Qədim mədəniyyətlə müasir

mədəniyyətin qovuşduğu ölkə

 

Bu amil Şimali Kiprə turist axınını şərtləndirən başlıca amillərdəndir

 

Əvvəli ötən saylarımızda

 

Beynəlxalq aləmin, xüsusilə də Avropa Birliyinin ədalətsiz mövqeyi, Kipr türklərinin haqlarının pozulmasına rəğmən Şimali Kipr Türk Respublikası öz inkişaf dövrünü yaşayır.

Bu gün qətiyyətlə deyə bilərik ki, Şimali Kipr Türk Respublikası öz inkişaf tempi, qardaş Türkiyənin bilavasitə dəstəyi ilə əldə etdiyi nailiyyətlərlə bir növ dünyaya, onun haqq və hüquqlarını tapdalayan qurum və təşkilatlara meydan oxuyur. Şimali Kipr Türk Respublikası son illərdə əldə etdiyi nailiyyətlər, iqtisadi artım tempi ilə bir növ dünyanı heyrətə gətirib. Bu gün dünya Şimali Kiprin necə irəli getdiyi, uğurlar qazandığını heyrətamiz şəkildə müşahidə edir. Doğurdan da günümüzdə Şimali Kipr Türk Respublikasının əldə etdiyi nailiyyətlərin haradan qaynaqlandığı çoxları üçün maraqlıdır. Bu sualın cavabını tapmaq üçünsə Şimali Kipr Türk Respublikasının günlük həyatına nəzər yetirmək kifayətdir.

Bu gün Şimali Kipr Türk Respublikasının iqtisadi inkişafına müsbət təsir edən başlıca amillərdən biri bu ölkənin mövcud turizm potensialı və ondan səmərəli istifadədir. dənizin sahilində yerləşən bu ada ölkəsi xarici turistlərin əlverişli və rahat şəkildə dincəlməsi üçün unikal ölkə rolunu oynayır. Şimali Kipr Türk Respublikasının iqlimi elə əlverişlidir ki, ilin bütün fəsillərində bura turizm üçün çox sərfəlidir. Demək olar ki, dekabr ayına qədər bu ölkədə əlverişli, mülayim hava şəraiti mövcud olur. Yağışlar əsasən dekabryanvar aylarında yağır ki, bu da o qədər uzunmüddətli olmur. Qar isə hətta qış aylarında belə nadir hallarda yağır. Ona görə də xarici turistlərin bir qayda olaraq üz tutduğu ölkələr sırasında Şimali Kipr Türk Respublikası ön sıralarda yer alır. Elə bizŞimali Kiprdə səfərdə olarkən bunun əyani şahidinə çevrildik. Tam səmimi deyə bilərik ki, Şimali Kiprin şəhəri, hər oteli, meydanı, hətta küçəsində belə xarici turistlərə rast gəlmək mümkündür. Xarici turistlərin Şimali Kipr Türk Respublikasına səfər etməsini, istirahət üçün buranı seçməsini isə bir sıra amillər şərtləndirir. İlk növbədə yuxarıda qeyd etdiyimiz kimi iqlim, atmosfer, ilin bütün fəsillərində müşahidə edilən xoş hava daha çox xarici turistin Şimali Kipr Türk Respublikasına üz tutmasına səbəb olur. Digər tərəfdən dəniz sahili çimərlik mövsümünü sevənlər üçün əlverişli fürsətdir. Bundan başqa Şimali Kipr Türk Respublikası zəngin mədəni-tarixi abidələri ilə də məşhurdur. Bu amilin özüxarici turistlərin Şimali Kiprə maraq göstərməsini şərtləndirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Şimali Kiprdə mədəni-tarixi abidələr diqqətlə qorunur. Hətta hər hansı bir tarixi abidədə təmir-bərpa işlərinə ehtiyac yarandığı halda belə, onun əvvəlki görünüşünə heç bir xələl gətirilmir. Bunun özüxarici turistlərdə xüsusi maraq doğurur və onların mədəni-tarixi abidələrə olan marağı daha da artır.

Kiprdə xarici turistlərin üz tutduğu məkanlardan biri Mevlevi Təkkə Muzeyidir. Bura əsasən Şimali Kiprə ərəb ölkələrindən gələn xarici turistlər baş çəkir. Məlumat üçün qeyd edək ki, Girne qapılarının 100 metrə qədər cənubunda yerləşən muzey XVII əsrdə inşa edilib. 1962-ci ildə bərpa edilən Mevlevi Muzeyi, Kipr Türk Etnoqrafiya Muzeyi olaraq istifadə edilməkdədir.

Böyük Xan Məscidi- Böyük Xan Səlimiyə Məscidinin bir neçə küçə qərbində yerləşən Böyük Xan Məscidi Müzəffər Paşanın 1570-ci ildə Lefkoşanı tutmasından sonra tikilməyə başlayıb. 1572-ci ildə məscidin inşası üçün əmr verilir. Arxitekturası ilə Anadoludakı bir çox xanı xatırladan Böyük Xan Məscidi 68 otaq və 10 dükandan ibarət olub. Buranın inşasından sonra məkan səyyah və karvanların yerləşdiyi bir yer olub. Tikilinin ortasında məscid miniatürü olan bir ədəd bulaq vardı. Böyük Xan Məscidindəki kiçik otaqlar bir zamanlar kasıb ailələrin sığındığı bir yer olub. Uzun sürən yenidənqurma işlərindən sonra 2002-ci ildə yenidən ziyarətçilərin üzünə açılan Böyük Xan bu gün şəhərə gələn xarici turistlərə hədiyyəlik əşya satan dükanlar, restoranları ilə xidmət edir.

Girne Qapıları-Şimali Kipr Türk Respublikasına səfər edən xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Venediklilər tərəfindən 1567-ci ildə inşa edilən Girne Qapısı şəhəri sanki ağuşuna alan köhnə divarların paytaxt Lefkoşaya girişini təmin edən üç qapısından biri olub. Qapı Girnə şəhərinin şimal hissəsində yerləşir. Bu qapı, Venediklilər dövründə Venesiyalı mühəndis Proveditore Francesco tərəfindən inşa olunubonun adıyla Porta Del Proveditore (Providotere Qapısı) olaraq adlandırılıb. Qapının divarlarında Venesiya və Osmanlı dövrlərinə aid kitabələr var. Onu da qeyd etmək yerinə düşər ki, Girne Qapısı Venesiya dövründən günümüzə qədər müxtəlif dəyişikliklərə məruz qalıb. Belə ki, qapı 1821-ci ildə Osmanlılar tərəfindən bərpa edilibburada dördbucaqlı qübbəli bir nəzarətçi otağı yerləşdirilib. 1931-ci ildə ingilislər adaya hakim olarkən şəhərdaxil çıxışlarda nəqliyyatın hərəkətini təşkil etmək üçün Girne qapısının bir hissəsini dağıdıblar. Günümzdə də Girne Qapısının üstündə onun istehsal tarixi və Quran-ı Kərimdən ayələrin yer aldığı bir panel qalmaqdadır. Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, Girnə Qapısı böyunca hərəkət edərkən adam özünü sanki Bakının İçəri Şəhərində hiss edir. Sanki həm Bakıdakı İçəri Şəhər və Qala Qapıları, həm də Girnə Qapısı və onun ətrafındakı dolanbac küçələr eyni memarlıq üsulu ilə tikilib, salınıb. Demək olar ki, Girnə Qapısı boyunca hərəkət etdikcə hər addım, hər küçə, dar dalanlar sənə İçəri Şəhəri xatırladır. Elə Girnə Qapısı boyunca yerləşən dolanbac küçələrdə də qədimilik, tarixilik qorunub-saxlanılıb ki, bu da xarici turistlərdə ciddi marağa səbəb olur. Bir tərəfdə dəniz, qarşıda Girnə Qapısı, hər ikisinin ortası böyunca yerləşən restoran və kafelər, eləcə də orada göstərilən yüksək xidmət buranı günün əksər saatlarında qələbəliyə çevirir.

Səlimiyyə Məscidi-Məscid 1208-1326-cı illər arasında Lüzinyanlar dövründə inşa edilmiş bir Katolik kilsəsinin və Kipr Adasındakı Qotic arxitekturasının ən əhəmiyyətli nümunəsi olaraq qəbul edilməkdədir. Burada ən əhəmiyyətli xüsusiyyət məscidin möhtəşəm üçlü qapısıdır. Osmanlıların zamanında, 1570-ci ildə buraya iki uzun və zərif minarə əlavə olunaraq məscidə çevrilibAya Sofiya məscidi olaraq adlandırılmağa başladı. 1954-cü ildə Səlimiyə Məscidi olaraq adı dəyişdirilib və hələ də məscid olaraq istifadə edilməkdədir.

Venesiya Sütunu-Qranitdən inşa edilmiş Venesiya Sütunu 6 metr uzunluğundadır. Venesiya Sütunu Qazi Mağusada olan bir daş ikən XV əsrdə Venedikliler tərəfindən adanın ələ keçirilməsindən sonra bir simvolu olaraq Lefkoşaya gətirilib. Osmanlılar dövründə orijinal olaraq yerinə qoyulub. Ancaq 1917-ci ildə ingilislər sütunu götürüblər. Sütun sonradan keçmiş adı Konak Meydanı, bu günkü adı isə Atatürk Meydanı olan ərazinin mərkəzinə yerləşdirilib. Sütunun təpəsində St. Maryın aslanı təsvir edilib. Ancaq bu daha sonra mis ilə örtülüb. Sütunun altında soylu Venesiya ailələrinin silahlarında olan işarələr yer alır.

Şimali Kipr Türk Respublikasında xarici turistlərin ən çox üz tutduğu tarixi məkanlardan biriQazimaqusada yerləşən Lalə Mustafa Paşa Məscididir. Əvvəlcə kilsə kimi fəaliyyət göstərən bu tarixi abidənin yaşı XII-XIII əsrlərə gedib çıxır. Hazırda məscid olan bu tarixi məkan o zaman qotik üsulu ilə inşa edilmiş kilsə rolunu oynayıb. Təxminən 1298 - 1312-ci illəri əhatə edən bu tarixi abidənin memardizayneri Yepiskop Baldvin Lambert olub. Osmanlıların buranı ələ keçirməsindən sonra, Sinan Paşanın 1571-ci il, 1 avqist tarixli əmri ilə bu tarixi abidəyə mehrab və minbər əlavə olunuro, məscidə çevrilir. Beləliklə, Lala Mustafa Paşanın 17 Avqust 1571-ci il, cümə günü II Sultan Səlimin adına burada oxutduğu xütbəylə məscid ibadətə açılır. Məscidin şimal qərb küncündəki minarə isə II Səlimin 1 may, 1572-ci il tarixli əmri ilə inşa edilir. İldırım və şimşək vurma təhlükəsinin qarşısını almaq məqsədilə bu abidə 1930-ci ildə orijinal zəng qülləsinə qədər sökülərək yerinə indiki minarə inşa olunur. Bura məscidə çevrildiyi tarixdən etibarən bu günə qədər chr("39")chr("39")Kiçik Ayasofiyachr("39")chr("39"), chr("39")chr("39") Maqusa Ayasofiyasıchr("39")chr("39") və chr("39")chr("39")Böyük Məscidchr("39")chr("39") kimi də tanınıb. Ancaq Kipr müftüsü Məmməd Dana Əfəndinin 14 avqust, 1954-cü ildə verdiyi bir qərarla onun adı Lala Mustafa Paşa Məscidi olaraq dəyişdirilib. Məscidin qarşısında Şimali Kiprdə varlığını ən uzun müddət davam etdirən, yaşlı və böyük bir ağac var. Ağacın 700-dən artıq yaşı mövcuddur. Ağacın qəribəliyi ondadır ki, bu ağac il ərzində 7 dəfə məhsul verir. Bir növ ənciri xatırladan bu meyvə öz xüsusi dadı ilə fərqlənir.

Lalə Mustafa Paşa Məscidinin qarşısında isə Namiq Kamal zindanı yerləşir. Lalə Mustafa Paşa Məscidini ziyarət edən xarici turistlər bir qayda olaraq qarşıya keçərək Namiq Kamal Zindanı və muzeyinə də baş çəkirlər. Məlumat üçün qeyd edək ki, Bizans sarayının qalıqları üzərində Osmanlı dövründə qurulan iki qatlı düzbucaqlı şəklindəki bu zindan kəsmə daşdan tikilib. Məşhur jurnalist, siyasətçi və yazıçı Namiq Kamal məhz burada həbsxana həyatı yaşadığı üçün bu məkan Şimali Kipr Türk Respublikasında Namiq Kamal Zindanı kimi tanınır. Qeyd edək ki, 1840-cı il, dekabr ayının 21-də Tekirdağda anadan olan Hamiq Kamal azadlıq şairi olub. Vətən, millət, azadlıq sözlərini ilk dəfə istifadə edən Hamiq Kamal teatrı yeni fikirlərini yaymaq üçün yaxşı bir vasitə kimi görübbu istiqamətdə altı dram əsəri yazıb. Namiq Kamal 1873-cü ildə Kiprə sürgün olunub. Əvvəllər alt qatdakı zindanda məhbəs həyatı yaşayan Hamiq Kamal bir müddət sonra Veyis Paşanın icazəsilə üst qata çıxarılıb. Namiq Kamal elə zindanda olarkən də bir çox əsərlər qələımə alıb. 38 ay zindan həyatı yaşayan Namiq Kamal daha sonra əfv edilərək İstanbula göndərilir.

Göründüyü kimi bu gün Şimali Kipr qədim mədəniyyətlə müasir mədəniyyətin qovuşduğu bir ölkə rolunu oynayır və bu amil xarici turistlərin Kiprə marağını, səfər etməsini şərtləndirir.

 

Ardı var

 

Süleyman İsmayılbəyli

 

Bakı-İstanbul-Lefkoşa-Bakı

 

Olaylar.- 2016.- 26-28 noyabr.- S.12.