Vətənpərvərlik ideologiyası xaricdə

yaşayan soydaşlarımıza da aşılanmalıdır

 

Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan edən Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazlrdır. Heç şübhəsiz ki, gənc əsgərlərimiz də ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına öz töhvələrini verməkdədirlər. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərimiz də xidmətdə yüksək nəticələr əldə etməkdədirlər.

Sirr deyil ki, gənclərin belə naliyyətlər əldə etməsi vətənpərvərlik ideyalarının layiqincə təbliğindən keçir. Təsadüfi deyil ki, Dövlət Sərhəd Õidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psiõîlîji vəziyyətinin daim yüksək səviyyədə saõlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə mütəmadi olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Bu tədbirlərin sırasında 2013-cü ildən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri" xüsusi yer tutur. Noyabr ayının üçüncü ongünlüyündə Lənkəran sərhəd dəstəsində, Dövlət Sərhəd Õidmətinin Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasında və Xudat sərhəd dəstəsinin Qusar rayonunun Yalama qəsəbəsində yerləşən sərhəd zastavasında keçirilən "Valideyn günləri"ndə hərbi hissələrin rəhbərliyi, rayîn icra hakimiyyətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak etmişlər. Keçirilən tədbirlərdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr və sərhəd zastavası barədə ümumi məlumat verilmiş, qonaqlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qîyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əldə edilmiş yüksək nailiyyətlər xüsusi vurğulanmış, Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğı-sını, Dövlət Sərhəd Õidmətində gedən dinamik inkişafı, əldə îlunmuş uğurları əks etdirən fîtî-slaydlar və video görüntülər nümayiş etdirilmişdir. Çıxış edən valideynlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, övladlarına öz tövsiyələrini vermişlər. Daha sînra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kîllektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, övladlarının õidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilmişdir. Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular "Õidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəõri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılmış, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunmuşdur. Birgə nahardan sonra tədbir iştirakçıları yerli incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kîlletivlərinin hazırladığı maraqlı kînsert prîqramlarına tamaşa etmiş, əsgərlər valideynləri ilə birlikdə rəqs edərək əylənmişlər. Onu da qeyd edək ki, hazırda belə tədbirlər vətəndaş cəmiyyətləri tərəfindədn də davam etməkdədir. "Rasional Cəmiyyət Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc nəslin tərbiyəsində üç addım: İnsan, Şagird, Vətəndaş!" adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi məktəblilərin asudə vaxtlarının düzgün təşkili və vətənpərvərlik duyğusunun gücləndirilməsidir. Bu məqsədlə vətənin müstəqillik tarixinin keçdiyi təkamül yolu, vətənin təbiəti barəsində müxtəlif mühazirələrin dinlənilməsi və müxtəlif təcrübələrin reallaşdırılması nəzərdə tutulur. Layihə vasitəsilə yeniyetmələrdə vətəndaşlıq, vətənpərvərlik mövqeyinin mənəvi-əxlaqı keyfiyyət və sosial dəyər kimi formalaşması təmin ediləcək, həyatın müxtəlif sahələrində aktiv və doğru şəkildə iştirak etmək bacarığı aşılanacaq. Layihə çərçivəsində seçilmiş məktəblilər üçün 3 günlük düşərgə təşkil edilib. Düşərgədə "Azərbaycanın müstəqillik tarixi", "Heydər Əliyev və müstəqillik yolunda onun izi", "Şəxsiyyətin formalaşmasında Azərbaycanın milli-mənəvi dəyərləri" mövzularında seminarlar keçirilib. Seminarlar qrup şəklində, əyləncəli və mütəhərrik oyunlar müşayiəti ilə reallaşdırılıb. Təlimlərin sonunda yürüş təşkil edilib. Qeyd edək ki, vətənpərvərliyin təbliği ilə bağlı təkcə Azərbaycanda deyil bir sıra xarici ölkələrdə də tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də ABŞ-ın Los Anceles şəhərində baş tutub. Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş "Gənc səslər, qədim nəğmə" adlı sənədli filmin premiyerası keçirilib. Tanınmış amerikalı sənətçi Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub. Təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər. Nümayişdən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, Qarabağdakı öz doğma torpaqlarından didərgin salınmış və bütün uşaqlıqları məhv edilmiş azərbaycanlı uşaqlar artıq böyüsələr də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin illərin ağrı-acısını yaşayırlar. O, "Gənc səslər, qədim nəğmə" sənədli filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran əsəri vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb. Baş konsul belə bir sənət əsərinin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka öz təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film, tamaşaçılarda böyük marağa səbəb olub. Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb. İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib. Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Nümayiş və Azərbaycan musiqisindən nümunələr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmçinin Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) gerçəkləşdirdiyi "Qəlbdəki və qələmdəki Qarabağ" layihəsi çərçivəsində türksoylu ölkə və topluluqları təmsil edən (Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, QKTC-i ilə yanaşı Tatarıstan, Çuvaşıstan və doğma Təbrizdən) Bakıya gəlmiş araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə silsilə tədbirlər keçirilib. Məlumata görə, tədbirlərin yekunu olaraq vahid mövzulu, ancaq fərqli janrlarda qələmə alınmış yazılardan ibarət "Qəlbdəki və qələmdəki Qarabağ" antologiyası çap olunub. Gənclər Mükafatı laureatı İntiqam Yaşarın layihə rəhbəri olduğu, gənc yazarlar Sərvər Kamranlı, Nofəl Ümid və Sərdar Şirvanın tərtib etdiyi, redaktorları Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, həmin Mərkəzin baş redaktoru Dəyanət Osmanlı və Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı olan "Qəlbdəki və qələmdəki Qarabağ"ın ön sözünü millət vəkili Cavanşir Feyziyev yazıb. Antologiyanın məsləhətçiləri Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, ATXƏM sədri İlham İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıoğlu, DGTYB Təsisçilər Şurasının üzvü dos.dr. Rəsmiyyə Sabir, "GÜLCE" Ədəbiyyat Axımının başçısı Mustafa Ceylan (Antalya/Türkiyə), rəyçilər isə BAMF sədri Umud Rəhimoğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının rəhbəri Vüqar Qədirov, "Modern.az" portalının baş redaktoru Elşad Eyvazlı, "XAN" Nəşrlər Evinin direktoru, dedektiv yazar Müşfiq Xan və Mili qəhrəman Şahlar Şükürov adına Kəlbəcər 35 saylı tam orta məktəbin direktoru, şair-publisist Elşən Əzimdir. Antologiyada 71 yazıçının fərqli janrlara aid yazıları toplanıb. Müəlliflərin yarıdan çoxu (38) Azərbaycan Respublikasının vətəndaşı olmayan yazıçılardır və qardaş ölkələrə mənsub yeni nəsil yazıçıların Azərbaycanın probleminə, məruz qaldığımız elan olunmamış müharibəyə, Xocalı Soyqırımına elmi, publisistik, bədii, bir sözlə, qələmli (və qəlbli!) münasibəti təqdirəlayiq haldır. Yeri gəlmişkən qeyd edilməlidir ki, toplunun hazırlanmasına müxtəlif xalqların nümayəndələrinin əlb edilməsində məqsəd Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması olub. Sirr deyil ki, xarici ölkələrdə çoxsaylı soydaşlarımızın yaşaması Azərbaycan barədə həqiqətlərin, Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin dünya xalqlarına çatdırılmasında müstəsna rol oynayır. Belə toplumların hazırlanması isə onlara lazımi bilgi verməklə yanaşı, vətənpərvərlik hissinin aşılanmasına xidmət edir.

 

Olaylar.- 2016.- 25 noyabr.- S.15.