tarixində ortaq açıqlama mətni üzərində razılıq əldə olundu".

 

Ardı var

 

Süleyman İsmayılbəyli

Bakı-İstanbul-Lefkoşa-Bakı

 

Olaylar.- 2016.- 24 noyabr.- S.12.